Məhkəmə qərarları › İş №1(003)-504/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-504/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-504/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, Zərərçəkmiş şəxs1 18 noyabr 2023-cü il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında az ağır dərəcəli xəsarətlər yetirilmişdir. Bundan başqa o, əziyyət çəkdiyi “paranoid şizofreniya” psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan 21 noyabr 2023-cü il tarixdə saat 15:35 radələrində ünvan 3 ünvanında yerləşən 33 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan arxadan hücum etməklə sonuncunun boğazından tutub sıxaraq yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs2 xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Bakı şəhəri, Qaradağ küçəsi, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21, mənzil 1-də ailəsi ilə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs 2019-cu ildən psixoloji xəstədir, dəfələrlə müalicələr alsa da, lakin hələ də sağalmamışdır. Oğlunu müalicə edən həkim ona oğlunun yaşadığı mühit dəyişilərsə ona yaxşı təsir göstərəcəyini məsləhət görmüşdür Bu səbəbdən o, evini satıb başqa yerdə ev almaq məqsədi ilə evini satışa çıxarmışdır. xx.xx.2023-cü il tarixdə Xalis adlı bir şəxs ona zəng edərək bildirmişdir ki, ev almaq fikrindədir və gəlib evə yerində baxmaq istəyir. Qanuni nümayəndə onu evinə dəvət etmişdir ki, gəlib baxsın. Həmin gün saat 19:30 radələrində Xalis yanında bir nəfər qohumu Elçin adlı şəxslə onun evinə gəlmişdir. Onlar mənzilə daxil olub mənzilə baxmışlar, sonra onlara çay içməyi təklif etmişdir, həmin vaxtı həyat yoldaşı və oğlu Rəhim də evdə olmuşlar. Onlarla birlikdə qonaq otağında çay içməyə oturmuşlar, təxminən yarım saatdan sonra onlar getmək istəyərkən mənzilin dəhlizində ayaqqabılarını geyinməyə hazırlaşan zaman özü birdən oğlu Rəhim mətbəxdən əlində bıçaqla çıxıb Elçinin üstünə hücum edib onu qarın və sol bud nahiyyəsindən bıçaqlamışdır. O, dönüb geriyə baxanda bunu görmüş, tamamilə həyəcanlı olmuşdur, çünki oğlunun belə bir hərəkət etməyini heç gözləməmişdir. Sonradan bilmişdir ki, oğlu Rəhim evi almağa gələnlərə görə əsəbləri gərginləşib və bu hərəkəti etmişdir. Elçinə təcili tibbi yadıma zəng vuraraq həkimləri çağırmaq istədiyini bildirmişdir, lakin Elçin ehtiyac olmadığını, özünün gedə biləcəyini bildirərək ona oğlunu sakitləşdirməyi məsləət bilmişdir. Bundan sonra onlar mənzildən çıxıb təcili öz avtomobillərinə minib getmişlər. Səhəri gün xəbər tutmuşdur ki, Elçin “German Hospital”da cərrahiyə əməliyyatı olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər belə və ya buna oxşar hadisə törətməmişdir, sadəcə bu hadisədən sonra anası ilə bilikdə Xəzər rayonu, Buzovna qəsəbəsində olarkən bir nəfər Sevda adında qadına arxadan hücum edərək əlləri ilə onun boğazına yapışmış və yerə yıxaraq onu boğmaq istəmişdir. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə dayısı oğlu X4 ona bildirmişdir ki, ev almaq istəyir və Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində bir ev var və həmin evə onunla birlikdə gedib baxmaq istəyir. Elçin ona etiraz etməmiş və həmin gün axşam tərəfi birlikdə Sahil qəsəbəsinə getmişdirlər. Getdikləri ünvan ünvan 4. Həmin mənzilə yaxınlaşıb qapını döymüşlər və ev sahibi Feyzulla adlı şəxs qapını açmış və onlar evə daxil olduqdan sonra evə müştəri kimi baxmışdırlar. Ev sahibini oğlu adını sonradan bildiyi Rəhim adlı şəxs də evdə olmuşdur. Sonra ev sahibi onları çay içməyə dəvət etmiş və onlar qonaq otağında birlikdə oturub çay içib söhbət etmişlər. Təxminən yarım saatdan sonra, yəni saat 20 radələrində getmək istəyərkən mənzilin koridorunda ev sahibinin oğlu Rəhim qəfildən ona arxadan hücum edərək əlində bıçaqla onun bir dəfə qarın nahiyyəsinə zərbə vurmuş, Rəhimin əlindəki bıçağı almaq istəyərkən isə bir dəfə də Rəhim onun sol bud nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə anidən və gözlənilmədən baş verdiyindən özünü itirmişdir, lakin özünü ələ almağa çalışmışdır. Orada heç kim belə bir hadisənin baş verə biləcəyini gözləməmişdirr. Ev sahibi də tez onu həkimə aparmaq istəmiş, lakin Elçin buna razı olmamışdır, çünki ev sahibi ona demişdir ki, oğlu ruhi xəstədir, ona görə Elçin ona bildirmişdir ki, oğlunu sakitləşdirsin həkimə özü gedər. Beləliklə, dayısı oğlu Xalis ona köməkilik etimiş və onu Elçinə məxsus avtomobilə mindirmiş, özü avtomobili idarə edərək Xalislə birlikdə Bakı şəhərində yerləşən “German Hospital”a getmişlər. Orada onu müayinə etdikdən sonra təcili cərrahiyə əməliyyatı etmişdirlər. Zərərçəkmiş şəxs1 hadisdən sonra bilmişdir ki, Rəhim psixoloji xəstədir və ona xəsarəti bilərəkdən və ya qərəzli şəkildə yetirməmişdir. Müştəri kimi getdiyi ev sahibini və ya onun oğlunu əvvəlcədən tanımadığını, ev almaq istədiyərkən həmin evin sahibi evin Sahil qəsəbəsində yerləşdiyini bildirmiş və həmin evə baxmaq üçün getdiyini və orada onları ilk dəfə gördüyünü bildirmişdir. Hadisə zamanı əynində olmuş geyim əşyalarını anası görəndə əhvalı pis olduğundan görmək istəmədiyi üçün, eyni zamanda qanlı olduğuna görə tullamışdır. Zərərçəkmiş şəxs1 10 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıdığını, ona qarşı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 33 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:35 radələrində işlədiyi məktəbdən onunla bir məktəbdə müəllimə işləyən Vəfa müəllimə ilə birlikdə çıxıb piyada evə gedərkən, məktəbdən təxminən 100-150 metr aralıda birdən bir nəfər kişi arxadan əlləri ilə onun boğaz nahiyyəsindən möhkəm yapışıb onu yerdə yıxmışdır. O, yerə yıxılmış və yerdə onun boğazını möhkəm sıxaraq onu boğmaq istəmişdir. Yanımda olan Vəfa müəllimə həmin şəxsi ondan ayırmaq istəsə də ona gücü çatmamışdır. Ona görə də qışqırırmış, onun səsinə ətrafda olan şəxslər yaxınlaşıb həmin şəxsi ondan ayıra bilmişdirlər. Orada səsə gələn şəxslərdən bir nəfər qadın həmin şəxsin qolundan tutub uzaqlaşdırmışdır, sonradan bilmişdir ki, həmin qadın onu boğmaq istəyən şəxsin anasıdır. Həmin vaxt özünü itirmişdir və çox həyəcanlı olmuşdur, eyni zamanda yerə yıxıldığı üçün xəsarət almışdır. Bundan sonra huşunu itirdiyinə görə nə baş verdiyini bilməmişdir. Ayılanda görmüşdür ki, artıq evindədir və evində həkimlər var. Sonradan polis əməkdaşları evinə gəldikdən sonra məlum olmuşdur ki, orada olanlardan kimsə polisə məlumat vermişdir və polis əməkdaşları hadisə yerinə gələrək həmin şəxsi ətrafda taparaq Xəzər RPİ 2-ci PŞ-nə aparmışlar. Polis əməkdaşları evində olarkən ərizə ilə müraciət etmiş və baş vermiş hadisəni onlara danışmışdır. Həmin şəxsi tanımadığını, arxadan ona yaxınlaşdığına görə onu üzdən də görə bilmədiyini, yəni onu heç üzdən də tanımadığını bildirmişdir. Hadisədən əvvəlki dövrlərdə ona qarşı analoji hadisələr baş vermədiyini, 18 ildir ki, həmin məktəbdə müəllimə işlədiyini, həmişə də piyada gedib-gəldiyini, lakin heç vaxt belə hallarla rastlaşmadığını bildirmişdir. Hadisə zamanı xəsarət aldığını, yıxılarkən hər iki diz, sağ qol və baş, eləcə də həmin şəxsin onun boğaz nahiyyəsindən yapışdığına görə boğaz nahiyyəsindən də xəsarətlər aldığını və bununla bağlı ekspert müayinəsindən də keçdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 10 may 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıdığını, ona qarşı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və tək övladıdır. 2019-cu ildə avtomobil qəzası keçirdiyinə görə beynində pozulnmalar baş vermişdir. Ondan sonra onda psixoloji problemlər yaranmış və ona görə onu dəfələrlə müxtəlif nevroloji həkimlərə müalicə olunması üçün aparmışlar. Buna baxmayaraq psixoloji problemləri hələ də davam etmişdir. Şahid3 özünün heç bir yerdə işləmədiyini, həyat yoldaşı da xəstə olduğunu, evdə müalicə olunduğunu, arada tanışları ev təmizliyinə çağıranda gedib evləri təmizləyib zəhmət haqqını aldığını, evdən uzaq bir yerə gedəndə oğlunu da özü ilə apardığını bildirmişdir. O, qeyd etmişdir ki, xalası qızı Xəzər rayonu, Buzovna qəsəbəsi ərzisində yaşayır. 2023-cü ilin noyabr ayının ortalarında ona zəng vurub bildirmişdir ki, ”qonşuluqda bir nəfərin evini təmizləmək lazımdır, vaxtı varsa gəlib təmizləyərsən, zəhmət haqqı da nə olsa verəcək”. Şahid3 da onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə oğlu Rəhimlə həmin ünvana getmişdir. Oğlu ilə birlikdə həmin evdə qalmışlar, eyni zamanda özü də evləri yığışdırmışdır. xx.xx.2023-cü il tarixdə ərzaq almaq üçün oğlu ilə mağazaya getmək üçün orada 33 nömrəli məktəbin yaxınlığından keçərkən qarşılarında iki nəfər qadın onlardan aralıda piyada hərəkətdə olmuşlar. Oğlu Rəhim qəfildən onun yanından qaçmışdır. O, hiss etmişdir ki, oğlu onlara nəsə edəcək, lakin nə etmək istədiyini bilməmişdir. Qışqırıb onu çağırsa da, oğlu buna məhəl qoymamışdır, ona görə özü də məcbur olub oğlunun ardınca qaçmışdır. Rəhim sürətlə qaçdığına görə ona çata bilməmişdir. Birdən görmüşdür ki, Rəhim qarşılarında piyada gedən qadınların birinə arxadan hücum edərək onun boğazından tutub yerə yıxmışdır. O, onlara çatanda artıq ətrafdakılar da yaxınlaşıb Rəhimi həmin qadından aralaşdırmışlar. Bu zaman özü onlara çatmış, Rəhimi həmin qadından aralaşdırdıqdan sonra oradan bir qədər uzaqlaşrmışlar, lakin çox uzağa getməmişlər, bir az aralaşmışlar ki, Rəhim yenidən həmin qadının üstünə getməsin. Orada olduqları zaman polis əməkdaşları gəlib Rəhimi onunla birlikdə Xəzər RPİ 2-ci PŞ-nə aparmışdırlar. Orada ilkin araşdıma aparılmış və Rəhimin həqiqətən xəstəliyi səbəbindən həmin hadisəni törətməsi müəyyən olunmuş və vəziyyəti bildikdən sonra polis əməkdaşlarının köməyi ilə Rəhimi Respublika Psixatriya xəstəxanasına yerləşdirmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 2023-cü ilin noyabr ayında özünə ev almaq istəmişdir. Xəbər tutmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində bir ev var, sahibi satmaq istəyir, həmin evə baxmaq üçün tək getmək istəməmişdir. Bunun üçün xx.xx.2023-cü il tarixdə bibisi oğlu Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “ev almaq istəyirəm, həmin evə birlikdə gedək baxaq”. Xalis etiraz etməmiş və həmin gün axşam tərəfi birlikdə Sahil qəsəbəsinə getmişdirlər. Getdikləri ünvan Bakı şəhəri, ünvan 4. Mənzilə yaxınlaşıb qapını döymüşlər, ev sahibi Feyzulla adlı şəxs qapını açmışdır.Onlar evə daxil olmuş və evə müştəri kimi baxmışlar. Ev sahibinin oğlu adını sonradan bildiyi Rəhim adlı şəxs də evdə olmuşdur. Evə baxdıqdan sonra ev sahibi onlarıi çay içməyə dəvət etmişdir, onlar da qonaq otağında birlikdə oturub çay içib söhbət etmişlər. Təxminən yarım saatdan sonra, yəni saat 20 radələrində getmək istəyərkən mənzilin koridorunda ev sahibinin oğlu Rəhim bildiyinə görə mətbəxdən çıxıb qəfildən Elçinə arxadan hücum edib əlində bıçaqla bir dəfə qarın nahiyyəsinə, bir dəfə də sol bud nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisə anidən və gözlənilmədən baş verdiyindən onlar özləri də şokda olmuşdurlar. Heç kim gözləməmişdir ki, belə bir hadisə baş verə bilər. Ev sahibi Feyzulla Elçinə bildirmişdir ki, “mən özüm səni həkimə apararam”, lakin onlar buna razı olmamışdırlar. Feyzulla onlara demişdir ki, “oğlum ruhi xəstədir, nə etdiyini bilmir”, ona görə onlar Feyzullaya bildirmişlər ki, oğlunu sakitləşdirsin, həkimə özləri gedəcəklər. Xalis Elçinə köməklik edib onu özünə məxsus avtomobilə mindirib təcili olaraq Bakı şəhərində yerləşən “German Hospital”a aoparmışdır. Orada Elçini müayinə etdikdən sonra təcili cərrahiyə əməliyyatı etmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 33 saylı tam orta məktəbdə tarix müəlliməsi işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15:35 radələrində işlədiyi məktəbdən onunla bir məktəbdə müəllimə işləyən Sevda müəllimə ilə birlikdə çıxıb piyada evə gedərkən məktəbdən təxminən 100-150 metr aralaşdıqdan sonra birdən bir nəfər kişi arxadan əlləri ilə Sevda müəllimənin boğaz nahiyyəsindən möhkəm yapışıb onu yerdə yıxmışdır. Həmin anda nəyə görə belə olduğunu anlamamışdır. Həmin şəxsi Sevda müəllimədən ayırmaq istəsə də, ona gücü çatmamışdır, çünki o, Sevda müəllimədən möhkəm yapışmışdır. Sevda müəllimə qışqırmış, onun səsinə ətrafda olan şəxslər yaxınlaşıb həmin şəxsi ondan ayırıb uzaqlaşdırmışlar. Sevda müəllimənin halı çox pis olmuşdur, özü və köməyə gələn şəxslər köməkləşib Sevda müəlliməni evinə aparmışlar. Ətrafdan köməyə gələn şəxsləri tanımadığını, onlar yoldan keçən şəxslər olduğunu bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs2 arxadan hücum edən şəxsi ilk dəfə gördüyündən onu da tanımadığını bildirmişdir. Məhkəmə iclasında elan olunmuş “Məhkəmə-tibbi Ekspertiza və X5” X8 Qaradağ rayon şəbəsinin 13 dekabr 2023-cü il tarixli 884 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qarnın ön divarından qarnın sağ düz əzələsini zədələyərək qarın boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş - kəsilmiş yarası, sol bud nahiyəsinin deşilmiş - kəsilmiş yarası deşici - kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün “German” Hospitala müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin öz boyu hündürlüyündəm yıxılması nəticəsində eləcə də şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə iclasında elan olunmuş “Məhkəmə-tibbi Ekspertiza və X5” X8 Xəzər rayon şəbəsinin 27 noyabr 2023-cü il tarixli 1404 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, sol çənəaltı nahiyyənin, sağ dizin qançırları, sol dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək və mil-bilək oynaqlarının, sol diz oynağının yumşaq toxumalarının əzilməsi, sağ mil sümüyünün bizvarı çıxıntısının xətti sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə AR CM-in 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutumuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-in 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 590/2023 saylı 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 24 fevral 2023-cü il tarixədək müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stansionar Kitabçadan (xəstəlik tarixindən) 101443 №-li çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş “Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizası”nın 30 dekabr 2023-cü il tarixli 3640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarına əlavə olunmuş “Respublika Psixatriya Xəstəxanası” X7 daxil olmuş xx.xx.2024-cü il tarixli 322 saylı məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunub. xx.xx.2023-cü il tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Şizofreniya əlamətləri ilə kəskin polimorf psixotik pozuntu.” İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 14/2024 saylı 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-psixiatriya ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 yerləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Kompleks stasionar məhkəmə-psixatrik və psixoloji ekspertizası”nın 09 fevral 2024-cü il tarixli 13 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xroniki psixi xəstəliyindən əziyyət çəkmişdir. hal-hazırda da Paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir, ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi Paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs həmin xroniki psixi xəstəliyə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda deyildir. Odur ki, Təqsirləndirilən şəxs stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Həsənzadə X2 xəstəliyinin paranoid formasından əziyyət çəkir. Şizofreniya gedişinə görə müvəqqəti xəstəlik hesab olunmur. Həmin xəstəliyin inkişafında psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti yaxşılaşma) mərhələləri ayırd edilir. Şizofreniya xroniki prosessual psixi patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi xəstəlik gedişinə görə xroniki olduğundan o, hal-hazırda da qeyd edilən «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan Paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidannda deyildir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi Paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqssz hesab edilməlidir. Sualın sonuncu hissəsinə cavab olaraq bildiririk ki, «Anlaqlılıq» və «Anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi Paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hazırda da davam etdiyindən o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə- istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs psixi-emosional sferasında biganəlik, öz gələcəyinə laqeyd yanaşması, əhval-ruhiyyəsinin dəyişkən olması, tez qıcıqlanması müəyyən edilir. İnadkarlıq, şübhəlilik, implusiv davranışlara meyllilik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs intellektual imkanlarında müəyyən olunan dəyişiklik (diqqətində dağınıqlıq, gec mərkəzləşmə, təfəkkürünün ilişkən olması, bir prosesdən digərinə keçirilməsində sürətlilik, fikirlərinin korreksiya olunmaması, paralogiklik, proqnozlaşdırma qabiliyyətinin zəif çıxış etməsi, tənqidi münasibətinin enməsi, mücərrəd anlayışları özünə məxsus tərzdə dərk edərək şərh etməsi, cümlələrində rabitəsizlik, mahiyyətdən kənarlaşma və s.) əqli inkişafı ilə deyil, sonradan düçar olduğu psixi xəstəliyi ilə şərtləşmişdir. Onun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və davranışlarını idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı yaddaşının yaddasaxlama və yadasalma xüsusiyyətlərinin normaya uyğun olduğu aşkar edilir. Təqsirləndirilən şəxs onda müəyyən edilmiş xəstəlik ilə əlaqədar həqiqətə uyğun olmayan fikirlər söyləyə, hadisələri təhrif olunmuş formada təqdim edə bilər. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 76/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətprosessual fəaliyyət qabiliyyəti olamayn şəxs hesab edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ballistik ekspertizasının 18 mart 2024-cü il tarixli, 3-16-16/2 3/438 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* saylı cinayət işi üzrə AR CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 71/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 26 gün müddətinə, yəni 19 aprel 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 149/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni 09 may 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 10 may 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, iddia və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı 10 may 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, iddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə tədqiq edilmiş sübutların məcmusu, o cümlədən cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Paranoid Şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkərkən anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətmişdir və hazırda da Təqsirləndirilən şəxs qeyd edilən psixi xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-in 95.0.2-cü maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcbur müalicə tədbirinin tətbiqinə ehtiyac vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edir. Həmin Məcəllənin 93.2 və 93.4-cü maddələrinin tələbinə görə, bu Məcəllənin 93.1- 1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.10-cu maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 100.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs cinayət prosesində fəaliyyət qabiliyyəti olmayanlar hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Həmin Məcəllənin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 474.1.2-ci maddəsinə əsasən cnayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstənin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək növündə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, ittiham olunan əmələ görə anlaqsız hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyünü, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertiza rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilərək, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 348 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, sağalanadək məcburi qaydada ümumi tipli psixiatriya stasionarında müalicə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatriya müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri seçilsin və hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan istintaq zamanı götürülmüş və hazırda Xəzər rayon Polis İdarəsində saxlanılan 1 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 8 saata görə 42 (qırx iki) manat, ümumilikdə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar