Məhkəmə qərarları › İş №1(003)-509/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-509/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-509/2024 01.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Vaqif küçəsi, ev 102-də qeydiyyatda olmaqla yaşmış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında sosial şəbəkədə tanış olduğu X9 ilə görüşüb danışaraq aralarında yaxın münasibəti yaradaraq onunla "İnstaqram" sosial şəbəkəsi vasitəsilə mobil telefonla görüntülü danışıb bədəninin müxtəlif nahiyyələrinin çoxlu sayda lüt şəkillərini əldə etmiş, bir müddət görüşdükdən sonra Zərərçəkmiş şəxs onunla telefonla danışacağını deyib görüşməkdən imtina etdikdə "Ülviyyə_Buzovna" adlı səhifə açmış, onun haqqında rüsvayedici məlumatlar yayıb lüt şəkillərini sosial şəbəkədə paylaşacağını deyib ona 300 manat pul göndərməsini hədə-qorxu ilə tələb etmiş, 05 fevral 2024-cü il tarixdə saat 18:30-da istifadəsində olan 416973....4832 hesab nömrəsi olan kartına ünvan 1 ünvanda yerləşən "Favorit" marketdə yerləşən ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs 300 manat məbləğində pul köçürtdürüb almış, bundan sonra 06 fevral 2024-cü il tarixdə saat 10:20 radələrində yaşadığı Xəzər rayonu Buzovna qəsəbəsi yeni tikilidəki evinin yanındakı 26 saylı məktəbin yaxınlığında Zərərçəkmiş şəxs görüb ondan əl çəkməyəcəyini, ona əlavə pul verməyəcəyi halda yaxın münasibətlərini onun həyat yoldaşına deyib lüt şəkillərini göndərib onun barəsində rüsvayedici məlumatları yaymağı davam etdirəcəyi ilə hədəqorxu gəlib tələb etməklə həmin ünvandakı "Favorit" marketdə yerləşən ödəmə terminalı vasitəsilə bacısının onun kart hesabına göndərdiyi 500 manat məbləğində pulu terminaldan çıxartdırıb orada Zərərçəkmiş şəxs almış, özgəsinin əmlakını əldə etmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 800 manat məbləğində pulu zərərçəkmiş şəxs X5 haqqında rüsvayedici məlumatlar yaymaqla əmlak xarakteri daşıyan hərəkətlər edərək ona verməsini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə saat 10:40 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tanışı Əhmədova Ülviyǝ Rayıf qızından hədə-qorxu ilə pul tələb edib aldıqdan sonra ünvan 1 ünvanda yerləşən "Favorit" marketin yaxınlığında onun əmisinə zəng edib məlumat verdiyi mobil telefonu əlindən alıb zənglərə baxdığı üçün Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib etiraz əlaməti olaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib onun ünvanına və ünvansız nalayiq təhqiramiz ifadələr işlədərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, əlində gəzdirdiyi istintaqa məlum olmayan "Bizon" sərinləşdirici içkisinin dəmir materialdan olan qabını silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən vuraraq ona sol almacıq nahiyyəsinin fluktasiyaedici hematoması, qançırı və sıyrığı, sifətin sol yarısının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 182.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayının ortalarında “instagram” sosial şəbəkəsi vastəsilə ona məxsus “İlkin_aziz_official” adlı səhifəylə Əhmədova Ülviyǝ Rayıf qızı ilə tanış olmuş və onunla yaxın münasibəti yaranmışdır. Ara-sıra Ülviyyə ilə görüşmüşdür. Ülviyyənin evli olduğunu bilmişdir. Ülviyyə yoldaşı ilə münasibətlərinin pis olduğunu demişdir. Sonuncu dəfə görüşəndə içkili olduğundan Ülviyyə ilə görüşən zaman sonuncunun onu söyməsi səbəbi ilə bağlı olaraq sinəsindən itələmişdir. Ülviyyəyə bəzən borca pul vermişdir. Sonra borca verdiyi pulu geri istədikdə xalası ərinin bank kartına 300 manat pul göndərmişdir. Ülviyyə ona 500 manat verməmişdir. 300 manat pulu borca almışdır. Heç vaxt Ülviyyəni döyməmişdir. İlk dəfə instaqram vasitəsilə danışıqla Ülviyyə ilə Mərdəkan qəsəbəsində görüşmüşdür. Ülviyyə ilə bir neçə dəfə görüntülü qaydada danışmışdır. Ülviyyə ona öz şəkillərini, həmçinin açıq (lüt) şəkillərini də göndərmişdir. Görüntülü danışıq zamanı Ülviyyənin şəkillərini çəkməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əhmədova Ülviyǝ Rayıf qızı bildirdi ki, təxminən 2023-cü ilin dekabr ayında “instaqram” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və onunla instaqram vasitəsi ilə danışmışdır. Sonra bir dəfə Mərdəkan qəsəbəsində yerləşən kafedə qısa müddətə görüşmüşdür. Lakin aradlarında münasibət olmamışdır. Bir neçə dəfə İlkinə özünə məxsus adi şəkil atmışdır. Peşman olduğundan danışıq zamanı İlkinə münasibətlərinə son qoymağı demiş və onun səhifəsini bloka atmışdır. Bir müddət sonra onun instaqram səhifəsində İlkin tərəfindən şərhlər yazılmış, onu blokdan çıxartmağını tələb etmişdir. Daha sonra onun lüt şəkillərini yaymamaq üçün 200 manat pul tələb etmişdir. Buna heç zaman razı olmayacağı İlkinə demişdir. Bundan sonra İlkin onun səhifəsində onun adi şəklini qoyub, həyat yoldaşına deyəcəyi ilə hədələmiş və ona məxsus şəkilləri paylaşmışdır. Onun lüt şəkillərini danışıq zamanı İlkin gizli olaraq çəkmişdir. Bundan sonra o, İlkinə 200 manat pul verəcəyini və bununlada ondan əl çəkməsini demişdir. Bu zaman İlkin artıq 300 manat tələb etmişdir. Bu səbəbdən o, 05 fevral 2024 tarixdə 300 manat pulu İlkinin dediyi bank kartına yollamışdır. Pulu yolladıqdan sonra İlkin ona məxsus şəkilləri silmişdir. Bundan sonra polisə gedərək şikayət etmək qərarına gəlmişdir. Bununla bağlı olaraq 06 fevral 2024 tarixdə saat 09 radələrində evdən çıxıb 2-ci PŞ-nə getmək istəmişdir. Bu zaman evinin yaxınlığında İlkini görmüşdüqr. İlkin ondan əl çəkməyəcəyini demiş, əlavə olaraq 500 manat pul istəmişdir. O, da məcbur olub qorxu altında Çiçəyə zəng edib onun kartına 500 manat yollamağı xahiş etmişdir. “Favorit” marketin yanında bankomatdan 500 manat pulu çıxarıb İlkinə vermişdir. Həmin zaman İlkin sərxoş olmuşdur. Sonra İlkinə ondan əl çəkməyini demiş, o, isə onunla danışacağını demişdir. Bu zaman İlkin əlində olan içki qabı ilə onu vurmuş və əlindən mobil telefonu alaraq qaçmışdır. Bu zaman o, da telefonu almaq üçün İlkinin arxasınca qaçmışdır. Bu zaman İlkin ona ərinin nömrəsini götürdüyünü və ərinə məlumat verəcəyini demiş və ondan uzaqlaşmışdır. Bu zaman orada olan xidmət edən polis əməkdaşlarını görərək hadisə barədə onlara məlumat vermişdir. Polis əməkdaşlarına İlkini göstərmiş və polislər İlkinə yaxınlaşıb onları Xəzər RPİ-nin 2-ci polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs hədə-qorxu ilə ondan ümumilikdə 800 manat pul alıb onun lüt şəkillərini paylaşıb, rüsvayedici məlumatlar yayacağı barədə hədələmiş, pulu alandan sonra onu heç bir əsaslı səbəb olmadan insanların çox olduğu yerdə döyüb xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 qeyd etdi ki, İlkinin xalası Təranə Sadıqovayla qeyri- rəsmi olaraq nikahda yaşayır. Pərvanə onun baldızıdır, Təqsirləndirilən şəxs Pərvanənin oğludur. **********564832 seriyalı bank kartı ona məxsusdur, təxminən 1 ildən çoxdur ki, istifadə edir. Pərvanə Bakıda yaşayır, İlkin bəzən bibisi Zərifin Göyçay şəhərindəki evində bəzən isə onun evində yaşayır. İlkinin meyxana sənətiylə məşğul olduğunu bilmişdir. İlkin onun **********564832 seriyalı bank kartını götürüb işi ilə bağlı istifadə etmişdir. İlkinin bu əməllərindən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 bildirdi ki, 06 fevral 2024-cü il tarixdə saat 10:45 radələrində iş yoldaşlarıyla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində 26 saylı poliklinikanın yanında xidmətdə olarkən qəflətən adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı qadının uca səslə qışqıraraq həyəcanlı şəkildə onlara tərəf qaçmasını görmüşdür. Dərhal ona yaxınlaşanda qadının xəsarət almasını və onu bir nəfər oğlanın vurmasını onlara bildirmişdir. Həmin oğlanı onlara göstərdikdən sonra həmin oğlana tərəf gedib onu iş yoldaşlarıyla saxlamış və hər iki şəxsi Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar. Raportla polis rəhbərliyinə məruzə etmiş, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin vaxtı qadının üz nahiyyəsində zədə olmasını görmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nün polis nəfəri X6 və ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Xəzər RPİ-nin PPXB-nün polis nəfəri X15 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinənin xx.xx.2024-cü il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun orta alkoqol sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Favorit” marketin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 500 manat pulu aldıqdan sonra sonuncunu əlində olan “bizon” içkisinin qabı ilə vurduğu yeri göstərmiş və baş vermiş hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Protokol hal şahidlərinin, Təqsirləndirilən şəxs iştirakı ilə tərtib olunmuş, protokolla bağlı şikayət və vəsatət daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Milliön elektron ödəniş sistemi ilə həyata keçirilmiş ödəniş qəbsindən görünür ki, xx.xx.2024-cü il tarixində 300 manat məbləğində pul C*****A*****A***** məxsus 416973******4832 seriyalı bank kartına köçürülmüşdür;` - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tanışı Ülviyyə Əhmədovanın 800 manat pulunu ələ keçirib sonuncunun barəsində rüsvayedici məlumatları yayacağı barədə hədələməsi, hədə-qorxu ilə tələb etməsi ilə bağlı faktlara əsasən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, CMnin 182.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat tutulmuşdur; - Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində tamışı X5 haqqında rüsvayedici məlumatlar yayıb lüt şəkillərini sosial şəbəkədə paylaşacağını deyib ona 300 manat pul göndərməsini hədə-qorxu ilə tələb etmiş, 05 fevral 2024-cü il tarixdə saat 18:30-da istifadəsində olan 416973....4832 hesab nömrəsi olan kartına ödəmə terminalı vasitəsilə 300 manat məbləğində pul köçürtdürüb almışdır. 06 fevral 2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yanına getmiş, sonuncunu görərək ondan əl çəkməyəcəyini deyib 500 manat pul istəmişdir. Sonra Buzovna qəsəbəsindəki "Favorit" marketdə yerləşən ödəmə terminalı vasitəsilə bacısının onun kart hesabına göndərdiyi 500 manat məbləğində pulu terminaldan çıxartdırıb orada Zərərçəkmiş şəxs almışdır. Sonra aralarında yaranmış mübahisə əsnasında əlindəki “bizon” içkisini qabı ilə Zərərçəkmiş şəxs sol gözündən vurduğunu etiraf etmişdir. İfadəsinə əlavəsi yoxdur, doğru yazılıb qeyd edərək protokolu imzalamışdır; - İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs Buzovna qəsəbəsi, R.İmanov küçəsi 22 saylı ünvanda yerləşən “Favorit” marketin qarşısında olan, İlkinə verdiyi 500 manat pulu çıxartdığı bankomatı, həmçinin Təqsirləndirilən şəxs onu “bizon “ qabı ilə vurub xəsarət yetirdiyi yeri göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - X7 məxsus olan "xxxx" ASC-nin bank kartından çıxarışdan aydın olur ki, xx.xx.2024cü il tarixində 230 manat və 270 manat olmaqla, cəmi 500 manat pul həmin karta yüklənmiş, sonra isə 500 manat məbləğində pul kartdan çıxarılmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində tamışı X5 haqqında rüsvayedici məlumatlar yayıb lüt şəkillərini sosial şəbəkədə paylaşacağını deyib ona 300 manat pul göndərməsini hədə-qorxu ilə tələb etmiş, 05 fevral 2024-cü il tarixdə saat 18:30-da istifadəsində olan 416973....4832 hesab nömrəsi olan kartına ödəmə terminalı vasitəsilə 300 manat məbləğində pul köçürtdürüb almışdır. 06 fevral 2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yanına getmiş, sonuncunu görərək ondan əl çəkməyəcəyini deyib 500 manat pul istəmişdir. Sonra Buzovna qəsəbəsindəki "Favorit" marketdə yerləşən ödəmə terminalı vasitəsilə bacısının onun kart hesabına göndərdiyi 500 manat məbləğində pulu terminaldan çıxartdırıb orada Zərərçəkmiş şəxs almışdır. Sonra aralarında yaranmış mübahisə əsnasında əlindəki “bizon” içkisini qabı ilə Zərərçəkmiş şəxs sol gözündən vurduğunu etiraf etmişdir. İfadəsinə əlavəsi yoxdur qeyd edərək protokolu imzalamışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 98 saylı rəyi ilə müəyyən edilmişdir ki, Əhmədova Ülviyǝ Rayıf qızında aşkar edilmiş xəsarətlər -sol almacıq nahiyyəsinin fluktasiyaedici hematoması, qançırı və sıyrığı, sifətin sol yarısının yumşaq toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. E.Əhmədovanın bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 182.1-ci maddəsindən həmin Məcəllənin 182.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismindəyenidən cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 182.1 və 221.3-cü maddələri ilə ittiham elan olunmuşdur; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-51/2024 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 11/107 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 ədəd vərəqdə olan fotoşəkillər pornoqrafik xarakterli deyildir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-kompyuter-texniki ekspertizasının 06 mart 2024-cü il tarixli 5/193 saylı rəyi ilə müəyyən edilmişdir ki, Samsung Galaxy A04 s markalı mobil telefon hal- hazırda işlək vəziyyətdədir, mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub- pozulmadığını müəyyən etmək mümkün olmadı,məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsin kompleks ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 418 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hirslilik, emosionallıq, nümayişkəranəlik, özünü müdafiə etməyə meyillilik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya bilər. əməli törədən zaman Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Hadisə gğrüntülərinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntüdə Zərərçəkmiş şəxs İlkinlə birlikdə Buzovna qəsəbəsində yerləşən “Favorit” marketin yanında "xxxx" ASC-yə məxsus olan bankomata yaxınlaşdığı, bankomatdan pul əskinasları çıxartdığı, daha sonra marketin yan tərəfinə keçdikləri və əl-qol hərəkətləri etmələri görünür; Məhkəmə, Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə hadisəsi üzrə pul tələb etməməsi və yalnız borca 300 manat pul alması barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, X3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, 1 ədəd disk və bank qəbzi iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 180 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 180 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış 1 ədəd disk və bank qəbzləri iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar