Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-500/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, ünvan 3-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində heç kəsin olmadığını görüb bildikdən sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə bağ evinin həyətinə hasardan birlikdə aşıb qanunsuz daxil olaraq əvvəlcədən aralarındakı razılaşmaya görə Təqsirləndirilən şəxs2 evə gələn olduqda xəbər verməsi üçün həyətdə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə evin plastik pəncərəsinin şüşəsini çıxararaq pəncərəni əli ilə açıb yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olmaqla 100 (yüz) manat dəyərində bir ədəd pereperator, bundan sonra öz niyyətlərini davam etdirərək xx.xx.2023-cü il tarixdə saat təxminən 03:00 radələrində həmin evin hamam otağından 250 manat dəyərində 01 ədəd “BOSH” markalı kombini, 300 manat dəyərində 01 ədəd “Panasonik” markalı televizoru, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində həmin ünvandan ümumi dəyəri 520 manat olan 02 ədəd "24-lük", ümumi dəyəri 300 manat olan 02 ədəd "20-lik" velosipedləri, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində yenidən həmin ünvandan ümumi dəyəri 300 manat olan 02 ədəd soyuducu motorunu, 80 manat dəyərində 01 ədəd mikrodalğalı sobanı götürüb evə girdiyi yerdən həyətə çıxaraq tanışı Təqsirləndirilən şəxs2la birlikdə həmin əmlakları hasardan küçəyə çıxarıb yoldan keçən avtomobillərdə daşıyıb apararaq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə özgəsinə məxsus əmlakları gizli olaraq talamaqla və əldə etdikləri əmlakları Təqsirləndirilən şəxs2 ilə birlikdə satıb pulunu aralarında bölüşdürǝrǝk şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs 1850 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində heç kəsin olmadığını görüb bildikdən sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə bağ evinin həyətinə hasardan birlikdə aşıb qanunsuz daxil olaraq əvvəlcədən aralarındakı razılaşmaya görə Təqsirləndirilən şəxs2 evə gələn olduqda xəbər verməsi üçün həyətdə dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə evin plastik pəncərəsinin şüşəsini çıxararaq pəncərəni əli ilə açıb yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olmaqla 100 manat dəyərində bir ədəd pereperator, bundan sonra öz niyyətlərini davam etdirərək xx.xx.2023-cü il tarixdə saat təxminən 03:00 radələrində həmin evin hamam otağından 250 manat dəyərində 01 ədəd "BOSH" markalı kombini, 300 manat dəyərində 01 ədəd "Panasonik" markalı televizoru, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində həmin ünvandan ümumi dəyəri 520 manat olan 02 ədəd "24-lük", ümumi dəyəri 300 manat olan 02 ədəd "20-lik" velosipedləri, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində yenidən həmin ünvandan ümumi dəyəri 300 manat olan 02 ədəd soyuducu motorunu, 80 manat dəyərində 01 ədəd mikrodalğalı sobanı götürüb evə girdiyi yerdən həyətə çıxaraq tanışı Təqsirləndirilən şəxs1lə birlikdə həmin əmlakları hasardan küçəyə çıxarıb yoldan keçən avtomobillərdə daşıyıb apararaq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə özgəsinə məxsus əmlakları gizli olaraq talamaqla və əldə etdikləri əmlakları Təqsirləndirilən şəxs1 ilə birlikdə satıb pulunu aralarında bölüşdürərək şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş şəxs Məmmədov Azər Sənan oğluna 1850 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə onunla qonşuluqda yaşayan Təmkin adlı şəxslə saat təxminən 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində gəzərkən geniş həyətli olan bağ görmüşlər. Hasardan aşıb həyətdə göz gəzdirib ətrafda heç kəsin olmadığını görüb biraz həyətdə oturduqdan sonra evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra evin plastik pəncərəsini Təmkin əli ilə açaraq içəri daxil olmuşdur. O, da gəlib-gedənlərə nəzarət etmək üçün küçəyə çıxmışdır. Bir neçə dəqiqə sora küçədə bir nəfər şəxsin əlində fanarla ətrafda gəzdiyini görmüş və tez Təmkini işarə ilə çağırmışdır. Təmkin əlində bir ədəd pereperatorla gəlmiş və ərazidən uzaqlaşaraq əsas yoldan taksini saxlatdıraraq yaşadıqları evə gəlmişlər. Bundan təxminən iki gün sora xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Təmkinlə yenidən həmin ünvana getmişlər. Təmkin evə daxil olub kombi və bir ədəd "Panasonik" markalı televizoru götürmüş və hasardan ona vermişdir. Təmkin ona içəridə velosiped və digər əşyaların da olduğunu bildirmişdir. Təmkinə əşyaların hamısını apara bilməyəcklərini bildirmişdir. Sonra o, televizoru, Təmkinsə kombini götürərək oradan uzaqlaşaraq əsas yolda taksiyə əyləşərək yaşadıqları evə gəlmişlər. Həmin televizor yolda zədələndiyindən ekran hissəsinin qırıldığını görmüş və televizoru kanala atmışlar. Kombini isə hadisənin sabahı gün "8-ci km bazarı"nda tanımadıqları şəxsə 100 manata satmışlar. Təxminən iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təmkinlə yenidən həmin ünvana gedib iki ədəd böyük iki ədəd kiçik velosipedləri oğurlamışlar. Həmin velosipedlərdən 3 ədədini hər biri 60 manata olmaqla Sabunçu bazarında tanımadıqları şəxslərə satmışlar. xx.xx.2023-cü il tarixdə 01 radələrində Təmkinlə yenidən həmin ünvana getmişlər. Təmkin yenidən hasardan aşıb evə daxil olaraq iki ədəd soyuducu motorunu və bir ədəd mikrodalğalı sobanı oğurlayıb yenidən əsas yola çıxaraq tanımadıları taksini saxlatdıraraq yaşadıqları evə getmişlər. Hadisənin səhəri gün oğurladıqları 02 ədəd soyuducu motorunu, mikrodalğalı sobanı və dreli (preperatoru) köhnə Suraxanı ərazisində yerləşən "Balağanın qarajı" adlanan yerdəki metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri məbləği bərabər şəkildə bölmüşlər. Əlavə olaraq Təqsirləndirilən şəxs2 etdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş maddi ziyanı ödədiklərini, zərərçəkmiş şəxslə barışdıqlarını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə onunla qonşuluqda yaşayan Ağasəlim adlı şəxslə saat təxminən 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində gəzərkən geniş həyətli və həyətində ağaclar olan bağ görmüşlər. Hasardan aşıb həyətdə göz gəzdirib ətrafda heç kəsin olmadığını görüb biraz həyətdə oturduqdan sonra evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra bağ evinə baxıb evin plastik pəncərəsini əli ilə açaraq içəri daxil olmuş və bir ədəd pereparatoru götürmüşdür. Həmin anda Ağasəlim həyətdə dayanaraq ətrafa göz gəzdirirmişdir. Bu zaman küçədə bir nəfər şəxsin əl fənəri ilə ətrafa nəzarət etdiyini görüb tez gəldikləri yol ilə həyətdən çıxıb getmişlər. Bundan təxminən iki gün sora xx.xx.2023-cü il tarixdə saat təxminən 03 radələrində oğurluq etmək məqsədilə Ağasəlimlə yenidən həmin ünvana gedib ilkin daxil olduğu yerdən evə daxil olmuşlar. Həmin zaman dostu Ağasəlim küçədə onu gözləmişdir. Evə daxil olub hamamda olan 01 ədəd "BOSH” markalı kombini və qonaq otağından bir ədəd "Panasonik" markalı televizoru oğurlayıb evdən çıxmışdır. Televizoru və kombini hasardan Ağasəlimə vermişdir. Həmin vaxt Ağasəlimə içəridə velosiped və digər əşyaların da olduğunu bildirmişdir. Ağasəlimsə ona əşyaların hamısını apra bilməyəcklərini bildirmişdir. Sonra o, kombini, Ağasəlimsə televizoru götürərək oradan uzaqlaşaraq əsas yolda taksiyə əyləşərək yaşadıqları evə gəlmişlər. Həmin televizor yolda zədələndiyindən ekran hissəsinin qırıldığını görmüş və televizoru Suraxanı rayonunda kanala atmışdır. Kombini isə hadisənin sabahı gün "8-ci km bazarı"nda tanımadığım şəxsə 100 manata sataraq məbləği aralarında bərabər bölmüşlər. Bundan təxminən iki gün sonra,yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Ağasəlimlə yenidən həmin ünvana gedib iki ədəd böyük iki ədəd kiçik velosipedləri oğurlayıb həmin ünvandan uzaqlaşaraq əsas yoldan keçən tanımadıqları taksi ilə yaşadıqları evə gəlmişlər. Həmin velosipedlərdən üçünü Sabunçu bazarında tanımadığı şəxslərə satmışdır. Bir ədəd 20-lik velosipedi isə yaşadığı evə aparmışdır. Sonuncu hadisədən iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Ağasəlim ilə yenidən həmin ünvana gedərək yenidən hasardan aşıb evə daxil olaraq iki ədəd soyuducu motorunu və bir ədəd mikrodalğalı sobanı oğurlayıb yenidən yaşadıqları evə getmişlər. Hadisənin səhəri gün oğurladıqları 02 ədəd soyuducu motorunu, mikrodalğalı sobanı və dreli (preperatoru) köhnə Suraxanı ərazisində yerləşən "Balağanın qarajı" adlanan yerdəki metal qəbulu məntəqəsinə satmışlar. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu, dəymiş maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi, 235A ünvanında yerləşən bağ evi vardır. Sonuncu dəfə bağ evinə oğurluq hadisəsindən bir ay əvvəl gəlmişdir. xx.xx.2023-cü il tarixdə bağına nəzarət edən bağban ona zəng vuraraq bağ evinə oğru girməsi barədə məlumat vermişdir. O, da dərhal bağ evinə gəldikdə evin qapısının və pəncərəsinin açıq olduğunu görmüşdür. Evin plastik pəncərəsinin şüşəsinin çıxarılaraq yerə qoyulduğunu aşkarlamışdır. Evə daxil olduqda hamam otağında olan "BOSH" markalı kombinin, qonaq otağından "Panasonik" markalı televizorun, evin koridorunda olan 2 ədəd 24-lük velosipedin 2 ədəd 20-lik velosipedin, evin mətbəxində olan 2 ədəd soyuducu matorunun, 1 ədəd mikrodalğalı sobanın, evin yataq otağında olan 1 ədəd drelin naməlum şəxs və ya şəxslər tərfindən oğurlandığını görmüşdür. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonra polis əməkdaşları gələrək ətrafa baxış keçirmişlər və o, hadisə ilə bağlı Xəzər RPİ- nin 2-ci PŞ-ə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslər ona vurulmuş maddi ziyanı ödəmişlərr. Bu səbəbdən də, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayəti, tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-598/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət rədd edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-601/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət rədd edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Könüllü təqdim etmə, baxış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs2 yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 21 ünvanına baxış keçirilən zaman evin həyətindən uşaq velosipedi, evin daxilindən isə mikrodalğalı sobar aşkar edilərək götürülmüşdür; - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli X6 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddələri ilə yenidən ittiham elan olunmuşdur; - Alternativ ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 51 nömrəli rəyindən görünür ki,təhqiqata təqdim edilmiş əşyaların 2023-cü ilin dekabr ayına olan qiymətləri nəzəri hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilmişdir: - 01 ədəd 20-lik velosiped-130 manat; - 01 ǝdəd "Midea" markalı mikrodalğalı soba - 80 manat; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi götürülmüş 01 ədəd 20-lik velosiped və 01 ədəd “Midea” markalı mikrodalğalı soba ona qaytarılmmışdır; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. -Elektron çıxarışdan görünür ki, xx.xx.2017-ci iltarixli X1 Sahib Ağasəlim oğlunun övladıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində bir azyaşlı övladının olması, (CM 59.1.12), dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını (CM-59.1.12), dəymiş maddi ziyanı ödəməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 3 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 4 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd velosiped və 01 ədəd mikrodalğalı sobanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi götürülmüş 01 ədəd “20”-lik velosiped və 01 ədəd “Midea” markalı mikrodalğalı sobanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-500/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-500/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver