Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-507/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1994-cu ildə Bərdə rayonu, Ləmbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Ləmbəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakovtamat yolunda yerləşən nömrəsiz evdə yaşayan, hazırki iş üzrə barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolu yeni yaşayış sahəsində yerləşən “Al market”in yaxınlığında olan zaman Zərərçəkmiş şəxs başqa şəxslərlə sözlə mübahisə etdiyini görüb yaxınlaşaraq nə olduğunu öyrənmək istəyərkən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı əli, yumruğu və təpiyi ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən qəsdən vurub dodağın selikli qişasının qansızması, döş qəfəsinin sıyrıqları və qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan qasıq nahiyəsinin və sağ xayanın yumşaq toxumalarının əzilməsi və şişkinliyi ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 iyun 2022-ci il tarixdə, saat 23:00 radələrində kafedə pivə içdikdən sonra iki dostu ilə evə gedən zaman Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən “Al marketin” qarşısında iki dostu ilə salamlaşaraq söhbət etməyə başlamışlar. Bu zaman qonşuluqda yaşayan Tapdıq onların söhbətinə müdaxilə edərək belələrinə salam verməməyi demişdir. Buna görə dostu Tapdıqa yaxınlaşmış və sözlə mübahisə etmişlər. O, həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşan zaman Tapdıq qəflətən onun üzündən yumruqla vurmuşdur. Bundan sonra o, da Tapdıqı vurmuş və bir dəfə dişləmişdir. Orada olan şəxslər onları ayırmışlar. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, zərərçəkmiş şəxs barışmamışdır. Himayəsində yaşlı anasının olduğunu bildirərək yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 iyun 2022ci il tarixdə, saat 23 radələrində yaşadığı evin yaxınlığında küçədə tanışları ilə söhbət edərkən əvvəlcədən tanımadığı Qabil adlı şəxs onların söhbətinə müdaxilə etmişdir. Buna görə Qabil ilə aralarında mübahisə yaranmış və Qabil ona yumruq atmışdır. Lakin o, Qabil heç bir xəsarət yetirməmiş və onu vurmamışdır. Buna baxmayaraq Qabil təkrar olaraq ona yumruq ataraq bədəninin müxtəlif nahiyələrinə vurmuş və onu dişləmişdir. Orada olan tanımadığı şəxslər onları ayırmışlar. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 20 iyun 2022-ci il tarixli, 741 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - alt dodağın selikli qişasının qansızması, döş qəfəsinin sıyrıqları və qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan qasıq nahiyəsinin və sağ xayanın yumşaq toxumalarının əzilməsi və şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X4» X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 iyun 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 avqust 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1994-cu ildə Bərdə rayonu, Ləmbəran kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və yaşlı anasının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hazırda barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin olduğunu və həmin üzrə həbsdə olmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməyərək onun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 27 iyul 2022-ci il tarixdən 20 oktyabr 2022ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 2 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 457/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin 20 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-457/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait X1, 60 (altmış) manat məbləğində vəsait Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 27 iyul 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 2 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-457/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-507/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-507/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver