Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-509/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Bəhmən oğlunun, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi İ.Kərimov küçəsi ev 10da qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yerləşmiş fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1-ci yeni yaşayış massivi ev 7-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti inzibati bina ev 185-də qeydiyyatda olan, ünvan 3də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 09 fevral 2023-cü il tarixdə gecə saat 02 radələrində tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs Bəhmən oğluna məxsus fermaya qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə qiyməti 2025 manat olan 45 ədəd çuqun qabı, 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni ünvana eyni üsulla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 640 manat olan 16 ədəd plastik pəncərəni, qiyməti 5000 manat olan bir ədəd elektron tərəzini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 3735 manat olan 83 ədəd çuqun qabı, hər birinin qiyməti 180 manat olmaqla ümumilikdə qiyməti 720 manat olan 4 ədəd kiçik metal qapını, 16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni ünvana eyni üsulla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus bir tonunun qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 4 ton metal borunu, 1 metrinin qiyməti 28 manat olmaqla ümumilikdə qiyməti 5040 manat olan 180 metr uzunluğunda 16x4 mm ölçülü elektrik naqilini, qiyməti 300 manat olan bir ədəd metal qapını, qiyməti 250 manat olan bir ədəd metal qapını, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 660 manat olan 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan 280 metr uzunluğunda 25 mm ölçülü plastmas boruları, hər birinin qiyməti 1,5 manat olmaqla ümumilikdə qiyməti 270 manat olan 180 ədəd plastmas rekoru, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə qiyməti 240 manat olan 3 ədəd plastik pəncərəni, qiyməti 150 manat olan bir ədəd su nasosunu və hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan 3 ədəd plastik qapını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna cəmi 21360 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs Bəhmən oğluna məxsus fermaya qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 640 manat olan 16 ədəd plastik pəncərələri, qiyməti 5000 manat olan bir ədəd elektron tərəzini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 3735 manat olan 83 ədəd çuqun qabı, hər birinin qiyməti 180 manat olmaqla ümumilikdə qiyməti 720 manat olan 4 ədəd kiçik metal qapını,16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni ünvana eyni üsulla qanunsuz daxil olaraq olaraq oradan Zərərçəkmiş şəxs məxsus, bir tonunun qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 4 ton metal borunu, 1 metrinin qiyməti 28 manat olmaqla ümumilikdə qiyməti 5040 manat olan 180 metr uzunluğunda 16x4 mm ölçülü elektrik naqilini, qiyməti 300 manat olan 01 ədəd metal qapını, qiyməti 250 manat olan 01ədəd metal qapını, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 660 manat olan 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan 280 metr uzunluğunda 25 mm ölçülü plastmas boruları, hər birinin qiyməti 1,5 manat olmaqla ümumilikdə qiyməti 270 manat olan 180 ədəd plastmas rekoru, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə qiyməti 240 manat olan 3 ədəd plastik pəncərəni, qiyməti 150 manat olan bir ədəd su nasosunu və hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan 3 ədəd plastik qapını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna cəmi 19335 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs Bəhmən oğluna məxsus fermaya qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 640 manat olan 16 ədəd plastik pəncərəni, qiyməti 5000 manat olan bir ədəd elektron tərəzini, hər birinin qiyməti 45 manat olmaqla ümumilikdə 3735 manat olan 83 ədəd çuqun qabı, hər birinin qiyməti 180 manat olmaqla ümumilikdə qiyməti 720 manat olan 4 ədəd kiçik metal qapını,16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni ünvana eyni üsulla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus, bir tonunun qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 4 ton metal borunu, 1 metrinin qiyməti 28 manat olmaqla ümumilikdə qiyməti 5040 manat olan 180 metr uzunluğunda 16x4 mm ölçülü elektrik naqilini, qiyməti 300 manat olan 01 ədəd metal qapını, qiyməti 250 manat olan 01 ədəd metal qapını, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 660 manat olan 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan 280 metr uzunluğunda 25 mm ölçülü plastmas boruları, hər birinin qiyməti 1,5 manat olmaqla ümumilikdə qiyməti 270 manat olan 180 ədəd plastmas rekoru, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə qiyməti 240 manat olan 3 ədəd plastik pəncərəni, qiyməti 150 manat olan 01 ədəd su nasosunu və hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan 3 ədəd plastik qapını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs Bəhmən oğluna cəmi 19335 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitədən uzun müddətdir ki, istifadə edir. Oğurluq etdikləri anbarın yerini uzun müddət öncə balıq satışı şirkətində işləyən zaman bilmişdir. Adını xatırlamadığı müdiri ona həmin şirkətdə işlədiyi zaman bildirmişdir ki, Türkan qəsəbəsində arenda olmaq şərti ilə ferma işlətmək üçün həmin fermanın sahibi ilə danışığa girib və razılaşıb, lakin, hələ həmin yerdə balıq saxlamaq üçün şərait hazır olmadına görə sahibsizdir. Oradan oğurluq olmamasından ötrü müdiri ora 2 it aparmış və onu hər həftə itlərə yemək vermək üçün ora göndərəcəyini demişdir. Bundan sonra o, ilk dəfə ora getdikdə fermanın qapısının üzərindən aşaraq itlərə yemək vermişdir. Buna səbəb fermanın qapısının açarının onda olmaması olmuşdur. İtlərə yemək vermək üçün o, bir neçə dəfə həmin yerə getmişdir. Bir müddət sonra müəyyən səbəblərdən işlədiyi yerdən uzaqlaşmış və daha ora getməmişdir. 2023-cü ilin fevral ayında o, dostları Nizami, Rəhman, Həsənəli ilə birlikdə ayrı-ayrı zamanlarda həmin fermanın sahibsiz olmasından istifadə edərək ora qanunsuz daxil olub oğurluq etmişdir. İlk dəfə 09 fevral 2023-cü il tarixində tanışı X5 ilə birlikdə gecə saat 2-də ora gedib çatmışdır. Hasardan aşaraq daxil olmuş, darvazanı açmış, fermanı bir neçə dəqiqə gəzdikdən sonra orada olan çuqun qabları götürmək fikrinə düşmüşdür. Nizami ilə orada olan 45 ədəd çuqun qabı qapının yaxınlığına yığmış və yolda taksi saxlayıb özünə məxsus fermadan təcili oradan qabları digər fermasına daşımaq lazım olduğunu demiş, taksi sürücüsü təcili olmasının səbəbini soruşduqda, o, ona məxsus digər fermada heyvanların susuzduqdan öldüklərini, vanna və ya vedrədən su verdikdə onlara mikrob düşdüyünü, lakin bu qabların daha sığortalı olduğunu bildirmişdir. Bundan sonra çuqun qabları Nizami ilə Baksola gətirmiş, sürücüyə Baksol yolunda tanışlarının gəlib onları götürəcəyini demişlər. Sürücü xidmət haqqını alıb onlardan uzaqlaşmışdır. Baksol yolunda həmin qabları bir neçə nəfərə satmışlar. Bundan bir neçə gün sonra o, orada qalan digər qabları götürmək üçün dostları Rəhman və Həsənəliyə oğurluq etməyə yer tapdığını deyərək ora gedib oğurluq etməyi məsləhət görmüş, onlar bu fikirlə razılaşmışlar. 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində Təqsirləndirilən şəxs2 və Mirzəyev X3 qəsəbəsindən taksi ilə Türkan qəsəbəsinə fermaya getmişlər. Onlar fermaya çatanda o, hasardan aşıb darvazanı açmışdır. Birinci Həsənəli, sonra Rəhman fermaya daxil olmuşdur. O, fermadan Həsənəli və Rəhman ilə 16 ədəd plastik pəncərə, bir ədəd elektron tərəzi, 83 ədəd çuqun qab, 4 ədəd kiçik ölçülü metal qapı oğurlamışdır. Oğurladıqları əşyaları daşıyıb bir yerə yiğdıqdan sonra Həsənəli yola yük maşını saxlamaq üçün getmiş, bir saat sonra sürücü ilə birlikdə fermaya gəlmişdir. Sürücü onların oğru olduğunu bilməmişdir, çünki, sürücü və Həsənəli fermaya çatdıqda o, sürücüyə özünü fermanın sahibi kimi təqdim etmişdir. Bundan sonra onlar əşyaları maşına yükləyib Qala qəsəbəsinə səhərçağı gəlmişlər. Qala qəsəbəsində metal qəbulu məntəqəsi bağlı olmuş, sürücü isə yaşadığı evdə hadisə olduğuna görə təcili getməli olduğunu deyib onlardan xidmət haqqını da almadan çıxıb getmişdir. Rəhman yoldan “Ford” markalı yük maşını saxlayaraq yükləri metal qəbulu mağazasına aparmasını istəmiş, Ceyhun adlı sürücü onları başqa bir metal qəbulu məntəqəsinə aparmış, lakin ora da bağlı olmuşdur. Ceyhun öz qohumu Zaur adlı şəxsə zəng edib satlıq 16 ədəd plastik pəncərə və bir qədər metalın olduğunu bildirmişdir. Zaur onların yanına gəlmiş və onlardan 16 ədəd pəncərə və 4 ədəd kiçik ölçülü metal qapı alıb onlara 280 manat pul vermiş, Həsənəliyə demişdir ki, o, dindardır, əgər mallar oğurluqdursa, bu malları almasın və biz onu günaha salmayaq. O isə yenə özünü ferma sahibi kimi təqdim etmiş və bildirmişdir ki, onun özü də namaz qılıb ibadət edir. Zaur ona inanmış, çoxlu dualar edərək oradan uzaqlaşmışdır. Onlar bir ədəd elektron tərəzi, 83 ədəd çuqun qabı Xırdalan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb orada satmışlar. Bundan sonra o, Rəhman və Həsənəliyə demişdir ki, “orada yenə satıla biləcək qapılar, qablar qalıb, nə qədər ki, fermaya heç kim gəlməyib, həmin əşyaları ordan götürək”. Təkrarən 16 fevral 2023-cü il tarixdə fermada olan bütün metal və plastik əşyaları oğurlamaq üçün gecə saat 03 radələrində o, Həsənəli və Rəhman taksi ilə Türkan qəsəbəsinə, həmin fermaya getmişlər. O, yenə hasardan aşaraq fermanın qapısını açmışdır. İçəri daxil olduqda o, onlara bahalı şeyləri götürmələrini demişdir. Fermanın həyətyanı sahəsindən bir neçə ton metal borunu, 16x4 mm ölçülü elektrik naqilini, 01 ədəd böyük ölçülü metal qapını və onun dəmir barmaqlığını, bir ədəd orta ölçülü metal qapını, 2x4 mm ölçülü elektrik naqilini, 25 mm ölçülü plastik boruları, fermanın saxlanc yerindən qapını qıraraq plastik rekor, 3 ədəd plastik pəncərəni, 1 ədəd su nasosunu, 3 ədəd plastik qapını bir yerə yığıb maşın tapmağı gözləmişlər. Həsənəli yola çıxıb bir yük maşınını saxlayıb fermaya qayıtmış, yolda sürücüyə demişdir ki, dostuna məxsus ferma var və fəaliyyətini dayandırdığı üçün onlar fermada satıla biləcək əşyaları satırlar. Fermada oğurlayıb bir yerə yığdıqları əşyaları maşına yükləyib sürücüdən Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sürməyi xahiş etmişlər. Onlar metal qəbulu məntəqəsinə bir ədəd böyük ölçülü metal qapını və onun dəmir barmaqlığını, bir ədəd orta ölçülü metal qapını, elektrik naqili, dəmir borunu 500 manata satmış, qalan əşyaları həmin yük maşını ilə aparıb Dərnəgül şosesində plastik və metal qəbulu məntəqələrinə satmış, əldə etdikləri pulları isə 3 yerə bölmüşlər. Əməlindən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitədən uzun müddətdir ki, istifadə edir. Oğurluğu tanışları Əhməd və Rəhmanla birlikdə etmişdir. Fevral ayında Əhməd ona və Rəhmana bildirmişdir ki, oğurluq etmək üçün yer tapıb və gedib ordan oğurluq etsinlər. Əlavə olaraq Əhməd onlara bildirmişdir ki, 09 fevralda tanışı Nizami ilə birlikdə ordan 45 ədəd dəmir çuqun qab oğurlamışdır, qablardan orada 80-nə yaxın qalmışdır, daha çox adam getsələr, orada olan bütün əşyaları oğurlaya biləcəklər. 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində onlar Biləcəri qəsəbəsində tanımadıqları taksi ilə Türkan qəsəbəsindəki fermaya gəlmişlər. Əhməd hasardan aşıb darvazanı açmış və onlar fermaya daxil olmuşlar. Onlar fermadan 16 ədəd plastik pəncərəni, bir ədəd elektron tərəzini, 83 ədəd çuqun qab, 4 ədəd kiçik ölcülü metal qapı oğurlamış və bir yerə toplamışlar. Həsənəli yola gedib bir yük maşını saxlamış və demişdir ki, onların daşınılası əşyaları var. Həmin sürücü onların fermadan oğurluq etdiyini bilməmişdir, çünki, Əhməd sürücüyə özünü fermanın sahibi kimi təqdim etmişdir. Onlar əşyaları yük maşınına yükləyib Qala qəsəbəsinə gəlmişlər, artıq səhər açılmışdır. Metal qəbulu məntəqəsi bağlı olmuş, sürücü isə yaşadığı evdə hadisə olduğunu deyərək təcili getməli olduğunu bildirmiş və tələsdiyi üçün onlardan xidmət haqqı almamışdır. Rəhman yoldan “Ford” markalı yük maşını saxlamış və ondan onları digər metal qəbulu məntəqəsinə aparmasını istəmişdir. Sürücü öz qohumu Zaur adlı şəxsə zəng edib satlıq 16 ədəd plastik pəncərə və bir qədər metalın olduğunu bildirmişdir. Zaur bir saat sonra onların yanına gəlmiş və onlardan 16 ədəd pəncərə və 4 ədəd kiçik ölçülü metal qapı almış və onlara 280 manat pul vermiş, Həsənəliyə demişdir ki, o, dindardır, əgər mallar oğurluqdursa, bu malları almasın və biz onu günaha salmayaq. Əhməd yenə özünü ferma sahibi kimi təqdim etmiş və bildirmişdir ki, özü də namaz qılıb ibadət edir. Zaur Əhmədə inanmış, çoxlu dualar edərək oradan uzaqlaşmışdır. Onlar bir ədəd elektron tərəzi, 83 ədəd çuqun qabla birlikdə Xırdalan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmiş, qalan əşyaları orada satmışlar. Bundan sonra Əhməd ona və Rəhmana demişdir ki, “orada yenə satıla biləcək qapılar, qablar qalıb, nə qədər ki, fermaya heç kim gəlməyib, həmin əşyaları ordan götürək”. Təkrarən 16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində o, Rəhman və Əhməd taksi ilə həmin fermaya getmişlər. Əhməd hasardan aşaraq fermanın qapısını açdıqdan sonra onlar içəri daxil olmuş və Əhməd onlara bahalı şeyləri göturmələrini demişdir. Fermanın həyətyanı sahəsindən bir neçə ton metal borunu, 16x4 mm ölçülü elektrik naqilini, 01 ədəd böyük ölçülü metal qapını və onun dəmir barmaqlığını, bir ədəd orta ölçülü metal qapını, 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 25 mm ölçülü plastmas boruları, fermanın saxlanc yerindən qapını qıraraq plastik rekoru, 3 ədəd plastik pəncərəni, bir ədəd su nasosunu, 3 ədəd plastik qapını hazır vəziyətdə bir yerə yığmışlar. O, yola çıxmış və yoldan keçən yük maşını saxlayıb sürücüyə bildirmişdir ki, dostuna məxsus ferma var və fəaliyyətini dayandırdığı üçün onlar fermada satıla biləcək əşyaları satırlar. Sürücü ona inanmış və onunla birlikdə fermaya gəlmişdir. Fermada oğurlayıb bir yerə yıqdıqları əşyaları yük maşınına yükləyib sürücüdən Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sürməyi xahiş etmişlər. Onlar metal qəbulu məntəqəsinə bir ədəd böyük ölçülü metal qapını və onun dəmir barmaqlığını, bir ədəd orta ölçülü metal qapını, elektrik naqili, dəmir borunu 500 manata satmış, qalan əşyaları həmin yük maşını ilə aparıb Dərnəgül şosesində plastik və metal qəbulu məntəqələrinə satmış, əldə etdikləri pulları isə 3 yerə bölmüşlər. Törətdiyi əməldən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, oğurluğu tanışları Əhməd və Həsənəli ilə birlikdə etmişdir. Fevral ayında Əhməd ona və Həsənəliyə demişdir ki, oğurluq etmək üçün yer tapıb və gedib ordan oğurluq etsinlər. Əlavə olaraq Əhməd onlara bildirmişdir ki, 09 fevralda tanışı Nizami ilə birlikdə ordan 45 ədəd dəmir çuqun qab oğurlayıb. Qablardan orada 80-nə yaxın qaldığını, daha çox adam getsələr orada olan bütün əşyaları oğurlaya biləcəklər. 15 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində onlar Biləcəri qəsəbəsində tanımadıqları taksi ilə Türkan qəsəbəsindəki fermaya gəlmişlər. Əhməd hasardan aşıb darvazanı açmış və onlar fermaya daxil olmuşlar. Onlar fermadan 16 ədəd plastik pəncərəni, bir ədəd elektron tərəzini, 83 ədəd çuqun qab, 4 ədəd kiçik ölcülü metal qapı oğurlamış və bir yerə toplamışlar. Həsənəli yola yük maşını saxlamaq üçün gedib bir yük maşını saxlamış və demişdir ki, onların daşınılası əşyaları var. Həmin sürücü onların fermadan oğurluq etdiyini bilməmişdir, çünki, Əhməd sürücüyə özünü fermanın sahibi kimi təqdim etmişdir. Onlar əşyaları yük maşınına yükləyib Qala qəsəbəsinə gəlmişlər, artıq səhər açılmışdır. Metal qəbulu məntəqəsi bağlı olmuş, sürücü isə yaşadığı evdə hadisə olduğunu deyərək təcili getməli olduğunu bildirmiş və tələsdiyi üçün onlardan xidmət haqqı almamışdır. O, yoldan “Ford” markalı yük maşını saxlamış və ondan onları metal qəbulu məntəqəsinə aparmasını istəmişdir. Sürücü öz qohumu Zaur adlı şəxsə zəng edib satlıq 16 ədəd plastik pəncərə və bir qədər metalın olduğunu bildirmişdir. Zaur bir saat sonra onların yanına gəlmiş və onlardan 16 ədəd pəncərə və 4 ədəd kiçik ölçülü metal qapı almış və onlara 280 manat pul vermişdir. Zaur Həsənəliyə demişdir ki, o, dindardır, əgər mallar oğurluqdursa, o, bu malları almasın və biz onu günaha salmayaq. Əhməd yenə özünü ferma sahibi kimi təqdim etmiş və bildirmişdir ki, özü də namaz qılıb ibadət edir. Zaur Əhmədə inanmış, çoxlu dualar edərək oradan uzaqlaşmışdır. Onlar bir ədəd elektron tərəzi, 83 ədəd çuqun qabla birlikdə Xırdalan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmiş, qalan əşyaları orada satmışlar. Bundan sonra Əhməd ona və Həsənəliyə demişdir ki, “orada yenə satıla biləcək qapılar, qablar qalıb, nə qədər ki, fermaya heç kim gəlməyib, həmin əşyaları ordan götürək”. Təkrarən, 16 fevral 2023-cü il tarixdə gecə saat 03 radələrində o, Həsənəli və Əhməd taksi ilə həmin fermaya getmişlər. Əhməd hasardan aşaraq fermanın qapısını açdıqdan sonra onlar içəri daxil olmuş və Əhməd onlara bahalı şeyləri göturmələrini demişdir. Fermanın həyətyanı sahəsindən bir neçə ton metal borunu, 16x4 mm ölçülü elektrik naqilini, 01 ədəd böyük ölçülü metal qapını və onun dəmir barmaqlıqını, bir ədəd orta ölçülü metal qapını, 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 25 mm ölçülü plastmas boruları, fermanın saxlanc yerindən qapını qıraraq plastik rekoru, 3 ədəd plastik pəncərəni, bir ədəd su nasosunu, 3 ədəd plastik qapını hazır vəziyətdə bir yerə yığmışlar. Həsənəli yola çıxmış və yoldan keçən yük maşını saxlayıb sürücüyə bildirmişdir ki, dostuna məxsus ferma var və fəaliyyətini dayandırdığı üçün onlar fermada satıla biləcək əşyaları satırlar. Sürücü Həsənəliyə inanmış və fermaya gəlmişdir. Fermada oğurlayıb bir yerə yığdıqları əşyaları yük maşınına yükləyib sürücüdən Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə sürməyi xahiş etmişlər. Onlar həmin məntəqəyə bir ədəd böyük ölçülü metal qapını və onun dəmir barmaqlığını, bir ədəd orta ölçülü metal qapını, elektrik naqili, dəmir borunu 500 manata satmış, qalan əşyaları həmin yük maşını ilə aparıb Dərnəgül şosesində plastik və metal qəbulu məntəqələrinə satmış, əldə etdikləri pulları isə 3 yerə bölmüşlər. İlk dəfə törətdiyi əməldən peşman olmuş və hazırda qardaşları tərəfindən ziyan məbləğinin ona düşən 4500 manat hissəsi tamamilə ödənilmişdir. Bununla da zərərçəkmiş şəxslə barışıq əldə etmişdir və onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ona məxsus Türkan qəsəbəsi üzumçülük savxozunda 2 ha daxilində tikilmiş ferma var. 2020-ci ildə həmin ferma pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırmışdır. 2020-ci ilin sentyabr ayından Rüstəm adlı şəxsi həmin yerə səhər saatlarından günorta saatlarınadək gözətçi kimi günəmüzd işçi təyin etmişdir. 01 fevral - 19 fevral 2023-cü il aralığında Rüstəmin Bakı şəhərini müvəqqəti tərk etməsi ilə bağlı ferma sahibsiz qalmışdır. O, 19 fevral 2023-cü il tarixdə fermaya gedən zaman ona məlum olmuşdur ki, fermaya naməlum şəxs ya şəxslər qanunsuz daxil olmuş və ona məxsus, hər birinin dəyəri 45 manat olmaqla ümumilikdə qiyməti 5760 manat olan 128 dəd dəmir qabı, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 640 manat olan 16 ədəd plastik pəncərəni, qiyməti 5000 manat olan bir ədəd elektron tərəzini, hər birinin qiyməti 180 manat olmaqla ümumilikdə qiyməti 720 manat olan 4 ədəd kiçik ölçülü metal qapını, bir tonunun qiyməti 400 manat olmaqla ümumilikdə qiyməti 1600 manat olan 4 ton metal borunu, 1 metrinin qiyməti 28 manat olmaqla ümumilikdə qiyməti 5040 manat olan 180 metr uzunluğunda 16x4 mm ölçülü elektrik naqilini, qiyməti 300 manat olan bir ədəd metal qapını, qiyməti 250 manat olan bir ədəd metal qapını, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 660 manat olan 220 metr uzunluğunda 2x4 mm ölçülü elektrik naqilini, 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan 280 metr uzunluğunda 25 mm ölçülü plastik boruları, hər birinin qiyməti 1,5 manat olmaqla ümumilikdə qiyməti 270 manat olan 180 ədəd plastik rekoru, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə qiyməti 240 manat olan 3 ədəd plastik pəncərəni, qiyməti 150 manat olan bir ədəd su nasosunu və hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 450 manat olan 3 ədəd plastik qapını oğurlamış və cəmi 21360 manat dəyərində ona ziyan vurmuşlar. Hazırda təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanın özünə düşən 4500 manat hissəsini ödədiyinə görə ondan heç bir şikayət və ya digər tələbi yoxdur, Təqsirləndirilən şəxs3 hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Digər zərərçəkmiş şəxslər isə ziyanı ödəmədiklərinə görə onlara qarşı şikayətçidir. Bütün bunların nəzərə alınaraq dəymiş ziyanın tam ödənilməsinə köməklik göstərilməsini və ziyanı ödəməyən təqsirləndirilən şəxslərə törətdikləri əməllərinə görə qanuna müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs 16 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanın özünə düşən 4500 manat hissəsini ödədiyinə görə ondan heç bir şikayət və ya digər tələbinin olmamasını, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 16 fevral 2023-cü il tarixdə səhərçağı ona kirvəsi Ceyhun zəng edib bildirmişdir ki, Qala qəsəbəsində metal qəbulu məntəqəsinin qarşısında 3 nəfər şəxs var, onların biri ferma sahibidir, fermanı və orada olan satıla biləcək aşyaları satır ki, özünə məxsus əşyalar yeni ferma sahibinə qalmasın. Bundan sonra o, Ceyhundan onların qiymətdə endirim etməsini soruşmuş, o da ona bildirmişdir ki, əgər bu gun 1 saat ərzində gəlib alsa, endirim edəcəklər. O, evdən çıxaraq təcili Qala qəsəbəsinə getmiş, metal qəbulu məntəqəsinin qarşısında kirvəsindən başqa 3 nəfər şəxsin də olduğunu görmüşdür. Əşyalara baxıb görmüşdür ki, orada alına biləcək 4 ədəd kiçik qapı və 16 ədəd plastik pəncərə var. Həmin şəxslərdən qiymət soruşduqda onlardan biri həmin əşyaların qarşılğında 400 manat istəmiş, sonra isə 280 manata razılaşmışlar. Onlara demişdir ki, ibadət əhlidir, əgər haram maldırsa, o, bunları almasın. Orada olan Əhməd adlı şəxs ona bildirmişdir ki, “xeyr, əmlak onundur və onun özü də ibadət əhlıdir”. Bundan sonra o, onlara inanıb həmin əşyaları almışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, 2023-cü ilin fevral ayının 16-da səhər çağı mağazada olarkən 3 nəfər şəxs onun mağazasına yaxınlaşmışdır. Onlardan bir nəfər adını Əhməd kimi təqdim etmiş və bildirmişdir ki, onun Türkan qəsəbəsində ferması var, həmin fermanı arenda şəklində başqa şəxsə verdiyi üçün oradakı lazımsız əşyaları satır. O, həmin əşyalara baxarkən orada ancaq lazımsız, çəki ilə satıla biləcək paslı dəmir, dəmir boru, elektirik naqili, plastik boru, plastik pəncərə və s. əşyalar görmüş, həmin şəxslərdən 01 ədəd tərəzinin yararsız hissəsini, 01 ədəd böyük ölçülü metal qapını və önun dəmir barmaqlığını, bir ədəd orta ölçülü metal qapını, elektrik naqilini, dəmir borunu və s. 500 manata almışdır. Aldığı əşyaları elə həmin gün də satmış, onda satılmayan iki ədəd böyük dəmir qapı və həmin böyük dəmir qapının üzərində olan bir ədəd dəmir barmaqlıq qalmışdır. Həmin əşyaların oğurluq olmasından onun xəbəri olmamışdır və qalıq əşyaları könüllü olaraq polisə təhvil vərəcəkdir. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 fevral 2023-cü il tarixli, 3-13-11/2-2645/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs fermasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd siqaret kötüyü, 01 ədəd şprits, 02 ədəd sprits iynəsindən, molekulyar-genetik tədqiqat nəticəsində 01 ədəd “Winchester”, 01 ədəd “Kent” markalı siqaretin üzərindən bioloji mənşəli materialın Təqsirləndirilən şəxs2 məxsus olması aşkarlanmışdır. Molekulyar-genetik tədqiqat nəticəsində Təqsirləndirilən şəxs2 bioloji mənşəli materialı aşkar olunmuş, 01 ədəd “Winchester”, 01 ədəd “Kent” siqareti maddi sübüt kimi tanınmışdır. İş materiallarında olan “maddi sübutun götürülməsi” barədə protokoldan görünür ki, Şahid2 16 ədəd yararsız halda olan plastik pəncərə, 4 ədəd kiçik metal qapı götürülmüş və maddi sübüt kimi tanınmışdır. İş materiallarında olan “maddi sübutun götürülməsi” barədə protokoldan görünür ki, Şahid1dan iki ədəd böyük dəmir qapı və həmin böyük dəmir qapının üzərində olan bir ədəd dəmir barmaqlıq götürülmüş və maddi sübüt kimi tanınmışdır. İş materiallarında olan “əşyalara baxış keçirilməsi” barədə protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət işi üzrə əldə olunmuş iki ədəd böyük dəmir qapının və həmin böyük dəmir qapının üzərində olan bir ədəd dəmir barmaqlığın ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan digər “əşyalara baxış keçirilməsi” barədə protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət işi üzrə əldə olunmuş 16 ədəd yararsız halda olan plastik pəncərənin, 4 ədəd kiçik metal qapının ona məxsus olduğunu bildirmişdir. İş materiallarından görünür ki, əldə olunmuş 16 ədəd yararsız halda olan plastik pəncərə, 4 ədəd kiçik metal qapı, iki ədəd böyük dəmir qapı və həmin böyük dəmir qapının üzərində olan bir ədəd dəmir barmaqlıq maddi sübut kimi tanınmış və ibtidai istintaq zamanı saxlanmasından ötrü Xəzər RPİ-nin saxlanc yerinə verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 may 2023-ci il tarixli, 9/3340 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 ədəd kiçik metal qapı, iki ədəd böyük dəmir qapı və həmin böyük dəmir qapının üzərində olan bir ədəd dəmir barmaqlığın 2023-ci ilin yanvar-fevral ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən olunur: - təqdim edilmiş 4 ədəd kiçik metal qapı – hər birinin qiyməti 120 manat olmaqla ümumi dəyəri 480 manat; - təqdim edilmiş iki ədəd böyük dəmir qapı – hər birinin qiyməti 60 manat olmaqla ümumi qiyməti 120 manat ; - təqdim edilmiş böyük dəmir qapının üzərində olan bir ədəd dəmir barmaqlıq - 60 manat kimi qiymətləndirlmişdir. Ekspertiza tədqiqatına təqdim olunmuş malların istifadə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 660,00 (altı yüz altmış) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı Cavidan Allahverdiyevin ********* saylı cinayət işi üzrə Sübutların qiymətləndirilməsi haqqında 10 may 2023-cü il tarixli qərarından görünür ki, Xəzər RPİnin İŞ-də istintaqı aparılan hazırkı cinayət işindən X5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin ayrılması və araşdırılması üçün Xəzər RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvalanmış 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 ona dəymiş ziyanın özünə düşən 4500 manat hissəsini ödədiyinə görə ondan heç bir şikayət və ya digər tələbi yoxdur, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 14 avqust 2018-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 29 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 ACDİÜ-nin Azərbaycan Respublikası Məhkəməsinin 26 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci tarixli 2303 nömrəli “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, barəsində Binəqədi RPİ-nin İŞdə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə 14 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-si tərəfindən həbs edilmiş, 14 sentyabr 2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi hal-hazırda icraatdadır, barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan 1(101)-328 saylı cinayət işi üzrə Binəqədi RPİ tərəfindən 01 mart 2023-cü il tarixdə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(101)-328/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və üzərində 5 (beş) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 18 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna ünvanladığı 30 oktyabr 2023-cü il tarixli 1(101)- 328/2023 saylı cavab məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 1(101)-328/2023 saylı hökmü 16 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 29 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3 və 70-ci maddələrinə əsasən ona 1(bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilmiş, Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş, barəsində Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 04 fevral 2023-cü il tarixdə məhkəməyə göndərilmiş, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi hal-hazırda icraatdadır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 7(002)-477/2022 saylı Qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunaraq cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, mənkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzasının çəkilməmiş qalmış 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(060)-344/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü madəsinə əsasən Qobustan Rayon Məhkəməsinin 7(026)-60/2022 saylı 08 avqust 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş cəzadan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Binəqədi Rayon Məhkəməsinin 1(101)-585/2019 saylı 24 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 18 (on səkkiz) gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş və üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(001)-489/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(060)-344/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün, habelə hazırkı cinayət işi üzrə 18 fevral 2023-cü ildən 20 fevral 2023-cü ilədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna ünvanladığı 01 noyabr 2023-cü il tarixli 1(001)- 489/2023 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(001)-489/2023 saylı hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş, hökm 02 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin 29 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Nərimanov RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək 30 iyul 2019-cu il tarixdə həbs edilən Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə 23 sentyabr 2023-cü il tarixdə xitam verilmiş, barəsində Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə 23 sentyabr 2019-cu il tarixdə Nərimanov RPİ tərəfindən həbs edilmiş, 23 sentyabr 2019-cu il tarixdə həmin cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmiş, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi hal-hazırda icraatdadır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış 1(101)-328/2023 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-120/2023 saylı 03 mart 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran hallar nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(060)-344/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü madəsinə əsasən Qobustan Rayon Məhkəməsinin 7(026)-60/2022 saylı 08 avqust 2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 barəsində tətbiq edilmiş cəzadan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Binəqədi Rayon Məhkəməsinin 1(101)-585/2019 saylı 24 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 18 (on səkkiz) gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş və üzərində 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(001)-489/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(060)-344/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün, habelə hazırkı cinayət işi üzrə 18 fevral 2023-cü ildən 20 fevral 2023-cü ilədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə 09 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 noyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmiş, 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmiş, habelə hazırkı cinayət işi üzrə 18 fevral 2023cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə 09 noyabr 2022-ci il tarixdən 11 noyabr 2022-ci il tarixədək və 12 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün, habelə hazırkı cinayət işi üzrə 18 fevral 2023-cü ildən 20 fevral 2023-cü ilədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, cəmi 6 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-119/2023 saylı 03 mart 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinən Abbasov Həsənəli İsmayıl oğlu barəsində həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın özünə düşən 4500 manat hissəsini tamamilə ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-121/2023 saylı 03 mart 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 01 mart 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 cəzasını yaşadığı ünvan 3də çəkməli, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gecə saat 24:00-dan səhər saat 07:00dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-nin saxlanc yerində saxlanılan 4 ədəd kiçik dəmir qapı, 2 ədəd böyük dəmir qapı və həmin böyük dəmir qapının üzərində olan 1 ədəd dəmir barmaqlıq hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Maddi sübut – hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs2 məxsus Molekulyar-genetik tədqiqat nəticəsində Təqsirləndirilən şəxs2 bioloji mənşəli materialı hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalı, aşkar olunmuş 01 ədəd “Winchester”, 01 ədəd “Kent” siqareti isə məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2, X1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 23 (iyirmi üç) iş saatına görə 138,00 (yüz otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 30 (otuz) iş saatına görə 180,00 (yüz səksən) manat, Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 23 (iyirmi üç) iş saatına görə 138,00 (yüz otuz səkkiz) manat olmaqla ümumilikdə 816,00 (səkkiz yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış 1(101)- 328/2023 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-489/2023 nömrəli, xx.xx.2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsində baxılmış 1(060)-344/2023 nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmış 1(001)-489/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 01 mart 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 9 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını yaşadığı ünvan 3də çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gecə saat 24:00-dan səhər saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Xəzər RPİ-nin saxlanc yerində saxlanılan 4 ədəd kiçik dəmir qapı, 2 ədəd böyük dəmir qapı və həmin böyük dəmir qapının üzərində olan 1 ədəd dəmir barmaqlıq hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. Maddi sübut – hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs2 məxsus Molekulyar-genetik tədqiqat nəticəsində Təqsirləndirilən şəxs2 bioloji mənşəli materialı hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın, aşkar olunmuş 01 ədəd “Winchester”, 01 ədəd “Kent” siqareti isə məhv edisin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 138,00 (yüz otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 180,00 (yüz səksən) manat, Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 138,00 (yüz otuz səkkiz) manat olmaqla ümumilikdə 816,00 (səkkiz yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-509/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-509/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver