Məhkəmə qərarları › İş №1(003)-500/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-500/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-500/2025 23.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Astara rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumlıığu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Südçülük Sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2025-ci ilin yanvar ayında dostu X2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs oğlu Hafiz Hətəmlinin adına şəxsi avtomobil almaq istədiyini bilib ona özünü işgüzar şəxs kimi təqdim edib geniş əlaqələri olduğunu, tanışı X5 özünə məxsus “Mercedes Benz SLK 230” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini deməklə 1000 manat məbləğində beh verdiyi halda həmin avtomobili onlar üçün alacağına və onun oğlu Hafiz Hətəmlinin adma rəsmiləşdirtdirəcəyinə dair yalan vəd verib, eyni zamanda həmin avtomobilin şəklini onun mobil telefonuna göndərməklə aldadıb inandıraraq razılaşdıqdan sonra 25 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxsla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Səda” şadlıq evinin qarşısında ondan 1000 manat məbləğində pulu beh olaraq alıb səhərisi gün həmin “Mercedes Benz SLK 230” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun oğlu Hafiz Hətəmlinin adına sənədləşdirtdirəcəyini bildirib bir daha inandırmaqla verdiyi vədə əməl etməyib aldığı pulu öz şəxsi ehtiyacına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Hətəmli Hafis üçün avtomobil almaq istəmişdir. 24 yanvar 2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində olan zaman Kamran adlı tanışı ilə söhbət əsnasında ona oğlu Hafis üçün avtomobil almaq istədiyini bildirmişdir. Kamran ona İbrahim adlı tanışının “Mercedes” markalı avtomobil satdığını bildirmişdir. O, İbrahimlə avtomobil barədə danışmaq üçün Kamrandan İbrahimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni almışdır və elə həmin gün İbrahimə zəng edərək avtomobil haqqında məlumat almışdır. İbrahim ona avtomobilin tam saz vəziyyətdə olduğunu və heç bir texniki probleminin olmadığını bildirmişdir. O, avtomobilin texniki vəziyyətindən əmin olduqdan sonra İbrahimdən avtomobilin şəkillərini istəmişdir. İbrahim də ona votsap sosial şəbəkəsi vasitəsilə avtomobilin foto şəkillərini göndərmişdir. Oğlu Hafis və o, avtomobilin fotoşəkillərinə baxmışlar, bəyənmişlər və almaq qərarına gəlmişlər. İbrahim ona avtomobilin onun dostu Hünərə məxsus olduğunu demişdir. İbrahim əvvəlcədən ondan 1000 manat beh istəmişdir və o da İbrahimlə razılaşmışdır. Bu məqsədlə 25 yanvar 2025-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayının qarşısında görüşmüşlər. Həmin görüşdə o, oğlu Hafis və İbrahim iştirak etmişdir. Orada o, İbrahimə 1000 manat beh vermişdir. İbrahim ona səhəri gün, yəni 26 yanvar 2025-ci il tarixdə sənədləşmə işlərini həll edəcəyini və avtomobili oğlu Hafısin adına rəsmiləşdirəcəyini demişdir. O da İbrahimlə razılaşmışdır. Lakin, səhəri gün İbrahimə sənədləşmə işlərini həll elmək üçün zəng edən zaman İbrahim ona avtomobilin xarab olduğunu demişdir. O. bu zaman ona verdiyi 1000 manat behi geri tələb etmişdir. İbrahim isə ona yaxın vaxtlarda pulu verəcəyini demişdir. Lakin, verməmişdir. O, İbrahimdən arasıra pulu geri tələb edən zaman müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. X8 əlaqə nömrəsini tələb etmişdir. Lakin, İbrahim ona bu məsələdən Hünərin xəbərinin olmadığını, pulu özü ona qaytaracağını demişdir. Sonradan isə İbrahim ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə itintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-İ 206.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə itintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş X4 şəhadətnaməsindən görünür ki, ‘’Mercedes Benz SLK 230” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir və həmin avtomobili X9 ona verilmiş etibarnamə əsasında idarə edir. İş materiallarında olan və məhkəmə itintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 04 sentyabr 2025-ci il tarixli arxiv məlumatından görünür ki, Təqsirləndirilən şəxs adı çəkilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan və məhkəmə itintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 10 aprel 2025-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə itintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 12 aprel 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olduğundan o, cinayət məsuliyyətində azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 154 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 55 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.3.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 72.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 154 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 55 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar