Məhkəmə qərarları › İş №1(003)-510/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-510/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-510/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1996-cı ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, FHN-nin 56 saylı YMH-da yanğınsöndürən işləyən, Laçın rayonu, Ərdəşəvi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 4 nömrəli yataqxanada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən şöbəsində işə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2022-ci ilin mart ayının əvvəllərində aralarındakı razılaşmaya əsasən əvvəlcədən Zərərçəkmiş şəxs təqdim etdiyi kart hesabına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Oba” marketdə ödəmə terminalı vasitəsilə köçürtdürməklə 300 manat pulunu, daha sonra isə 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Rəhman” marketin yaxınlığında 1000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ildən FHN-də yanğınsöndürən işləyir. Zərərçəkmiş şəxs 1 ildən çoxdur ki, “İnstaqram” sosial şəbəkəsindən tanımışdır. Bir müddət danışdıqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. Təxminən 4-5 ay əvvəl maddi cəhətdən imkanı yaxşı olmadığından dostlarından ümumilikdə 350 manat pul almışdır. Həmin pulu bir ay yarıma dostlarına qaytaracağına söz versə də, qaytara bilməmişdir. Bu barədə Sevanəyə demiş və Sevanə ona məxsus Beynəlxalq bankın ona verdiyi maaş kartına online formada 350 manat pul göndərmişdir. O, məzuniyyət pulunu alanda borcunu qaytaracağını demişdir. 2022-ci ilin mart ayının ortalarında məzuniyyətə çıxsa da, həmin ərəfədə anası xəstələndiyi üçün məzuniyyət pulunu anasının müalicəsinə xərcləmiş və bu vəziyyəti Sevanəyə bildirmişdir. Lakin Sevanə qısa müddətdə pulunu qaytarmağını tələb etmişdir. Sonradan Sevanənin ondan polisə şikayət etdiyini bilmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizə təqdim etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir il əvvəl instaqram sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və yaxın münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs FHN-nin Qaradağ rayon idarəsində işlədiyini bildirmişdir. O, həmin vaxt Şüvəlanda yerləşən “Bravo” marketdə xadimə işləmişdir. Sonradan işsiz qaldığı üçün bu barədə İsmayıla demiş və 2022-ci ilin mart ayında İsmayıl onu FHN-nin Zirə qəsəbəsində yerləşən şöbəsində işə düzəltməyi təklif etmişdir. Bunun üçün İsmayıl ümumilikdə 1300 manat pul lazım olduğunu demişdir. Razılaşmaya əsasən 2022-ci ilin mart ayının əvvəllərində İsmayılın kartına 300 manat pulu Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Oba” marketdə terminal vasitəsilə ödəmişdir. 2022-ci ilin mart ayının ortalarında isə qalan 1000 manat pulu Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən "Rəhman”ın marketi deyilən yerin yaxınlığında görüşərək İsmayıla vermişdir. O, hər dəfə iş barədə soruşarkən İsmayıl onu sevdiyini və onunla ailə quracağını demişdir. O, İsmayılla evlənmək istədiyi üçün onunla razılaşmışdır. Lakin bir müddət sonra İsmayılın onunla evlənmək yox, ondan istifadə etmək niyətində olduğunu başa düşüb pulunu tələb etmişdir. Lakin İsmayıl müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etdiyindən onun barəsində polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizə təqdim etdi. İş materiallarında olan könüllü təqdimetmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə aralarında keçən yazışmaları 21 ədəd A4 formalı kağızlarda şəkil halında çap etdirərək istintaq orqanına könüllü təqdim etmiş və Zərərçəkmiş şəxs təqdim etdiyi 21 ədəd A4 formalı şəkilli kağızlar gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəkilli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin şəkilli sənədlərdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı “Whatsapp sosial şəbəkəsində olan yazışmalar əks olunmuşdur. Həmin yazışmalarda çoxsaylı sms-lər yazılmışdır. Belə ki Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yazdığı sms mətnləri aşağıdakılardır: - «Sabaha qeder vaxt istəmişdin pulumu vermeye, bitir sabah vaxtın sabahdan oyana keçmerem anam qebirden çıxada xeyri yoxdur sabah verdin he vermedin polis qoy dələduzluğa görə tutsun səni» - «Acınacaqlı veziyyetdeyem, pulumu bügun qaytar», - «senin yalanlarını çox eşitmişem, yeter artıq maaşı çox gözlədim bu gün vermelisen», - «Yene meni aldatdın, yoo özünü aldatmısan sirke ne qeder tünd olsa öz qabını sındırar» - «Öz aleminde guya meni inandırırsan da he şerefsiz», - «Bes dedin maaşı almışam, görüşüb pulunu verecem», - «Sen menim haqqımı yiye bilmersene, sen qan qusarsan bilirsen bunu Allah seni ele güne qoyar ki, sen kafirsen Allaha inanmırsan meni aldadıb pulumu yimisen ele bilirsen nuş olacaq sene iki elim yaxandadı her iki dünyada», - «şerefsiz köpey görüm menen aldadıb aldıqın o pulu xeyriliye heç xerclemiyesen iyne dermana xestexana ehsana getsin men yanan kimi yanasan Allah lenet elesin sene ve senin kimi deleduzlara sene halallıq vermirem qebirde de iki elim yaxanda olacaq Allah qarşısında cavab vere bilmeyeceysen Allahdan qorxmuyan kafir menim o pula çox ehtiyacım var allah hemişe seni ehtiyac içinde saxlasın ermeni», - «1 ildi ne vaxt fırladırsan meni», Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yazdığı sms mətnləri aşağıdakılardır: - «ayın 10-nu verəcəm pulunu, maaşımı alım verəcəm», - «Bala qoy başım açılsın, dedim sənə gətirib verəcəm», - «Sabah tezdən götürüb verəcəm pulu», - «Az dedim verecem de». İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 06 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1996-cı ildə Laçın şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 350 manat borca pul aldığını, işə düzəlmə ilə bağlı ona hər hansı bir vəd vermədiyini və bu məqsədlə ondan 1300 manat pul almadığını bildirərək özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 21 noyabr 2022-ci il tarixli məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına görə cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Hüseynzadənin 15 iyul 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Hüseynzadənin 27 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat olmaqla ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 73-1.1, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyinə və onunla barışdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar