Məhkəmə qərarları › İş №1(003)-504/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-504/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-504/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3, Yeni Yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavad-zadə Cavad Raqib oğlu ilə cinayət əlaqəsinə girərək saxlanc yeri olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi E.İmanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “PlayStation” oyun zalının qapısının qıfılını sındırıb açma yolu ilə qanunsuz daxil olub oradan 01 ədədi 450 manat olmaqla ümumi dəyəri 1350 manat olan 03 ədəd “PlayStation 3” markalı oyun aparatını 01 ədəd 700 manat dəyərində “Shivaki” markalı televizoru və 01 ədədi 700 manat olmaqla ümumi dəyəri 1400 manat olan 02 ədəd “Sony” markalı televizoru gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 01 iyun 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavad-zadə Cavad Raqib oğlu ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Ərzaq Market”in dəmir barmaqlığını sındırıb plastik qapısını sıxıb açma yolu ilə qanunsuz daxil olub oradan 200 manat pulu, ümumi dəyəri 5326,42 manat olan mağazada piştaxtada və yerdə qutularda olan 1 kiloqramı 6,90 manat olmaqla ümumi dəyəri 27,60 manat olan 4 kiloqramlıq “Moloçnaya Kaplya” konfeti, 1 kiloqramı 5,75 manat olmaqla ümumi dəyəri 23 manat olan 4 kiloqramlıq “Roshen COV” konfeti, 1 kiloqram 19,56 manat dəyərində “Lukas Sungrizzy” konfeti, 1 kiloqramı 10,32 manat olmaqla ümumi dəyəri 61,92 manat olan 6 kiloqramlıq “Nejniy Lyoqkiy S” konfeti, 1 kiloqramı 42,84 manat olmaqla ümumi dəyəri 85,68 manat olan 2 kiloqramlıq “Voloqodsky Ekstra” şirniyyatı, 1 kiloqramı 35,90 manat olmaqla ümumi dəyəri 71,80 manat olan 2 kiloqramlıq “Voloqodsky Ekstra” şirniyyatı, 1 kiloqramı 6,58 manat olmaqla ümumi dəyəri 46,06 manat olan 7 kiloqram “Besanaya Pcelka 9x1” şirniyyatı, 1 kiloqramı 6,90 manat olmaqla ümumi dəyəri 55,20 manat olan 8 kiloqram “Cofee Like” kofesini, 1 kiloqramı 4,67 manat olmaqla ümumi dəyəri 18,68 manat olan 4 kiloqram “Bim-Bom” konfetini, 1 kiloqramı 6,00 manat olmaqla ümumi dəyəri 60,00 manat olan 10 kiloqram “Racki” konfetini, 1 kiloqramı 4,67 manat olmaqla ümumi dəyəri 37,36 manat olan 8 kiloqram “Djus Miks” konfetini, 1 kiloqramı 6,67 manat olmaqla ümumi dəyəri 46,61 manat olan 7 kiloqram “Minky Binky” konfetini, 01 ədədi 1,08 manat olmaqla ümumi dəyəri 6,48 manat olan 6 ədəd “Orex Nuqa” şokaladı, 01 ədədi 1,50 manat olmaqla ümumi dəyəri 9,00 manat olan 6 ədəd “X4” şokaladı, 01 ədədi 1,50 manat olmaqla ümumi dəyəri 9,00 manat olan 6 ədəd “Dark Plitka” şokaladı, 01 ədədi 0,48 manat olmaqla ümumi dəyəri 40,32 manat olan 48 ədəd “Kurassan” şirniyatı, 01 ədədi 4,10 manat olmaqla ümumi dəyəri 32,80 manat olan 8 ədəd “200 qramlıq Capuccino” kofesi, 01 ədədi 2,50 manat olmaqla ümumi dəyəri 15,00 manat olan 6 ədəd “120 qramlıq 3 in 1 Jockey” kofesi, 01 qutusu 7,92 manat olmaqla ümumi dəyəri 102,96 olan 13 qutu (25 və 40 qramlıq) kakoe, 01 bloku 10,32 manat olmaqla ümumi dəyəri 51,60 olan 05 blok “X5 60 qramlıq” şirniyatı, 01 bloku 8,16 manat olmaqla ümumi dəyəri 48,96 manat olan 6 blok “Bifa kakaolu Kek 45 qramlıq” şirniyatı, 01 qutusu 15,60 manat olmaqla ümumi dəyəri 62,40 manat olan 04 qutu “Bifa Tatkek meyvəli baton” şirniyatı, 01 ədədi 1,74 manat olmaqla ümumi dəyəri 34,80 manat olan 20 ədəd “Çayka Kakaolu və Südlü” vafli, 01 ədədi 1,13 manat olmaqla ümumi dəyəri 11,30 manat olan 10 ədəd “Südlü” vafli, 01 qutusu 75,60 manat olmaqla ümumi dəyəri 604,80 manat olan 08 qutu “Jarkoff 0,900 l” Günəbaxan yağı, 01 ədədi 1,95 manat olmaqla ümumi dəyəri 9,75 manat olan “100 qramlıq Final ” yağı, 01 ədədi 5,70 manat olmaqla ümumi dəyəri 11,40 manat olan 02 ədəd “1 kiloqramlıq Final” yağı, 01 ədədi 4,40 manat olmaqla ümumi dəyəri 13,20 manat olan 03 ədəd “1 litirlik Solnoçnoe ayçiçək” yağı, 01 ədədi 5,12 manat olmaqla ümumi dəyəri 10,24 manat olan 02 ədəd “1 litirlik Evim ayçiçək” yağı, 01 ədəd 8,77 manat dəyərində “450 qramlıq Final pekoe” yağı, 01 ədədi 2,75 manat olmaqla ümumi dəyəri 13,75 manat olan 05 ədəd “720 qramlıq Final” tomatı, 1 kiloqramı 3 manat olmaqla ümumi dəyəri 6 manat olan 2 kiloqram kulok, 01 kiloqram 3,80 manat dəyərində Pinqvin kulok, 01 blok 26 manat dəyərində “Pal mall nazik qara” siqareti, 01 blok 26 manat dəyərində “Rotmans boz” siqareti, 01 blok 26 manat dəyərində “Vinchester nazik boz” siqareti, 01 blok 21 manat dəyərində “Maqna nazik qara” siqareti, 01 ədədi 8,50 manat olmaqla ümumi dəyəri 68 manat olan 08 ədəd “1 kq Super Sun” yağı, 01 ədədi 5,50 manat olmaqla ümumi dəyəri 44 manat olan 08 ədəd “1 kq Final” yağı, 01 ədədi 10,40 manat olmaqla ümumi dəyəri 62,40 manat olan 06 ədəd “2 kq Final” yağı, 01 ədədi 10,20 manat olmaqla ümumi dəyəri 71,40 manat olan 07 ədəd “1,6 kq Krestyanskoe plastik” yağı, 01 ədədi 5,42 manat olmaqla ümumi dəyəri 32,52 manat olan 06 ədəd “0,800 kq krestyanskoe plastik” yağı, 01 ədədi 6,40 manat olmaqla ümumi dəyəri 51,20 manat olan 08 ədəd “1 litr Möcüzə qarğıdalı” yağı, 01 ədədi 12,60 manat olmaqla ümumi dəyəri 75,60 manat olan 06 ədəd “2 litr Möcüzə qarğıdalı” yağı, 01 ədədi 5,79 manat olmaqla ümumi dəyəri 46,32 manat olan 08 ədəd “1 litr Final qarğıdalı” yağı, 01 ədədi 3,97 manat olmaqla ümumi dəyəri 23,82 manat olan 06 ədəd “1 kq kərəm” yağı, 01 ədədi 5,55 manat olmaqla ümumi dəyəri 16,65 manat olan 03 ədəd “1 kq litr Krestyanskoe” yağı, 01 ədədi 2 manat olmaqla ümumi dəyəri 60 manat olan 30 ədəd “Berga 100 qr” çayı, 01 qutusu 14 manat olmaqla ümumi dəyəri 42 manat olan 03 qutu “750 qr Azərduz” duzu, 01 qutusu 10,20 manat olmaqla ümumi dəyəri 30,60 manat olan 03 qutu “Salut 1,0 kq” xörək duzu, 01 çantası 9,70 manat olmaqla ümumi dəyəri 77,60 manat olan 08 çanta “5 kq Nabat kəllə” qəndi, 01 ədədi 1,61 manat olmaqla ümumi dəyəri 19,32 manat olan 12 ədəd “600 qr Azərşəkər kəllə” qəndi, 01 ədədi 2,10 manat olmaqla ümumi dəyəri 25,20 manat olan 12 ədəd “800 qr Azərşəkər kəllə” qəndi, 01 bloku 20,50 manat olmaqla ümumi dəyəri 123 manat olan 06 blok “Vikeroy qara və boz nazik” siqaret, 01 ədədi 18,52 manat olmaqla ümumi dəyəri 185,20 manat olan 10 ədəd “1,745 kq Super Sun” yağı, 01 ədədi 9,78 manat olmaqla ümumi dəyəri 78,24 manat olan 08 ədəd “0,910 kq Super Sun” yağı, 01 ədədi 0,52 manat olmaqla ümumi dəyəri 31,20 manat olan 60 ədəd “70 qr Patron” tumu, 01 ədədi 0,16 manat olmaqla ümumi dəyəri 8 manat olan 50 ədəd “25 qr Patron” tumu, 01 ədədi 0,85 manat olmaqla ümumi dəyəri 34 manat olan 40 ədəd “120 qr Patron” tumu, 01 ədədi 0,85 manat olmaqla ümumi dəyəri 34 manat olan 40 ədəd “Patera 120 qr Patron” tumu, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 180 manat olan 12 blok “2 size Lulalay” pampres, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 150 manat olan 10 blok “3 size Lulalay” pampres, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 90 manat olan 6 blok “4 size Lulalay” pampres, 01ədədi 5,50 manat olmaqla ümumi dəyəri 132 manat olan 24 ədəd “1,0 litr Xırdalan şərab” çaxırı, 01 ədədi 5,50 manat olmaqla ümumi dəyəri 165 manat olan 30 ədəd “kəmşirin 1,0 litr Xırdalan şərab” çaxırı, 01 qutusu 30 manat olmaqla ümumi dəyəri 150 manat olan 05 qutu “0,450 lt Atom Visky” içkisi, 01 qutusu 16,80 manat olmaqla ümumi dəyəri 50,40 manat olan 03 qutu “0,250 lt Atom koktely” içkisi, 01 ədədi 5,30 manat olmaqla ümumi dəyəri 79,50 manat olan 15 ədəd “0,700 lt Genlmen” arağı, 01 ədədi 2 manat olmaqla ümumi dəyəri 60 manat olan 30 ədəd “0,250 lt Novaya marka” arağı, 01 ədədi 6,95 manat olmaqla ümumi dəyəri 139 manat olan 20 ədəd “0,500 lt Yakor” arağı, 01 ədədi 9 manat olmaqla ümumi dəyəri 180 manat olan 20 ədəd “0,700 lt Yakor” arağı, 01 ədədi 6,95 manat olmaqla ümumi dəyəri 222,40 manat olan 32 ədəd “0,500 lt İCE Yakor” arağı, 01 ədədi 9 manat olmaqla ümumi dəyəri 126 manat olan 14 ədəd “0,700 lt İCE Yakor” arağı, 01 ədədi 5,20 manat olmaqla ümumi dəyəri 52 manat olan 10 ədəd “0,500 lt Çayka Karmakoli”, 01 qutusu 22,80 manat olmaqla ümumi dəyəri 136,80 manat lan 06 qutu “0.750 lt Darvish” çaxırı, 01 qutusu 60 manat olmaqla ümumi dəyəri 360 manat lan 06 qutu “0.750 lt Kaqor” çaxırı, 01 ədədi 0,50 manat olmaqla ümumi dəyəri 15 manat olan 30 ədəd (İçəri şəhər ağ) dondurma, 01 ədədi 0,50 manat olmaqla ümumi dəyəri 10 manat olan 20 ədəd (İçəri şəhər kafeni) dondurma, 01 ədədi 0,55 manat olmaqla ümumi dəyəri 19,25 manat olan 35 ədəd (Plombir) dondurma gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5526,42 manat (beş min beş yüz iyirmi altı manat qırx iki) məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hər iki epizod oğurluq cinayəti üzrə özünü təqsirli bilir, oğurluq cinayətlərini Cavad-zadə Cavad Raqib oğlu ilə birlikdə törətmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən ödədiyini, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Binə qəsəbəsi, Hövsan südçülük savxozu yaşayış massivində, Lələtəpə məhəlləsində ərzaq mağazası işlədir. Həmin dükan ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində mağazanı bağlamış və yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 06:40 radələrində dükana gəlmiş və görmüşdür dükanın qapısının dəmir barmaqlıqlarının kilidi sındırılıb və plastik qapı isə sıxma yolu ilə açılıbmış. O, dükandan oğurluq olmasından şübhələnərək dərhal dükana daxil olmuş və görmüşdür ki, dükanda olan qida məhsulları, spirtli və enerji içkiləri, siqaretlər və başqa məhsullar oğurlanıbmış. Həmçinin müəyyən etmişdir ki, oğruluq edən şəxslər dükandakı kassadan ümumilikdə 200 manat pul oğurlayıblar. Bundan sonra dərhal DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlr. O, ərizə ilə müraciət etmişdir. Bundan sonra bilmişdir ki, polis əməkdaşları həmin gün dükandan oğurluq edən şəxsləri müəyyən edərək tutublar. Həmin şəxslər onun dükanından ümumilikdə 5326,42 manat dəyərində əmlakını, yəni qiymətləri təqdim etdiyi qaimələrdə əks olunan qiymətlərdə olsada sayları müxtəlifdir. Belə ki, həmin qaimələri yeni olaraq almış, lakin oğurlanmış əmlakların qiymətləri həmin qiymətlərdə olmuşdur. Odur ki, mağazasında piştaxtada və yerdə qutularda olan 1 kiloqramı 6,90 manat olmaqla ümumi dəyəri 27,60 manat olan 4 kiloqramlıq “Moloçnaya Kaplya” konfeti, 1 kiloqramı 5,75 manat olmaqla ümumi dəyəri 23 manat olan 4 kiloqramlıq “Roshen COV” konfeti, 1 kiloqram 19,56 manat dəyərində “Lukas Sungrizzy” konfeti, 1 kiloqramı 10,32 manat olmaqla ümumi dəyəri 61,92 manat olan 6 kiloqramlıq “Nejniy Lyoqkiy S” konfeti, 1 kiloqramı 42,84 manat olmaqla ümumi dəyəri 85,68 manat olan 2 kiloqramlıq “Voloqodsky Ekstra” şirniyyatı, 1 kiloqramı 35,90 manat olmaqla ümumi dəyəri 71,80 manat olan 2 kiloqramlıq “Voloqodsky Ekstra” şirniyyatı, 1 kiloqramı 6,58 manat olmaqla ümumi dəyəri 46,06 manat olan 7 kiloqram “Besanaya Pcelka 9x1” şirniyyatı, 1 kiloqramı 6,90 manat olmaqla ümumi dəyəri 55,20 manat olan 8 kiloqram “Cofee Like” kofesini, 1 kiloqramı 4,67 manat olmaqla ümumi dəyəri 18,68 manat olan 4 kiloqram “Bim-Bom” konfetini, 1 kiloqramı 6,00 manat olmaqla ümumi dəyəri 60,00 manat olan 10 kiloqram “Racki” konfetini, 1 kiloqramı 4,67 manat olmaqla ümumi dəyəri 37,36 manat olan 8 kiloqram “Djus Miks” konfetini, 1 kiloqramı 6,67 manat olmaqla ümumi dəyəri 46,61 manat olan 7 kiloqram “Minky Binky” konfetini, 01 ədədi 1,08 manat olmaqla ümumi dəyəri 6,48 manat olan 6 ədəd “Orex Nuqa” şokaladı, 01 ədədi 1,50 manat olmaqla ümumi dəyəri 9,00 manat olan 6 ədəd “X4” şokaladı, 01 ədədi 1,50 manat olmaqla ümumi dəyəri 9,00 manat olan 6 ədəd “Dark Plitka” şokaladı, 01 ədədi 0,48 manat olmaqla ümumi dəyəri 40,32 manat olan 48 ədəd “Kurassan” şirniyatı, 01 ədədi 4,10 manat olmaqla ümumi dəyəri 32,80 manat olan 8 ədəd “200 qramlıq Capuccino” kofesi, 01 ədədi 2,50 manat olmaqla ümumi dəyəri 15,00 manat olan 6 ədəd “120 qramlıq 3 in 1 Jockey” kofesi, 01 qutusu 7,92 manat olmaqla ümumi dəyəri 102,96 olan 13 qutu (25 və 40 qramlıq) kakoe, 01 bloku 10,32 manat olmaqla ümumi dəyəri 51,60 olan 05 blok “X5 60 qramlıq” şirniyatı, 01 bloku 8,16 manat olmaqla ümumi dəyəri 48,96 manat olan 6 blok “Bifa kakaolu Kek 45 qramlıq” şirniyatı, 01 qutusu 15,60 manat olmaqla ümumi dəyəri 62,40 manat olan 04 qutu “Bifa Tatkek meyvəli baton” şirniyatı, 01 ədədi 1,74 manat olmaqla ümumi dəyəri 34,80 manat olan 20 ədəd “Çayka Kakaolu və Südlü” vafli, 01 ədədi 1,13 manat olmaqla ümumi dəyəri 11,30 manat olan 10 ədəd “Südlü” vafli, 01 qutusu 75,60 manat olmaqla ümumi dəyəri 604,80 manat olan 08 qutu “Jarkoff 0,900 l” Günəbaxan yağı, 01 ədədi 1,95 manat olmaqla ümumi dəyəri 9,75 manat olan “100 qramlıq Final ” yağı, 01 ədədi 5,70 manat olmaqla ümumi dəyəri 11,40 manat olan 02 ədəd “1 kiloqramlıq Final” yağı, 01 ədədi 4,40 manat olmaqla ümumi dəyəri 13,20 manat olan 03 ədəd “1 litirlik Solnoçnoe ayçiçək” yağı, 01 ədədi 5,12 manat olmaqla ümumi dəyəri 10,24 manat olan 02 ədəd “1 litirlik Evim ayçiçək” yağı, 01 ədəd 8,77 manat dəyərində “450 qramlıq Final pekoe” yağı, 01 ədədi 2,75 manat olmaqla ümumi dəyəri 13,75 manat olan 05 ədəd “720 qramlıq Final” tomatı, 1 kiloqramı 3 manat olmaqla ümumi dəyəri 6 manat olan 2 kiloqram kulok, 01 kiloqram 3,80 manat dəyərində Pinqvin kulok, 01 blok 26 manat dəyərində “Pal mall nazik qara” siqareti, 01 blok 26 manat dəyərində “Rotmans boz” siqareti, 01 blok 26 manat dəyərində “Vinchester nazik boz” siqareti, 01 blok 21 manat dəyərində “Maqna nazik qara” siqareti, 01 ədədi 8,50 manat olmaqla ümumi dəyəri 68 manat olan 08 ədəd “1 kq Super Sun” yağı, 01 ədədi 5,50 manat olmaqla ümumi dəyəri 44 manat olan 08 ədəd “1 kq Final” yağı, 01 ədədi 10,40 manat olmaqla ümumi dəyəri 62,40 manat olan 06 ədəd “2 kq Final” yağı, 01 ədədi 10,20 manat olmaqla ümumi dəyəri 71,40 manat olan 07 ədəd “1,6 kq Krestyanskoe plastik” yağı, 01 ədədi 5,42 manat olmaqla ümumi dəyəri 32,52 manat olan 06 ədəd “0,800 kq krestyanskoe plastik” yağı, 01 ədədi 6,40 manat olmaqla ümumi dəyəri 51,20 manat olan 08 ədəd “1 litr Möcüzə qarğıdalı” yağı, 01 ədədi 12,60 manat olmaqla ümumi dəyəri 75,60 manat olan 06 ədəd “2 litr Möcüzə qarğıdalı” yağı, 01 ədədi 5,79 manat olmaqla ümumi dəyəri 46,32 manat olan 08 ədəd “1 litr Final qarğıdalı” yağı, 01 ədədi 3,97 manat olmaqla ümumi dəyəri 23,82 manat olan 06 ədəd “1 kq kərəm” yağı, 01 ədədi 5,55 manat olmaqla ümumi dəyəri 16,65 manat olan 03 ədəd “1 kq litr Krestyanskoe” yağı, 01 ədədi 2 manat olmaqla ümumi dəyəri 60 manat olan 30 ədəd “Berga 100 qr” çayı, 01 qutusu 14 manat olmaqla ümumi dəyəri 42 manat olan 03 qutu “750 qr Azərduz” duzu, 01 qutusu 10,20 manat olmaqla ümumi dəyəri 30,60 manat olan 03 qutu “Salut 1,0 kq” xörək duzu, 01 çantası 9,70 manat olmaqla ümumi dəyəri 77,60 manat olan 08 çanta “5 kq Nabat kəllə” qəndi, 01 ədədi 1,61 manat olmaqla ümumi dəyəri 19,32 manat olan 12 ədəd “600 qr Azərşəkər kəllə” qəndi, 01 ədədi 2,10 manat olmaqla ümumi dəyəri 25,20 manat olan 12 ədəd “800 qr Azərşəkər kəllə” qəndi, 01 bloku 20,50 manat olmaqla ümumi dəyəri 123 manat olan 06 blok “Vikeroy qara və boz nazik” siqaret, 01 ədədi 18,52 manat olmaqla ümumi dəyəri 185,20 manat olan 10 ədəd “1,745 kq Super Sun” yağı, 01 ədədi 9,78 manat olmaqla ümumi dəyəri 78,24 manat olan 08 ədəd “0,910 kq Super Sun” yağı, 01 ədədi 0,52 manat olmaqla ümumi dəyəri 31,20 manat olan 60 ədəd “70 qr Patron” tumu, 01 ədədi 0,16 manat olmaqla ümumi dəyəri 8 manat olan 50 ədəd “25 qr Patron” tumu, 01 ədədi 0,85 manat olmaqla ümumi dəyəri 34 manat olan 40 ədəd “120 qr Patron” tumu, 01 ədədi 0,85 manat olmaqla ümumi dəyəri 34 manat olan 40 ədəd “ Patera 120 qr Patron” tumu, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 180 manat olan 12 blok “2 size Lulalay” pampres, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 150 manat olan 10 blok “3 size Lulalay” pampres, 01 bloku 15 manat olmaqla ümumi dəyəri 90 manat olan 6 blok “4 size Lulalay” pampres, 01ədədi 5,50 manat olmaqla ümumi dəyəri 132 manat olan 24 ədəd “1,0 litr Xırdalan şərab” çaxırı, 01 ədədi 5,50 manat olmaqla ümumi dəyəri 165 manat olan 30 ədəd “kəmşirin 1,0 litr Xırdalan şərab” çaxırı, 01 qutusu 30 manat olmaqla ümumi dəyəri 150 manat olan 05 qutu “0,450 lt Atom Visky” içkisi, 01 qutusu 16,80 manat olmaqla ümumi dəyəri 50,40 manat olan 03 qutu “0,250 lt Atom koktely” içkisi, 01 ədədi 5,30 manat olmaqla ümumi dəyəri 79,50 manat olan 15 ədəd “0,700 lt Genlmen” arağı, 01 ədədi 2 manat olmaqla ümumi dəyəri 60 manat olan 30 ədəd “0,250 lt Novaya marka” arağı, 01 ədədi 6,95 manat olmaqla ümumi dəyəri 139 manat olan 20 ədəd “0,500 lt Yakor” arağı, 01 ədədi 9 manat olmaqla ümumi dəyəri 180 manat olan 20 ədəd “0,700 lt Yakor” arağı, 01 ədədi 6,95 manat olmaqla ümumi dəyəri 222,40 manat olan 32 ədəd “0,500 lt İCE Yakor” arağı, 01 ədədi 9 manat olmaqla ümumi dəyəri 126 manat olan 14 ədəd “0,700 lt İCE Yakor” arağı, 01 ədədi 5,20 manat olmaqla ümumi dəyəri 52 manat olan 10 ədəd “0,500 lt Çayka Karmakoli”, 01 qutusu 22,80 manat olmaqla ümumi dəyəri 136,80 manat lan 06 qutu “0.750 lt Darvish” çaxırı, 01 qutusu 60 manat olmaqla ümumi dəyəri 360 manat lan 06 qutu “0.750 lt Kaqor” çaxırı, 01 ədədi 0,50 manat olmaqla ümumi dəyəri 15 manat olan 30 ədəd (İçəri şəhər ağ) dondurma, 01 ədədi 0,50 manat olmaqla ümumi dəyəri 10 manat olan 20 ədəd (İçəri şəhər kafeni) dondurma, 01 ədədi 0,55 manat olmaqla ümumi dəyəri 19,25 manat olan 35 ədəd (Plombir) dondurma və 200 manat məbləğində nəğd pul oğurlamaqla ona ümumilikdə 5526,42 manat məbləğində maddi ziyan vurmuşlar. Polis əməkdaşları oğurluq edən şəxsləri tutuduqdan sonra əldə olan məhsulların 1000 manat məbləğində ərzaq məhsulları mənə geri qaytarılmış. Lakin qalan məhsullar isə geri qaytarılmamışdır. Əlavə olaraq onuda qeyd edmişdir ki, ilkin zaman ərizəsində və izahatında dəymiş maddi ziyanı təxmini olaraq qeyd etdiyindən 5400 manat kimi göstərmişdir. Ona ümumilikdə 5526,42 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, həmin maddi ziyanın 5326,42 manatı ərzaqlar, içkilər, yağlar, şokaladlar, şirniyyatlar, çaxırlar, dondurmalar və s. məhsullar, 200 manatı isə nəğd puldur. Təqsirləndirilən şəxs tərəfindən oan dəymiş ziyandan 1200 manat ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın tam ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsində yerləşən «PlayStation» oyun zalı vardır. Həmin oyun zalını saat 11 radələrindən saat 23-00 radələrinədək işlədir. 25 may 2022-ci il tarixdən 26 may 2022-ci il tarixinə keçən gecə saat 01 radələrində həmin oyun zalını bağlamışdır. 26 may 2022-ci il tarixdə saat 10 radələrində ona zəng gəlmiş və bildirmişlər ki, zalın qapısı açıqdır. Oda dərhal həmin oyun zalı yerləşən yerə gələrkən görmüşdür ki, oyun zalının qapısı dəmir barmaqlığının qıfılı sındırılmış, plastik qapı açılmışdır. O, içəri daxil olan zaman ona məlum olmuşdur ki, zalın içərisindən hər biri 450 manat olmaqla 03 ədəd «PlayStation 3» oyun aparatı, hər biri 700 manat olmaqla 02 ədəd «Sony» markalı 108 sm-lik, 01 ədəd «Shivaki» markalı 108 sm-lik televizor oğurlanmışdır. Baş vermiş hadisə zamanı ona ümumilikdə 3450 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 13 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 14 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı Xəzər rayon prokurorluğuna təqdim olunmuş vəsatət təmin edilmədən Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmaqla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, 21 iyun 2022-ci il tarixdə Cavad-zadə Cavad Raqib oğlunun təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Muxtar Muxtarov tərəfindən Azərbaycan Reuspublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi istintaq aidiyyəti üzrə birləşdirilməsi üçün Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, 30 iyun 2022-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Muxtar Muxtarov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, Anar Bəxtiyarovun icraatına qəbul olunmaqla ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarına əlavə olunmuş 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, 11 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq tutulması üçün tərtib olunmuş qərarın sürəti Xəzər RPİ-nin 3-ci PŞ-nə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, 11 avqust 2022-ci il tarixdə də cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş 29 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, 29 avqust 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Rüstəm İsmayılov tərəfindən Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, 31 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 13 gün həddində istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün, ümumilikdə 01 (bir) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3, Yeni Yaşayış sahəsi ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar