Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-490/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X2 iştirakları ilə Aktuğ Muratın 01 sentyabr 1986-cı ildə Türkiyə Respublikası, Osmaniye rayonu, Kadirli qəsəbəsində anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, «Kalyon RYS X10 Ticari İşletmesi» şirkətinin Azərbaycan Respublikasındakı filialının Fizuli rayonunun Horadiz kəndindəki yaşayış düşərgəsində müvəqqəti qeydiyyata alınmaqla yaşamış, Türkiyə Respublikası, Osmaniye rayonu, Kadirli qəsəbəsi, X11 məhəlləsi, 549cu küçə, ev 34 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Aktuğ Murat qanunsuz olaraq döyüş sursatı əldə etmiş, özündə saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Aktuğ Murat istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 17 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, döyüş sursatı olan, təyinatı üzrə istifadə və atəşə yararlı, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronu əldə edib özündə saxlamışdır. 30 iyun 2022-ci il tarixdə həmin patronları yük çantasının cibində qanunsuz olaraq daşıyıb gəzdirməklə 077 saylı Bakı- İstanbul aviareysi ilə uçmaq üçün Xəzər rayonu X6 Aeroportuna gələrkən özü ilə gətirmişdir. Həmin gün saat 16:10 radələrində T-1 X1 Baş İdarəsinin postundakı X-Ray monitorunda yoxlamadan keçən zaman ona məxsus mavi rəngli yük çantasının yan cibindən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən, həmin döyüş sursatı hesab edilən 17 ədəd patron aşkar olunub götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Aktuğ Murat özünü qismən təqsirli bilərək göstərdi ki, ailəlidir və bir yaşında bir oğlan övladı vardır. Təxminən 10 ay əvvəl Türkiyə Respublikasının «Kalyon» yol-tunel tikintisi şirkətinin Zəngilan və Horadiz arası apardığı tunel tikintisində briqadir işləmişdir. Təxminən 3 ay əvvəl Zəngilan rayonunda tunel qazıntısı zamanı torpağın altından 17 ədəd patron tapmışdır. Həmin patronların heç kimin əlinə keçməməsi üçün məqsədi patronları polisə təqdim etmək olmuşdur. Lakin orada polis olmadığına görə patronları çantasına qoymuşdur ki, polisləri görən zaman təhvil versin. Sonra həmin patronlar yadından çıxıb həmin çantanın cibində qalmışdır. Müqaviləsi bitdiyinə görə 29 iyun 2022-ci il tarixdə Türkiyə Respublikasına qayıtmaq üçün Bakı şəhərinə gəlmişdir. Əşyalarını çantaya yığıb Bakı şəhərinə gələrkən çantada həmin patronların üstündə paltarları olduğuna görə onların biri-birinə dəyib səs çıxartmadığına görə onları hiss etməmişdir. Bakıya gəldikdən sonra həmin günü Bakı-İstanbul aviareysinə bilet almışdır. 30 iyun 2022-ci il tarixdə, saat 16:10 radələrində X6 Aeroportuna gələrək çantalarını və digər əşyalarını aparata qoyaraq özü monitordan keçmişdir. Orada xidmət aparan əməkdaşlar çantalarını təkrar monitordan keçirərkən çantada patronlar olduğunu demişlər və onun iştirakı ilə həmin patronları götürmüşlər. Sonra polis əməkdaşını çağıraraq onu həmin polis əməkdaşına təhvil vermişlər. Hərbi xidmətdə olduğuna görə həmin patronların döyüş sursatı olmasını bilsə də, Azərbaycan Respublikasının qanunvericiliyinə görə onların saxlaması, daşınması və gəzdirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu bilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzasının verilməsini xahiş etdi. Aktuğ Muratın təqsiri törətdiyi cinayət əməlində özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin rentgen qurğuları qrupunun inspektoru vəzifəsində işləyir. 30 iyun 2022-ci il tarixdə iş yoldaşı Şahid2lə T l Terminalının 1-ci mərtəbəsində «B» zonasında xidmətdə olmuşdur. Saat 16:10 radələrində 077 saylı Bakı-İstanbul aviareysinin sərnişinlərini yoxlamadan keçirərkən sonradan şəxsiyyəti məlum olan Türkiyə Respublikası vətəndaşı Aktuğ Muratın çantasının içində patrona oxşar predmet görüntüsünü müəyyən etmişdir. Çantanı təkrar olaraq monitordan keçirərkən patronların olduğuna əmin olmuşudr. Sonra digər iki əməkdaşın iştirakı ilə çantanı açaraq içinə baxmış və çantadan 17 ədəd patron aşkar olunmuşdur. Həmin patronlar əşyaların arasında dağınıq formada olmuşdur. İş yoldaşı Şahid2 bu barədə rəhbərliyə məlumat verdikdən sonra növbət rəisinin müavini və xidmət rəisinin müavini gəlmişlər. Aktuğ Murat həmin patronları 3 ay əvvəl Zəngilan rayonunda tunel qazıntısı zamanıs tapıb çantasına qoyduğunu və unutduğuna görə çantasında qaldığını demişdir. Sonra bu barədə polisə məlumat vermiş, həmin şəxsi akt və maddi sübutla birlikdə polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında şahid Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin rentgen qurğuları qrupunun inspektoru vəzifəsində işləyən Şahid2 Şahid1 Məmməd oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 30 iyun 2022-ci il tarixli, 22/459 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 17 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1977-ci ildə istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəşə yararlıdırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 01 sentyabr 1986-cı ildə Türkiyə Respublikası, Osmaniye rayonu, Kadirli qəsəbəsində anadan olmuş Aktuğ Muratın məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Aktuğ Muratın əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Aktuğ Muratın ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını, «Kalyon» yol-tunel tikintisi şirkətinin Zəngilan və Horadiz arası apardığı tunel tikintisinə rəhbərlik etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Aktuğ Muratın cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Aktuğ Murata cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsüf olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Aktuğ Murat 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş X7 İdarəsinin İB-nin baş müstəntiqi Əlvan Ələkbərovun 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Aktuğ Muratın barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanılıdığı Hava NPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Aktuğ Muratın 30 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1997-ci il 30 dekabr tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkuumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə göstərilənləri nəzərə alıb Aktuğ Muratın cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Aktuğ Muratın barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17.1.5-ci maddəsinə əsasən onların üzərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək əsnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdılır. X12 Respublikasının «Kalyon» yol-tunel tikintisi şirkətinin Zəngilan və Horadiz arası apardığı tunel tikintisində briqadir işlədiyi üçün mütəmadi olaraq Azərbaycan Respublikasına gəlir və ölkədən çıxır. Onun Azərbaycan Respublikasında müvəqqəti yaşayış yeri olsa da, daimi yaşayış yeri yoxdur. Belə olan halda Aktuğ Muratın üzərinə sınaq müddəti ərzində hər hansı vəzifə qoyula bilməz. Onun üzərinə hər hansı vəzifənin qoyulması onun Azərbaycan Respublikasından getmək və gəlmək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla tətbiq edilə bilər”. Məhkəmədə müəyyən olundu ki, X12 Respublikasının vətəndaşı olsa da, hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərir. İşləri ilə bağlı mütəmadi olaraq ölkədən çıxaraq Türkiyə Respublikasına gedir və Azərbaycan Respublikasına gəlir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxs Aktuğ Muratın barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq olunmasını məqsədə uyğun hesab etmir. Aktuğ Muratın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş X7 İdarəsinin İB-nin baş müstəntiqi Əlvan Ələkbərovun 08 avqust 2022-ci il tarixli Maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Aktuğ Muratdan aşkar edilib götürülmüş 17 ədəd döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadə və atəşə yararlı 5,45x39 mm kalibrli patronlar maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində ekspert tədqiqi zamanı 3 (üç) ədədinin demontaj olunması nəzərə alınmaqla məhkəmə baxışına qədər saxlanılması üçün X7 idarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut X7 idarəsinin Növbətçi hissəsində saxlanılan Aktuğ Muratdan aşkar edilib götürülmüş 17 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəşə yararlı 5,45x39 mm kalibrli patronlar (3 (üç) ədədinin demontaj olunması nəzərə alınmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxs Aktuğ Murata ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Aktuğ Murat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Aktuğ Muratın 30 iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Aktuğ Murata təyin olunmuş 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Aktuğ Muratın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut X7 idarəsinin Növbətçi hissəsində saxlanılan Aktuğ Muratdan aşkar edilib götürülmüş 17 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəşə yararlı 5,45x39 mm kalibrli patronlar (3 (üç) ədədinin demontaj olunması nəzərə alınmaqla) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxs Aktuğ Murata istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB**********1700266117, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-490/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-490/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver