Məhkəmə qərarları › İş №1(003)-504/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-504/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-504/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsi yeni yaşayış massivi fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, hazırda PX 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Adil adlı şəxsdən 2 ədə ayrıayrılıqda 6,73 qram və 6,54 qram təmiz çəkilərdə ümumi çəkisi 13,27 qram olan şəxsi istehlak miqldarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək qanunsuz olaraq yaşadığı Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsində yerləşən fərdi evə daşıyıb, orada evin həyətində olan divanın arxasında saxlamış, 19 dekabr 2022-ci il tarixdə saat 15:05-də Cəbrayıl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həmin mənzilə baxış keçrilərkən oradan iki ədəd kibrit qutusunda olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi-13,27 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əksər vaxtlarda istifadə etdiyi qurudulmuş marixuananı özlərini müxtəlif adlarla təqdim edilən yerli və ya İran İslan Respublikasının vətəndaşı olduğunu deyən şəxslərdən alır. Sonuncu dəfə 16 dekabr 2022-ci il tarixdə Adil adlı şəxsdən Qala qəsəbəsndən özünün istifadəsi üçün 2 ədəd kibrit qutsunda marixuana alıb yaşadığı evin qarşısında divanın arxasında gizlətmişdir. O, marixuana üçün 45 manat məbləğində pulu Adilin ona bildirdiyi, lakin xatırlamadığım kartın nömrəsinə mədaxil etmiş və Adil marixuananı Qala qəsəbəsində yeni yaşayış massivində yolun kənarında daşın altında qoyduğunu demiş və o, da, sonra istifadə etmək üçün həmin yerdən götürmüşdür. 18 dekabr 2022-ci il tarixdə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsində üzərinə şəxsi axtarış keçirildikdə üzərindən heç bir narkotik vasitə aşkar edilməsə də, sorğu zamanı yaşadığı Bakı şəhəri, Xəzər rayonu Albalılıq qəsəbəsində yerləşən evində iki ədəd kibrit qutusunda marixuana saxladığını bildirmişdir. Bundan sonra 19 dekabr 2022-ci il tarixdə Cəbrayıl RPŞ-nin əməkdaşları ilə birlikdə onun razılığı ilə yaşadığı evə baxış keçirilərkən həmin maddəni polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi maddələr özünə məxsusdur, özünün istifadəsi üçün əldə etmişdir, satmaq fikri eləcədə niyyəti olmamışdır. İlk dəfə cinayət əməli törətmişdir, törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, Vətən müharibəsi iştirakçısıdır, 3 medalla təltif olunub. Qeyd olunanlar nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, X2 Biləsuvar şəhərində Cəbrayıl rayonundan məcbur köçkünlər üçün inşa edilmiş qəsəbələrin ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məqul olması barədə məlumat daxil olmuşdur. Rəfail Mehdiyevin törətdiyi cinayətlərin ifşa olunması və qarşısının alınması məqsədi ilə RPŞ-nin rəisi tərəfindən təsdiq olunmuş əməliyyat axtarış tədbirərinin həyata keçirilməsi barədə qərar qəbul edərək özü, CAB-nin əməliyyat müvəkkili polis leytenantı X9, RPŞ-nin MSY-nin polis nəfərlərləri: polis serjantı Şahid2 və X5 ibarət əməlityyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 13:20-də X6 şəhərində Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı şəhərcikdə yerləşən Oba marketin yanında müşahidəyə götürüb 45 dəqiqədən sonra sonuncunu həmin ərazidə saxlayıb RPŞ-nə gətirmişlər. Onun bu barədə məruzə etdiyi raportla əlaqədar araşdırma aparılması PŞ-nin təhqiqatçısı Rauf Şahverənova həvalə olunmuşdur. Rəfail Mehdiyev təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq üzərində onun, Elşən Həmidovun və Rəfail Mehdiyevin müdafiəçisi qismində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Rəfail Mehdiyevin üzərindən 1 ədəd Huavey markalı mobil telefon aşkar olunmuş, narkotik vasitə və ya qanunla əldə olunub saxlanılması, daşınması qadağan olunan heç bir maddə, narkotik vasitə və ya predmet aşkar edilməməsə də, Rəfail Mehdiev bildirmişdir ki, həmin telefonuna göndərilmiş konum vasitəsi Biləsuvar şəhərində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 3 saylı qəsəbədən İmişli rayonu Qızılkənd kəndinə və 11 saylı qəsəbə istiqamətində gedən yolun yaxınlığında eyni istiqamətdə yolun sol tərəfində yerləşən əkin sahəsinində olan işıq dirəyinin dibində basdırılmış narkotik vasitə murixuananı götürmək üçün gəlmişdir. X10 həmin əraziyə gəldiyi, Yusif Zeynalovun idarə etdiyi Mersedes markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən heç bir narkoik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonda isə Rəfail Mehdiyevin telefonundakı konumda göstərilən yerə, yəni Biləsuvar şəhəri 3 saylı qəsəbədə Şirvan post adlanan yerdən üzü İmişli rayonu Qızılkənd kəndin istiqamətinə gedən yolda, kiçik körpüdən keçəndən sonra sol tərəfdəki əkin sahəsində yoldan 70-90 metr aralıda yerləşən elektrik dirəyinin ətrafına baxış keçirilərkən oradan torpağa basdırılmış vəziyyətdə sellofan torba aşkar edilmişdir. Torba açılarkən onun içində yaşıl rəngli spesifik iyə malik kütlə olması aşkar edilmiş və həmin kütlə elektron tərəzidə çəkilərək 127 qram olduğu müəyyən edildikdən sonra təhqiqtaçı tərəfindən muvafiq qaydada qablaşdırılaraq götürülmüş və baxış barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Tədbirlərin davamı olaraq Rəfail Mehdiyevin verdiyi məlumata görə ona həmin yerə narkotik vasitə qoyulduğunu bildirib oradan götürməsini tapşıran şəxslər Seymurov Fərəcov və Bəhmən adlı İran İslam Respublikasının vətəndaşının müəyyən edilməsi məqsədi ilə aparılan tədbirlər zamanı «Seymur Fərəcəv»un Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs İsgəndər oğlu olmasını müəyyən edərək həmin şəxsi Cəbrayıl RPŞ-nə gətirib istintaq orqanına təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı divarın dibində narkotik vasitə gizlədərək saxlaması barədə verdiyi məlumatın yoxlanılması məqsədi ilə istintaqı aparan müstəntiq İikin Quliyev tərəfindən onun, Cəbrayıl RPŞ-nin konvoy xidmətinin polis nəfəri polis baş serjantı Şahid2 və Təqsirləndirilən şəxs özünün iştirakı ilə həmin evə baxış keçrilərkən, evin qarşısındakı divarın dibindən ayrı-ayrılıqda hər birinin içində narkotik vasitə qurudulmuş marixuananaya bənzər maddə olan iki ədəd kibrit qutusu aşkar edilmişdir. Aşkar edilmiş maddələr elektron tərəziyə qoyularaq cəmi 9 qram olduğu müəyyən edildikdən sonra müstəntiq tərəfindən muvafiq qaydada qablaşdırılıb götürülmüş və baxış barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış 19 dekabr 2022-ci il tarixli mənzilə baxış keçirilmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsgəndər oğlunun yaşadığı Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsində yerləşən fərdi evin qabağınldakı divanın arxasından ayrı ayrılıqda içində narkotik vasitə qurudmuş marixuanaya bənzər madələr olan 2 ədəd kibrit qutular aşkra edilib götürülmüşdür. Həmin baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1333 saylı rəyindən görünür ki, «Təqsirləndirilən şəxs təqdim etdiyi» sözləri və imzalar olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 6,73 qram və 6,54 qram olan kağız paketdə ümumi çəkisi 13,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana (kannabis) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 13,27 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - marixuana maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,04 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 13,23 qram olan kustar üsulla hazırlanmış narkotik maddə - marixuana məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Cəbrayıl Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Zümrad Oruxovda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 7/737 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X1 və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş marixuana öz aralarında fərqlənir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan İ-21289 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalla təltif olunub. İş materiallarında olan İ-57382 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. İş materiallarında olan İ-6445 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalla təltif olunub. İş materiallarında olan N saylı Hərbi hissənin komandiri tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Orucov X3 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yetirdiyinə hörə təltif olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, Vətən müharibəsi iştirakçısı olmasını, 3 medalla təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 05 (beş) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsi yeni yaşayış massivi fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 13,23 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 05 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 119,74 (bir yüz on doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 05 (beş) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Albalılıq qəsəbəsi yeni yaşayış massivi fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 13,23 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 05 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 119,74 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 120 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar