Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-495/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Xüsusi ittihamçı X6, Barəsində şikayət verilən şəxs X2 iştrakları ilə X10 və X4 X2 barəsində vermiş olduqları xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: X10 və X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X10 və X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Gürcüstan Respublikasınin Dmanisi rayonunun Aşağı Qarabulaq kənd sakini X5, ilə qonşu olmuşlar. Eyni zamanda X5 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 il 04 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması və şərti maliyyə vahidinin 6 yüz misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında “ xx.xx.2009-cu il tarixli qərarının 3.2-ci maddəsinə əsasəm o, cəzadan azad edilmişdir. Onun məhkum olmasından xəbərsiz olmuşlar. X5 vaxtilə törətdiyi cinayət əməlindən heç bir nəticə çıxarmamış və xx.xx.2019ci il tarixində şübhəli şəxs qismində saxlanılmış, onun barədə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Onun cinayət törətməsi məhkəmə tədqiqatı sübut olunmuş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-213/2021 saylı hökmü ilə 8 ( səkkiz) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdən təqsirləndirilən şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-193/2023 saylı qərarı ilə X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən cinayət işində onlar zərərçəkmiş və mülki iddiaçıdırlar. X5 tərəfindən dələduzluq yolu ilə əldə edilmiş pul hələ də ödənilməmişdir. X5 məhkəmə hökmü əsasında onlara ödəməli olduğu pulun onlara qaytarmamaq məqsədilə müxtəlif instansiya orqanlara Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinə, Sabunçu Rayon Polis İdarəsinə, Sabunçu Rayonu 13-cü Polis Bölməsinə, Sabunçu Rayon Prokurorluğuna, Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə, Suraxanı Rayon Prokurorluğuna, Suraxanı Rayon Məhkəməsinə əsassız, böhtan xarakterli, onları ağır cinayət törətməkdə ittiham edən şikayətlər ünvanlamışdır. Nəticədə dəfələrlə polis və prokurorluq orqanlara çağırılmışlar və dəfələrlə izahatları alınmışdır. Təbii ki, X5 tərəfindən barələrində ağır cinayət törətməkdə ittiham edilməkləri barədə şikayətlər öz sübutunu tapmamışdır. Bununla yanaşı X5 müxtəlif vaxtlarda aşağıdakı qeyd edilən məzmunda şikayətlər etmişdir :
1. AR Ədliyyə Nazirliyi Penitensiar Xidməti 9 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış şikayətdə bir qrup qatı cinayətkar dəstənin fiziki zorakılığı, ictimai yerdə xuliqanlıq hərəkətləri, hədə qorxu ilə tələb etmə, üzərində olan şəxsi əşyaların müvafiq sənədlərin zor gücünə əlindən alınması, soyğunçuluq etməklə kifayətlənməyərək əhalinin sıx olduğu ictimai yerdə əlqolunu tutub zor tətbiq etməklə şəxsi avtomobilə mindirildiyini, maşın yerindən tərpənən kimi iki nəfər idman cüssəli cinayətkarların arxa oturacaqda sağ və sol tərəfdə əyləşərək əllərini qayış kəmərlə bağlayıb başına torba keçirdiklərini, bunla da ağır cinayət törətməkdə ittiham etmişdir. ( AR Cinayət Məcəlləsinin 180.2.1, 221.2-ci, 144.2.3 və 144.2.5 -ci maddəsi, ) Qeyd edilən şikayət üzrə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında”qərar çıxarılmışdır. Həmin qərarla sübut olunmuşdur ki, şikayət əsassızdır.
2. AR Ədliyyə Nazirliyi Penitensiar Xidməti 9 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Suraxanı RPİ-nə ünvanlanmış şikayətdə 2017-ci il tarixində tanışdığı X7, qohumu X10, qohumu X11 və Rasim adlı şəxslə Nizami rayonu ərazisində yerləşən Vərəm Dispanserinin yanında yerləşən kafedə zorla Mersedes markalı avtomobilə əyləşdirilərək Suraxanı rayonu ərazisində yerləşən qəbristanlığa götürərək döyüldüyünü bildirmişdir və onları qeyd edilən ağır cinayətdə ittiham etmişdir (AR Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi) Qeyd edilən şikayət üzrə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır. Həmin qərarla sübut olunmuşdur ki, şikayət əsassızdır.
3. X5 tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış ərizədə xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında”qərarın ləğv edilməsi xahiş edilmiş, ərizədə onların ağır cinayət törətdikləri qeyd edilmişdir. Lakin onun bu ərizəsi də təmin edilməmişdir. X2 qeyd etdiyi hallar sübutunu tapmamış, böhtan xarakterli olduğu bir daha təsdiq olunmuşdur. Göründüyü kimi X5 əsassız olaraq hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edərək onların barəsində həqiqətə uyğun olmayan məlumatlar verir. Bu isə onlara çox böyük mənəvi zərər vurur. Çünki onların ailə və qohumlarının yanında etimadları var və hər dəfə polisə, prokurorluğa müraciətlər onları da narahat edir. Biz hər dəfə stress keçiririk və hər dəfə polis tərəfindən çağırılmağı rahatlığını pozur. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 03 saylı Qərarına əsasən, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 92ci maddəsinin İl və 111 hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit “edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsındə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası ” Konstitusiya " Məhkəməsinin “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci Qərarına əsasən, mənəvi Zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun “əsasında "ona məxsus" olan” qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak гəгəп ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında müəyyən edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. X5 tərəfindən polis və prokurorluğa edilmiş şikayətlər pnların haqqında BÖHTAN XARAKTERLİ, həqiqət olmayan məlumatların verilməsi onların şərəf və ləyaqətinin sonsuz təhqiri kimi qiymətləndirilməli və X5 cəzalandırılmalıdır. Çünki onlar bütün bu böhtanlarla qarşılaşmaqları, ağır cinayət törətməkdə ittiham olunmaqları qohumları onların üzünə şübhə ilə baxmaları, onlara bir qohum kimi etimad etməmələri ciddi əsəb sarsıntısı keçirməklərinə səbəbə olmuşdur. İllər boyu qohum əqraba tərəfindən ancaq müsbət münasibət görməkləri, lakin birdən bu cür pis münasibətlə qarşılaşmaqları onların dəfələrlə halının pisləşməsinə gətirib çıxarmışdır. Buna görə də, qeyd etdikləri nəzərə alaraq məhkəmədən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında X10 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində şikayət verilən şəxs X5 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittihamçı X7 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə də cavab vermir. Həmin maddəyə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Göründüyü kimi, X10 və X1 Ədalət Məhərrəm oğlunu ittiham etdiyi əməlin onun tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. X10 və X7 barəsində Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə X2 şikayətçisi hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer də göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, xüsusi ittihamçı X10 və X7 tərəfindən X2 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qəraraaldı:
Xüsusi ittihamçı X10 və X4 X2 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev