Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-50/2023 03.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı şəhəri, X16 prospekti, ev 42 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Şəlalə” adlı qadından satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin şəxsi istehlak miqdarında olan 01 bükümünü-0,135 qramını 2022-ci ilin iyun ayının təxminən ortalarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu yaşayış massivində fəaliyyət göstərən “Ülvi” inşaat və tikinti materialları mağazasının yaxınlığında tanışı Şahid1 55 manat müqabilində satmış, qalan 02 bükümünü isə üzərində və avtomobilində saxlamaqla daşımış, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 xx.xx.2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3cü PŞ-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə saat 13:10-da xidməti otaqların birində videoçəkiliş ilə Əli Cəfərfovun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs 55 manat müqabilində şəxsi istifadəsi üçün aldığı həmin 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda 0,135 qram ümumi təmiz çəkisi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30-da icarə əsasında idarə etdiyi “Hyundai” markalı “Matrix” modelli, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazdə küçəsində fəaliyyət göstərən “E və L” tikinti materialları mağazasının yaxınlığında dayanan zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə saat 16:10-da polis şöbəsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən “Şəlalə” adlı qadından aldığı həmin 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1,373 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra isə xx.xx.2022-ci il tarixdə saat 18:25-də Təqsirləndirilən şəxs icarə əsasında idarə etdiyi “Hyundai” markalı “Matrix” modelli avtomaşınına axtarış keçirilən zaman avtomobilin sükanının alt hissəsində kiçik saxlanc yerindən “Şəlalə” adlı qadından aldığı həmin 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda ümumi təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və avtomobilin sol qabaq qapısının tutacaq yerindən üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd 11*6 sm ölçüdə gümüşü rəngli elekrton tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, onun üzərində elektron tərəzi olmamışdır. Onun üzərində yalnız 1 büküm narkotik vasitə olan heroin olmuşdur. Bundan başqa ona polis əməkdaşları tərəfindən təsir və təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs son sözündə narkotik vasitələrdən istifadə etdiyini, cinayət işi materiallarında göstərilən onun üzərindən aşkar edilmiş narkotik vasitələrdən yalnız bir bükümdə olan heroinin ona məxsus olduğunu, lakin ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətmədiyini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilmiş cinayət əməlini törətdiyini bildirərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 18 iyun 2022-ci il tarixdə gündüz saatlarında Elşən adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat qrupu yaradılmışdır. Binə qəsəbəsində mərkəzi yolda Ə.İsazadə küçəsində əməliyyat qrupu ilə birlikdə olmuşlar. Elşən adlı şəxsə yaxınlaşmışlar, Elşənin yanında iki nəfər şəxs də olmuşdur. Ərazidə baş vermiş hadisələrlə bağlı sorğu-sual aparmışlar, həmin Elşən adlı şəxsin qeyri-adekvat hərəkətləri onlarda şübhə yaratmış, əməliyyat qrupu da onlar olan yerə yaxınlaşmışdır. Bundan sonra Elşən polis əməkdaşlarının müşayiəti ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Binə qəsəbəsində, Ə.İsazadə küçəsində xidmət aparan zaman onlara əməliyyat qrupu yaxınlaşaraq kömək lazım olması ilə bağlı müraciət etmişlər. Elşən adlı şəxsi müəyyən etmişlər, Elşənin yanında iki nəfər şəxs də olmuşdur. Bundan sonra Elşən polis əməkdaşlarının müşayiəti ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Xəzər RPİnin 3-cü PŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunaraq, əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşlarının iştirakı ilə Binə qəsəbəsində Ə.İsazadə küçəsində “E və L” adlı tikinti mağazasının yaxınlığında Elşən adlı şəxsin maşınını başqa iki şəxslə birlikdə saxlamışlar və Elşən maşını və digər iki şəxslə birlikdə polis əməkdaşlarının müşayiəti ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışdır. Polis Şöbəsində olan zaman müdafiəçinin, təhqiqatçının və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olub-olmaması ilə bağlı sual verilmişdir. Elşən adlı şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, axtarış zamanı Elşən adlı şəxsin əynində olan cins şalvarın sağ yan balaca cibindən şəffaf sellofana bükülmüş bükülü aşkar edilmişdir. Elşən həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Elşən adlı şəxsdən başqa hardasa narkotik vasitə olubolmadığı soruşulmuşdur, Elşən bundan başqa maşınında da narkotik vasitə olduğunu bildirmişdir. Onların iştirakı ilə Elşən adlı şəxsin idarə etdiyi “Hyundai” markalı maşına baxış keçirilmişdir. Maşının sükanının alt hissəsində saxlanc yeri olmuş, həmin saxlanc yerindən bir büküm siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə aşkar edilmiş və həmin narkotik vasitədə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, 18 iyun 2022-ci il tarixdə Binə qəsəbəsində yaşayan Əli adlı şəxsin qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə olunaraq, sahə rəisi Şahid7 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Şahid7 ilə birlikdə Binə qəsəbəsində Əli adlı şəxsi aşkar edərək, həmin şəxsə yaxınlaşmış, onu saxlayaraq şöbəyə dəvət etmişlər. Polis Şöbəsində olan zaman müdafiəçinin, təhqiqatçının və polis əməkdaşlarının iştirakı ilə Şahid1 üzərinə videoçəkiliş vaxitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Əli adlı şəxs üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 55 manata Elşən adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş məliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin baş müstəntiqi, polis kapitanı Rafiq Qarayevin, sahə rəisi, polis mayoru, Şahid5, Xəzər RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Xəzər RPİ-nin PPXB-nün polis nəfərləri Şahid2 iştirakı ilə Elşən adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatla əlaqədar istintaq əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində E və L adlı tikinti mağazasının yaxınlığında idarə etdiyi “Hyundai” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilində tanışları X11 və X7 ilə birlikdə saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs, X11 və X3 hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X6 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki olan göy rəngli cins şalvarın sağ yan tərəfində yerləşən kiçik cibindən bir ədəd sellofan bükülü təqdim edərək içərisindəki maddənin heroin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bir ədəd “Redmi” markalı mobil telefonu və iki ədəd plastik Bank kartlarını təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir, lakin başqa heç bir qadağan olunmuş əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi “Hyundai” markalı avtomobilində də narkotik vasitə heroin saxlayır. Bundan sonra X7 və X11 şübhəli şəxs qismində tutulduqdan sonra üzərlərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir, lakin üzərlərindən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkarlanmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış və götürmə aparılmasına heç bir etirazının olmaması barədə ərizə verdikdən sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi Namiq Mustafayevin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə axtarış keçirilmişdir. Axtarış zamanı avtomobilin sükanının alt hissəsində kiçik saxlanc yerindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilmiş. Həmin bükülü açıldıqda içərisində spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Həmçinin avtomobilin sol qapı hissəsinin tutacaq yerindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzi sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, 18 iyun 3022-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki “Əli” adlı şəxs narkotik vasitələrin dövriyyəsi və qəbulu ilə məşğul olur. Araşdırma zamanı məlum olmuşdur ki, “Əli” adlı şəxs xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Naxçıvan MR, Şərur rayonu, Alişar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxzunda yaşayan Şahid1dur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkli Şahid6 iştirak etmişdir. Bundan sonra onlar Şahid1 narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə 18 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozuna getmişlər. Orada müşahidələr aparmağa başlamış və saat 12:30 radələrində Ə.İsazadə küçəsində Şahid1 hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. O, da heç bir etiraz etməyırık onlarla birlikdə polis şöbəsinə gəlmişdir, Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində şöbəsinin təhqiqatçısı Vüsal Nəsirzadə tərəfindən Şahid1 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X8 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid1 üzərində qeyriqanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Şahid1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin kağızına bükülü bir büküm narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şahid1 həmin narkotik vasitəyə bənzər maddənin heroin olduğunu bildirmiş və həmin maddəni 55 manat müqabilində Elşən adlı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, onun Elşən ilə kafedə mübahisəsi olmuşdur. Onu vuracaqmışlar, bu səbəbdən də o, polisə gedərək Elşəndən narkotik vasitə aldığını demişdir. Lakin, o, Elşəndən narkotik vasitə almamışdır. Polisə yalan ifadə verdiyinə görə sonradan peşman olmuş və vicdan əzabı çəkmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif rayonlarından tanımadığı və adlarını bilmədiyi şəxslərdən alaraq istifadə edir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini o polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2 gün əvvəl Binə qəsəbəsində yaşayan Elşən adlı şəxsdən almışdır. Belə ki, 16 iyun 2022-ci il tarixdə o Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ülvi” inşaat tikinti materialları mağazasının yanında Elşəndən 55 manat müqabilində narkotik vasitə heroin almışdır. O, həmin narkotik vasitə olan heroinin bir qismini istifadə etdikdən sonra qalan qismini üzəridəki idman şalvarının cibinə qoymuş, 18 iyun 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Binə qəsəbəsi, Ə.İsazadə küçəsində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və bundan sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində saxlanılmağı ilə bağlı protokol tərtib olunaraq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra hüquqları ona izah olunmuş, sonra isə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və bu barədə öncədən o məlumatlanmışdır. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində cinayət xarakterli alət və ya vasitə varsa təqdim etsin. O bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üzərində saxladığı 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş heroini təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təstiq edilmişdir. Sorğu zamanı o polis əməkdaşlarına bildirmişdir ki, həmin heroini Binə qəsəbəsindən tanıdığı Elşən adlı şəxsdən 55 manat müqabilində almışdır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verən zaman ona qarşı təzyiq və ya təsirlər olmamış, Elşənlə aralarında mübahisə olduğundan belə ifadə vermişdir Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid8 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 4 ay olar ki, psixotrop maddə olan metamfetamin qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 10:20 radələrində o evdə ailə üzvləri yəni qızları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə olan zaman qapı döyülmüş, o evin qapısını açan zaman onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşları ona “Təxirəsalınmaz qaydada axtarış və götürmə” istintaq hərəkəti həyata keçirəcəklərini bildirmişlər. O qərarla tanış olmuş və ərizə ilə müraciət edərək yaşadığı evdə axtarış və götürmə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və tanımadığı iki hal şahidinin iştirakı ilə yaşadığı evdə axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı evin zalında olan termonun üzərindəki göy qızılı rəngli güldanın içindən bir ədəd gümüşü siqaret kağızı bükümü aşkar edilmişdir. Həmin bükümün içində qəhvəyi rəngli toz halında maddə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına həmin maddənin heroin narkotik vasitəsi olduğunu və ona məxsus olduğunu bildirmişdir. Sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və möhürlənmişdir. Qabalaşdırmanın üzərini onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evinin yataq otağında sol küncdə yerləşən termonun üst siyirməsindən bir ədəd ağ rəngli lampa aşkar edilmişdir. Həmin lampa açılaraq içindən iki ədəd sellofan bükümü aşkar edilmişdir. Həmin iki ədəd sellofan bükümlərin içinə baxış zamanı orada qəhvəyi rəngli toz halında kütlələr aşkar edilmiş, şifahi sorğu zamanı o həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin iki ədəd sellofan bükümlər qablaşdırılaraq götürülmüş və möhürlənmiş, qabalaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, lampanın içində də, toz halında qəhvəyi rəngli kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı o həmin kütlənin də, narkotik vasitə olan heroin olduğunu və ona məxsus olduğunu bildirmiş, həmin ağ lampa içindəki kütlə ilə birlikdə qablaşdırılaraq götürülmüş və möhürlənmiş, qabalaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin zalında sağ tərəfdə divanın qarşısında yerləşən jurnal masasının üzərindən bir ədəd elektron tərəzi aşkar edilmiş, şifahi orğu zamanı həmin elektron tərəzinin ona məxsus olduğunu və narkotik vasitələrin dövriyyəsi zamanı istifadə etdiyini bildirmişdir. Həmin elektron tərəzi qablaşdırılaraq götürülmüş və möhürlənmiş, qabalaşdırmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da evində axtarış və götürmə başa çatmışdır. Daha sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış və imzalar ilə düzgünlüyü təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə ona məxsusdur, həmin narkotik vasitəni satmaq məqsədi ilə saxlamışdır. O, Elşəni tanıyır və bir neçə dəfə ona narkotik vasitə satmışdır. Həmin narkotik vasitələri təxminən 15 gün əvvəl tanımadığı Suraxanı rayonu sakinindən almışdır. Ailə üzvlərinin evdə narkotik vasitə saxlanmasından xəbəri olmamış, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə gizli məşğul olmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyun 2022-ci il tarixli, 6/3411 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksi, “Saxlanılan şəxs imza Şahid1...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,135 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,434 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,373 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...tərəzi...” yazılan zərfdə içərisində 1 ədəd 11*6 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 iyun 2022-ci il tarixli, 6/3468 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid8 yaşadığı evin zalında...” yazılan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Şahid8 yaşadığı evdə yataq otağında...” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,993 qram və 5,152 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Şahid8 yaşadığı evdə yataq otağında... ağ rəngli lampa...” yazılan zərfdə 1 ədəd lampanın içərisində təmiz çəkisi 0,076 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində “Şahid8 1 ədəd elektron tərəzi...” yazılan zərfdə 1 ədəd 11*6 sm ölçüdə, gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Şahid8 yaşadığı evindən aşkar edilmiş heroinlər ilə Şahid1 üzərindən, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 iyul 2022-ci il tarixli, 4123 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2365 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinbin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü ildə Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 18 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 18 iyun 2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümdə olan maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı avtomobilində də narkotik vasitə olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş 18 iyun 2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının alt hissəsində kiçik saxlanc yerindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmçinin, avtomobilin sol qapı hissəsinin tutacaq yerindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-277/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-402/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti, istintaq müdətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 18 iyun 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə keçirilmiş 20 iyun 2022ci il tarixli baxış protokolundan görünür ki, Şahid1, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid6, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid7 və Şahid1 hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitəheroin olduğunu və Elşən adlı şəxsdən 55 manat müqabilində aldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı ondan 55 manat müqabilində bir büküm narkotik vasitə heroin aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid1 55 manat müqabilində deyil, 27 manat müqabilində bir büküm narkotik vasitə heroin satdığını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs istifadə etdiyi “Redmi” markalı smartfon telefona baxış keçirilmiş, telefonun “Whatsapp” sosial şəbəkəsində “Nurlan” adı ilə qeydiyyatda olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs 01 ədəd səs göndərərək məzmununda “necəsə brat nə var nə yox, brat verdiyin zordu ki, çıxarır vəziyyətdən zaddan, sən nə əcəb bundan heçnə tuta bilmirsən” dediyi səs yazısı göndərmişdir. Bundan başqa həmin sosial şəbəkədə “Natiq Qonşu” adı ilə qeydiyyatda alınmış ***-***-**-** nömrədən ani mesaj vasitəsi ilə Təqsirləndirilən şəxs “Abi-otrava tapmax olur ot-ot” kimi mesaj vardır. Eləcə də, həmin sosial şəbəkədə “Vuqar Nax” kimi qeydiyyata alınmış ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs səsli və yazılı mesajlar göndərilmişdir. Həmin səsli və yazılı mesajların mətninin məzmunu narkotik vasitələrin istifadəsi və alqı-satqısı ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməlini törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirsiz hesab etməsinə baxmayaraq, araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 təqsirləndirilən şəxsdən narkotik vasitə almadığını bildirmişdir. Lakin iş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı Şahid1 bir neçə dəfə ifadə alınmış və həmin ifadələrdə o, təqsirləndirilən şəxsdən narkotik vasitə aldığını qeyd etmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı o, bildirmişdir ki, ibtidai istintaqa ifadə verən zaman ona təsir və ya təzyiqlər olmamışdır. Bu səbəbdən məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini səmimi hesab etmir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,707 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra həmin əmlakın qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,707 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra həmin əmlakın qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut olan 5 (beş) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-50/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-50/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver