Məhkəmə qərarları › İş №1(003)-51/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-51/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-51/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonunda yerləşən evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İttiham aktında göstərilmişdir ki, o, etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İnstaqram elektron sosial şəbəkədə yaratdığı “Divar Panelləri” adlı səhifədə fərdi fəaliyyət göstərən mebel hazırlayıb satan usta kimi elan verib mebel dəstləri yığıb hazırlamaqla mənzillərdə quraşdırma fəaliyyəti ilə məşğul olduğu və bununla bağlı sifarişlər qəbul etdiyi barədə məlumatlar yaydıqdan sonra qeyd etdiyi ***-***-**-** mobil telefonuna ***-***-**-** mobil telefon nömrəsindən zəng edib mənzilinə mebel dəsti hazırladıb yığdırtmaqla quraşdırtmaq istəyən Zərərçəkmiş şəxs1 Rafayel oğlu ilə 2023-cü ilin dekabr ayının ilk on günlüyündə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində bağlar yolunda görüşüb tanış olduqdan sonra həmin tarixdə onun evi üçün mebel dəsti yığdırıb almaq istədiyi yaşadığı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik bağlar massivi, 936 B ünvandakı fərdi yaşayış evinə gedərək F.Rəhimovun iştirakı ilə baxıb otaqların ölçülərini götürüb inandırmaqla 5.200 manat müqabilində pulunu hissə-hissə ilə ödəmək şərtilə həmin evə mebel dəsti hazırlayıb gətirməklə yığıb quraşdıracağına dair yalan vədlər verib aldadaraq F.Rəhimovla razılaşdıqdan sonra, əvvəlcə beh, sonradan isə mebel hazırlamaq üçün materiallar alacağı adı ilə 27 dekabr 2023-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində özünün Təqsirləndirilən şəxs göndərdiyi “Kapital” Bank kartının **********013296 nömrəli hesabına Zərərçəkmiş şəxs1 “Kapital” Banka məxsus birbank tətbiqi vasitəsi ilə **********279141 nömrəli hesabından 400 manat köçürtdürməklə, 07 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində özünün Təqsirləndirilən şəxs göndərdiyi “Kapital” Bank kartının **********013296 nömrəli hesabına Zərərçəkmiş şəxs1 “Kapital" Banka məxsus birbank tətbiqi vasitəsi ilə **********279141 nömrəli hesabından 1100 manat köçürtdürməklə, 12 fevral 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində özünün Təqsirləndirilən şəxs göndərdiyi “Kapital” Bank kartının **********013296 nömrəli hesabına Zərərçəkmiş şəxs1 “Kapital" Banka məxsus birbank tətbi vasitəsi ilə **********279141 nömrəli hesabından 1000 manat köçürtdürməklə, 12 fevral 2024-cü il tarixdə Bakı-Mərdəkan şossesinin Qala qəsəbsi ərazisində yerləşən «Rahat» marketdə qurlaşdırılmış «Milliön» elektron ödəmə sistemindən Təqsirləndirilən şəxs ona göndərdiyi “Kapital” Bank kartının **********013296 nömrəli hesabına 300 manat köçürtdürməklə ümumilikdə 2800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 alıb verdiyi vədlərə əməl etməyib, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 Rafayel oğluna ümumilikdə 2.800 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İnstaqram elektron sosial şəbəkədə yaratdığı ’’Divar Panelləri" adlı səhifədə fərdi fəaliyyət göstərən mebel hazırlayıb satan usta kimi elan verib mebel dəstləri yığıb hazırlamaqla mənzillərdə quraşdırma fəaliyyəti ilə məşğul olduğu və bununla bağlı sifarişlər qəbul etdiyi barədə məlumatlar yaydıqdan sonra qeyd etdiyi ***-***-**-** mobil telefonuna ***-***-**-** mobil telefon nömrəsindən zəng edib mənzilinə mebel dəsti hazırladıb yığdırtmaqla quraşdırtmaq istəyən X5 ilə 2023-cü ilin sentyabr ayının ilk ongünlüyündə Xətai rayonu, Xətai prospekti, Qarabağ küçəsində olan mənzilində görüşüb tanış olduqdan sonra onun evi üçün mebel dəsti yığdırıb almaq istədiyi ona məxsus Xətai rayonu, Xətai prospekti, Qarabağ küçəsində olan ünvandakı fərdi yaşayış evinə gedərək Zərərçəkmiş şəxs2 iştirakı ilə baxıb otaqların ölçülərini götürüb inandırmaqla 8.200 manat müqabilində pulunu hissəhissə ilə ödəmək şərtilə həmin evə mebel dəsti hazırlayıb gətirməklə yığıb quraşdıracağına dair yalan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs2lə razılaşdıqdan sonra, əvvəlcə beh, sonradan isə mebel hazırlamaq üçün materiallar alacağı adı ilə 16 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən «1 Teatro Bouting» mağazasında qurlaşdırılmış «Milliön» elektron ödəmə sistemindən Zərərçəkmiş şəxs2 göndərdiyi “Kapital” Bank kartının 416973******1985 nömrəli hesabına 1600 manat köçürtdürməklə, 02 mart 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıyev küçəsində fəaliyyət götərən ərzaq mağazasında qurlaşdırılmış «Mpay» elektron ödəmə sistemindən Zərərçəkmiş şəxs2 göndərdiyi “Kapital” Bank kartının **********013296 nömrəli hesabına 2300 manat köçürtdürməklə, 2024-cü ilin mart ayının ikinci ongünlüyündə Bakı şəhəri, Xəzər rayon, Buzovna qəsəbəsi, Zuğulba prospektinin sağ hissəsində fəaliyyət göstərən «Rahat» marketdə olan «Milliön» terminalından Zərərçəkmiş şəxs2 göndərdiyi “Kapital” Bank kartının **********013296 nömrəli hesabına 1100 manat köçürtdürməklə, ümumilikdə 5.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə Arif Şıxəliyevdən alıb verdiyi vədlərə əməl etməyib, aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X3 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, sifariş əsasında mebel düzəldib satır, bununla da qazanc əldə etmişdir. Müştərilərdən mebel sifarişini alır, sonra müxtəlif materialları özü aldıqdan sonra sifariş olunan yerdə quraşdırırmışdır İnstaqram sosial şəbəkəsində “Divar Panelləri” adlı səhifəsi olmuşdur. Müştərilər məhz həmin elan əsasında onu tapıb, orada qeyd edilən ***-***-**-** nömrəsi ilə əlaqə saxlayırmışlar, sonra isə o, mebelin yığılacağı yeri görüb, sifariş olunan mebelin materialına və digər elementlərinə uyğun qiymət demiş, pulun bir hissəsini alıb, işə başlayır, mebeli yığıb qutarandan sonra pulun qalan hissəsini almışdır. O, müştərilərdən pulları həm nağd şəkildə, həm də köçürmə yolu ilə götürmüşdür. Cinayət işinin mahiyyəti üzrə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 Rafayel oğlu ilə sosial şəbəkədə yerləşdirdiyi elanda qeyd edilmiş nömrəsinə mebel sifariş edəndən sonra tanımışdır. O, Faiqin Mərdəkan qəsəbəsində yerləşən bağ evinə getmiş, orda ölçülər götürəndən sonra 5200 manata razılaşmışlar. Faiq ona hissə-hissə olmaqla 2023-cü ilin dekabr ayının əvvəllərindən 2024-cü ilin təxminən mart ayına qədər olan müddət ərzində 2800 manat pul vermişdir. Maddi çətinlikləri olduğu üçün Emilin verdiyi 2800 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra düşünmüşdür ki, onun mebeleni quraşdırar, lakin material almağa pulu olmadığına görə bu mümkün olmamışdır. Bundan başqa sosial şəbəkə vasitəsilə tanış olduğu Aris adlı şəxsdən evinə mebel yığmaq üçün 5000 manatı 2023-cü ilin sentyabr ayından 2024-cü ilin mart ayında almış, öz maddi ehtiyacları üçün xərcləmişdir. Belə ki, pulu alan vaxt evində təmir işləri getdiyi üçün mebeli yığa bilməmişdir. Oda Arisin kart hesabına köçürtmə etdiyi 5000 manat pulu xərcləmişdir. Səhfini başa düşür. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş ziyanın 25 faiz məbləğində pulu dövlət büdcəsinə ödədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Rafayel oğlu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Əncirlik bağlar massivi, 936 B saylı bağ evi vardır. Həmin bağ evinin yataq otağına dolab quraşdırmaq lazım olmuş və İnstaqram sosial şəbəkəsində Təqsirləndirilən şəxs paylaşdığı elan diqqətini çəkmiş və sonuncunu İnstqaram sosial şəbəkəsi vasitəsilə paylaşdığı elan əsasında tanımışdır. Həmin elana zəng vuraraq, mebel yığdırmaq istədiyini bildirmiş və yataq otağının mebelinin 5200 manata düzələcəyini bildirmiş, oda razılaşmışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayıdan 2024-cü ilin fevral ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2800 manat pulu sonuncunun kart hesabına köçürtmə etmişdir. Bundan sonra Emil hər dəfə müxtəlif bəhanələr edib, mebeli düzəltməkdən boyun qaçırtmışdır. Oda məcbur qalıb, polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs aldığı pulun müqabilində heç bir iş görməmişdir. Pulu Təqsirləndirilən şəxs evində 400 manat, 40 manat, 1000 manat, 60 manat, 1000 manat və sonuncu 300 manatı Mərdəkan yolunda olan Rahat marketdə qurlaşdırılmış ATM-dən çıxarmaqla orada olan Milliön apartından göndərmişdir. Bununla bağlı bank çıxarışlarını təqdim edmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə islasında iştirak etmədiyi üçün onun məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, Qarabağ küçəsində məzilinə mebel yığmaq lazım olduğundan, İnstaqram sosial şəbəkəsində Təqsirləndirilən şəxs paylaşdığı elan diqqətini çəkmişdir. Ona zəng vurub, mebel yığdırmaq istədiyini bildirmişdir. Emil Xətai rayonu ərazisində Emil ilə görüşüb orada olan mənzilini ölçüb, mebelin 8200 manat düzələcəyini bildirmiş, oda razılaşmışdır. Xətai rayonu ərazisində olan mənzilinə mebel yığmaq üçün xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında qurlaşdırılmış “Milliön” elektron ödəmə sistemindən Emilin ona göndərdiyi kart hesabına 1600 manat, 02 mart 2024-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıyev küçəsində fəaliyyət göstərən Ərzaq mağazasında qurlaşdırılmış “Mpay” elektron ödəmə sistemindən həmin karta 2300 manat və sonuncu 1100 manat isə 2024-cii ilin mart ayının ikinci ongünlüyündə axşam saatlarında Buzovna qəsəbəsi fəaliyyət göstərən Rahat marketdə olan Milliön terminalından onun verdiyi hesab kartına göndərmiş, lakin sonuncu həmin qəbzi səhvən cırıb atmışdır. Digər qəbzlərin şəkillərini saxladığı üçün təqdim edmişdir. Bundan sonra Emil hər dəfə müxtəlif bəhanələr edib, mebeli düzəlməkdən boyun qaçırtmış, oda məcbur qalıb, polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs aldığı pulun müqabilində heç bir iş görməmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmişdir. -axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-230/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 02 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. -Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 2800 manat ziyanı tam şəkildə ödədiyi üçün onun barəsində heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 5000 manat ziyanı tam şəkildə ödədiyi üçün onun barəsində heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Rafayel oğlu və Zərərçəkmiş şəxs2 ilə barışmış, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Göstərilənlərə əsasən cinayət işi üzrə məsuliyyətdən azad edilməsi və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs anası X2 tərəfindən dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında. Yəni ümumilikdə 1952 (bir min doqquz yüz əlli iki) manat məbləğində pul ödənilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olduğundan o, cinayət məsuliyyətində azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və barəsində olan cinayət təqibinə xitam verildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalından azad edilməlidir. İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 40.1, 40.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar