Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-511/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ saat 10:00 X3 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 may 2025-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən saxlanc yeri hesab edilən əl damının qapısının asma qıfılını sındırmaqla qanunsuz oraya daxil olaraq oradan ümumi dəyəri 150 manat təşkil edən müxtəlif uzunluqda 15 ədəd şvelleri, ümumi dəyəri 200 manat təşkil edən müxtəlif uzunluqda və qalınlıqda 30 ədəd dəmir borunu, dəyəri 10 manat təşkil edən 01 ədəd qaz balonunu, hər birinin dəyəri 20 manat təşkil edən 40 manat dəyərində 02 ədəd alüminium su qabını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o oğurluq etməmişdir. Xatırlamadığı tarixlərdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı yataqxananın qarşısından keçərkən yataqxananın qarşısında yolun qırağında bir qədər tullantı metal olduğunu görmüş və sayını dəqiq xatırlamadığı bir qədər dəmir boru, qaz balonu, alüminium su qabı götürüb əl arabasına qoymuşdur. Həmin zaman orada qapı açıq olmuş, lakin o qapıdan içəri daxil olmamışdır. Tullantı dəmirlər qapının qarşısında yolun kənarına atılmışdır. O oradan şveller götürməmişdir, kiçik borular, qaz balonu, alüminium su qabı götürmüşdür. Tullantı metal parçaları açıqda olmuş, o, heç bir qapalı sahəyə daxil olmamışdır. Təqsirləndirilən şəxs son sözündə oğurluq cinayəti törətmədiyini buna görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə dayısının vəfat etməsi ilə əlaqədar ailəsi ilə birlikdə Ağcabədi rayonuna getmişdir. xx.xx.2025-ci tarixdə təxminən saat 18:45 radələrində yaşadığı ünvana qayıtmış və ona məlum olmuşdur ki, yaşadığı yataqxananın qarşısında özü üçün lazımlı əşyaları yığdığı əl damının qıfılı qırılmışdır. Bundan sonra o həmin yerə gəlib görmüşdür ki, naməlum şəxs və yaxud şəxslər əl damının qapısına bağlanmış qıfılı sındırıblar və oradan ona məxsus ümumi dəyəri 150 manat təşkil edən müxtəlif uzunluqda 15 ədəd şvelleri, ümumi dəyəri 200 manat təşkil edən müxtəlif uzunluqda və qalınlıqda 30 ədəd dəmir borunu, dəyəri 10 manat təşkil edən 01 ədəd qaz balonunu, hər birinin dəyəri 20 manat təşkil edən 40 manat dəyərində 02 ədəd alüminium su qabını oğurlayıblar. Oğurluq nəticəsində ümumilikdə ona 400 manat maddi ziyan dəymişdir. Qıfılın təqsirləndirilən, ytaxud digər şəxs tərəfindən qırıldığını bilmir. Hazırda Ramizə qarşı heç bir şikayəti və tələbi yoxdur. Əməlin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini görməmişdir. Təqsirləndirilən şəxs oğlu ona ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1924 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 45-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “Müdafiəçilərin siyahısının təqsirləndirilən şəxsə təqdim edilməsi və hüquqlarının izah olunması haqqında” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 50-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “müdafiəçinin təqdim edilməsi haqqında” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 51-52-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın 2-ci vərəqində “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 53-cü vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə” bildirişdə “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 54cü vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham edilməsi, hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş vermə, təqsirləndirilən şəxs kimi cəlb etmə qərarının surətinin təqdim edilməsi haqqında” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 55-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “Cinayət işində etraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi haqqında” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 56-cı vərəqində olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsin İnsan hüquqlarının və X2 haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” bildirişdə “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 57-58-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolunun 2-ci vərəqində “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 59-cu vərəqində olan xx.xx.2025-ci il tarixli “Qətimkan tədbiri seçmək barədə” qərarda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 60-cı vərəqində olan xx.xx.2025-ci il tarixli “başqa yerə getməmək haqqında” İltizamda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 61-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsi barədə” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 67-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 69-cu vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə” protokolda “Müdafiəçi: Müdafiəçi” qrafasındakı imza; 74-cü vərəqində olan “Dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatı adlı sənədin 2-ci səhifəsində “Vəkilin imzası” qrafasındakı imza Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Təqsirləndirilən şəxs hansı əsaslara görə bəraət verilməsi qənaətinə gəlməsinə dair məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir: İstintaq orqanının Təqsirləndirilən şəxs verdiyi ittihamdan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 may 2025-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən saxlanc yeri hesab edilən əl damının qapısının asma qıfılını sındırmaqla qanunsuz oraya daxil olaraq oradan ümumi dəyəri 150 manat təşkil edən müxtəlif uzunluqda 15 ədəd şvelleri, ümumi dəyəri 200 manat təşkil edən müxtəlif uzunluqda və qalınlıqda 30 ədəd dəmir borunu, dəyəri 10 manat təşkil edən 01 ədəd qaz balonunu, hər birinin dəyəri 20 manat təşkil edən 40 manat dəyərində 02 ədəd alüminium su qabını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o, oğurluq etməmişdir, Xatırlamadığı tarixlərdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı yataqxananın qarşısından keçərkən yataqxananın qarşısında yolun qırağında bir qədər tullantı metal olduğunu görmüş və sayını dəqiq xatırlamadığı bir qədər dəmir boru, qaz balonu, alüminium su qabı götürüb əl arabasına qoymuşdur. Həmin zaman orada qapı açıq olmuş, lakin o qapıdan içəri daxil olmamışdır. Tullantı dəmirlər qapının qarşısında yolun qırağına atılmışdır. O oradan şveller götürməmişdir, kiçik borular, qaz balonu, alüminium su qabı götürmüşdür. Tullantı metal parçaları açıqda olmuş, o, heç bir qapalı sahəyə daxil olmamışdır. Göründüyü kimi ittihamın əsasını, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla oğurluğun törədilməsi təşkil edir. İttiham tərəfinin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair mötəbər sübutu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi təşkil edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1924 saylı rəyinə və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə vermədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 400 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi məhkəmə istintaqı zamanı tam təkzib edilmişdir. Təqsirləndirilən şəxs ifadəsindən də göründüyü kimi, o özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməmiş, saxlanc yerinə daxil olmamış, hər hansı qapının qıfılını qırmamış, içəri daxil olmamışdır. Məhkəmə həmin oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyinə dəlalət edən ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş mötəbər sübut mövcud deyildir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayəti üzrə özünü təqsirli bilmir, o ibtidai istintaq zamanı hər hansı etirafedici ifadə verməmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəmə istintaqı zamanı da hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə zərər çəkmiş şəxslərin ifadəsinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxs istər ibtidai istintaq zamanı verdiyi ifadədə, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadədə cinayətin hansı şəraitdə və kim tərəfindən törədilməsinin ona məlum olmadığını bildirmişdir. Belə olan halda məhkəmə iş üzrə bütün sübutlara həm ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, belə nəticəyə gəlir ki, hadisənin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən sübutların mövcud olmaması, hazırkı cinayət işi üzrə şübhəli məqamların olması, bu məqamlara aydınlıq gətirən, aradan qaldıran mötəbər sübutların yoxluğu təqsirləndirilən şəxsin saxlanc yerinə daxil olmaqla oğurluq cinayətini törətməsi qənaətinə gəlinməsinə əsas vermir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməli və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirsiz elan edilməli, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv olunmalı, ekspertiza xərci 126 (yüz iyirmi altı) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 154 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv olunsun. Ekspertiza xərci 126 (yüz iyirmi altı) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 154 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-511/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-511/2025
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver