Məhkəmə qərarları › İş №1(003)-51/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-51/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-51/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi X3, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1979-cu ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə, saat 01 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin həyətində hasardan aşaraq qanunsuz daxil olub həyətdəki evin plastik pəncərəsini sıxıb açaraq evdən bir metri 0,60 manat olmaqla ümumi dəyəri 420 manat olan 700 metr (7 top) uzunluğunda üzərində «Aknur Kablo 1x4 mm2 HOV7-K AZS-416- 2010 300/500v 2021 99 mt» markalama göstəricili üzəri qırmızı izolasiyalı diametri 4,0 mm çox simli mis əsaslı ərintidən hazırlanmış elektirik naqlini və bir bağlaması 35 manat olmaqla ümumi dəyəri 525 manat olan 15 bağlamada «Leqrand» markalı aboyu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 945 manat (doqquz yüz qırx beş) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 sentyabr 2021-ci il tarixdə, saat 23:30 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük savxozunda yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinə plastik pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olub evdən 01 ədəd 250 manat dəyərində perafaratoru, 01 ədəd 30 manat dəyərində “Volk” “VK-125/1100” modelli 1100w, 11000/min, 125 mm xüsusiyyətli laqondanı və 01 metri 1,80 manat olmaqla ümumi dəyəri 180 manat olan 100 metr elektirik naqilini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 460 manat (dörd yüz altımış) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, son zamanlar maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. 26 sentyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində yaşadığı Binə qəsəbəsində gəzərkən tünd rəngli həyət qapısı olan yeni inşa edilmiş bir mərtəbəli evin həyətinə hasardan daxil olmuşdur. Plastik pəncərənin birini yerdə olan dəmir parçası ilə sıxaraq açmış və içəri daxil olaraq divara bərkidilmiş mis naqilləri, həmçinin 14-15 top aboyları götürüb evdən çıxmışdır. Naqillərin bir qismini yaşadığını evin həyətində yandırıb mis əldə etmiş və səhərisi yandırdığı mislərin bir qismini metal qəbulu məntəqəsinə ümumilikdə 84 manata satmışdır. Aboylar isə yerini xatırlamadığı tikililərin birində gizlətmiş və tapa bilməmişdir. Torbaya yığdığı mislərin bir hissəsini isə polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 29 sentyabr 2021-ci il tarixdə, saat 23:30 radələrində Binə qəsəbəsində yeni inşa edilmiş və tikintisi davam edən bir mərtəbəli evin həyətinə hasardan daxil olub qapısında kilid olmayan həyətdəki tikiliyə yaxınlaşmışdır. Həmin tikilidən bir ədəd perafarator, bir ədəd laqonda və təxminən 100 metr olan bir top elektirik naqilini oğurlayıb oradan uzaqlaşmışdır. Həmin əşyaları tikililərin birində gizlətmiş, elektirik naqilini isə yandırıb mis halına gətirmişdir. Həmin misi və perafaratoru səhəri günü metal yığan şəxsə ümumilikdə 75 manata satmışdır. Laqondanı isə yaşadığı evdə gizlətmiş və tutularkən polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, anadangəlmə nistaqm, fəsadlaşmış katarakta diaqnozu ilə birinci qrup gözdən əlildir. Binə qəsəbəsində yeni tikdirdiyi evin dəmir qapısı və plastik pəncərələri qoyulmuşdur. Sonuncu dəfə həmin evə 22 sentyabr 2021-ci il tarixdə baş çəkmişlər. 29 sentyabr 2021-ci il tarixdə həmin evə gedərkən divara çəkilmiş bir metri 0,59 manat olmaqla ümumilikdə 413 manat dəyərində olan 700 metr (7 top) uzunluğunda 4-lük elektirik naqili və 1 bağlaması 35 manat olmaqla ümumi dəyəri 525 manat olan 15 bağlamada «Leqrand» markalı aboyun oğurlandığını aşkar etmişlər. Bu barədə o, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib fotoşəkillər çəkmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 938 manat maddi ziyan dəymişdir. Dəymiş ziyandan 500 manatı təqsirləndirilən şəxsin bacısı tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, dəymiş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu yaşayış sahəsində yerləşən qaz paylayıcı stansiyasının yaxınlığıda yeni ev tikdirir. 29 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrndə evin qapısını bağlayıb getmişdir. 30 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində evə gələrkən evin girin qapısının sol yanındakı plastik pəncərənin açıq olduğunu görüb dərhal evə daxil olmuşdur. Bu zaman evin içərisində olan 01 ədəd 250 manat dəyərində perafarator, 01 ədəd 45 manat dəyərində balaca laqonda, 01 metri 1,80 manat olmaqla ümumi dəyəri 180 manat olan 100 metr elektirik naqilinin oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək fotoşəkillər çəkmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 475 manat dəyərində məbləğində maddi ziyan dəymiş və bir hissəsi ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, dəymiş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 9/7886 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Volk” “VK-125/1100” modelli 1100w, 11000/min, 125 mm xüsusiyyətli laqonda istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 30,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 6/4865-9/7874 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş 1 ədəd, təzə vəziyyətdə, üəzrində «AKNUR KABLO 1x4 mm2 HOV7-K AZS-416-2010 300/500v 2021 99 mt» markalama göstəricisi olan, uzunluğu təxminənə 150 sm, üzəri qırmızı izolasiyalı, diametri 4,0 mm çox simli (d-2,0 mm) kabel nümunəsinin keçirici hissəsinin metal mis əsaslı ərintidən hazırlanmışdır. Tədqiqata təqdim edilmiş kabelin 1 metrinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti 0,60 manat müəyyən edilir”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 1979-cu ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 yanvar 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barəsində CM-nin 41-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti hesab edilmiş və 2 il sınaq müddəti təyin edilmişdir. 2) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 yanvar 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 93-cü maddənin 3-cü hissəsi, 15, 93-cü maddənin 3-cü hissəsi ilə təqsirli bilinərək CM-nin 38, 23-1-ci maddələrinə əsasən 3 il mütləq əməyə cəlb edilməklə şərti cəzaya məhkum edilmişdir. 26 sentyabr 2000-ci ildə çəkilməmiş cəzası 6.600.000 manat cərimə cəzası ilə əvəz edilmişdir. 3) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 avqust 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-530/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 06 dekabr 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə «həbs» qətimkan tədbiri seçilməsinin nəzərə alınması hökm edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməli Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü qəbul edilməmiş törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İş üzrə 159,50 (yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkilə ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 159,50 (yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar