Məhkəmə qərarları › İş №1(003)-49/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-49/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-49/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakının ələ keçirmək məqsədi ilə, tamah niyəti ilə, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində və xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan ünvan 3 ünvanında yerləşən evinin həyətinə hasardan aşmaqla, saxlanc yeri olan mətbəx, qonaq və yataq otaqlarından 400 manat manat dəyərində 1 dənə təzə iki tonluq su çəni, hər birinin qiyməti 120 manat olan 2 ədəd təzə nasos (motor), 400 manat dəyərində Veko markalı soyuducu , 400 manat dəyərində İndezit markalı soyuducu, birinin qiyməti 300 manat olan 2 ədəd paltar yuyan maşın, 200 manat dəyərində 1 ədəd təzə su qızıdırıcı, 400 manat dəyərində 1 ədəd təzə dörd gözlü qaz plitəsi, 100 manat dəyərində 1 ədəd təzə iki gözlü qaz plitəsi, 300 manat dəyərində 1 ədəd mətbəx mebelin üstündə olan təzə dəmir moyka kranı ilə, birinin qiyməti 140 manat olan 2 ədəd hamam üçün ağ rəngli moykalar, birinin qiyməti 175 manat olan 2 ədəd təzə ayaq yolu üçün unitazlar ləvazimatları ilə birlikdə, 40 manat dəyərində 1 ədəd qırmızı rəngdə qızıdırıcı soba, hər birinin qiyməti 60 manat olan 4 ədəd təzə duş, hər birinin qiyməti 60 manat olan 8 ədəd təzə kranlar, 270 manat dəyərində 1 ədəd təzə ot biçən aqriqat, 80 manat dəyərində 1 ədəd dərman suluyan aqriqat, birinin qiyməti 300 manat olan 10 ədəd plastik ağ pəncərələr, hər birinin qiyməti 133 manat 33 qəpik olan 6 ədəd ağ plastik qapılar, birinin qiyməti 430 manat olan 10 ədəd qəhvəyi rəngdə böyük plastik pəncərələr, hər birinin qiyməti 400 manat olan 4ədəd taxta qapılar, 600 manat dəyərində bir neçə kub döşəmə üçün taxta, 300 manat dəyərindı bir neçə kub apalovka üçün taxtalar, 150 manat dəyərində bir neçə böyük dik, 120 manat dəyərində bir neçə kvadrat kafel, 260 manat dəyərində bir neçə böyük mərmər plitələr, hər birinin qiyməti 100 manat olan 4 ədəd pəncərələr üçün dəmir barmaqlar, 80 manat dəyərində bir neçə ədəd dəmir setkalar, 180 manat dəyərində 50 metrə işıq çəkmək üçün məftillər, 110 manat dəyərində müxtəlif bir neçə banka kleylər, 1200 manat dəyərində iş üçün alətlər, 180 manat dəyərində diski, 170 manat dəyərində drel, 160 manat dəyərində dəmir və plastmas borular, 600 manat dəyərində böyük ərəb yatağı 2 nəfərlik çarpayısı ilə birlikdə, hər birinin qiyməti 200 manat olan 4 ədəd xalçalar, 600 manat dəyərində yataq üçün yorğanlar, balışlar, döşəklər, parkırvallar, hər birinin qiyməti 80 manat olan 2 ədəd elektrik ütüsü, hər birinin qiyməti 60 manat olan 2 ədəd su qızdırmaq üçün çayniklər, hər birinin qiyməti 10 manat olan 2 ədəd dəm çaynikləri, 500 manat çox miqdarda müxtəlif qab-qacaq, 500 manat dəyərində 1 ədəd divan, hər birinin qiyməti 300 manat olan 2 ədəd stol, hər birinin qiyməti 70 manat olan 6 ədəd stul, hər birinin qiyməti 300 manat olan 2 ədəd kreslo, 1000 manat dəyərində çox miqdarda müxtəlif paltarlar geyim, ayyaqabılar, 500 manat dəyərində ağ rəngli mətbəx mebeli, 360 manat dəyərində 1 ədəd elektrik soba, 250 manat dəyərində 1 ədəd tozsoran, hər birinin qiyməti 400 manat olan 2 ədəd televizor, 1000 manat dəyərində 1 ədəd komputer, 300 manat dəyərində 1 ədəd radio magintafon, 100 manat dəyərində 1 ədəd antena, 200 manat dəyərində müxtəlif növ bağda işləmək üçün ləvazimatlar ümumi dəyəri xeyli miqdarda 28 min manat 40 qəpik dəyərində özgənin əmlakını Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla birlikdə satıb əldə etdikləri pul vəsaitini aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 28 min 40 qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakının ələ keçirmək məqsədi ilə, tamah niyəti ilə, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində və xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi olan ünvan 3 ünvanında yerləşən evinin həyətinə hasardan aşmaqla, saxlanc yeri olan mətbəx, qonaq və yataq otaqlarından 400 manat manat dəyərində 1 dənə təzə iki tonluq su çəni, hər birinin qiyməti 120 manat olan 2 ədəd təzə nasos (motor), 400 manat dəyərində Veko markalı soyuducu , 400 manat dəyərində İndezit markalı soyuducu, birinin qiyməti 300 manat olan 2 ədəd paltar yuyan maşın, 200 manat dəyərində 1 ədəd təzə su qızıdırıcı, 400 manat dəyərində 1 ədəd təzə dörd gözlü qaz plitəsi, 100 manat dəyərində 1 ədəd təzə iki gözlü qaz plitəsi, 300 manat dəyərində 1 ədəd mətbəx mebelin üstündə olan təzə dəmir moyka kranı ilə, birinin qiyməti 140 manat olan 2 ədəd hamam üçün ağ rəngli moykalar, birinin qiyməti 175 manat olan 2 ədəd təzə ayaq yolu üçün unitazlar ləvazimatları ilə birlikdə, 40 manat dəyərində 1 ədəd qırmızı rəngdə qızıdırıcı soba, hər birinin qiyməti 60 manat olan 4 ədəd təzə duş, hər birinin qiyməti 60 manat olan 8 ədəd təzə kranlar, 270 manat dəyərində 1 ədəd təzə ot biçən aqriqat, 80 manat dəyərində 1 ədəd dərman suluyan aqriqat, birinin qiyməti 300 manat olan 10 ədəd plastik ağ pəncərələr, hər birinin qiyməti 133 manat 33 qəpik olan 6 ədəd ağ plastik qapılar, birinin qiyməti 430 manat olan 10 ədəd qəhvəyi rəngdə böyük plastik pəncərələr, hər birinin qiyməti 400 manat olan 4ədəd taxta qapılar, 600 manat dəyərində bir neçə kub döşəmə üçün taxta, 300 manat dəyərindı bir neçə kub apalovka üçün taxtalar, 150 manat dəyərində bir neçə böyük dik, 120 manat dəyərində bir neçə kvadrat kafel, 260 manat dəyərində bir neçə böyük mərmər plitələr, hər birinin qiyməti 100 manat olan 4 ədəd pəncərələr üçün dəmir barmaqlar, 80 manat dəyərində bir neçə ədəd dəmir setkalar, 180 manat dəyərində 50 metrə işıq çəkmək üçün məftillər, 110 manat dəyərində müxtəlif bir neçə banka kleylər, 1200 manat dəyərində iş üçün alətlər, 180 manat dəyərində diski, 170 manat dəyərində drel, 160 manat dəyərində dəmir və plastmas borular, 600 manat dəyərində böyük ərəb yatağı 2 nəfərlik çarpayısı ilə birlikdə, hər birinin qiyməti 200 manat olan 4 ədəd xalçalar, 600 manat dəyərində yataq üçün yorğanlar, balışlar, döşəklər, parkırvallar, hər birinin qiyməti 80 manat olan 2 ədəd elektrik ütüsü, hər birinin qiyməti 60 manat olan 2 ədəd su qızdırmaq üçün çayniklər, hər birinin qiyməti 10 manat olan 2 ədəd dəm çaynikləri, 500 manat çox miqdarda müxtəlif qab-qacaq, 500 manat dəyərində 1 ədəd divan, hər birinin qiyməti 300 manat olan 2 ədəd stol, hər birinin qiyməti 70 manat olan 6 ədəd stul, hər birinin qiyməti 300 manat olan 2 ədəd kreslo, 1000 manat dəyərində çox miqdarda müxtəlif paltarlar geyim, ayyaqabılar, 500 manat dəyərində ağ rəngli mətbəx mebeli, 360 manat dəyərində 1 ədəd elektrik soba, 250 manat dəyərində 1 ədəd tozsoran, hər birinin qiyməti 400 manat olan 2 ədəd televizor, 1000 manat dəyərində 1 ədəd komputer, 300 manat dəyərində 1 ədəd radio magintafon, 100 manat dəyərində 1 ədəd antena, 200 manat dəyərində müxtəlif növ bağda işləmək üçün ləvazimatlar ümumi dəyəri xeyli miqdarda 28 min manat 40 qəpik dəyərində özgənin əmlakını Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb istintaqla müəyyən edilməmiş avtomobilə yığıb hissə-hissə daşıyaraq aparmaqla birlikdə satıb əldə etdikləri pul vəsaitini aralarında bölüşdürərək Zərərçəkmiş şəxs ümumilikdə 28 min 40 qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində yerləşən Abşeron marketin yaxınlığına daşıyaraq üzərində saxlamış, 05 dekabr 2023-cü il tarixdə saat 02:25 radələrində ƏÇPA-nin 11-ci PB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində yerləşən Abşeron marketin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 03:35 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, evdə olan zaman qapı döyülmüş və o, qapını açmışdır. Sahə inspektoru Təbriz onu polis şöbəsinə aparmışdır. Ona işgəncə vermişlər. Həmin cinayət əməlini törətməsini boynuna almaq üçün onu asıb dəmirlə döymüş və işgəncə vermişlər. O da məcbur qalıb həmin əməli törətməsini boynuna almışdır. Təqsirləndirilən şəxs1 son sözündə oğurluq cinayətini törətmədiyini, bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, əvvəllər də məhkum olunmuşdur. Onlara həddindən artıq işgəncə veriblər, döyüblər. Hər ikisinin döyülməyi barəsində Xəzər rayon prokurorunun məlumat olmuşdur. Onlar orada ifadə verməmişlər. Onlara əzab veriblər. Hal-hazırda da onlar Xəzər rayonu ərazisində yaşaya bilmir. Sahə inspektorlarının, təhqiqatçıların və əməliyyatçıların əlindən beziblər. O, əlavə olaraq qeyd etmişdir ki, dəfələrlə döyülmüş, onu sürüyüb aparıblar. Demək olar ki, hər həftə şöbənin qapılarındadırlar. Onları artıq hamı tanıyır. Əvvəllər məhkum olunduğu üçün polislərin qara siyahısına düşmüşdür. Nə oğurluq hadisəsi olur, polislər hər zaman onların qapısında olurlar. Onu polis şöbəsinə gətirdikdən sonra işgəncə verərək “metak” truba ilə döyüblər. Onu artıq o qədər döymüşlər ki, hər dəfə tutulub aparılanda o da məcbur olub boynuna alır. Çünki elə döyürmüşlər ki, insanı elə döyməzlər. O, onlara da bildirmişdir ki, “nə sənəd lazımdır, gətirin qol çəkim, nə lazımdırsa, gətirin hamısına qol çəkəcəm.” Bu formada ona bütün sənədlərə qol çəkdiriblər. Bütün bədənində olan xəsarətləri o, rayon prokuroruna göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə həm oğurluq, həm də narkotik cinayətini törətmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə evə gələn zaman əmlaklarının oğurlandığını görmüşdür. O, orada heç bir əşyaya əl vurmamışdır. Daha sonra AR DİN-in 102 xidmətinə zəng vuraraq evində oğurluq hadisəsi olmaqla bağlı məlumat vermişdir. Ona ümumilikdə 28000 manata yaxın ziyan dəymişdir. Ayın 23-də telefonda ona məxsus olan su çənini göstərmişlər. O da həmin su çəni ona məxsus olduğunu bildirmişdir. Polislərin ona verdiyi məlumata görə həmin su çəni təqsirləndirilən şəxslərin həyətindən tapılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, oğurlanmış əşyaların ağırlığına görə deyə bilər ki, orada ən azı 2 nəfərdən çox adam lazımdır. Çünki oğlurlanmış əşyalar ağır əşyalardır. Eyni zamanda həmin əşyaları hasarın üzərindən çıxarmaq mümkün deyil. Qapı açılıb. Həmçinin həmin əşyaları daşımaq üçün mütləq şəkildə avtomobildən istifadə olunmuşdur. Polislər evdə olan zaman əl izlərini götürmək istəmirdilər. O, təkid etdikdən sonra polislər əl izlərini götürmüşlər. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ziyanının ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, hadisə ilə əlaqədar qonşudan kameranın işləyib işləmədəyini soruşmuşdur. Qonşu ona kameranın işlədiyini bildirmiş, lakin ona həmin kamera görüntülərinin icazə olmadan verə bilməyəcəyini demişdir. 10 dəqiqədən sonra qonşu yenidən gəlib, kameranın işləmədiyini demişdir. O nə Oruc, nə də Əzizağanı tanımır. Bu səbəbdən də qonşunun sözünə əsasən deyə bilər ki, həmin şəxslər onlara məxsus əmlakları götürüblər. Lakin təqsirləndiirlən şəxslərin onların əmlaklarını oğurladıqlarını görməmişdir. Şikayətdən sonra polislər gəlib baxaraq izləri götürüblər. Sahə müvəkkili Əzizağa əmlakları aparan zaman onu tutduqlarını demişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ziyanının ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Abşeron marketin yaxınlığında xidmətdə olan zaman piyada hərəkətdə olan şəxsə Ağamirlə birlikdə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini və üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuşlar. O, da vəsiqəsinin olmadığını bildirmişdir. Bu səbəbdən də şəxsin şəxsiyyətini müəyyən etmək üçün həmin şəxslə birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına yaxınlaşmışlar. Şöbədə olan zaman şəxs Təqsirləndirilən şəxs2 özünün olduğunu və narkotik vasitə istifadəçisi olduğunu qeyd etmişdir. Bu səbəbdən də təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilən zaman onun üzərindən 01 ədəd siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülünün narkotik vasitə olan heroin olduğu və Suraxanı rayonu ərazisindən şəxsi istfadəsi üçün aldğını bildirmişdir. Sonradan təqdim olunan bükümdə olan kütlə protokollaşdırılmış və sənədlər müvafiq olaraq iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 suallara cavab olaraq bildirdi ki, hadisə yerinə baxışda mən iştirak etmiş və hadisə yerində əl-barmaq izlərini götürən zaman ekspert-kriminalistlə birlikdə baxış keçirmişdir. Həmçinin qeyd etmişdir ki, o, ekspert-kriminalistlə danışmış, ekspert-kriminalist götürülmüş əl-barmaq izlərinin tədqiqata yararsız olduğu üçün həmin izləri idarəyə göndərməmişdir. Həmin əl-barmaq izlərinin identifikasiyasını müəyyən etmək mümkün olmamışdır. Yalnız 01 ədəd siqaret kötüyü göndərilmişdir. Onu materiala əlavə etmək yadından çıxmışdır. Həmin siqaret kötüyünün göndərilməsi ilə bağlı məktub da var. Həmin məktuba cavab da verilmişdir. Tədqiqatın cavabında nəticə olaraq həmin siqaret kötüyü də yararsız olmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 05 dekabr 2023-cü il tarixdə saat təxminən 02:25-də X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xidmətdə olmuşdur. Mərdəkan qəsəbəsi Abşeron marketin yaxınlığında olan zaman piyada hərəkətdə olan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini və üzərində şəxsiyyətini təsdiq edən sənədin olub olmamasını soruşmuşlar. Həmin şəxs özünü təqdim etməyərək üzərində şəxsiyyətini təsdiq edən sənədin olmaığını bildirmişdir. Onlar həmin şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində olan zaman həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğu və narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Onlar bu barədə raportla Polis Şöbəsinin növbətçi hissəsinə müraciət etmişlər. Tərtib etdikləri raport PŞ-nin təhqiqatçısı polis kapitanı X2 həvalə edilmişdir. Təhqiqatçı polis kapitanı Elgün Zülfüqarov tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Xəzər rayonu ərazisində fəaliyyət göstərən 8 saylı vəkil bürosunun vəkilllərinin siyahısı Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 siyahıya baxaraq adı siyahıda qeyd edilən vəkil X4 onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 seçdiyi vəkil PŞ-nə dəvət edilmişdir. Dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürülmə istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan göy boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş bükülünü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümün içərisində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 04 dekabr 2023-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2, müdafiəçisi X6 və onlar həmin zərfi imza etmişlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 dekabr 2023-cü il tariхli, 3-16-16/2-6/6272 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, üzərində “... Təqsirləndirilən şəxs2 (imza)...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.228 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-c il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 dekabr 2023-cü il tariхli, 8145 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 оğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkоlоji dispansеrində qеydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 450 manat cərimə cəzası təyin olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-nin 177.2.4cü maddəsi və xeyli miqdar ifadəsi hökmdən xaric edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzadan azad edilmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 16 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 16 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 18 dekabr 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, fakta görə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci P-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:35-03:50 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən əynində olan göy-boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 07 dekabr 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli cinayət işi üzrə əməln tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama məzmunca əlavə və dəyişikliklər edilməklə AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2, ÇPA-nin 11-ci PB-nün polis nəfəri polis kiçik serjantı Şahid2, hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy-boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə olduğunu və öz istifadəsi üçün 04 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonuərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Elgün Zülfüqarov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 01 may 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-254/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli barəsində 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 H.Əliyev adına hava limanı ərazisində saxlanılaraq Xəzər RPİ-nin İŞ-ə təhvil verilmişdir. İş materiallarında olan 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata təzələnmişdir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İstintaq Şöbəsinə könüllü gələrək istintaqa çağırılmasından xəbərsiz olduğunu bildirmişdir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)- 334/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində seçilmişdir. İş materiallarında olan AR DİN-in KTİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 11838/2024 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində Zərərçəkmiş şəxs məxsus bağ evi 25-dən oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 02 (iki) ədəd “Viceroy” markalı və 01 (bir) ədəd markası oxunmayan siqaret kötükləri, Xəzər RPİ-nin xx.xx.2023-cü il tarixli,3- 13-45/2-26091/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd “Viceroy” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Aparılmış DNT tədqiqatı nəticəsində müəyyən edildi 01 (bir) ədəd markası oxunmayan siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar qarışıq tipli olduğundan müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı DNT profillərinin əldə olunması mümkün olmadı. Həmçinin müəyyən edildi ki, digər 01 (bir) ədəd “Viceroy” markalı siqaret kötüyü üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan AR CM-nin 234.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzadan azad edilmişdir. Həmin tarixdən cinayət əməlinin törədildiyi 05 dekabr 2023-cü il tarixədək cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ittiham olunduğu AR CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə özünü təqsirli hesab etmiş, lakin məhkəmə istintaqı zamanı ona həmin maddə ilə elan edilmiş ittihamı qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə toplanmış sübutlar, yəni şahidlərin ifadələri, şəxsi axtarış, baxış və götürmə aparılması protokolu, baxış zamanı çəkilmiş video görüntülərin olduğu disk, ekspertiza rəyi tədqiq edilmiş və şəxsin təqsirləndirildiyi cinayət hadisəsinə aidiyyəti öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan mətbəx, qonaq və yataq otaqlarından 400 manat manat dəyərində 1 dənə təzə iki tonluq su çəni, hər birinin qiyməti 120 manat olan 2 ədəd təzə nasos (motor), 400 manat dəyərində Veko markalı soyuducu , 400 manat dəyərində İndezit markalı soyuducu, birinin qiyməti 300 manat olan 2 ədəd paltar yuyan maşın, 200 manat dəyərində 1 ədəd təzə su qızıdırıcı, 400 manat dəyərində 1 ədəd təzə dörd gözlü qaz plitəsi, 100 manat dəyərində 1 ədəd təzə iki gözlü qaz plitəsi, 300 manat dəyərində 1 ədəd mətbəx mebelin üstündə olan təzə dəmir moyka kranı ilə, birinin qiyməti 140 manat olan 2 ədəd hamam üçün ağ rəngli moykalar, birinin qiyməti 175 manat olan 2 ədəd təzə ayaq yolu üçün unitazlar ləvazimatları ilə birlikdə, 40 manat dəyərində 1 ədəd qırmızı rəngdə qızıdırıcı soba, hər birinin qiyməti 60 manat olan 4 ədəd təzə duş, hər birinin qiyməti 60 manat olan 8 ədəd təzə kranlar, 270 manat dəyərində 1 ədəd təzə ot biçən aqriqat, 80 manat dəyərində 1 ədəd dərman suluyan aqriqat, birinin qiyməti 300 manat olan 10 ədəd plastik ağ pəncərələr, hər birinin qiyməti 133 manat 33 qəpik olan 6 ədəd ağ plastik qapılar, birinin qiyməti 430 manat olan 10 ədəd qəhvəyi rəngdə böyük plastik pəncərələr, hər birinin qiyməti 400 manat olan 4ədəd taxta qapılar, 600 manat dəyərində bir neçə kub döşəmə üçün taxta, 300 manat dəyərindı bir neçə kub apalovka üçün taxtalar, 150 manat dəyərində bir neçə böyük dik, 120 manat dəyərində bir neçə kvadrat kafel, 260 manat dəyərində bir neçə böyük mərmər plitələr, hər birinin qiyməti 100 manat olan 4 ədəd pəncərələr üçün dəmir barmaqlar, 80 manat dəyərində bir neçə ədəd dəmir setkalar, 180 manat dəyərində 50 metrə işıq çəkmək üçün məftillər, 110 manat dəyərində müxtəlif bir neçə banka kleylər, 1200 manat dəyərində iş üçün alətlər, 180 manat dəyərində diski, 170 manat dəyərində drel, 160 manat dəyərində dəmir və plastmas borular, 600 manat dəyərində böyük ərəb yatağı 2 nəfərlik çarpayısı ilə birlikdə, hər birinin qiyməti 200 manat olan 4 ədəd xalçalar, 600 manat dəyərində yataq üçün yorğanlar, balışlar, döşəklər, parkırvallar, hər birinin qiyməti 80 manat olan 2 ədəd elektrik ütüsü, hər birinin qiyməti 60 manat olan 2 ədəd su qızdırmaq üçün çayniklər, hər birinin qiyməti 10 manat olan 2 ədəd dəm çaynikləri, 500 manat çox miqdarda müxtəlif qab-qacaq, 500 manat dəyərində 1 ədəd divan, hər birinin qiyməti 300 manat olan 2 ədəd stol, hər birinin qiyməti 70 manat olan 6 ədəd stul, hər birinin qiyməti 300 manat olan 2 ədəd kreslo, 1000 manat dəyərində çox miqdarda müxtəlif paltarlar geyim, ayyaqabılar, 500 manat dəyərində ağ rəngli mətbəx mebeli, 360 manat dəyərində 1 ədəd elektrik soba, 250 manat dəyərində 1 ədəd tozsoran, hər birinin qiyməti 400 manat olan 2 ədəd televizor, 1000 manat dəyərində 1 ədəd komputer, 300 manat dəyərində 1 ədəd radio magintafon, 100 manat dəyərində 1 ədəd antena, 200 manat dəyərində müxtəlif növ bağda işləmək üçün ləvazimatlar ümumi dəyəri xeyli miqdarda 28 min manat 40 qəpik dəyərində əmlakların oğurlanması hissəsində təqsirləndirilən şəxslər həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin oğurluq cinayətinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxslərin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayəti üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadələrində həmin oğurluq hadisəsinin onlar tərəfindən törədilmədiyini, bu cinayət əməlini etiraf etmələri üçün polis əməkdaşları tərəfindən onlara işgəncə, təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxs həmin təqsirləndirilən şəxsləri göməmişdir. İbtidai istintaq və məhkəmə istintaqında ifadə verərkən ona nə qədər maddi ziyan dəydiyini bildirmişdir. Həmin ziyanın kim tərəfindən vurulduğu ona məlum deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təhqiqatçı Şahid3 ifadəsində hadisə yerində əl-barmaq izlərini götürən zaman ekspert-kriminalistlə birlikdə baxış keçirdiyini və əl-barmaq izlərinin götürüldüyünü bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əl-barmaq izlərinin götürülməsi məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən təsdiqlənmişdir. Lakin təhqiqatçı ekspert-kriminalist tərəfindən götürülmüş əl-barmaq izlərinin identifikasiyasını müəyyən etməyin mümkün olmadığını bildirmiş və tədqiqata yararsız olduğu üçün həmin izləri baş idarəyə göndərməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilərkən 03 ədəd siqaret kötüyü götürülərək tədqiqat aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Nəticədə AR DİN-in KTİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 11838/2024 saylı məktubunda xx.xx.2023-cü il tarixdə oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd “Viceroy” markalı siqaret kötüyünün üzərində olan bioloji mənşəli materialların kişi cinsindən olan naməlum şəxsə məxsus olduğu və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmdəyi müəyyən edilmişdir. 01 (bir) ədəd markası oxunmayan siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar qarışıq tipli olduğundan DNT profillərinin əldə olunması mümkün olmamışdır. Həmçinin digər 01 (bir) ədəd “Viceroy” markalı siqaret kötüyü üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddi sübut kimi saxlanılan qalıq 0,178 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü ilə bəraət verilsin və o, həmin maddələr ilə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 05 (beş) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində digər cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü ilə bəraət verilsin və o, həmin maddələr ilə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,178 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar