Məhkəmə qərarları › İş №1(003)-5/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-5/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-5/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Behbud oğlunun, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski prospekti 188 mənzil 89-da qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsi yeni sahədə yaşamış, Bakı şəhəri Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli 4(003)- 219/2023 saylı qərarı ilə həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs3 təqaüd düzəldilməsində kömək edəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs3 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ş.İsgəndərov küçəsində yerləşən «Qartal Balası» düşərgəsində 3000 manat pulu və vahid niyyətlə 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ş.İsgəndərov küçəsində yerləşən «Qartal Balası» düşərgəsində 500 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 (üç min beş yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs2 Ələfsən oğlunun qüsurlu olan övladının Bakı şəhərində xəstəxanada müalicə almasına, eləcə də oradan alınan epikrizləri sistemlərə vurdurmasına köməklik göstərəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərpoçt» X1 X5 Filiyalından 23 iyun 2021-ci il tarixdə 34537965 saylı maniqramla göndərilmiş 1000 (min) manat pul baratını həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov 22, indeks AZ1090-da yerləşən 4 saylı PF-nın 90 saylı PŞ-dən ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 Ələfsən oğluna ümumilikdə 1000 (min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa. Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs1 təqaüd düzəldilməsində kömək edəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs1 05 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Aygün Moll»un qarşısında 4400 manat pulu və vahid niyyətlə 07 avqust 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən «Xəyalə» şadıq evinin qarşısında 3600 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 (səkkiz min) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, atası xəstə olduğundan atasına o baxır, eyni zamanda azyaşlı oğlan uşağını da özü saxlayır, əvvələr ailəli olsa da hazırda boşanmışdır, 2004- 2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində, 2013-2018-ci ildə isə Pirallahı rayon şöbəsində məsləhətçi-mühasib vəzifəsində işləmiş, 2018-ci ildə öz arzusu ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs3 Mərdəkan qəsəbəsində yaşayan Həmzə adlı şəxsin vasitəsi ilə tanımışdır. Təxminən 2019-cu ilin oktyabr ayının əvvəllərində Həmzə hazırda xatırlamadığı nömrə ilə onunla əlaqə saxlayaraq tanışına köməklik etmək üçün görüşmək istədiyini bildirmiş və Mərdəkan qəsəbəsinə gəlmiş, həmin vaxt yanında Cavanşir adlı şəxs də olmuşdur. Söhbət zamanı Cavanşir özü üçün təqaüd düzəltmək istədiyini deyərək ona köməklik etməsini xahiş etmiş, o da Cavanşirə bildirmişdir ki, bu işini həll edəcək, hətta daha da inamlı olması üçün dövlət idarələrinin birində işlədiyini ona demişdir. Aralarında olan söhbət əsnasında bildirmişdir ki, bu məsələnin həll olunması üçün 3500 manat pul lazımdır. Cavanşir onunla razılaşmış və elə həmin günün Cavanşirlə birlikdə Mərdəkan qəsəbəsində yerləşən Cavanşirin yaşadığı «Qartal balası» düşərgəsinə getmişlər. Orada Cavanşir 3000 manat ona vermiş, o da həmin gündən etibarən Cavanşirlə telefon əlaqəsi saxlamış, hər dəfəsində də narahat olmamasını və işinin alınmasını ona bildirmişdir. Lakin Cavanşirdən aldığı pulu o, öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində Cavanşir ilə telefon əlaqəsi saxlayaraq danışdıqları söhbət əsasında məsələnin həll olunduğunu və kartı götürməli olduğunu deyərək 3500 manatdan qalan 500 manat pulu ondan istəmişdir. Cavanşirin yaşadığı mənzilin qarşısında onunla görüşüb 500 manat pulu ondan götürüb narahat olmamasını bildirmişdir. Hər dəfə Cavanşir ondan məsələnin nə yerdə olmasını və kartı ona nə vaxt verəcəyini soruşduqda müxtəlif bəhanələr gətirərək vədlər verib inandırmış, sonradan Cavanşir məsələnin həll olunmamasını görüb pulunu geri istəmişdir. X3 uzun müddətdir ki, Şəki şəhərinə gedərkən taksi sürücüsü kimi tanımışdır. Həmin müddətdən də Dəryanın telefon nömrəsini götürmüş və onlar əlaqə saxlamışdır. O, bilirmiş ki, Dəryanın azyaşlı övladı ürək qüsurundan əziyyət çəkir və bunun üçün də Dərya tez-tez uşağını Bakı şəhrinə gətirib-aparırmış. 23 iyun 2021-ci il tarixdə səhər saatlarında Dəryanın istifadəsində olan nömrəsi ilə əlaqə saxlayaraq hansısa dövlət müəssisəsində işlədiyini, ona və yaxınlarına köməkliklər edə bilmək imkanının olduğunu bildirmişdir. Həmin vaxt Dərya onun azyaşlı və əlil övladına köməklik göstərməyi, Bakı şəhərində xəstəxanada mualicə almağına, xəstəxanadan alınan epikrizlərin sistemə vurulmasında köməklik göstərməyini xahiş etmişdir. Belə ki, həmin vaxt pandemiya vaxtı olduğundan Dəryanın Bakı şəhərinə gəlib-getməsi çətin olmuşdur. Dəryanın ona olan bu etibarından istifadə edərək ona köməklik etməyi üçün müəyyən adamlarla əlaqə saxlayacağını bildirib bunun müqabilində 1000 manat pul lazım olduğunu demiş, Dərya da razılaşmış və poçt vasitəsi ilə 1000 manat pulu onun adına göndərmişdir. O da həmin pulu götürərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra Dərya bir neçə dəfə onunla telefon əlaqəsi saxlayaraq məsələnin nə yerdə olduğunu soruşmuş, o da hər dəfə müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyi barədə yalandan vəd vermişdir. Dərya bundan sonra pulunu tələb etsə də, həmin vaxt o, pulu Dəryaya qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 təxminən 3 il olar kı, onların evində elektrik naqilləri çəkərkən usta kimi tanımış, məhz həmin müddətlərdə də ona Əhalinin Sosial Müdafiə Fonunda çalışdığını bildirmişdir. Aralarında söhbət zamanı o, Elxanın özü üçün təqaüd düzəltdirmək istədiyini başa düşmüş və 01 avqust 2021-ci il tarixdə Elxana zəng edərək onun üçün təqaüd düzəldə biləcəyini demişdir. Elxan ilə həmin gün görüşərək ona təqaüd düzəltmək üçün 8000 manat pul və müəyyən sənədlərin lazım olduğunu demiş, o da razılaşmışdır. 05 avqust 2021-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən «Aygün moll»-un qarşısında Elxan ilkin olaraq 4400 manat pulu ona vermiş, o da Elxana pulun qalan hissəsini də verdikdən sonra ona təqaüd kartı düzəldəcəyini bildirmişdir. 07 avqust 2021-ci il tarixdə saat 15 radələrində Elxan Mərdəkan-Bakı şose yolunda yerləşən «Xəyalə» şadlıq sarayının qarşısında qalan 3600 manat pulu ona vermişdir. O, Elxanı inandıraraq həmin məsələni 2 həftəyə həll edəcəyinə söz vermiş, bundan bir müddət sonra Elxanın təqaüd məsələsini həll edə bilmədiyindən, həmin 8000 manat pulu hissəhissə olmaqla öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bildirdiyi kimi, atası xəstə olmuş, atasının mualicələri üçün pulları xərcləmiş, sonradan Elxana 2500 manat qaytarmışdır. Əvvəllər maddi imkanı olmadığından, həmin pulları qaytara bilməmiş, lakin məhkəmənin gedişində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Əməllərindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Təqsirləndirilən şəxs evində elektrik ustası kimi işləmiş, həmin vaxtdan da İlahənin valideynləri ilə münasibətləri yaranmışdır. 2021-ci ilin avqust ayının 1-2-də İlahə ona telefon vastəsilə zəng edib əlaqə saxlayaraq onun üçün təqaüd düzəldə biləcəyini demiş, o da bundan əvvəlki söhbətlərində İlahənin vaxtıilə Əhalinin Sosial Müdafiə Fondunda işlədiyini bilirmiş. Bu səbəbdən İlahənin ona təqaüd düzəldəcəyinə inanmış və həmin gün görüşüb söhbət emişlər. Söhbət əsnasında İlahə ona təqaüd düzəltdirə biləcəyini və bunun üçün 8000 manat pul lazım olduğunu demişdir. İlahə ilə razılaşmış və 2021-ci ilin avqust ayının 5də Bakıxanov qəsəbəsində “Aygün siti” mollun qarşısında ona 4400 manat pul vermişdir. Həmin vaxt İlahə ona pulun qalan hissəsini də verdikdən sonra onun üçün təqaüd kartını düzəltdirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra yəni 2021-ci ilin avqust ayının 7-də o, qardaşı Elçindən 3600 manat borca pul alaraq İlahə ilə Mərdəkan qəsəbəsində yerləşən “Xəyalə” şadlıq sarayının qarşısında görüşüb 3.600 manat pulu ona vermişdir. Həmin vaxt İlahə iki həftə ərzində onun işini həll edəcəyinə söz vermişdir. Həmin günün axşamı o, İlahə ilə telefon əlaqəsi saxlayıb pulu idarəyə çatdırıb-çatdırmadı ilə maraqlanmaq istəmiş, lakin İlahənin mobil nömrəsinə zəng çatmamışdır. Bu səbəbdən o, İlahəgilin evinə getmiş, İlahənin anası onun tutulduğunu bildirmişdir. İlahənin onu aldatdığını başa düşmüş və pulunu onun anasından tələb etməyə başlamışdır. 2021-ci ilin avqust ayının 25-də İlahə ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. İlahə ilə görüşərkən verdiyi 8000 manat puldan 1000 manatını qaytarmış və güya həmin pulu kiməsə verdiyini, lakin işin baş tutmadığını bildirmiş, pulunun qalanını isə 31 avqusta qədər qaytaracağına söz vermişdir. Lakin İlahə verdiyi sözə əməl etmədiyinə görə polis orqanlarına rəsmi ərizə ilə müraciət etmişdir. Hazırda İlahə ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bi şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi Həmzə Xəlilovun vasitəsi ilə tanımışdır. Belə ki, 2019-cu ilin oktyabr ayının əvvələrində Həmzə ilə söhbət əsasında o, özü üçün pensiya düzlətmək fikrində olduğunu bildirmiş, həmin vaxt Həmzə ona tanıdığı İlahə adlı qadının olduğunu və bu işlərlə məşğul olduğunu bildirmişdir. İlahə ilə Mərdəkan qəsəbəsində görüşmüşlər və o, orada İlahəyə özünə pensiya düzəltdirmək istədiyini bildirmiş, o da ona bu işdə kömək edəcəyini demiş, hətta hansısa dövlət idarələrinin birində işlədiyini bildirmiş, o da İlahəyə inanmışdır. Bundan sonra İlahə bu məsələnin həlli üçün ondan 3500 manat pul istəmiş, o da razılaşaraq onunla birlikdə yaşadığı «Qartal balası» düşərgəsinə gedərək evdən götürdüyü 3000 manat pulu sayıb İlahəyə vermişdir. Təxminən 1 ay sonra İlahə ona artıq məsələnin həllini tapdığını, kartı götürəcəyini bildirmiş və qalan 500 manatı da vermək lazım olduğunu demiş, o da qalan 500 manatı İlahəyə vermişdir. Budan sonra İlahə ilə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda İlahə müxtəlif bəhanələrlə alınacığını deyib ona yalan vədlər vermişdir. Lakin ona sonradan məlum olmuşdur ki, İlahə ona qarşı dələduzluq edərək 3500 manat pulu almış, ondan pulunu geri istətikdə isə qaytarmamışdır. Hazırda İlahə ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bi şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 25 may 2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışdığını, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, İlahəyə cəza verilməsini istəmədiyini, imkanının olmaması ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, əsasən Şəki şəhəri 2 nömrəli musiqi məktəbində qarmon müəllimi vəzifəsində işləsə də boş vaxtlarında Bakı şəhərinə sərnişin aparıb-gətiririr. Təqsirləndirilən şəxs da sərnişin olaraq Şəki şəhərinə aparan zaman tanımış, bir-birlərinin əlaqə nömrəsini götürmüş, müəyyən vaxtlarda da İlahəyə maşın lazım olduğundan onunla əlaqə saxlamışdır. İlahə onun uşağı İbrahimin anadan gəlmə ürəyində qüsur olduğunu bilirmiş. O, uşağa pensiya düzəltmək fikrində olmuşdur. 23 iyun 2021-ci il tarixdə İlahə ***-***-**-** mobil nömrəsindən zəng edərək pensiya fondunda işlədiyini, həmçinin onun qohum, tanışlarına da pensiya ilə yaranmış çətinliklərinə köməklik göstərəcəyini bildirmişdir. Bu zaman o, İlahəyə azyaşlı və əlilliyi olan övladının Bakı şəhərində xəstəxanada müalicə almasını, eləcə də oradan alınan epikrizlərin sistemlərə vurdurmasına köməklik göstərməsini xahiş etmiş, İlahə də razılaşmış və bunun üçün ondan 1000 manat pul istəmişdir. Həmin pulun əvəzində İlahə azyaşlı və qüsuru olan oğlu üçün lazım olan epikrizləri verəcəyini ona vəd etmişdir. O, həmin 1000 manat pulu xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə İlahənin adına göndərmişdir. Bundan bir neçə saat sonra İlahə həmin pulu götürüb xəstəxana həkimi ilə danışdıqdan sonra ona lazım olan epikrizləri göndərəcəyini, həmçinin övladının xəstəlik kağızını almağını, əgər lazım olsa övladını Bakı şəhərinə aparmadan orada qeydiyyatnıı aparacağını demişdir. xx.xx.2021-ci il tarixdə İlahə ona 2 ədəd sənəd şəkli ataraq sənədlərin hazır olduğunu və sadəcə uşağı komissiyadan keçməyin lazım olduğunu, sentyabr ayına kimi bütün sənəd işinin hazır olacağını bildirmişdir. Bundan bir qədər sonra o, İlahənin ona verdiyi sözlərdən şübhələnərək sənədləri yoxlatmaq üçün Bakı şəhərinə gələcəyini bildirmiş, lakin İlahə razı olmamış və ona «nə lazımdırsa mən özüm edərəm» demişdir. O, İlahədən verdiyi 1000 manat pulu tələb etsə də, İlahə xəstə olduğunu deyərək və digər müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Həmçinin, o, həmin sənədlərin saxta olduğunu öyrənmişdir. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birilərinin üzlərinə deyərək həmin xüsusatları bir daha təstiq etmişlər. İş materiallarında olan 11 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birilərinin üzlərinə deyərək həmin xüsusatları bir daha təstiq etmişlər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin «Azərpoçt» X2 X5 Filiyalından 23 iyun 2021-ci il tarixdə 34537965 saylı maniqramla göndərilmiş 1000 manat pul məbləğini əks etdirən ********* nömrəli mədaxil qəbzi maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 26 may 2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bi şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək bunların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 26 may 2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bi şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək bunların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış 25 may 2022-ci il tarixli teleqramdan görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bi şikayəti və ya digər tələbi yoxdur və ona cəza verilməsini istəmir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli 4(003)-219/2023 saylı qərarı ilə həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına 20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaqı yekunlaşmış və cinayət işi baxılması üçün 05 iyun 2021-ci il tarixdə məhkəməyə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaqı yekunlaşmış və cinayət işi baxılması üçün 20 iyun 2021-ci il tarixdə məhkəməyə göndərilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən 02 sentyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 10 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 15 (on beş) gün, cəmi 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 25 may 2023-cü il tarixli 66111-1/3-12341-9 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 05 aprel 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydə götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs 28 aprel 2023-cü il tarixə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 23 (iyirmi üç) gününü çəkmiş və çəkilməmiş cəza müddəti 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnun əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və onların ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, psixi inkişaf səviyyəsinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci madələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya sahibinə 500 (beş yüz) manatdan yuxarı, lakin 5000 (beş min) manatdan artıq olmayan hallarda yaranır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 təqaüd düzəldilməsində kömək edəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib 2019-cu ilin noyabr ayının əvvəllərində onun vahid niyyətlə ümumilikdə 3500 (üç min beş yüz) manat pulunu ələ keçirib vədinə əməl etməyərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3500 (üç min beş yüz) manat pulu 2019-cu ilin noyabr ayının əvvəllərində vahid niyyətlə ələ keçirib mənimsəməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qanunun qeyd olunan müddəasının tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3500 (üç min beş yüz) manat pulu vahid niyyətlə ələ keçirib mənimsəməklə dələduzluq cinayətini 2019-cu ildə törətdiyindən, o, həmin epizod üzrə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin epizod üzrə ona cəza təyin edilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 17 dekabr 2021-ci il tarixdə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 16 dekabr 2021ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 05 aprel 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydə götürülmüş, 28 aprel 2023-cü il tarixə ona təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 23 (iyirmi üç) gününü çəkmiş,çəkilməmiş cəza müddəti 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və indiyədək çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bakı şəhəri Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli 4(003)-219/2023 saylı qərarı ilə həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3500 (üç min beş yüz) manat pulu vahid niyyətlə ələ keçirib mənimsəməklə dələduzluq cinayətini 2019-cu ildə törətdiyindən, o, həmin epizod üzrə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin epizod üzrə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və indiyədək çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli 4(003)-219/2023 saylı qərarı ilə həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar