Məhkəmə qərarları › İş №1(003)-506/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-506/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-506/2023 12.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-551/2023 saylı 24 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66-cı maddəsinə əsasən 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,493 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 2-ci PŞ-yə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,493 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2 il olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Hal-hazırda axtarış zaman üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində adını "şüşə" kimi bildiyi metamfetamin olan psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, gündüz saatlarda Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadə etmək məqsədi ilə alıb üzərində gəzdirmiş, həmin gün axşam saatlarda yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülkü geyimdə olan polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona da özünü təqdim etməyini demişlər. O, özünü təqdim etdikdən sonra onlar onun narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda şübhəli olduğunu deyərək onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə getməsini bildirmiş, o da etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə getmidir. PŞ-də olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmiş, videoçəklişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızına bükülmüş bükümdə üzərində saxladığı psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, onu xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin psixotrop maddə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində yaşlı və işsiz valideynləri vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən, Xəzər RPİ-nin 2-ci PŞ-də əməliyyat müvəkkili, polis leytenantı Şahid1 göstərdi ki, Buzovna qəsəbəsi, M.Maqomayev küçəsi döngə 1 ev 9-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi və gəzdirilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Həmin məlumat rəhbərliyə məruzə edilmiş, məlumatın yoxlanılması barədə icazə alındıqdan sonra Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi ilə əlaqədar, ondan və Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar xx.xx.2023-cü il tarixdə saat 20:30-da Buzovna qəsəbəsi M.Maqomayev küçəsi döngə 1 yaxınlığında piyada hərəkət edən, əlamətlərindən Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb ona vəsiqələrini göstərməkdə özlərini təqdim etmiş, ondan özünü təqdim etməyini tələb etdikdə o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınmasında şübhəli olduğunu söyləyib avtombilə əyləşməyi, birlikdə Xəzər RPİ 2-ci PŞ-yə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən və heç bir müqavimət göstərmədən tələblərinə tabe olmuş avtomobilə əyləşmiş və 2-ci PŞ-nə gəlmişlər. Araşdırmanın davam etdirilməsi bölmənin təhqiqatçısı polis mayoru Fariz Məmmədova tapşırılmış, Şöbəyə vəkil X3 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və xx.xx.2023-cü il tarixdə saat 21:40-da xidməti otaqda onun üzərinə onun, vəkilinin, polis sahə inspektoru Şahid2 iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanması və daşınması qadağan edilmiş əşya olub-olmaması barədə sual verilmiş, varsa, könüllü təqdim etməyi təklif edilmiş, bundan sonra o, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirilmişdir. Sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunan başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin psixotrop maddə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 20 may 2023-cü il tarixli 6/2919 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 193” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən....” və s. sözləri, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.471 qram ağ rəngli kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,471 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 0,421 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manat təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 20 may 2023-cü il tarixli, 3069 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağız bükümünün içərisində təmiz çəkisi 0,471 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddə - metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış – 0,421 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Məşğulluq haqqında Arayışlardan görünür ki, Təqsirləndirilən şəxs atası xx.xx.1962-ci il təvəllüdlü X4 və anası xx.xx.1968-ci il təvəllüdlü X1 işsizdirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi hal-hazırda icraatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-467/2023 saylı 23 iyun 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) bir günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 1(003)-551/2023 saylı saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün və 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək saxlandığı 2 (iki) gün, ümumilikdə 6 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasını çəkməsinin əvvəlinin həbsə alındığı 24 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsini məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yaşlı və işsiz valideynlərinin olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı hökm çıxarılmazdan əvvəl Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-551/2023 saylı 24 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək, 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək və 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış və ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış və 19 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 fevral 2023cü il tarixdən 17 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək saxlandığı 2 (iki) gün və 19 may 2023-cü il tarixdən 20 may 2023cü il tarixədək saxlandığı 2 (iki) gün, ümumilikdə 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli, hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,421 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 11 iş saatına görə 66,00 (altmış altı) manat olmaqla ümumilikdə 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 18 aprel 2023-cü il tarixdən 20 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün, 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək saxlandığı 2 (iki) gün və 19 may 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək saxlandığı 1 (bir) gün, ümumilikdə 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,421 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110,00 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66,00 (altmış altı) manat olmaqla ümumilikdə 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar