Məhkəmə qərarları › İş №1(003)-504/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-504/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-504/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 8 (səkkiz) ay müddətində azadlığdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaq təcridxanasında həbsdə saxlandığı vaxt satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda narkotik vasitə metadon tərkibli həblər əldə edib üzərində saxlamaqla daşımışdır Belə ki, o, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanmaqla cəza çəkdiyi vaxt istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edilərək yoxlamadan gizlətməklə və hər hansı digər üsullarla İstintaq Təcridxanasına daşınaraq, orada saxlanan şəxslərə əldə olunması, saxlanması və daşınması qadağan olunmuş əşya kimi zavod istehsalına uyğun əlamətlərə malik olmaqla üzərində “Z40” yazısı həkk olunmuş 06 ədəd tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon tərkibli həbləri, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla 01 ədəd şəffaf rəngli sellofana büküb udaraq düz bağırsağında gizlədib 3 saylı İstintaq Təcridxanasında bədənində saxlayaraq 20 dekabr 2024-cü il tarixdə cərimə palatası adlanan otağa daşımış, həmin gün orada saat 17:50 radələrində 3 saylı X2 Bölməsinin əməkdaşları tərəfindən “Daxili intizam qaydaları”na uyğun olaraq Təqsirləndirilən şəxsla cərimə palatası adlanan otaqda profilaktiki söhbət aparılmaqla keçirilən əməliyyat tədbirləri nəticəsində onun bədəninin düz bağırsağında satış məqsədi olmadan gizlədib saxladığı zavod istehsalına uyğun əlamətlərə malik olmaqla üzərində “Z40” yazısı həkk olunmuş tərkibindəki metadon təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram olmaqla xeyli miqdar təşkil edən narkotik vasitə metadon tərkibli 06 ədəd həblər 01 ədəd şəffaf rəngli sellofan bükümdə düz bağırsağından xaric etdirilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2024cü ilin dekabr ayının 18-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən CM-nin 234- 1.1-ci maddəsi ilə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş, azadlıqdan məhrum edildikdən sonra 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Rejim pozuntusuna görə təcridxananın 19 saylı kamerasında saxlanılmışdır. Kamerada olduğu vaxt çarpayının yanında olan döşəyin deşiyinə baxdıqda, orada sellofanda bükülü 07 ədəd narkotik vasitə olan metadon həbi aşkar edib həmin həblərdən birini qəbul etmiş, qalan 06 ədədini isə sellofana büküb udmuşdur ki, orqanizmində aşkar olunmasın. 20 dekabr 2024-cü il tarixində saat 17:50 radələrində təcridxananın əməkdaşları tərəfindən digər məhkumların yanına aparıldıqda əməkdaşlarla aparılan profilaktik söhbətlər zamanı etiraf etmişdir ki, həbləri kameradakı döşəyin deşiyindən tapıb birini istifadə etmiş, digər 06 ədədini isə udmuşdur ki, üzərində tapılmasın. Təcridxana əməkdaşları onun təbii tələbatlarını ödəməsini tələb etmiş və o da bu tələbləri yerinə yetirərkən düz bağırsağından sellofana bükülü bağlama çıxmışdır. Bağlamanın içərisinə baxış keçirilərkən orada 06 ədəd narkotik vasitə olan metadon həbi aşkar edilmiş, təcridxana əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılmış və o, həmin sənədi imzası ilə təsdiq etmişdir. Metadon həblərini təcridxanadan heç kim ona ötürməmişdir. İlkin olaraq kamerada tapdığını deməmişdir ki, kameralar yoxlanılacaq və oradakı digər istintaq altında olan şəxslər narazı qalacaqdır. Bu səbəbdən real olmasa da, guya həmin həbləri bayırda əldə edib sellofana bükərək udduğunu bildirmişdir. Əslində isə metadon həblərini 3 saylı təcridxanadakı kamerada döşəyin deşiyindən tapıb, birini istifadə edib, qalan 06 ədədini isə udmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X2 Bölməsinin böyük inspektoru vəzifəsində çalışan Şahid1 göstərmişdir ki, 2024-cü ildən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X3 bölməsinin böyük inspektoru vəzifəsində xidmət etmiş, ədliyyə mayoru rütbəsində olmuşdur. 20 dekabr 2024-cü il tarixində növbətçi nəzarət qrafıkinə uyğun olaraq xidmət apararkən, saat 17:50 radələrində Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs saxlanıldığı kameradan cərimə palatasına keçirilmişdir. Həmin şəxslə əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə aparılmış profilaktik söhbət zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə etiraf etmişdir ki, düz bağırsağında metadon həbləri saxlamışdır. Bu etirafdan sonra, müəssisədə cəza çəkən digər məhkumlar Elnur Hacıyev və İmaməddin Zeynalovun iştirakı ilə Təqsirləndirilən şəxs dərman preparatı verilmiş, nəticədə onun düz bağırsağından üzərində “Z40” yazısı olan 6 ədəd metadon həbləri çıxarılıb əməkdaşlar tərəfindən qablaşdırılmışdır. Daha sonra, əməkdaşların, hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə həmin maddi sübut qablaşdırılıb üzəri imzalanaraq rəsmiləşdirilmişdir. Protokol tərtib olunmuş, oxunmuş, və iştirak edən şəxslər 3 saylı İT əməkdaşları, Mursalov və hal şahidləri tərəfindən heç bir irad və təklif bildirilmədiyi üçün imzalanmışdır. Təqsirləndirilən şəxs oğlu ilə bağlı sənədləşmə başa çatdırıldıqdan sonra məsələ rəhbərliyə məruzə olunmuş və götürülmüş 6 ədəd metadon həbi ekspertizaya göndərilmişdir. Şəxsin izahatı alındıqda o, həmin metadon həblərini azadlıqda olarkən əldə etdiyini, onları sellofana bükərək udduğunu və müəssisəyə istifadə məqsədilə keçirtdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid2 və Şahid3, eləclə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş X6 Şahid1 ifadəsində göstərdiklərini təsdiqləyərək analoji ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən tərtib edilmiş protokoldan görünür ki, 20 dekabr 2024-cü il tarixdə, saat 17:50 radələrində Təqsirləndirilən şəxs ilə keçirdikləri profilaktik söhbətlər zamanı sonuncun düz bağırsağından ümumilikdə 0,24 qram metodon təsiredici maddəsi olan üzırində “Z 40” yazısı olan şəffaf sellofana bükülmüş 06 ədəd metodon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 21 dekabr 2024-cü il tarixli, 6/5534 saylı rəyindən görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X5 üçün” dairəvi möhür əksi, “xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş 6 ədəd üzərində “Z40” yazısı olan dərman preparatı şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs oğlu” yazısı və imzalar olan zərfdəki, zavod istehsalına uyğun əlamətlərinə malik olan üzərində “Z40” yazısı həkk olunmuş 6 (altı) ədəd ağ rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir. Tədqiqata təqdim edimiş 6 (altı) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkli edir. Məhkəmə-narkaloji ekspertizasının 25 iyul 2025-ci il tarixli, 4468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiva, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs oğlu xx.xx.2023cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs götürülmüş 06 ədəd narkotik vasitə metodon həbləri maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra hazırkı 04 ədəd metodon həbləri məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 8 (səkkiz) ay müddətində azadlığdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasında həbsdə saxlandığı vaxt satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda narkotik vasitə metadon tərkibli həblər əldə edib üzərində saxlamaqla daşıması özünün səmimi etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyi, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən törədiyi əməli etiraf etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal kimi CM-nin 61.1.1 -ci maddəsinə əsasən cinayətlərin residivi qeyd edilsə də, məhkəmə hesab edir ki, onun cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234-1.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü xx.xx.2024-cü il tarixdə çıxarılmış və iki gün sonra, yəni xx.xx.2024cü il tarixdə, həmin hökm qüvvəyə minmədiyi dövrdə, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər analoji cinayətlərin törətdiyini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanmasını, birinci iş üzrə həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmasını, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının 15 dekabr 2024-cü il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan, tədqiqat zamanı sərf edildikdən sonra qalıq qalmış 04 ədəd metodon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 143 (bir yüz qırx üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplansın və Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən birinci iş üzrə həbsdə saxlanıldığı 4 (dörd) ay müddət azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 15 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 04 ədəd metodon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınsın və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 143 (bir yüz qırx üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar