Məhkəmə qərarları › İş №1(003)-496/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-496/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-496/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı — Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi — Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Əfqanıstan İslam Respublikasının Saripul şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, natamam-ali təhsilli, subay, işsiz, Əfqanıstan İslam Respublikasının Saripul şəhərində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada viza ala bilmədiyindən Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə X2 getmək məqsədi ilə 05 may 2023-ci il tarixdə saat 21:54-də 9018 saylı Tehran-Bakı aviareysi ilə Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X7 Aeroportuna gələrək sərhəd nəzarəti şöbəsində “sənədlərin yoxlanışı” sərhəd naryadına özünün adına rəsmiləşdirilmiş, 1-ci vərəqi poliqrafik çap üsulu ilə deyil, axınlı printerdə çap edilmiş, həmin növ sənədlər üçün nəzərdə tutulmuş standartlara uyğun olmayan, doğum tarixi özgəsinə məxsus olan CY2030391 nömrəli Pakistan İslam Respublikasına məxsus saxta pasportu sərhəd nəzarətinə təqdim edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, 05 dekabr 2001-ci ildə Əfqanistan İslam Respublikasının Sarıpul şəhərində anadan olmuş, Əfqanistan İslam Respublikasının Məzari-Şərif şəhəri Bəlx Unversitetində təhsil almış, maddi imkanı ağır olduğu üçün ali təhsilini davam etdirə bilməmiş və işləmək məqsədi ilə Əfqanistan İslam Respublikasını tərk edərək X2 getmək qərarına gəlmişdir. Əfqanıstan İslam Respublikası ilə X4 arasında viza rejimi olduğu üçün birbaşa Əfqanıstan İslam Respublikasından X2 gedə bilməmiş, dostarının vasitəsi ilə tanımadığı Pakistan İslam Respublikasının vətəndaşı, ona həmin ölkənin pasportunu düzəldə biləcəyinə söz vermiş, bu məqsədlə fotoşəklini dostlarına vermiş və sonuncular onun fotoşəklini Pakistan İslam Respublikası vətəndaşına göndərmişlər. Təxminən 2022-ci ilin sentyabr ayında dostlarının ona verdiyi ünvana Pakistan İslam Respublikasının Pişəvər şəhərində yerləşən əvvəlcədən ona deyilmiş otelə getmiş, orada tanımadığı Pakistan İslam Respublikası vətəndaşı ilə görüşmüş və 300.000 (üç yüz min) Pakistanı rupisi (təxminən 1000 ABŞ dolları) vermiş, bir ay Pişəvər şəhərində oteldə qaldıqdan sonra həmin şəxs üzərində sonuncuya məxsus fotoşəkili və xx.xx.2000-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı Ullah Neamata məxsus anket məlumatları olan pasport vermişdir. Həmin pasportu aldıqdan sonra Əfqanıstan İslam Respublikasının Sarıpul şəhərinə qayıtmış və təxminən 2023-cü ilin aprel ayının əvvəllərində özünə məxsus Əfqanıstan İslam Respublikasının pasportu ilə İran İslam Respublikasının Məşhəd şəhərinə getmiş, bir ay orada qaldıqdan sonra Tehran şəhərinə, oradan isə 05 may 2023-cü il tarixdə Tehran-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. “Heydər Əliyev” X6 sərhəd naryadına təqdim etdiyi Pakistan İslam Respublikasına məxsus pasport rəsmiləşdirilən zaman qismən saxta olduğu üçün 05 may 2023-cü il tarixdə saat 21.54 radələrində DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İlk dəfə cinayət törətdiyini, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX Sərhəd Nəzarətinin “Heydər Əliyev” X8 SNŞ-nin zabit baş nəzarətçisi, mayor Şahid1 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-dan xx.xx.2023-cü il tarixdə saat 09:00-dək “Heydər Əliyev” X5 Terminal 1 uçub gəlmə xəttində “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuş, saat 21:54-də “sənədlərin yoxlanışı” sərhəd naryadına təyin olunan gizir Şahid2 918 saylı Tehran-Bakı aviareysi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmək istəyən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs CY2030391 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportunun saxta olamsından şübhə edildiyi üçün saxlanıldığını ona məruzə etmişdir. O, həmin istiqamətə hərəkət edərək Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi CY2030391 nömrəli pasportu yoxlamış, pasportun saxta olduğunu dəqiqləşdirdikdən sonra aidiyyəti üzrə məruzə etmişdir. Vətandaş Təqsirləndirilən şəxs ilə söhbət əsanasında, onun Əfqanistan İslam Respublikası vətandaşı olduğu və üzərində oriqinal Əfqanistan İslam Respublikasına məxsus P03058161 nömrəli pasportu sərhədçilərə təqdim etdiyini, daha sonra 06 may 2023-cü il tarixdə saat 22 radələrində Əfqanistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Heydər Əliyev” X5 sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DSX Sərhəd Nəzarətinin “Heydər Əliyev” X8 SNŞ-nin nəzarətçisi, gizir Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tutma həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsun məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Pakistan İslam Respublikası pasportuna baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, (CY2030391) Pakistan İslam Respublikası pasport 36 səhifədən ibarət olub tünd yaşıl rəngli üzlüklə cildlənərək, üzərində “İSLAMİC REPUBLİK OF PAKİSTAN PASSPORT” məzmunlu mətn və gerb nişanın təsviri vardır. Paspotun hündürlüyü 12.5, eni 8.7 santimetrdir. Pasportun 1-ci səhifəsi kağız materialdan olub, üzərində olduğu kimi eyni sözlər və pasportun nömrəsi olan G6217573 yazıları yazılmışdır. Pasportun üzlüyünün arxasına pasport sahibinin fotoşəkili vardır, soyad qrafasında “Ullah”, adı qrafasında “Neamat” sözləri yazılmış, ata adı qrfasaında “Haqyar” doğulduğu gün, ay və il qrafasında “xx.xx.2000” pasportun verilmə tarixin qrafasında “xx.xx.2022”, “etibarlıdır” qrafasında “xx.xx.2032” göstərilmiş, doğulduğu yer qrafasında “Peshavar,Pak” yazılmışdır. Pasportun 11-ci səhifəsinin sol künc orta tərəfində pasport sahibinin fotoşəkli, həmin fotoşəkildən sağ tərəfində yuxarı hissədə KİNGDOM OF SAUDİ ARABİA, yazıları vardır. Tarix qrafasında “16/02/23 “ “44/07/25” və ********** yazıları yazılmış, “etibarlıdır” qrafasında xx-xx-2023 göstərilmiş, ad qrfasında “NEAMAT ULLAH HAQYAR” yazılmış yaşama müddəti qrafasında 90 gün sözləri qeyd edilmişdir. (CY2030391) Pakistan İslam Respublikası pasportun kserosurəti baxış protokoluna əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 12 may 2023-cü il tarixli 5/667 saylı ekspert rəyindən görünür ki, 1.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan CY2030391 nömrəli Pakistan İslam Respublikasının pasportunun (1-ci vərəqdən başqa) və Təqsirləndirilən şəxs adına olan P03058161 nömrəli Əfqanıstan İslam Respublikası pasportunun blankı xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi pasport ilə eynilik təşkil edir. 2.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan CY2030391 nömrəli Pakistan İslam Respublikasının pasportunun 1-ci vərəqi axınlı printerdə çap edilmişdir və SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı pasport ilə eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 16 may 2023-cü il tarixli 3/771 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş CY2030391 nömrəli pasportdaki fotoşəkildə, ********* nömrəli sərhədkeçmə arayışındaki fotoşəkildə, P03058161 nömrəli pasportdaki fotoşəkildə və NEAMAT ULLAH adına İAMAS-dan çıxarışdakı fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Əfqanistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş saxta CY2030391 nömrəli Pakistan İslam Respublikasına məxsus pasport maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsıin əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası CPM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsn barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Təqsirləndirilən şəxs dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi saxta CY2030391 nömrəli Pakistan İslam Respublikasına məxsus pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 80,00 (səksən) manat və 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla ümumilikdə 208 (iki yüz səkkiz) ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194- cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsıin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat və 128 (bir yüz iyirmi səkkiz) manat olmaqla ümumilikdə 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZO**********000003944: SVVİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi saxta CY2030391 nömrəli Pakistan İslam Respublikasına məxsus pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NАВZ********************, S.VV.İ.F.T.BİK АİİВ AZ2X, hesab AZ 35AlİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar