Məhkəmə qərarları › İş №1(003)-503/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-503/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-503/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6 iştirakları ilə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X8 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələr ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, X10 onun keçmiş bacanağıdır və o, R.Əlixanovun foto şəklini öz “Tik-tok” səhifəsində paylaşaraq onu təhqir etmişdir. Təxminən bir il öncə baldızı X1 əri X5 rəsmi olaraq boşanmış və uşaqları atalarının yanında qaldığı üçün onlara rəsmi olaraq hər ay alimenl ödəyir.Bir müddət öncə M.Kazımov "Whalsapp" proqramı vasitəsilə onunla əlaqə saxlayıb onu təhqir etsə də, şikayətçi buna əhəmiyyət verməmiş, sonradan yəni 26, 27 və 28 dekabr 2023-cü il tarixlərində Müşviqin onun foto şəkillərini öz "Tik-tok” səhifəsində paylaşaraq onu təhqir etdiyini görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Şikayətçi əlavə olaraq qeyd edir ki, keçmiş bacanağı Kazımov Müşviq başqalarının foto şəkillərindən istifadə edərək saxta "Tik-tok" səhifəsi açmış, kənar şəxslərin canlı yayımına daxil olub, onları söyüb təhqir etmiş, daha sonra onun mobil nömrəsini onlara vermişdir. M.Kazımov bu məlumatların yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları müxtəlif internet platformalarında yaymaqla ona qarşı böhtan atmış və onu təhqir elmişdir. Bütün bunlar xx.xx.2024-cü il tarixli Yasamal RPİ-nin "cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapmışdır. Belə ki, M.Kazımov şikayətçinin nömrələrini "Tik-tok” səhifəsində saxta profillərdən istifadə edərək onun tanımadığı şəxslərin canlı yayına daxil olmuş və onları təhqir etmişdir. Həmin şəxslər şikayətçiyə zəng vuraraq onunla görüşmək istədiklərini və onları nə üçün təhqir etdiyinin səbəbini soruşublar. Şikayətçi belə bir hal olmadığını və onları təhqir etmədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, bütün bunları edən keçmiş bacanağıdır.Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X7 icraatında olan şikayətçinin müraciəti əsasında toplamış olduğu materiallardan görünür ki, X10 qeyd edilənləri etiraf edərək bunu guya ailəsinin dağılmasında onu günahkar bildiyindən və guya şikayətçinin onun keçmiş həvat yoldaşının uşaqları ilə görüşməyə maneə olduğundan etdiyini bildirmişdir. İşə əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi Müşviq Kazımov başqalarının foto şəkillərindən istifadə edərək saxta "Tik-tok" səhifəsində onun foto şəkillərimi paylaşaraq üzərinə "peysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı", "ərinən oğurluq edən ərinə xəyanət edən", "ərinən ful orqayam sevgilim", "bayraqı gör kim tutub satqın hərbini satan" və.s yazılar yazmışdır. Qeyd edilənlərlə bağlı foto şəkillər şikayətə əlavə edilmişdir. X2 profillərdən istifadə edərək "Tik-tok" səhifəsində başqa şəxslərin foto şəkillərindən istifadə edərək, yəni internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən şikayətçi barədə həqiqətə uyğun olmayan, yalan məlumat yerləşdirilməklə böhtan atmış və onu təhqir elmişdir. Qeyd edilənlərə əsasən X6 Azərbaycan Respublikası CM-nin 147.1 və148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X10 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X10 məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası CPM-in qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43, 299, 300 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar