Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-497/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə 16 avqust 1994-cü il tarixdə X3 Respublikasının Chitwan şəhərində doğulmuş, X3 Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X3 Respublikasının Chitwan şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 264/2023 saylı 12 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İttiham akına əsasən Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Hindistan Respublikasından Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından Türkiyə Respublikasına təkrarən keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 11:00-da özgəsinin, yəni 04 avqust 1998-ci il təvəllüdlü X3 Respublikası vətəndaşı X9 Krishnanın adına verilmiş 08199048 nömrəli X3 Respublikasına məxsus ümumvətəndaş pasportunu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən X7 Aeroportunda sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini lazımi sənədlər olmadan qanunsuz olaraq Hindistan Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 15:18-də özgəsinin, yəni 04 avqust 1998-ci il təvəllüdlü X3 Respublikası vətəndaşı X9 Krishnanın adına verilmiş 08199048 nömrəli X3 Respublikasına məxsus ümumvətəndaş pasportunu Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən X7 Aeroportunda sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini lazımi sənədlər olmadan qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına təkrarən keçmiş, Türkiyə Respublikasında olarkən müəyyən edilmiş sənədlər olmadan dövlət sərhədini keçməyə cəhd göstərməsi müəyyən edildiyindən, geriyə Azərbaycan Respublikasına qaytarılmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2-3 il bundan əvvəl Türkiyəyə getmiş və orada yaşamağa başlamışdır. Türkiyə Respublikasında yaşamaq üçün vizasının müddəti bitdikdən sonra vizanın etibarlılıq müddəti rəsmi qaydada artırılmamış və rəsmi qaydada Türkiyə Respublikasından çıxarılmaqla Yunanıstan Respublikasının sərhədinə aparılıb Yunanıstan Respubliksının ərazisinə gətirilmişdir. Yunanıstan Respublikasında sərhədçilər tərəfindən saxlanılmış və sənədləri yunan polisi tərəfindən məhv edilmişdir. Bir neçə gün sonra polisdən yayınaraq Yunanıstan Respublikasının ərazisindən qaçaq yolla Türkiyə Respublikasına keçmişdir. Bundan sonra İstanbul şəhərində qeyri-leqal yaşayaraq tikiş fabrikində işləməyə başlamışdır. Valideynlərini görmək məqsədi ilə X3 Respublikasına getmək qərarına gəlmişdir. Sənədləri olmadığı üçün dostu 04 avqust 1998-ci il təvəllüdlü X3 Respublikası vətəndaşı X9 Krishnanın paspotunu və Türkiyə Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini təxminən bir ay əvvəl ondan alaraq həmin sənədlər əsasında İstanbul- Katmandu aviareysi ilə X3 Respublikasına getmişdir. Orada valideynləri onun buddist qadınla ailə həyatı qurduğunu öyrənərək onu qəbul etməmiş və buna görə də o, yenidən Türkiyə Respublikasına qayıtmaq qərarına gəlmişdir. X3 Respublikasında olan zaman olduğu zaman İstanbul şəhərində olan digər dostları ona X9 Krishnanın polislər tərəfindən saxlanıldığını bildirmişlər.Təxminən 15-20 gün önce Katmandu-Dehli istiqamətində avtobusla Hindistan Respublikasının Dehli şəhərinə getmiş, orada olarkən Dehli-Bakı aviareysinə bilet allb xx.xx.2023-cü ildə Dehli-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. X7 Hava Limanında sərhəd nəzarəti şöbəsində X9 Krishnanın pasportunu dövlət sərhədini keçməsi məqsədi ilə rəsmiləşdirilməsi üçün sərhədçiyə təqdim etmișdir. Sərhədçi pasportunu yoxladıqdan sonra onu dövlət sərhədindən buraxmış və o, Hava Limanında Bakı-Ankara aviareysinə bilet almışdır. xx.xx.2023-cü ildə Bakı-Ankara aviareysi ilə Türkiyə Respublikasına getməsi üçün X7 Hava Limanında gömrük və təhlükəsizlik nəzarətini keçdikdən sonra X9 Krishnaya məxsus 08199048 nömrəli pasportu sərhəd nəzarətinə təqdim etmişdir. Sərhədçi təqdim etdiyi pasportu yoxladiqdan sonra onu dövlət sərhədindən buraxmış və o, xx.xx.2023-cü ildə Bakı-Ankara aviareysi ilə Türkiyə Respublikasinin Ankara şəhərinə getmişdir. Ankara şəhərində olarkən X9 Krishnaya məxsus 08199048 nömrəli pasportu dövlət sərhədini keçməyi məqsədilə sərhədçiyə təqdim etmişdir. Sərhədçi pasportu yoxlayan zaman həmin pasportun ona məxsus olmadığını aşkar etmişdir. Bundan sonra üzərində olan X9 Krishnaya məxsus 08199048 nömrəli pasport və Türkiyə Respublkasinda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Türkiyə Respublikasında polis tərəfindən götürülmüş və xx.xx.2023-cü ildə Ankara-Bakı aviareysi ilə Azərbaycan Respublkasina deportasiya olunmuşdur. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə şifahi vəsatətlə müraciət edərək özünü təqsirli bildiyini göstərmiş və şahid ifadələrinin elan olunaraq məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bu xahişi təmin olunaraq şahid ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 Aeroportu SNŞ-də növbə rəisi vəzifəsində işləyən Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, 09 aprel 2023-cü il tarixdə X7 Aeroportunda sərhəd nəzarəti şöbəsində xidmətdə olduğu zaman saat 11:00 radələrində 5002 nömrəli Dehli-Bakı aviareysinin sərnişinlərini rəsmiləşdirən “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan gizir Şahid2 Hindistan Respublikasindan Azərbaycan Respublikasına gələn 04 avqust 1998-ci təvəllüdlü X3 Respublikasının vətəndaşı X9 Krishnanın təqdim etdiyi 08199048 nömrəli pasportu ona təqdim edərək pasportda olan fotoşəkilli pasportu təqdim edən şəxsin oxşamadığı barədə məruzə etmişdir. O, X3 Respublikasinın vətəndaşı X9 Krishnaya yaxınlaşaraq ondan Azərbaycan Respublikasına gəliş səbəbini, Azərbaycan Respublikasında neçə gün qalacağı barədə sorğu-sual etmişdir. X1 Azərbaycan Respublikasına 2 günlük turist kimi gəldiyini demiş, Bakı şəhərində rezerv etdiyi otelin sənədlərini göstərmişdir. Bundan sonra X8 Krishnanın Hindistan Respublikasından çıxış biletini və pasportunda Hindistan Respublikasının çıxış ştampını yoxladiqdan sonra șəxsdən digər șəkilli sənədinin olub-olmadığını soruşmuşdur. X1 digər şəkilli sənədinin olmadığını bildirdikdə xarici vətəndaşın pasportunun köhnə nüsxə olmadığını, pasportu aldıqdan sonra müəyyən dəyişikliyə uğramasını, başqa dəlil-sübut olmadığını nəzərə alaraq dövlət sərhədindən buraxılması üçün gizir Şahid2 göstəriş vermişdir. Bundan sonra gizir Şahid2 X3 Respublikasının vətəndaşı X9 Krishnanın təqdim etdiyi 08199048 nömrəli pasporta giriş tarix ștampi vuraraq dövlət sərhədindən buraxmışdır. X3 Respublikasının vətəndaşı X9 Krişhnanin xx.xx.2023-cü ildə Bakı-Ankara aviareysi ilə Türkiyə Respublikasına getməsi ilə bağlı “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olmuş baş leytenant İmamverdi Bayramov ona məruzə etməmiş və vətəndaşın dövlət sərhədindən buraxılması ilə bağlı heç bir məlumatı olmamışdır. 10 aprel 2023-cü ildə X3 Respublikasının vətəndaşı X9 Krishna özgəsinə məxsus pasportla dövlət sərhədini keçib Türkiyə Respublikasına getdiyi üçün Ankara-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Bundan sonra 16 avqust 1994-cü il təvəllüdlü X3 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 Aeroportunun zabit nəzarətçisi Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərduklərini təsdiq etmişdir. İş materiallarında olan DSX-nin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elsən Verdiyevin 10 aprel 2023-il tarixli, 3-38-33/2-16-551/23 nömrəli məktubunda göstərilir ki, 10 aprel 2023-cu il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına deportasiya edilən X3 Respublikası vətəndașı Təqsirləndirilən şəxs sərhəd naryadı tərəfindən saxlanılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 15 radələrində özgəsinə məxsus NPL 08199048 nömrəli pasport əsasında dövlət sərhədini keçərək Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmişdir. İş materiallarında olan DSX-nin OABİ-nin sənədindən görünür ki, X3 Respublikası vətəndașı Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-portret ekspertizası”nın 05 may 2023-cü il tarixli, 3/721 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ********* nömrəli X3 Respublikasına məxsus ümumvətəndaş pasportunun surətində, təqdim edilmiş 06192265 nömrəli X3 Respublikasına məxsus ümumvətəndaş pasportunun surətində və təqdim edilmiş formatlı kağız vərəqdəki fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Hindistan Respublikasından Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından Türkiyə Respublikasına təkrarən keçməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələr və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi az ağır cinayət əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunması məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan həmin cəza cəzanın məqsədini tam təmin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs barəsində təyin olunan azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma bir ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs X3 Respublikasının Chitwan şəhərində qeydiyyatda olmaqla orada yaşayır, Azərbaycan Respublikasında yaşayan qohumu yoxdur, burada iş yeri yoxdur, heç bir əmək fəaliyyəti ilə məşğul olmur və ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiq edilməməsi üçün CM-nin 52.1-ci maddəsində göstərilən əsaslardan heç biri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindikdən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 128,00 (yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 14 iş saatına görə 84,00 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindikdən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs 128,00 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 84,00 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-497/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-497/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver