Məhkəmə qərarları › İş №1(003)-508/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-508/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-508/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid-1349, 5 nömrəli ailəvi yataqxanada qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altında vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,258 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 08 fevral 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Albahhq yaşayış massivində yerləşə 5 nömrəli yataqxananın qarşısına daşımış, həmin gün orada saat 15:50 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq həmin PŞ-nin inzibati binasına aparılıb Növbətçi Hissəyə təhvil verildiyi vaxt həmin Növbətçi Hissə otağında saat 16:20 radələrində üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,258 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,037 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib tanışı Şahid13 idarə etdiyi “Daevu Gentra” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşib üzərində saxlamaqla 25 fevral 2025-ci il tarixdə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin qarşısına daşımış, alınmış məlumat əsasında həmin gün orada saat 21:19 radələrində Biləsuvar rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şahid13 idarə etdiyi “Daevu Gentra” markalı **- KK-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin kafenin qarşısında saxlanılaraq həmin avtomobildə sərnişin kimi əyləşməklə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs üzərinə həmin “Turist 5” kafesinin qarşısında baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,037 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,441 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 13 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Albalılıq yaşayış massivində dayanacaq deyilən əraziyə daşımış, həmin gün orada saat 12:45 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxdanılaraq həmin PŞ-nin inzibati binasına aparılıb Növbətçi Hissəyə təhvil verildiyi vaxt həmin Növbətçi Hissə otağında saat 13:00 radələrində üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,441 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştrikaçısı” medalları ilə təltif olunmuşdur. Şuşanın azad olunmasına görə döyüşlərdə iştirak edərkən yaralanmışdır. Vətən müharibəsi zamanı azad etdiyi düşmən səngərlərində müxtəlif növ narkotik vasitə və psixotrop maddələrlə rastlaşmışdır. Müharibə zamanı bəzi zamanlar yuxusuz qalmaq üçün psixotrop maddə metamfetamindən istifadə etmişdir. Müharibədən sonra sağlamlığı üçün müalicə olunmuşdur. 2025-ci ilin əvvəllərindən yenidən psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. 08 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində təsadüfən tanış olduğu şəxsdən “şüşə” kimi bildiyi psioxtrop maddə metamfetamini 10 manat pul verərək almışdır. Həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı 5 nömrəli yataqxanın qarşısında hərəkət edən zaman təxminən saat 15:50 radələrində ona iki polis formasında olan şəxs yaxınlaşaraq xidməti vəsiqələrini çıxarıb, özlərini təqdim edib, şəxsiyyəti barədə məlumat verməyini bildirmişlər. Bu zaman polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermişdir. Bundan sonra həmin polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olduğunu bildirərək, Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz bildirməmiş, onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə gəlmişdir. Polis şöbəsində növbətçi hissəsində üzərində qanuna zidd əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız kəsiyinə bükülmüş psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Baxış keçirilən zaman ona üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd Redmi markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Növbətçi hissədə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsus olmuş, özü istifadə etmək üçün Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən almışdır. Bundan başqa, 24 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində avtobus dayanacağına gedən zaman yerdən şəffaf rəngli sellofan bükülü tapmışdır. Həmin bükülüyə baxdıqda içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 25 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dayısına məxsus evdə olan zaman Şahid13 istifadəsində olan mobil nömrəyə zəng edərək, Biləsuvar rayonuna əsgər yoldaşını tapıb görüşmək məqsədi ilə getdiyini deyərək birlikdə getmələrini təklif etmişdir. Həmin vaxt bekar olduğu üçün Xəyalla razılaşmışdır. Xəyal Buzovna qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Şahid14 Aydın oğlu ilə birlikdə sonuncuya məxsus **-KK-*** dövlət qeydiyyat nişanlı “Daevoo Gentra” markalı avtomobillə olduğu yerə gəlmişdir. Bundan sonra Biləsuvar rayonuna getmək üçün yola çıxmışlar. Həmin gün saat 21 radələrində Ələt-Astara yolu ilə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən Yol Patrul Xidməti avtomobili saxla işarəsi vermişdir. Rövşən idarə etdiyi **-KK-*** dövlət qeydiyyat nişanlı “Daevoo Gentra” markalı avtomobili yolun kənarına çəkmişdir. Həmin vaxt polis əməkdaşları avtomobilə yaxınlaşıb, Biləsuvar RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet gəzdirməyi şübhəsini izah edərək onları saxlamışdır. Saxlanıldığı yerdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları ilk öncə ona üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməyi bildirilmişdir. O, da əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamindir. Həmin bükülü elektron tərəzidə çəkildikdə 1,30 qram olması müəyyənləşdirilmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra üzərinə polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Əynindəki cins şalvarın sol yan cibindən bir ədəd X7 markalı siqaret, sol arxa yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Siqaret qutusu özünə geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları Şahid13 üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməyi təklif olunmuşdur. Şahid13 əynindəki gödəkçənin sağ yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir qutu X7 markalı siqaret qutusunu, yaşadığı evin açarını və sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Daha sonra avtomobilin sürücüsü Şahid14 Aydın oğluna təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Rövən İbrahimov üzərində qanunla qadağan olunan əşya və predmetin olmadığını bildirmişdir. Həmin pul əskinasları Şahid14 geri qaytarılmışdır. Bundan sonra Şahid14 məxsus “Daevoo Gentra” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra onları Biləsuvar RPŞ-nə gətirmişlər. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur. Bundan başqa, xx.xx.2025-ci il tarixdə saat 12:45-də Bakı şəhəri, Xəzər rayonu, Albalılıq adlanan ərazidə olan zaman polis əməkdaşları ona yaxınlaşmış, polis vəsiqələrini təqdim edib, bir iki sual verməyə başlamışdır. Həmin vaxt üzərində psixotrop maddə olduğuna görə özünü itirmiş, həyəcandan suallara qeyri-adekvat cavab verməyə başlamışdır. Bundan sonra ondan narkotik vasitə və ya psixotrop maddədən istifadə edib, etməməyi polis əməkdaşları tərəfindən soruşulmuşdur. O, da ara-sıra istifadə etməyini gizlətməmişdir. Bundan sonra onu 2-ci polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarının qanuni tələblərini pozmayıb, onların təklifi ilə razılaşıb, 2-ci polis şöbəsinə gəlmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin növbətçi hissəsinə təhvil verildikdən sonra, video çəkilişlə üzərinə yoxlama keçirilməyə başlamışdır. Ondan üzərində qanunla dövrüyyəsi qadağan olunan, əşya predmet olub- olmaması sorğu edilmişdir. O, da könüllü olaraq əynində olan cins şalvarın sağ cibindən 1 ədəd gümüşü kağıza bükülmüş psixotrop maddə olan metamfetamini təqdim eləmişdir. Onun üzərindən çıxan psixotrop maddəni şəxsi istifadəsi üçün Sabunçu qəsəbəsində xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Bundan sonra üzərindən çıxan maddə qablaşdırılmış, üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün təhqiqat şöbəsinə təhvil verilmişdir. Təhqiqat şöbəsində dövlət hesabına müdaifıəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, qanunla dövrüyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər mötəbər, təkzibolunmaz sübutlarla aşağıdakı qaydada müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin Səmədabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Xəzər rayonu, Albahlıq Day keçid 1349, 2 nömrəli ailəvi yataqxana ünvanında qeydiyyatda olan Şahid13 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun həmin cinayət əməlini ifşa etmək məqsədi ilə 25 fevral 2025-ci tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin cinayət əməlinin ifşa edilməsi məqsədi ilə Biləsuvar RPŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. Əməliyyat qrupunun tərkibinə RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis baş serjantı Şahid9, RPŞ-nin Səmədabad PB-nin sahə polis nəfəri, polis serjantı Şahid10, RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid11 Ataxan oğlu və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X4 daxil edilmiş və o, əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. 25 fevral 2025-ci il tarixdə saat 21:20 dəqiqədə Şahid13 içərisində əyləşdiyini ehtimal etdikləri “Daevo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt- Astra yolunun Biləsuvar rayonu Xırmandah kəndindən keçən hissəsində “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olan zaman DYPB-nin YPX inspektorları Şahid11 və Qorxmaz Ağababah avtomobilin sürücüsünə avtomobili saxlamaq işarəsi vermişlər. Avtomobilin sürücüsü də YPX əməkdaşlarının saxla əmrindən sonra avtomobili yolun sağ kənarında saxlamışdır. O və yaradılmış əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşaraq sürücüyə və avtomobildə sərnişin kimi əyləşmiş şəxslərə yaxınlaşıb özlərini təqdim edərək üzərilərində, avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya daşımaları şübhəsinin olduğunu izah etmişlər. Bu zaman avtomobilin sürücüsünün Şahid14 Aydın oğli, sərnişinlərindən birinin Təqsirləndirilən şəxs və digər sərnişin isə ətrafında əməliyyat-axtarış tədbirləri keçirdikləri Şahid13 olmasını müəyyən etmişlər. Bundan sonra tərəfindən RPŞ-ni Səmədabad PB-nin sahənin polis nəfəri, polis baş serjantı Şahid9, RPŞ-nin DYPB- nin YPX-nin inspektoru Şahid11 və RPŞ-nin DYPBnin YPX-nin inspektorunun iştirakları ilə RPŞ-nin Səmədabad PB-nin polis nəfəri, polis baş serjantı Şahid10 tərəfindən videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükülü tərəfindən elektron tərəzidə çəkildikdə 1,30 qram olması müəyyənləşdirilmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri tərəflərindən yoxlanılmışdır. Əynindəki cins şalvarın sol yan cibindən bir ədəd X7 markalı siqaret, sol arxa yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra barələrində əməliyyat-axtarış tədbirləri apardıqları şübhəli şəxs Şahid13 üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şahid13 əynindəki gödəkçənin sağ yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir qutu siqaret qutusunu, yaşadığı evin açarını və sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Şahid13 üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 12,64 qram olması müəyyənləşdirilmişdir. Həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmışdır, möhürləndikdən sonra götürülmüşdür. Daha sonra tərəfindən sürücü Şahid14 Aydın oğluna təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Şahid14 əynindəki şalvarın sol yan cibindən bir ədəd 10 manatlıq, 10 ədəd 1 manatlıq pul əskinası təqdim etmişdir. Həmin pul əskinasları Şahid14 geri qaytarılmışdır. Bundan sonra Şahid14 məxsus “Daevoo Gentra” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilmişdir. Avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Həmin şəxslər Biləsuvar RPŞ-nə gətirilmişlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair protokol tərtib olunmuşdur. Protokolla iştirakçılar tanış olaraq imzalamışlar. O bu barədə Biləsuvar RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9, Şahid10 Şahid8 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Xəzər RPİ-nin 2-ci polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2025-ci saat 12:45-də Xəzər RPİ-nin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Albalıq adlanan ərazidə olan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışdır. Özlərini təqdim edib, anket məlumatlarını dəqiqləşdirmək üçün müəyyən suallar vermişlər. Anket məlumatları onlara sonradan məlum olan Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparmasını və suallara yarımçıq cavab verməsini görüb, narkotik vasitə və psixotrop maddə təsiri altında olmaqda şübhə yaratdığına görə onu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin növbətçi hissəsində xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə məsul növbətçini həmin vaxt üçün müvəqqəti əvəz edən polis mayoru Hikmət İskəndərov tərəfindən əşyalarına baxış keçirən zaman o könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim edib, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra həmin psixotrop maddəyə bənzər kütlə qablaşdırılmış, akt və raport tərtib olunmuş, istintaq hərəkətlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs təhqiqat şöbəsinə təhvil verilmişdir. Təhqiqatçı polis kapitanı Sərxan Qarayev tərəfindən müdafiəçinin iştirakı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya baxış, üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bir daha üzərindən çıxan psixotrop maddənin ona məxsus olmasını, şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsindən səhər saatlarında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid1 Babasəbir oğlu Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2025ci il tarixli 6/578 nömrəli ekpert rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi, “ şübhəli şəxs(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,258 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş eksperiza xərclərinə dair bildiriçdən görünür ki, aparılmış ekpsertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X3 xx.xx.2025-ci il tarixli 19/87 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, digər zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi: -1,037 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2025ci il tarixli 6/2205 nömrəli ekpert rəyi ilə müəyyən edilmişdir ki,Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi,, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,441 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Ambulator məhkəmə-narkoloji ekspertizasının 19 mart 2025-ci il tarixli 155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan aslılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin növbətçi hissəsində yoxlama aparılmasının görüntüsü olan 01 ədəd CD-R formatlı diskdə olan görüntüdən müəyyən olunur ki, baxış zamanı 08 fevral 2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli kimi saxlanılması, üzərində aparılan yoxlama zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş metamfetamin aşkar edilməsi, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümdə olan maddənin metamfetamin adlanan maddə olmasını bildirərək, şəxsi istifadəsi üçün 10 manat qarşılığında əldə etməsini deməsi, aşkar edilmiş həmin kütlənin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 25 fevral 2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Şahid13 və Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında 25 fevral 2025- ci cü il tarixdə, saat 21:19 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı içərisində olduqları ehtimal olunan Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən küçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında “Daevo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş, saxlanılmışdır. “Daevo Gentra” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında saxladıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək, gəlişlərinin səbəbini izah edirlər. Avtomobildə Təqsirləndirilən şəxs, Şahid13 və sürücü Şahid14 Aydın oğlunun olması müəyyən olunur. Saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükülü tərəfindən elektron tərəzidə çəkildikdə 1,30 qram olması müəyyənləşdirilmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzəri tərəflərindən yoxlanılmışdır. Əynindəki cins şalvarın sol yan cibindən bir ədəd X7 markalı siqaret, sol arxa yan cibindən isə bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Siqaret qutusu Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra barələrində əməliyyat-axtarış tədbirləri apardıqları şübhəli şəxs Şahid13 üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şahid13 əynindəki gödəkçənin sağ yan cibində özümə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir qutu siqaret qutusunu, yaşadığı evin açarını və sol arxa cibimdən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Şahid13 üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 12,64 qram olması müəyyənləşdirilmişdir. Həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmışdır, möhürləndikdən sonra götürülmüşdür. Daha sonra tərəfindən sürücü Şahid14 Aydın oğluna təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Şahid14 əynindəki şalvarın sol yan cibindən bir ədəd 10 manatlıq, 10 ədəd 1 manatlıq pul əskinası təqdim etmişdir. Həmin pul əskinasları Şahid14 geri qaytarılmışdır. Bundan sonra Şahid14 məxsus “Daevoo Gentra” markalı **-KK-*** dövlət qeydiyyat nişanh avtomobilə baxış keçrilmişdir. Avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verildikdən sonra üstünün yoxlanılması və əşyanın götürülməsinin və Xəzər RPİ-nin 2-ci PŞ-də üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddə təsiri altında olmaqda şübhə yaratdığına görə saxlanılması, növbətçi hissədə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kəsikdə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi, həmin tarixdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması zamanı aşkar edilmiş bükümə yenidən baxış keçirilməsi, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümdə olan maddənin “şüşə” adlanan maddə olmasını bildirərək həmin maddəni şəxsi istifadəsi üçün 10 manat qarşılığında əldə etməsini deməsi, aşkar edilmiş həmin kütlənin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:25-də tutulmuşdur. -Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı X5 azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30-da tutulmuşdur. -Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı X5 azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:50-də tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarix qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2719 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.2. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, Azərbaycan Respublikasının medalları ilə təltif olunduğunu, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.2 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,208 və 0,987, 0,391 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat, ümumilikdə 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.2 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə, cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,208 və 0,987, 0,391 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut olan 03 ədəd CD-R disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 228 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat, ümumilikdə 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar