Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-501/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə 09 iyun 2022-ci il tarixdə, saat 01:00 radələrində X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq əvvəlcə həyətdə olan evə giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəsini əli ilə sıxıb açmaqla daxil olub oradan Zərərçəkmiş şəxs1 Mirabdulla oğluna məxsus dəyəri 400 manat təşkil edən 01 ədəd 3x4 metr ölçülü «Süper Manolya» markalı xalçanı, dəyəri 400 manat təşkil edən 01 ədəd 3x4 metr ölçülü «Mutlu Toros» markalı xalçanı, dəyəri 250 manat təşkil edən 01 ədəd 2x3 metr ölçülü xalçanı, dəyəri 90 manat təşkil edən 01 ədəd «Orvica» markalı tozsoranı, dəyəri 150 manat təşkil edən 01 ədəd «Hoffman» markalı tozsoranı, ümumi dəyəri 150 manat təşkil edən sayları və ceşidlərini açıqlaya bilmədiyi müxtəlif qaşıq, çəngəl, stəkan, nəlbəki, tava, qazanı, ümumi dəyəri 100 manat təşkil edən saylarını və ceşidlərini açıqlaya bilmədiyi müxtəlif geyim əşyalarını, ümumi dəyəri 100 manat təşkil edən saylarını və ceşidlərini açıqlaya bilmədiyi müxtəlif yorğan-döşək üzlüklərini, ümumi dəyəri 100 manat təşkil edən hamam aksessuarlarını, dəyəri 100 manat təşkil edən 01 ədəd su qızdırıcısını, dəyəri 70 manat təşkil edən 01 ədəd su mühərrikini, dəyəri 40 manat təşkil edən 01 ədəd elektrik sobasını, dəyəri 120 manat təşkil edən 01 ədəd 4 gözlü «Lanova» markalı qaz sobasını, dəyəri 30 manat təşkil edən 01 ədəd ütünü, eləcə də həmin ünvanda yerləşən saxlanc yeri olan qaraja arxa tərəfində yerləşən plastik qapısını taxta parçası ilə qırıb açmaqla daxil olub oradan X6 məxsus hər birinin dəyəri 70 manat təşkil edən 210 manat dəyərində 03 ədəd 20 litr tutumlu alüminium qazanı, dəyəri 40 manat təşkil edən 01 ədəd «Prowor» markalı laqondanı, dəyəri 40 manat təşkil edən 01 ədəd «DWT» markalı laqonda, dəyəri 30 manat təşkil edən 01 ədəd «İnterskol» markalı dreli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 Mirabdulla oğluna ümumilikdə 2100 manat məbləğində, zərərçəkmiş X6 isə ümumilikdə 320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, son zamanlar maddi imkanı olmadığından pul qazanmaq üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 09 iyun 2022-ci il tarixdə, gecə saat 01 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt bir həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçməklə daxil olmuşdur. Həmin həyətdə yerləşən evə yaxınlaşıb giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəsini əli ilə itələyib açmaqla evə daxil olmuşdur. Həmin evdən pula gedəsi əşyaları axtarmağa başlamışdır. Oradan 03 ədəd xalça, 02 ədəd tozsoran, müxtəlif qab-qacaq, müxtəlif geyim əşyalarını, hamam aksessuarlarını, su qızdırıcısını, su mühərrikini, elektrik sobasını və ütünü özü ilə götürüb daşıyıb evin həyətinə yığmışdır. Daha sonra həyətdə yerləşən qaraja arxa tərəfindəki plastik qapısını yerdən götürdüyü taxta parçası ilə qırıb açmaqla daxil olmuş və həmin qarajdan 03 ədəd qazanı, 02 ədəd laqondanı və 01 ədəd dreli özü ilə götürüb evdən götürdüyü əşyaların yanına daşımışdır. Bundan sonra isə həmin yerə gətirdiyi özünə məxsus araba ilə həmin əşyaları yaşadığı evə daşımışdır. Qeyd olunan əşyaların bir qismini tanımadığı şəxsə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Özündə qalan əşyaları isə tutularkən polislərə təqdim etmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyindən başqa heç bir oğurluq cinayəti və başqa bir cinayət törətməmişdir. Oğurladığı əşyaları satdığı şəxsə əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin əşyaların oğurluq olması barədə heç kimə məlumat verməmişdir. Qeyd olunan oğurluğu tək törətmiş, bu barədə heç kimin məlumatı olmamış və ona heç kim köməklik etməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə edilməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Mirabdulla oğlu ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən kürsülü bir mərtəbəli yaşayış evi qohumu X3 məxsusdur. Lakin Yusif özü Rusiya Federasiyasında yaşadığından və həmin ev boş olduğundan Yusifin icazəsi ilə özünə məxsus bəzi əşyaları həmin evə yığmış, eləcə də qonşuluqda yaşayan Qərinə adlı qadın Yusifin icazəsi ilə öz əşyalarını həmin evin qarajına yığmışdır. Arabir gəlib həmin əşyalara nəzarət edirmişlər. Sonuncu dəfə 08 iyun 2022-ci il tarixdə, təxminən saat 18 radələrində həmin ünvana gələrkən əşyalarının yerində olduğunu görmüşdür. Səhəri gün, yəni 09 yanvar 2022-ci il tarixdə, təxminən saat 12:40 radələrində yenidən həmin ünvana gələrkən qeyd olunan evin giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərənin açıq vəziyyətdə olduğunu, eyni zamanda qarajın arxa tərəfində yerləşən plastik qapsının açıq vəziyyətdə olduğunu görüb oğurluq olduğundan şübhələnmişdir. Daha sonra həmin evə baxarkən ona məlum olmuşdur ki, həmin evə daxil olan naməlum şəxs və ya şəxslər oradan hər birinin dəyəri 400 manat təşkil edən 800 manat dəyərində 02 ədəd 3x4 metr ölçülü xalçanı, dəyəri 250 manat təşkil edən 01 ədəd 2x3 metr ölçülü xalçanı, dəyəri 90 manat təşkil edən 01 ədəd «Orvica» markalı tozsoranı, dəyəri 150 manat təşkil edən 01 ədəd «Hoffman» markalı tozsoranı, ümumi dəyəri 150 manat təşkil edən saylarını və ceşidlərini açıqlaya bilmədiyi müxtəlif qaşıq, çəngəl, stəkan, nəlbəki, tava, qazanı, ümumi dəyəri 100 manat təşkil edən saylarını və ceşidlərini açıqlaya bilmədiyi müxtəlif geyim əşyalarını, ümumi dəyəri 100 manat təşkil edən saylarını və ceşidlərini açıqlaya bilmədiyi müxtəlif yorğan-döşək üzlüklərini, ümumi dəyəri 100 manat təşkil edən hamam aksessuarlarını, dəyəri 100 manat təşkil edən 01 ədəd su qızdırıcısını, dəyəri 70 manat təşkil edən 01 ədəd su mühərrikini, dəyəri 40 manat təşkil edən 01 ədəd elektrik sobasını, dəyəri 120 manat təşkil edən 01 ədəd qaz sobasını, dəyəri 30 manat təşkil edən 01 ədəd ütünü oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2100 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, hazırda yaşadığı ünvana yeni köçdüyündən bəzi əşyalarını qonşuluqda yaşayan X3 məxsus evin həyətində yerləşən qaraja yığmış və arabir həmin əşyalara nəzarət edirmiş. Sonuncu dəfə 08 iyun 2022-ci il tarixdə, təxminən saat 18 radələrində həmin qaraja baxarkən əşyalarının yerində olduğunu görmüşdür. Səhəri gün, yəni 09 yanvar 2022-ci il tarixdə, təxminən saat 12:40 radələrində yenidən həmin ünvana gələrkən qeyd olunan qarajın arxa tərəfində olan plastik qapısının açıq vəziyyətdə olduğunu görüb qarajdan oğurluq olduğundan şübhələnmişdir. Daha sonra həmin qaraja baxarkən məlum olmuşdur ki, həmin qaraja daxil olan naməlum şəxs və ya şəxslər oradan ona məxsus hər birinin dəyəri 100 manat təşkil edən 300 manat dəyərində 03 ədəd alüminium qazanı, dəyəri 40 manat təşkil edən 01 ədəd kiçik ölçülü laqondanı, dəyəri 60 manat təşkil edən 01 ədəd böyük ölçülü laqondanı və dəyəri 50 manat təşkil edən 01 ədəd dreli oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat məbləğində maddi ziyan dəymişdir. Hətta həmin ünvanda yerləşən evə plastik pəncərəni açmaqla daxil olan naməlum şəxs oradan Zərərçəkmiş şəxs1 Mirabdulla oğluna məxsus bəzi əşyalarıda oğurlamışdır. Onu da qeyd etmişdir ki, oğurluq baş vermiş ünvan X3 məxsus olsa da qeyd olunan ünvanda yerləşən qarajdakı əşyalar ona, evdəki əşyalar isə Zərərçəkmiş şəxs1 Mirabdulla oğluna məxsusdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 avqust 2022-ci il tarixli, 9/4800 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki,
1. 01 ədəd 3x4 m ölçülü «Süper Manolya» markalı xalçanın dəyəri 600 manat;
2. 01 ədəd 2x3 m ölçülü «Mutlu Toros» markalı xalçanın dəyəri 300 manat;
3. 01 ədəd 2x3 metr ölçülü xalçanın dəyəri 300 manat;
4. 01 ədəd 3000W «Hoffman» markalı tozsoranın dəyəri 170 manat;
5. 01 ədəd 2400W «Orvica» markalı tozsoranın dəyəri 150 manat;
6. 01 ədəd «Prowor» markalı laqondanın dəyəri 40 manat;
7. 01 ədəd «DWT» markalı laqondanın dəyəri 40 manat;
8. 01 ədəd «İnterskol» markalı drelin dəyəri 30 manat;
9. 01 ədəd 4 gözlü «Lanova» markalı qaz sobasının dəyəri 150 manat;
10. 03 ədəd 20 litrlik alüminium qazanın hər birinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 210 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1990,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş Məmmədov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində olan cinayət işinin icraatına AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırlması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Mirabdulla oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş 17 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 18 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materillarına əlavə olunmuş 17 iyun 2022-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 3x4 m ölçülü «Süper Manolya» markalı xalça, 01 ədəd 2x3 m ölçülü «Mutlu Toros» markalı xalça, 01 ədəd 2x3 metr ölçülü xalça, 01 ədəd «Hoffman» markalı tozsoran, 01 ədəd «Orvica» markalı tozsoran, 01 ədəd «Prowor» markalı laqonda, 01 ədəd «DWT» markalı laqonda, 01 ədəd «İnterskol» markalı drel, 01 ədəd «Lanova» markalı qaz sobası, 03 ədəd alüminium qazan götürülmüşdür. İş materillarına əlavə olunmuş 24 avqust 2022-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər cinayət işi üzrə əldə olunmuş 01 ədəd 3x4 m ölçülü «Süper Manolya» markalı xalçaya, 01 ədəd 2x3 m ölçülü «Mutlu Toros» markalı xalçaya, 01 ədəd 2x3 metr ölçülü xalçaya, 01 ədəd «Hoffman» markalı tozsorana, 01 ədəd «Orvica» markalı tozsorana, 01 ədəd «Prowor» markalı laqondaya, 01 ədəd «DWT» markalı laqondaya, 01 ədəd «İnterskol» markalı drelə, 01 ədəd «Lanova» markalı qaz sobasına, 03 ədəd alüminium qazana baxış keçirmişlər, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Mirabdulla oğlu həmin əşyalara baxış keçirib 01 ədəd 3x4 m ölçülü «Süper Manolya» markalı xalçanın, 01 ədəd 2x3 m ölçülü «Mutlu Toros» markalı xalçanın, 01 ədəd 2x3 metr ölçülü xalçanın, 01 ədəd «Hoffman» markalı tozsoranın, 01 ədəd «Orvica» markalı tozsoranın, 01 ədəd «Lanova» markalı qaz sobasının; zərər çəkmiş şəxs X8 həmin əşyalara baxış keçirib 01 ədəd «Prowor» markalı laqondanın, 01 ədəd «DWT» markalı laqondanın, 01 ədəd «İnterskol» markalı drelin, 03 ədəd alüminium qazanın ona məxsus evindən oğurlanmış əşyalar olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyşalı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 01 ədəd 3x4 m ölçülü «Süper Manolya» markalı xalça, 01 ədəd 2x3 m ölçülü “Mutlu Toros” markalı xalçanın, 01 ədəd 2x3 metr ölçülü xalçanın, 01 ədəd “Hoffman” markalı tozsoranın, 01 ədəd “Orvica” markalı tozsoranın, 01 ədəd “Lanova” markalı qaz sobasının Zərərçəkmiş şəxs1 Mirabdulla oğluna, 01 ədəd “Prowor” markalı laqondanın, 01 ədəd “DWT” markalı laqondanın, 01 ədəd “İnterskol” markalı drelin, 03 ədəd aliminium qazanın zərərçəkmiş şəxs X6 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia geri qaytrılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd 3x4 m ölçülü «Süper Manolya» markalı xalça, 01 ədəd 2x3 m ölçülü “Mutlu Toros” markalı xalçanın, 01 ədəd 2x3 metr ölçülü xalçanın, 01 ədəd “Hoffman” markalı tozsoranın, 01 ədəd “Orvica” markalı tozsoranın, 01 ədəd “Lanova” markalı qaz sobasının Zərərçəkmiş şəxs1 Mirabdulla oğluna, 01 ədəd “Prowor” markalı laqondanın, 01 ədəd “DWT” markalı laqondanın, 01 ədəd “İnterskol” markalı drelin, 03 ədəd aliminium qazanın zərərçəkmiş şəxs X6 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli