Məhkəmə qərarları › İş №1(003)-509/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-509/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-509/2022 01.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 01 noyabr 2022-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Stavropol bölgəsində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Stavropol bölgəsi, Limannaya küçəsi, ev 32 ünvanında qeydiyyatda olan qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə saat 17 radələrində əmisi-Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gəlib Zərərçəkmiş şəxs küçəyə çağıraraq ondan borclarını qaytara bilməsi üçün pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona pul verməyəcəyini bildirdikdən sonra Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı həmin ünvanın qarşısında, küçədə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs üz nahiyyəsinə, daha sonra isə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs çənə nahiyyəsinə zərbə vuraraq sonuncuya sol gözün bayır bucağının əzilməsi yarası, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları, sağəlin sıyrıqları, çənənin sol tac çıxıntısının sol bucaq nahiyəsinin və sağ parasinfez nahiyəsinin yerdəyişmiş sınıqları, sol almacıq sümüyünün yerdəyişən sınığı ilə nəticələnən və sağlamlığının uzun müddətə pouzlmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun əmisidir. Anası ilə Rusiya Fedrasiyasında yaşamışdır. Zərərçəkmiş şəxs anası ilə danışaraq öz aralarında razılığa gələrək onu evləndirmək üçün Bakı şəhərinə çağırmışdır. O, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşamağa başlamışdır. Həmin ev anası X4 məxsusdur. Qeyd etmişdir ki, əmisi Rəşid Xəzər rayonu Buzovna qəsəbəsində yaşayır, orada Rəşid dostunun qızını onun üçün almaq istəmiş, əmisi ilə bir yerdə gedərək qızı görmüş, elçi gedərək X2 ilə nişanlanmışlar. Mütamadi olaraq qızla görüşüb söhbət etmişlər. Sonradan qızla münasibəti pozulduğuna görə Brilyant ona bildirmişdir, artıq nişanlı deyillər, o, da cavab olaraq bildirmişdir ki, nişan üzüyünü qaytarsın. Bunu eşidən əmisi Rəşidin onunla münasibətləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə o, Buzovna qəsəbəsində spirtli içki qəbul etmiş və sonra Rusiya Federasiyasına gedəcəyini demək üçün saat 17 radələrində əmisi Rəşidin yaşadığı evin həyətinə gəlmişdir. Rəşid onu görüb əlində yaba ilə onun üstünə gəlmişdir ki onu vursun. O, görmüşdür ki, əmisi Rəşid yaba ilə onu vuracaq, dərhal Rəşidin sifətinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Yumruq zərbəsi Rəşidin sol göz nahiyyəsindən dəymişdir. Daha sonra Rəşid ona qarşı nalayiq ifadələr işlədərək onu söymüşdür. Bundan sonra o, qəzəblənərək bir dəfə də, yumruqla Rəşidin çənə nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Rəşidin oğlu Araz əlində taxta parçası ilə əlindən vuraraq xəsarət yetirmişdir, Rəşidin həyat yoldaşı küçədə daş parçası götürərək onu vurmuşdur. Gəlini Günay onun üstünə gedərək əli ilə onu vurmağa başlamışdır. Qonşular həmin vaxt küçəyə çıxmışdır. Bundan sonra başqa əmisinin oğlu Vasif həmin yerə gələrək oun ayırıb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X6 onun mərhum qardaşının oğludur və Rusiya Federasiyasında yaşayır. O, qərara gəlmişdir ki, Anarı Azərbaycana gətizdirib evləndirsinlər, sonra yenidən Rusiya Federasiyasına qayıdıb anası ilə yaşayar. 28 mart 2022- ci il tarixdə Anar Rusiya Federasiyasından Azərbaycana gəlmiş və Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 20, mənzil 65-də yaşayırmış. O, Buzovna qəsəbəsində yaşayan dostu Əlihüseynin qızına elçi gedərək Anar üçün nişanlamışdır. Lakin Anar içki düşgünü olduğundan nişanlısı Birilyanta rahatlıq vermirmiş, mübahisələr yaradırmış. Hətta Anar dəfələrlə onlara gələrək ona bildirmişdir ki, nişanı qaytarmaq istəyir, evlənmək fikrində deyilmiş və bu istiqamətdə mübahisələr yaradırmış. 03 iyul 2022-ci il tarixdə saat 17 radələrində o, yaşadığıı ünvanın həyətində işləyərkən həyət qapısına nəsə bərk bir şeyin dəydiyini hiss edib, qüsürlü oğluna bildirmişdir ki, qapıya gedib qapıda kimin olduğuna baxsın. Bu zaman oğlu qışqıra qışqıra onu çağırmışdır ki, qapıya gələn Anardır həyət girib onu çağırırmış. O, əlində iş gücünü atıb Anara tərəf gedərək ona «nə olub nə baş verir, nə istəyirsən?» sualını vedikdə Anar cavab olaraq ona gömrüyə borcunu verib ölkədən çıxıb getməsi üçün pul verilməsini bildirmişdir. O, Anarı çölə çıxartmış eyni zamanda da Anar onun ünvanına nalayiq söyüşlər söydüyündən o da öz növbəsində Anarı söymüşdür. Elə bu anda Anar olduğu yerdə, yəni küçədə yumruqla onun sol göz nahiyəsindən bərk zərbə vurmuşdur. O, bundan əsəbləşib yerə əyilmişdir ki, daş götürsün bu anda Anar dizi ilə onun çənəsindən zərbə vurmuşdur. Səs küyə gələn gəlini Günay onları ayırmış, lakin bildirdiyi kimi qüsurlu oğlu orada olsada onun fiziki məhdudiyyəti ona kömək etməyə imkan vermirmiş. Anarın yanında olan digər qardaşı oğlu Şahid1 Anarı Mercedes markalı avtomaşına əyləşdirərək oradan uzaqlaşdırıb aparmışdır. Bundan bir qərər sonra o, özünə gəlib bu barədə DlNnin 102 zəng xidmətinə məlumat vermişdir. Bildirdiyi kimi mübahisə onun yaşadığı ünvanın qapısının yaxınlığında küçədə baş vermiş, o, konkret olaraq Anarı vurub xəsarət yetirmişdir. Təxminən 5-10 dəqiqə davam etmiş, səs küyə gələn gəlini Günay Anarı ondan aralamış, Anarla birlikdə gələn digər qardaşı oğlu Vasifdə Anarı maşına əyləşdirərək oradan çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, Anar mübahisə zamanı ilk olaraq onun sol gözündən bir yumuruq zərbəsi vurduğundan o, sol gözün bayır bucağının əzilmiş yarası, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları sol almacıq sümüyünün yerdəyişən sınığı xəsarəti almış və bundan sonra o, əyilib yerdən daş götürmək istəyərkən Anarın onun çənəsindən dizi ilə zərbə vurması nəticəsində çənənin sol tac çıxıntısının sol bucaq nahiyəsinin və sağ parasinfez nahiyəsinin yerdəyişən sınıqları, həmin anda yerə yıxılmış vəziyyətdə olduğundan sağ əlindən də sıyrıq xəsarəti almışdır. Heç bir xəsarət yetirməmiş, yalnız Anar onu vurduqdan sonra digər qohumu Şahid1 idarə etdiyi maşına əyləşdirib aparmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisidir. Təqsirləndirilən şəxs onun digər əmisi oğludur. Əmisi Rəşid digər əmisioğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəldikdən sonra Anar üçün nişan eləmişdir. Anarın nişanlısı ilə aralarında nə isə münasibətləri qaydasında olmadığından 03 iyul 2022-ci il tarixdə saat 16 radələrində o, evdə olduğu zaman Anar ona bildirmişdir ki, əmisi Rəşidgilə aparıb, qızla barışıq edib evlənib Rusiya Federasiyasına qayıtmaq fikrindədir, burda yaşaya bilmir. Oda Anarın sözü ilə idarə etdiyi avtomaşınla əmisi Rəşidgilin yaşadığı ünvana getmişlər. Anar maşından düşüb Rəşidgilin qapısını döymüş və oda idarə etdiyi maşını qapıdan biraz kənara sürüb saxlamışdır. O, maşında olarkən görmüşdür ki, öncə Rəşidin oğlu daha sonra isə Rəşid özü qapıya çıxmışdır. Rəşidlə Anarın arasında nə isə mubahisə oldğundan Anar bir dəfə yumuruqla Rəşidin sifətindən daha sonra isə çənəsindən vurmuşdur. Daha sonra Rəşidin yoldaşı Güləbatın onun maşınına tərəf gələrək ona əl qol atıb bildirmişdir ki, «sən niyə Anarı gətirdin bura». Bundan sonra o, onları ayıraraq Anarı maşını əyləşdirib oradan uzaqlaşmışdır. Orada əmisi Rəşidin qüsürlu oğlu Araz, həyat yoldaşı Güləbatın, əmisinin gəlini Günay, səs küyə qonşular çıxmışdır. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş, baş vermiş hadisə nəticəsində həmin yerə çox sayda adam toplaşmışdır. Heç bir bədən xəsarəti almamış və tibbi muayinədən könüllü keçmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs isə həyat yoldaşının qardaşı oğludur. Anar əvvələr Rusiya Federasiyasında anası ilə yaşayırmış. Onlar Anarın anası ilə qərara gəlmişlər ki, Anarı Azərbaycana gətizdirib evləndirək və daha sonra qayıdıb anası ilə birlikdə yaşayalar. 28 mart 2022-ci il tarixdə Anar Azərbaycana gəlmiş və Anarı Rəşidin dostunun qızı ilə nişanlamışlar. Lakin sonradan Anarla nişanlısının arasında münasibətlər korlanmağa başlamışdır. 03 iyul 2022-ci il tarixdə təxminən saat 18 radələrində evə gələrkən Rəşidin üz gözünün qan olduğunu görmüş və bu barədə gəlni Günaydan öyrənərkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onların qapıya gələrək Rəşiddən pul istəməsi səbəbindən aralarında mübahisə yaranmış Anar yumuruqla Rəşidi vuraraq xəsarətlər yetirmişdir. Lakin bildirdiyi kimi o, həmin hadisə zamanı orada olmamış yəni, hadisənin şahidi olmamış və hansı şəraitdə baş verməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. 03 iyul 2022-ci il tarixdə saat 17 radələrində o, evin içərisində ev işləri ilə məşqul olarkən həyətin qapısı tərəfdən, küçədən səs-küy gəldiyini eşitmiş və dərhal qaçaraq küçəyə çıxmışdır. Bu zaman qaynatası Rəşidin qohumu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü və Rəşidə yumruq zərbələri vurduğunu görmüşdür. Həmin zaman həyat yoldaşı Arazda orada olmuşdur, lakin Araz əlil, qüsurlu olduğundan fiziki məhdudiyyəti ilə əlaqədar dava-dalaşa müdaxilə edə bilmirmiş. O, Rəşidi Anardan kənarlaşdırmağa çalışırmış. Bundan sonra oraya yaxınlaşan Vasifdə Anarı kənarlaşdırıb maşına əyləşdirərək oradan uzaqlaşdırmışlar. Məlum olduğu kimi Anar qaynatası Rəşidə zərbələr vuraraq xəsarət yetirmişdir. Lakin Anara kimsə xəsarət yetirməmiş nədə Anarı vurmamışdır. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə onun əmsinin oğludur. 03 iyul 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində olarkən atası həyət qapısından səs gəldiyini görüb onu kim olduğunu bilməyi üçün qapıya göndərmiş. O, bildirdiyi kimi qüsurlu olduğundan taxta parçası ilə bədəninə köməklik edərək yeriyə-yeriyə qapıya tərəf gedib qapını açarkən Anarın qapıda olduğunu və həyətə girib atasını çağırdığını görmüşdür. Oda atasını çağırmışdır. Atası əmisioğlu Anarın yanına gələrək «nə olub nə baş verir, nə istəyirsən?» deyə Anara bildirmiş, bu zaman Anar cavab olaraq atasına bildirmişdir ki, pul versin atası Anara pul versin Anarda getsin gömrüyə borcunu verib ölkədən çıxıb getsin. Atası Rəşid söhbət edə edə Anarı çölə çıxartmış, lakin həmin vaxt Anar əsəbi halda Rəşidin ünvanına nalayiq söyüşlər söydüyündən atası Rəşid Anarı söymüşdür. Elə bu anda Anarın qəfildən həyət qapılarının yaxınlığında küçədə yumruqla atasının sol göz nahiyəsindən bərk zərbə vurduğunu görmüşdür. Bundan sonra səs küyə onun həyat yoldaşı Günayda gəlmişdir. Oda hərəkət məhdudluğu olduğu üçün taxta parçası ilə Anarı atasından kənarlaşdırmağa çalışırmış. Atası yerə doğru əyilmiş vəziyyətdə olduğundan Anar dizi ilə atasının çənəsindən zərbə vurmuşdur. Səs küyə gələn həyat yoldaşı Günayda ayırmağa çalışırmış. Sonradan oraya yaxınlaşan digər əmisi oğlu Vasif Anarı kənarlaşdıraraq maşına əyləşdirib oradan uzaqlaşmışlar. Hətda səs küyə qonşularda çıxmışlar. Bir qədər sonra anası Güləbatın evə gəlmiş və olanlardan məlumatlanmışdır. Həmin dava-dalaş təxminən 5-10 dəqiqə olmaqla onların yaşadığı ünvanın, yəni Buzovna qəsəbəsi Zaqulba küçəsi, döngə 9, ev 23 ünvanını qarşısında küçədə baş vermişdir. İfadəsində də qeyd etdiyi kimi o, qüsurlu olduğundan onun əlində taxta parçası olmuş, o, həmin taxta parçası ilə bədəninə dayaq verərək gəzirmiş. Lakin o, Anarı vuraraq xəsarət yetirməmiş, sadəcə Anarın atasını vurduğunu gördüyündən fiziki məhdudluğu olduğu üçün Anarı taxta parçası ilə aralamağa çalışmışdır. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 04 iyul 2022-ci il tarixli, 816 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- sol gözün bayır bucağının əzilmiş yarası, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları, sağ əlin sıyrıqları, çənənin sol tac çıxıntısının sol bucaq nahiyəsinin və sağ parasinfez nahiyəsinin yerdəyişmiş sınıqları, sol almacıq sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X10" X12 müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Anar tərəfindən ona dəymiş ziyanın ödənildiyi, Anara qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar