Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-493/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1987-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada sürücü fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində notarial etibarnamə əsasında idarə etdiyi “Mersedes Vito” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla yol ayrıcındakı işıqforun qırmızı işığında dayandığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətli yolun sağ hərəkət zolağından işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətini davam etdirdiyi vaxt həmin hərəkət yolunun sol zolağından sağ istiqamətə onun qarşısına çıxıb hərəkətini məhdudlaşdıran “Toyota” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olmaqla əvvəllər tanımadığı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə öz avtomobilində əl hərəkətləri ilə iradını bildirdikdə, Zərərçəkmiş şəxs avtomobilndən yerə düşüb yaxınlıqda dayanan mikroavtobusa yaxınlaşaraq həmin mikroavtobusun açıq yan şüşəsindən başını içəri salıb Təqsirləndirilən şəxs ona işarə etməklə nə dediyini soruşduqda, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobustan yerə düşərək Zərərçəkmiş şəxs ilə mikroavtobusun sol yan tərəfində üz-üzə gəldiyi zaman Zərərçəkmiş şəxs özündən kənara itələməsini və onun avtomobilinin hərəkətini məhdudlaşdırdığını cüzi səbəb kimi bəhanə edən Təqsirləndirilən şəxs ictimai yer olan həmin küçədə heç bir əsaslı səbəb olmadan aralarında mübahisə yaradıb qarşılıqlı münasibətlərinin pozulması zəmində oradakı digər yol hərəkəti iştirakçıları olan şəxslərin gözlərinin qarşısında Zərərçəkmiş şəxs ünvanına ucadan təhqiramiz ifadələr işlədib ümumi davranış, əxlaq və mənəviyyat normalarına əməl etmədən onunla dalaşaraq ətrafdakılara etinatsızlıq göstərməklə xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlərlə özünün şəxsiyyətini digər şəxlərin şəxsiyyətinin fövqündə qoyub onlardan əsaslı fərqlənməsini göstərməklə Zərərçəkmiş şəxs üzərinə gedərək zor tətbiq edib yumruğu ilə onun sol üz nahiyələsindən qəsdən bir neçə dəfə zərbə vuraraq sol əli ilə onun çiynindən tutub dartışdırıb arxa tərəfindən qucaqlayaraq güləş fəndi ilə arxası üstə zərblə yerə çırpıb yıxmaqla, yerə yıxılmış vəziyyətdə olduğu vaxt Zərərçəkmiş şəxs bel nahiyəsinə sağ ayağı ilə təpiklə bir dəfə təpiklə zərbə vuraraq ona başının təpə nahiyəsinin əzilmiş-kəsilmiş yarası, sol yanağın sıyrığı ilə nəticələnən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi kimi zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 08:30 radələrində Mərdəkan qəsəbəsi, 28 may küçəsi ilə Şüvəlan qəsəbəsi istiqaməti ilə etibarnəmə əsasında idarə etdiyi **-UU-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol ayrıcında olan işıqforun qırmızı işığında dayanmışdır. Qısa müddət sonra işıqforun yaşıl işığı yandıqda yolun sağ zolağından sağ istiqamətə hərəkət etmək istədikdə yolun sol zolağından “Toyota” markalı avtomobil birdən-birə qarşısını kəsərək hərəkətini məhdudlaşdırmışdır. Bu zaman o, həmin avtomobilin sürücüsünə siqnal verərək təhlükə yataması barədə xəbərdarlıq etmişdir. Bu zaman həmin avtomobilin sürücüsü əlqol hərəkətləri ilə ona nəsə demək istəmişdir. Lakin, ona məhəl qoymayıb ondan avtomobilini sürüb yoluna davam etməsini istəmişdir. Bu zaman həmin şəxs avtomobili hərəkət etdirərək sağ istiqamətə doğru getmiş və təxminən 10-15 metr aralıda avtomobili saxlamışdır. Onun yanına çatdıqda o, avtomobilini saxlayaraq sağ tərəfdəki yan şüşəni endirib ona etdiyi hərəkətin təhlükəli olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs avtomobilindən düşərək onun avtomobilinin yanına gəlib başını idarə etdiyi avtomobilin sağ yan şüşəsindən içəri salaraq onu qarşı nalayiq küçə söyüşləri işlətmişdir. Bundan sonra o da həmin şəxsə küşə söyüşləri işlətmiş və həmin şəxs avtomobilin yanı ilə üzərinə doğru gəlmişdir. Bu zaman o da avtomobildən aşağı düşmüş və həmin şəxsin ona qarşı əl-qol ilə küçə söyüşlərinə davam etdiyini eşitmişdir. Həmin vətəndaşa əlini aşağı salmasını dəfələrlə istəsə də onun üzərinə gəlməyə davam etmişdir. Bu zaman onun işlətdiyi sözlərə görə dözə bilməmiş və sağ əli ilə onun sol üzünə bir dəfə yumruq vurub onu güləş fəndi ilə yerə sərmişdir. Həmin şəxs yerdə olduğu vaxt da küçə söyüşlərinə davam etdiyi üçün bir dəfə də təpiklə onun bel nahiyyəsinə vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər onlara yaxınlaşaraq ayırmışlar və o idarə etdiyi avtomobilə oturaraq oradan uzaqlaşmışdır. Qısa yol qət etdikdən sonra həmin avtomobilin arxasınca təhlükəli sürərək əl işarəsi ilə ona avtomobili saxlamağı işarə etmişdir. Həmin şəxsə fikir verməyib hərəkətinə davam etmişdir. Həmin şəxs ona məhəl qoymayıb arxasınca gəlməyə davam etmiş və onunla yenidən sözlü mübahisə etmişdir. Həmin şəxsin susmayacağını görüb birlikdə polis bölməsinə getməyi təklif etmişdir. O da onunla razılaşmış və avtomobili geriyə döndərib onun arxasınca gəlmək istəyərkən ara küçəyə girib onun getməsini gözləmişdir. Eyni zamanda təqsirləndirilən şəxs qeyd etmişdir ki, zərər çəkmiş şəxslə əvvəllər bir-birlərini tanımamış, onunla heç bir münaqişəsi olmamış, törətdiyi əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışdığından barəsində yüngül cəza təyin olunması xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Petkoviç göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 09:30 radələrində Mərdəkan qəsəbəsi, 28 may küçəsində olarkən tələsdiyindən yolu səhv girdiyini görüb birdə-birə sağa dönüş etmişdir. Bu zaman arxada olan avtomobil siqnala basıb əl-qol hərəkətləri ilə nəsə dediyini görmüşdür. Bundan sonra avtomobili təxminən 15-20 metr qarşıya sürüb saxlamışdır. Avtomobildən düşüb həmin avtomobilin sağ tərəf şüşəsinin açıq olduğunu görüb açıq pəncərədən sürücüdən nə dediyini soruşduqda ona nalayiq ifadələr işlətmişdir. O da həmin cavab vermiş və onun oturduğu tərəfə getmişdir. Digər şəxs avtomobildən düşmüş və üzərinə gəlib əli ilə onu özündən itələmişdir. Bu hərəkəti bir neçə dəfə etdikdən sonra həmin şəxs sifətinə bir dəfə yumruqla vurmuş və güləş fəndi ilə onu yerə sərmişdir. Yerdə olan zaman bir dəfə də təpiklə onu vurmuşdur. Bundan sonra ətrafdakı şəxslər onları aralamışlar və o, avtomobilinə oturub xəstəxanaya getmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasını, onunla barışmasını göstərib, ümumiyyətlə ona cəza təyin etməməsini məkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-tibbi ekspertizasının 08 avqust 2025-ci il tarixli, 750 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzarində təpə nahiyəsinin əzilmiş-kəsilmiş yarası, sol yanağın sıyrığı aşkar edildi. Qeyd olunan xəsarətlər tinli küt əşyanın (alətin) təsirindən onun "X7" X6 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, kənar şəxsin onu qaldıraraq öz boyu hündürlüyündən yıxaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlməsi istisna olunmur. Diskə baxış protokulundan görünür ki, yol ayrıcında biri tünd boz rəngli sedan, digəri isə qara rəngli mikroavtobus ard-arda yoldan sola dönərək təxminən 10-15 metr gəldikdən sonra yolun hərəkət hissəsində yan-yana saxlayır və sedan avtomobilin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən düşərək qara rəngli mikroavtobusa yaxınlaşıb başını avtomobilin açıq yan şüşəsindən içəri salır. Bundan sonra qara rəgli mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşür və onlar avtomobilin sol yan tərəfində üz-üzə gəlirlər. Üz-üzə olan vaxt Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs üç dəfə itələyir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sol üzünə bir dəfə yumruqla zərbə endirir və sol əli ilə onun çiyin nahiyəsindən tutub dartışdırıb arxa tərəfindən qucaqlayaraq Zərərçəkmiş şəxs arxası üstə zərbə ilə yerə yıxır. Yerdə olan vaxt Təqsirləndirilən şəxs sağ ayağı ilə təpiklə Zərərçəkmiş şəxs bel nahiyyəsinə bir dəfə təpiklə vurur. Bundan sonra ətrafda olan şəxslər onlara yaxınlaşaraq aranı sakitləşdirir və onlar öz avtomobillərinə əyləşərək hadisə yerindən çıxıb gedirlər. 29 iyul 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 31 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri, yəni xuliqanlıq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 221.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzanın yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini, CM-nin 69.4-cü maddəsinin müddəalarını (həbsdə saxlanılan şəxsə cərimə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir) tətbiq etməklə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmasını nəzərə alıb təyin ediləcək cərimə cəzasının yüngülləşdirilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə 1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 2 (iki) gün şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq təyin edilmiş 1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 1.000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(003)-493/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-493/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver