Məhkəmə qərarları › İş №1(003)-508/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-508/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-508/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi X10, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi X4 iştirakları ilə, xx.xx.2006-cı ildə Yardımlı rayonu, Avaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Avaş kəndində qeydiyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolnunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi "Bakavtomat" yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısından keçdiyi vaxt tanışı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mobil telefonla uca səslə danışarkən nalayiq ifadələr işlətməsini irad tutduqdan sonra evlərinə gedən Zərərçəkmiş şəxs həmin gün saat 18:30 radələrində küçəyə çağırtdırıb dostlarına onu döyəcəyini dediyi üçün aralarında mübahisə yaradaraq üzr istəməsini qəbul etmədiyini bildirib mübahisə edə-edə onu həmin küçədə heç kimin görə bilməyəcəyi əraziyə aparıb qəsdən qisas almaq məqsədilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəflətən ani olaraq kəllə ilə bir dəfə zərbə vurub ona sağ göz almasının qansızması, sağ gözaltı nahiyyənin qançırı, burun sümüyünün natamam xətti sınığı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərǝrvurmaya aid xəsarətlər yetirərək yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək qanuni nümayəndəsi X4 iştirakı ilə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs yaşadığı məhəllədən tanımışdır. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısında uca səslə nəlayiq ifadələr işlədərək keçmişdir. O, küçəyə çıxaraq Fərdi Höccətliyə öz iradını bildirmişdir. Fərid ondan üzr istəyib çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində təsadüfən Zərərçəkmiş şəxs ilə qardaşı Şahid görmüşdür. Onlara yaxınlaşaraq Fəridə kənara, heç kimin olmadığı bir yerdə getməyi təklif etmişdir. Onlar birlikdə heç kimin olmadığı məhəllədən kənar bir yerə getmişlər. Fəriddən nə üçün yaşadığı evin qarşısından söyüş söyərək keçməsinin səbəbini soruşmuşdur. Fərid həmin hadisəyə görə üzr istədiyini demişdir. O, da üzrü qəbul etmədiyini bildirmişdir. Sonra bir dəfə onun sifət nahiyyəsinə kəllə ilə vurmuşdur. Onun kəllə zərbəsindən Fərid yerə yıxılmışdır. Sonra o, ordan uzaqlaşıb getmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və yetkinlik yaşına çatmayan olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında qanuni nümayəndəsi X10 iştirakı ilə verdiyi ifadəsində qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə qardaşı Şahid ilə saat təxminən 18:20 radələrində yaşadıqları evin qarşısına çıxmışlar. Həmin vaxt onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onlarla qarşılaşmışdır. Yaqub ona onunla söhbəti olduğunu demişdir. Onlar birlikdə məhəllədən kənara heç kimin olmadığı bir yerə getmişlər. Təqsirləndirilən şəxs ilə aralarında hadisədən təxminən 1 həftə əvvəl sözlə mübahisə baş vermişdir. Həmin vaxt o, Yaqubgilin məhləsindən keçərkən uca səslə telefonda danışıb söyüş söymüşdür. Yaqubda ona öz iradını bildirəndən sonra o, Yaqubdan üzr istəyib getmişdir. Yaqub onunla yenidən həmin hadisə ilə bağlı söhbət etmək istəmişdir. O, da həmin hadisəyə görə üzr istədiyini demişdir. Daha sonra Yaqub onun üz nahiyyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Zərbədən o, yerə yıxılmış, Yaqub isə oradan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid göstərdi ki, xx.xx.2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs ilə yaşadıqları evin qarşısına çıxmışlar. Həmin vaxt onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə qarşılaşmışlar. Yaqub qardaşı Fərid ilə söhbəti olduğunu demişdir. Onlar birlikdə məhəllədən kənara heç kimin olmadığı bir yerə getmişlər. Həmin vaxt Fərid qardaşının üz nahiyyəsinə bir dəfə kəllə zərbəsi vurmuşdur. Zərbədən Fərid yerə yıxılmış, Yaqub isə oradan çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Təqsirləndirilən şəxs məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.2006-cı ildə Yardımlı rayonu, Avaş kəndində doğulmuş və Yardımlı rayonu, Avaş kəndində qeydiyyatdadır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 xx.xx.2022-ci il tarixli 1629 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyəsinin qançırı, burun sümüyünün natamam xətti sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 29 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciətindən əvvəl olmaqla, xx.xx.2022-ci tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, X3 Fərid Mübariz oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, X1 Yaqub Əqdəm oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkəmə-Psixoloji Ekspertizasının 22 yanvar 2024-cü il tarixli 140 saylı rəyindn görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs Əqdam oğlunun idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 85.2-ci maddəsinə görə cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını (CM 59.1.2), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini (CM-86.1) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar