Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-498/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, natamam-orta təhsilli, evli, işsiz, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olan və yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə 26 mart 2023-cü il tarixdə saat 16:11-də özgəsinin, yəni Azərbaycan Respublikası vətəndaşı X1 adına verilmiş, lakin öz fotoşəkli olan AA0247792 nömrəli Azərbaycan Respublikasına Qayıdış X2 Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən X5 Aeroprtunda sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, 2000-ci ildə işləmək məqsədi ilə özünə məxsus ümumvətəndaş pasportu əsasında Rusiya Federasiyasının Samara şəhərinə getmişdir. 02 oktyabr 2004-cü ildə ölkəyə qayıtmış və 18 oktyabr 2004-cü il tarixdə özünə məxsus P0968423 nömrəli pasport əsasında Bakı-Samara aviareysi ilə X5 Hava Limanıda dövlət sərhədini keçərək Rusiya Federasiyasının Samara şəhərinə getmişdir. O və qardaşı Rusiya Federasiyasında birlikdə yaşamışdır. Buna görə də bütün sənədlərini bir yerə qoymuşlar. 2009-cu ildə onun sənədinin müddəti bitdiyindən qardaşı Yengibar Qasımovun pasportundan istifadə etmişdir. O, həmin pasport əsasında 25 oktyabr 2009-cu il tarixdə "Samur" sərhəd nəzarəti şöbəsindən ölkəyə gəlmiş və 20 yanvar 2010-cu il tarixdə "Samur" sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini keçərək Rusiya Federasiyasının Samara şəhərinə getmiş, həmin tarixdən də Samara şəhərinə yaşayaraq bir daha Azərbaycan Respublikasına qayıtmamışdır. Samara şəhərində yaşayaraq bazarda ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Bir müddət əvvəl Azərbaycn Respublikasına qayıtmaq qərarına gəlmişdir. Lakin qardaşı Y.Qasımovun pasportunun müddəti bitdiyi üçün özünə sənəd düzəltdirməli olmuşdur. O, qardaşının sənədini götürərək Sankt-Peterburq şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna müraciət edərək əkiz qardaşı xx.xx.1970-ci il təvəllüdlü X1 anket məlumatları əsasında, üzərində ona məxsus fotoşəkil olan Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi almışdır. Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi aldıqdan sonra 26 mart 2023cü il tarixdə Samara-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. X5 Hava Limanında sərhəd nəzarəti şöbəsində AA0247792 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini rəsmiləşdirilməsi üçün "sənədlərin yoxlanışı" sərhəd naryadına təqdim etmişdir. Təqdim etdiyi Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi rəsmiləşdirilərək 26 mart 2023cü il tarixdə saat 16.11 radələrində dövlət sərhədindən buraxılmışdır. Dövlət sərhədindən buraxıldıqdan sonra ailəsinin daimi yaşadığı İmişli rayonu, Qaradonlu kəndinə gəlmişdir. İmişli rayonunda yerləşən ASAN xidmətə müraciət edərək özünə şəxsiyyət vəsiqəsi və pasport almışdır. Pasport aldıqdan sonra Rusiya Federasiyasının Samara şəhərinə getmək məqsədi ilə Samara-Bakı aviareysinə bilet alıb 09 aprel 2023-cü il tarixdə X5 Hava Limanında sərhəd nəzarəti şöbəsinə gəlmişdir. Dövlət sərhədindən keçməyi məqsədi ilə orada özünə məxsus С03830340 nömrəli ümumvətəndaş pasportunu "sənədlərin yoxlanışı" sərhəd naryadına təqdim etmişdir. Təqdim etdiyi pasport rəsmiləşdirilən zaman İAMAS-da "sərhədkeçmə əlaqələrinin pozuntusu"-verdiyi üçün 09 aprel 2023-cü il tarixdə saxlanılmışdır. Onunla aparılan sorğu-sual zamanı 26 mart 2023cü il tarixdə üzərində özüməməxsus fotoşəkil olan özgəsinə-əkiz qardaşı X1 şəxsi məlumatları əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Baş Konsulluğundan verilmiş AA0247792 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi əsasında Samara-Bakı aviareysi ilə X5 Hava Limanında sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini keçdiyini bildirmişdir. İlk dəfə cinayət törətdiyini, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, ailəli olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 Aerortunun nəzarətçisi Şahid1 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü İl saat 09:00-dan xx.xx.2023-cü il tarixdə saat 20:00-dək X5 X7 X4 bir getmə xəttində sənədlərin yoxlanışı naryadı xidmətinə təyin olmuşdur. Sənədlərin yoxlanışı zamanı xx.xx.2023-сü il tarixdə saat 19:48 radələrində R-0774 saylı Bakı-Samara aviareysı ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi C03830340 nömrəli Azərbaycan Respublikasının pasportunu rəsmiləşdirən zamanı sərhədkeçmə əlaqələrinin pozuntususnu aşkar edib, bu barədə növbə rəisiə sərhəd naryadı xidmətində olan kapitan Şahid2 məruzə etmişdir. Kapitan Şahid2 yanlarına gələrək Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi C03830340 nömrəli Azərbaycan Respublikasının pasportunu təkrar yoxlamış, sərhədkeçmə əlaqələrinin pozuntususnun İAMASda tapılmadığı barədə aidiyyəti üzrə məruzə etmişdir. Təqsirləndirilən şəxs ilə aparılan filtirasiya zamanı o, 26 mart 2023-cü il tarixdə saat 16:11-də özgəsinin, yəni Azərbaycan Respublikası vətəndaşı X1 adına verilmiş, lakin öz fotoşəkli olan AA0247792 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi ilə X5 Aeroportundan Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlməsini etiraf etmişdir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tutma həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1970-cu ildə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 05 may 2023-cü il tarixli 3/724 saylı ekspert rəyindən görünür ki, -İ Tədqiqata təqdim edilmiş N- AA0247792 nömrəli Qayıdış Şəhadətnaməsində, C03830340 nömrəli pasportda, AA******* nömrəli şəxsiyyət vəsiqəsində, GАİМОV FİKRAT adına İAMAS-dan çıxarış --da, GASİMOV YENGİBAR adına İAMAS-dan çıxarış-da və AA******* No-li şəxsiyyət vəsiqəsinə dair MAPS-dan çıxarışda fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. -İİ Tədqiqata təqdim edilmiş AA2556300 nömrəli şəxsiyyət vəsiqəsinə və AA2556300 nömrəli şəxsiyyət vəsiqəsinə dair MAPS-dan çıxarışda fotoşəkildəki fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. -İİİ Tədqiqata təqdim edilmiş N-AA0247792 nömrəli Qayıdış Şəhadətnaməsində, С03830340 nömrəli pasportda, AA******* nömrəli şəxsiyyət vəsiqəsində, GAİMOV FİKRAT adına İAMAS-dan çıxarış --da, GASİMOV YENGİBAR adına İAMAS-dan çıxarış-da və AA******* N-li şəxsiyyət vəsiqəsinə dair MAPS-dan çıxarışda əks olunmuş fotoşəkildəki şəxsin xarici görünüş element və əlamətləri AA2556300 nömrəli şəxsiyyət vəsiqəsinə dair MAPSdan çıxarışda fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 04 may 2023-cü il tarixli 5/619 saylı ekspert rəyindən görünür ki, 1.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş C03830340 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun blankı Xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. 2.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş C03830340 nömrəli pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilməli və üzərində qəti olaraq müəyyən miqdarında cərimə cəzası saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi X1 adına olan AA0247792 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi iş materiallarında saxlanılmalıdır. Cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında da saxlanılmalıdır. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat və 80 (səksən) manat olmaqla ümumilikdə 208 (iki yüz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194- cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 1250 (bir min iki yüz əlli) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi X1 adına olan AA0247792 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi iş materiallarında saxlanılsın. Cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat və 80 (səksən) manat olmaqla ümumilikdə 208 (iki yüz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-498/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-498/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver