Məhkəmə qərarları › İş №1(003)-499/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-499/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-499/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-cı il tarixdə Laçın rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2siz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində X3 yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən nömrəsiz evin yaxınlığında küçədə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı onun saçlarından və sağ qulağınan tutub qəsdən həmin vəziyyətdə arxaya çəkərək yerə yıxmış və baş nahiyyəsinə yumruqla zərbə endirərək ona qəsdən təpə nahiyyəsinin hematoması və qansızması, sağ qulağın əzilmiş-cırılmış yarası, sol dizin sıyrğı xəsarətləri yetirməklə ona qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadədə bildirmişdir ki, 1987-ci ildə Zərərçəkmiş şəxs ilə ailə quraraq rəsmi nikaha daxil olmuş və birgə nikahdan iki övladları vardır. X1 ailəsi ilə birlikdə onun yanında Buzovna qəsəbəsi, M.Musayev küçəsi, nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs isə qızına məxsus Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs ilə dəfələrlə aralarında olan mübahisələrə görə 2015-ci il tarixdə məhkəməyə müraciət edərək rəsmi qaydada boşanmışlar. Boşandıqdan sonra Yenidən bir yerdə yaşasalar da 2020-ci ildə yenidən aralarında olan mübahisələrə görə Zərərçəkmiş şəxs ondan ayrılaraq qızları Lalə Qurbanovaya məxsus Buzovna qəsəbəsi, Qacaq Nəbi küçəsində yerləşən fərdi nömrəsiz evdə yaşamağa başlamışdır. O, ayrıldıqdan sonra dəfələrlə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq ona yenidən barışmağı təklif etsə də Zərərçəkmiş şəxs razı olmamışdır. xx.xx.2023-cü il tarixdə şaat 17:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi yerdən evə qayıtma saatını bildiyi üçün qeyd olunan tarixdə və saatda Zərərçəkmiş şəxs Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yaşadığı evin yaxınlığında onu gözləmişdir. Zərərçəkmiş şəxs qeyd olunan küçədə piyada hərəkətdə olduğunu görüb arxadan yaxınlaşaraq onunla barışmaq istədiyini bildirmiş evə qayıtmasını təklif etmişdir. Zərərçəkmiş şəxs etiraz etdiyinə görə əsəbləşərək arxadan onun saçından tutub arxaya çəkən zaman Zərərçəkmiş şəxs sağ qulağı onun əlinə ilişmiş və o, həmin vəziyyətdə Zərərçəkmiş şəxs özünə tərəf çəkərək yerə yıxmışdır. Yerdə olan zaman isə yumruqla baş nahiyyəsinə zərbə endirmişdir. Zərərçəkmiş şəxs baş və qulaq nahiyyələrinə onun tərəfindən xəsarət yetirilməsini səmimi etiraf etmişdir. Zərərçəkmiş şəxs mobil telefonun əlindən yerə düşdüyünü və həmin mobil telefonu Arzu İrahimovaya hədiyyə aldığına görə acıq edib həmin mobil telefonu yerdən götürərək oradan getmişdir. Hadisə zamanı ətrafda kənar şəxs olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, 1987-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları vardır. Hal hazırda Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində qızına məxsus fərdi nömrəsiz evdə yaşayır. Təqsirləndirilən şəxsla birgə nikahda olduğu dövrdə dəfələrlə aralarında ailə məişət zəmnində mübahisələri olmuş və Təqsirləndirilən şəxs tərəfindən döyülsə də bununla bağlı polisə ərizə ilə müraciət etməmişdir. Sonradan münasibətləri korlandığı üçün 2015-ci ildə Təqsirləndirilən şəxs rəsmi qaydada boşanaraq Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində yaşayan qızı, Lalə Qurbanovaya məxsus fərdi nömrəsiz evdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində işdən evə qayıdan zaman yaşadığı Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsi yerləşən fərdi nömrəsiz yaşadığı evin yaxınlğında piyada hərəkətdə olan zaman keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşaraq saçından tutub yerə yıxmış və qəsdən başına iki yumruq zərbəsi vurmuşdur. Həmin vaxt əli ilə Zərərçəkmiş şəxs sağ qulaq nahiyyəsinin aşağı hissəsini tutub dartaraq ona xəsarət yetirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telfonunu əlindən alaraq oradan getmişdir. Zərərçəkmiş şəxs sonradan hadisə barədə oğlu Ramin İbrahimova məlumat vermiş və R.İbrahimov anasının yanına gəldikdə Zərərçəkmiş şəxs oğlu, R.İbrahimovun mobil telfonundan DİN-nin “102” xidmətinə hadisə ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs izahatında ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla mübahisə edərək xəsarət yetirən zaman ətrafda kənar şəxs olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Həmin halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2023-cü il tarixli, 506 saylı rəydə göstərilmişdir ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq, aşağıdakı nəticəyə gəlinmişdir:

1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — təpə nahiyyəsinin hematoması və qansızması, sağ qulağın əzilmiş-cırılmış yarası, sol dizin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X11" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizədən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 6,00 manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 6,00 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar