Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-497/2021 17.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Yardımlı rayonunun Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Mirimli kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat yolu küçəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai borcunu yerinə yetirən şəxsə qarşı silah qismində əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat yolu küçəsindəki yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs1 qarşı açıq-aşkar cüzi səbəbdən, Zərərçəkmiş şəxs1 onun yaşadığı evin qarşısından tikinti üçün taxtaları aparmasını bəhanə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edərək, yumruqla Zərərçəkmiş şəxs1 sinə nahiyəsindən zərbə ilə vuraraq sonuncunun bədən nahiyəsinə döş qəfəsinin nöqtəşəkilli qansızması ilə müşayiət olunan, dərəcəsi təyin edilməyən və sağlamlığa zərərvurmayan xəsarət yetirmiş, bu zaman onu sakitləşdirmək istəyən, yəni ki, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək silah qismində istifadə etdiyi bel sapı ilə bədəninin sağ tərəfindən və sağ kürək nahiyəsindən vuraraq qəsdən Zərərçəkmiş şəxs2 bədənində sağ kürəkaltı nahiyənin, bel nahiyəsinin qançırları və əzilmiş yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ kürək və sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsləriin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü əvvəlcə təqsirli bilməyərək göstərdi ki, Tofiq, Afiq və Əlizadə adlı şəxslər onun qonşularıdır, onları 2015-ci ildən tanıyır. Belə ki, o, əvvəldən Xəzər rayonu Qala qəsəbəsi Bakavtomat yolu küçəsində yerləşən evində yaşamışdır, onlar isə həmin ildə onun evinin yanından torpaq sahəsi alıb ev tikmiş və onunla qonşu olmuşlar. Əvvəllər onun qonşuları ilə münasibəti yaxşı olmuş, sonradan isə müəyyən söz-söhbətlər ucbatından aralarındakı münasibətlər pisləşdiyi üçün, o, onlarla danışmamışdır. Qonşularının yaşadığı evin divarı və pəncərəsi onun evinə gedən yola düşmüşdür. 04 iyun 2021-ci il tarixdə saat 17 radələrində evinə qayıdarkən qonşularının öz evlərində təmir işləri apardıqlarını görmüşdür. Bu zaman onun evinə gedən yolda ləqəbi Zamin, əsl adı isə Əlizadə olan şəxs əlində taxta ilə onun evinə gedən yoldan keçib öz evinin pəncərəsindən taxtanı içəri ötürmüşdür. Həmin şəxslərlə münasibəti olmadığı üçün Əlizadəyə onun yolundan keçməməsini bildirərək irad tutmuşdur. Lakin Əlizadə onun dediklərinə məhəl qoymamış və ona sərt cavab vermişdir. O, Əlizadə ilə söhbət edərkən evdən Afiq adlı şəxs çıxaraq onların yanına gəlmiş və çatan kimi ona baş nahiyəsindən yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən o, bir anlıq huşunu itirmişdir. Bundan sonra Əlizadə sağ böyrəyindən təpiklə vuraraq köynəyini dartıb cırmışdır. Daha sonra isə Əlizadənin atası Tofiq də onların yanına gəlmiş və onu vurmağa başlamışdır. Onlar onu döyüb qurtardıqdan sonra sürüyüb həyətinə gətirmiş və oradan uzaqlaşmışlar. Ətrafda Əlizadənin, Afiqin və Tofiqin qohumları olmuşlar, lakin o, onları tanımır. Kənar qonşulardan isə ətrafda heç kəs olmamışdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, əvvəllər özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslər Əlizadə və Afiq ilə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmişdır və onların ondan heç bir şikayəti yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, əsl adı Əlizadədir, Zamin isə ləqəbidir. Qonşuluqda yaşayan Hafizin yaşadığı ev onun evinin arxa tərəfinə, həmin evin həyətinin küçə qapısı isə onun yaşadığı evin 2 metr məsafəsində arxa tərəfinə düşmüşdür. Hafizin həyət qapısının 3 metrliyində onun evinin küçəyə olan pəncərəsi vardır. Onların Hafizlə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan Hafizin çətin xarakteri ucbatından münasibətləri pisləşmişdir. 04 iyun 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə təmir işləri apararkən otağa vuracağı döşəmə taxtalarını küçəyə olan pəncərə vasitəsilə evə daşımışdır. Həmin vaxt Hafiz küçəyə çıxaraq niyə onun həyətinə daxil olub taxtaları evə daşıdığını soruşmuşdur. O, Hafizə həyətinə daxil olmamasını dedikdə Hafiz ona demişdir ki, bura onun həyətidir və o, yolu kəsəcəkdir. Buna görə də aralarında mübahisə yaranmış və Hafiz onu sinəsindən yumruqla vurmuşdur. Bu zaman qaynı Afiq onların yanına gələrək mübahisəni sakitləşdirmək və onları ayırmaq istəmişdir. Hafiz Afiqin onlara yaxınlaşdığını görərək Afiqi nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. Afiq onları ayırmaq istəyən zaman Hafiz qaçaraq həyətdən bel götürüb onlara tərəf cummuş və əlindəki bel ilə Afiqi sağ kürəkaltı və bel nahiyəsindən vurmuşdur. Afiq sağ əli ilə özünü müdafiə edən zaman bel Afiqin sağ bazu nahiyəsindən dəymişdir. Səs-küyə gələn atası Tofiq və qonşular onları ayırmışlar. Hazırda səhhəti yaxşıdır, Hafiz onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Hafizə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Əlizadə onun qaynı, Tofiq qaynatasıdır. Təqsirləndirilən şəxs isə onlarla qonşuluqda yaşayır. Onlar qaynatası Tofiq ilə bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Hafizin yaşadığı ev qaynatasının evinin arxa tərəfinə düşür, həmin evin həyətinin küçə qapısı isə qaynatasının yaşadığı evin 2 metr məsafədə arxa tərəfinə düşmüşdür. Hafizin həyət qapısının 3 metrliyində isə qaynatasının evinin küçəyə olan pəncərəsi olmuşdur. Onların Hafizlə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan müəyyən söz-söhbətlərə görə münasibətləri pisləşmişdir. 04 iyun 2021-ci il tarixdə saat 17 radələrində qaynatası və qaynı yaşadıqları evdə təmir işləri apardıqları zaman otağa vuracaqları döşəmə taxtalarını küçəyə olan pəncərə vasitəsi ilə evə daşıyırmışlar. Həmin vaxt o da öz evində iş görmüşdür. Birdən qonşu tərəfdən küçədən səs-küy eşidib küçəyə çıxdıqda Hafizin qaynı Əlizadəni yumruqla sinəsindən vurduğunu görmüşdür. O, onların yanına gedərək mübahisəni sakitləşdirmək və davanı ayırmaq istəmişdir. Hafiz onun onlara yaxınlaşdığını görərək onu nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. O, həmin şəxsləri ayırmaq istəyən zaman Hafiz qaçaraq həyətdən bel götürüb onlara tərəf cummuş və əlindəki bel ilə onu sağ kürəkaltı və bel nahiyəsindən vurmuşdur. Həmin vaxt o, sağ əli ilə özünü müdafiə edərkən bel onun sağ bazu nahiyəsindən dəymişdir. Səs-küyə gələn qaynatası Tofiq və digər qonşular onları ayırmışlar. Hazırda səhhəti yaxşıdır, təqsirləndirilən şəxs Hafiz onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Hafizə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, Əlizadə onun oğlu, Afiq kürəkənidir. Təqsirləndirilən şəxs isə onlarla bir qonşuluqda yaşayır. O, oğlu və kürəkəni ilə bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Hafizin yaşadığı ev onun evinin arxa tərəfinə düşmüşdür, həmin evin həyətinin küçə qapısı isə onun yaşadığı evin 2 metr məsafədə arxa tərəfinə düşür. Hafizin həyət qapısının 3 metrliyində isə onun evinin küçəyə olan pəncərəsi vardır. Onların Hafizlə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan müəyyən söz-söhbətlərə görə münasibətləri pisləşmişdir. 04 iyun 2021-ci il tarixdə saat 17 radələrində o və oğlu Əlizadə yaşadıqları evdə təmir işləri aparan zaman otağa vuracaqları döşəmə taxtalarını küçəyə olan pəncərə vasitəsi ilə evə daşımışlar. Həmin vaxt o da öz evində iş görmüşdür. Birdən qonşu tərəfdən küçədən səs-küy eşidib pəncərədən küçəyə baxmış, Hafizin Əlizadəni yumruqla sinəsindən vurduğunu görmüşdür. Səs-küyə kürəkəni Afiq də bayıra çıxmışdır. Hafiz Afiqin onlara yaxınlaşdığını görərək Afiqi nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. Afiq onları ayırmaq istəyən zaman Hafiz qaçaraq həyətdən bel götürüb onlara tərəf cummuş və əlindəki bel ilə Afiqi sağ kürəkaltı və bel nahiyəsindən vurmuşdur. Afiq sağ əli ilə özünü müdafiə edən zaman bel Afiqin sağ bazu nahiyəsindən dəymişdir. Bunu gördükdən sonra o, dərhal bayıra çıxıb onları ayırmağa çalışmışdır. Onunla birlikdə digər qonşular da onları ayırmağa çalışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 da oxşar, eyni məzmunlu ifadələr verərək şahid X1 göstərdiklərini təsdiq etdilər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər iki şəxs istintaqa verdikləri ifadələri əyani olaraq bir-birinin üzünə qarşı təsdiq etmişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs oğlu arasında arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər iki şəxs istintaqa verdikləri ifadələri əyani olaraq bir-birinin üzünə qarşı təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyun 2021-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ kürəkaltı nahiyəsinin, bel nahiyəsinin qançırları və əzilmiş yaraları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ kürək və sağ bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 04 iyun 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyun 2021-ci il tarixli 582 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - döş qəfəsinin nöqtəşəkilli qansızması küt əşyanın təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 04 iyun 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 03 noyabr 2021-ci il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, buna görə də onların təqsirləndirilən şəxsdən heç bir şikayətləri və ya digər tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Seriya AZE № 11080040 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 yanvar 2009-cu il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə baxışının sonunda verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli məhkəmə istintaqının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-497/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-497/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver