Məhkəmə qərarları › İş №1(003)-512/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-512/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-512/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, X2, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikasının Ordu şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərən X13 Respublikasının səlahiyyətli məhkəməsində barəsində aparılan cinayət təqibi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ehtimalı ilə bağlı cəza çəkməkdən boyun qaçırmaq məqsədilə 5 iyul 2025-ci il tarixdə, saat 01:00-da Türkiyə Respublikasından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Naxçıvan Muxtar Respublikasında yerləşən “Sədərək” sərhəd nəzarəti məntəqəsinə gedərək, A51G82619 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsi ilə rəsmi qaydada Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçmiş, 21 avqust 2025-ci il tarixdə, saat 15:41-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Bakı şəhərinin Xəzər rayonunda yerləşən “Heydər Əliyev” X10 sərhəd nəzarəti şöbəsinə gələrək eyni məqsədlə Gürcüstana getməkdən ötrü Türkiyə Respublikasında olarkən istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən istintaqa məlum olmayan vaxtda və yerdə özünün anket məlumatları və özünün fotoşəkli daxil edilərək müdafiə elementləri olmamaqla saxtalaşdırılmış U25687965 nömrəli pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasıdan Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, təqdim etdiyi həmin pasport Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlanıldıqda həmin sənədlərdə müdafiə elementlərinin olmaması, mikroçapların və ofsetin nümunəyə uyğun olmaması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 iyul 2025-ci il tarixdə **********2 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsi ilə "Sədərək" sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini keçərək rəsmi qaydada Azərbaycan Respublikasına gəlmişdir. Həmin tarixdən Bakı şəhərində adını xatırlamadığı müxtəlif otellərdə qalaraq Türkiyə Respublikasına qayıtmamış, 21 avqust 2025-ci il tarixdə “Bakı-Batumi” aviareysi ilə Gürcüstana getmək məqsədi ilə “Heydər Əliyev” X14 gəlmişdir. Hava Limanında dövlət sərhədindən keçmək məqsədi ilə **********2 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini sərhəd naryadına təqdim etmiş, həmin vəsiqə ilə Gürcüstana gedə bilməyəcəyi bildirilərək qaytarılmışdır. O, özü ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirdiyi tam saxta Türkiyə Respublikası pasportunu sərhəd naryadına təqdim etmiş, sərhəd naryadına təqdim etdiyi U25687965 nömrəli Türkiyə Respublikasına məxsus pasport saxta olduğu üçün saxlanılmışdır. Sərhəd naryadına təqdim etdiyi pasportu 7000 türk lirəsinə İstanbul şəhərindən tanımadığı, adı Mehmet olan Türkiyə Respublikasının vətəndaşından almış və əvvəlcədən pasportun saxta olduğunu bilmişdir. İstanbul şəhərində barəsində məhkəmə işi olduğu üçün azadlıqdan məhrum ediləcəyindən qoxduğuna görə Azərbaycan Respublikasına gəlmiş, həmçinin eyni məqsədlə Gürcüstana getmək niyyəti olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Bakı şəhərinin Xəzər rayonunda yerləşən Sərhəd nəzarətinin “Heydər Əliyev” X15 sərhəd nəzarəti şöbəsinin zabit nəzarətçisi, baş leytenant Şahid1 və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətinin “Heydər Əliyev” X15 sərhəd baş zabit nəzarətçisi, növbə rəisi, kapitan Şahid2 məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 ifadələri ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir İbtidai istintaq zamanı vediyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən Dövlət Sərhəd Xidmətində gizir qismində hərbi xidmətə qəbul olunmuş, hərbi xidmətə Sərhəd Nəzarətində təşkil olunan kurslarda dinləyici qismində başlamış, hal-hazirda Bakı şəhər Xəzər rayonu ərazisində yerləşən “Heydər Əliyev” X15 sərhəd nəzarəti şöbəsində zabit nəzarətçi vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. O, xx.xx.2025-ci il tarixdə saat 09:00-dan, saat 20:00-dək “Heydər Əliyev” X15 sərhəd nəzarəti şöbəsinin Terminal 2 uçub getmə zalında «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə saat 15:47 radələrində J28227 saylı “Bakı-Batumi” aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstana gedən, xx.xx.1989-cu il təvvəlüdlü Türkiyə Respublikası vətəndaşı Ərən Cihatın təqdim etdiyi Türkiyə Respublikasına məxsus U25687965 nömrəli pasportu rəsmiləşdirən zaman pasportun saxta olmasının şübhə doğurması barədə «Növbə rəisi» sərhəd naryadı xidmətində olan kapitan Şahid2 məruzə etmişdir. Kapitan Şahid2 ora gələrək Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi U25687965 nömrəli Türkiyə Respublikasına məxsus pasportu təkrar yoxlamış və həmin sənədin tam saxta olmasını müəyyən etdikdən sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Bundan sonra Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:47 radələrində “Heydər Əliyev” X15 sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. İbtidai istintaq zamanı vediyi və məhkəmə iclasında elan edilmiş ifadəsində digər Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1, 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, generalleytenant Elşən Verdiyevin 21 avqust 2025-ci il tarixli məktubundan görünür ki, 21 avqust 2025ci il tarixdə saat 15:41 radələrində R-J28227 nömrəli “Bakı-Batumi” aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstana gedən, 1 fevral 1989-cu il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “Heydər Əliyev” X11 sərhəd nəzarəti şöbəsində sərhəd naryadına təqdim etdiyi U25687965 nömrəli Türkiyə Respublikasına məxsus pasport rəsmiləşdirilən zaman tam saxta olduğu üçün saxlanılmışdır. Araşdırma zamanı vətəndaş üzərində olan **********2 nömrəli Türkiyə Respublikasına məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 01 fevral 1989-cü il təvəllüdlü, türk, ailəli, orta texniki təhsilli, deməsinə görə məhkum olunmamış, İstanbul şəhəri, Esenyurt İstiklal mahallasi, Qazi Caddesi, bina 100, mənzil 5 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan Türkiyə Respublikasının vətəndaşı X12, 5 iyul 2025-ci il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsi əsasında "Sədərək" sərhəd nəzarəti şöbəsindən dövlət sərhədini keçərək Azərbaycan Respublikasına gəldiyini bildirmişdir; -21 avqust 2025-ci il tarixli aktdan görünür ki, 21 avqust 2025-ci il saat 15:47 radələrində J28227 saylı “Bakı-Batumi” reysi ilə Azərbaycan Respublikasından Gürcüstana gedən Türkiyə Respublikası vətəndaşı xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs (ş/v: A51G82619) sərhəd naryadına təqdim etdiyi öz adına rəsmiləşdirilmiş U25687965 №-li pasport tam saxta olduğu üçün saxlanılmışdır. Araşdırma zamanı Türkiyə Respublikasına məxsus pasportun tam saxta olması (pasportun məlumat səhifəsi açılaraq şəxsin şəxsi məlumatları və fotoşəkil dəyişdirilib, ultrabəynövşəyi işıq altında baxdıqda heç bir müdafiə elementi əks olunmur, müdafiə elementləri nümunəyə uyğun deyil) aşkar olunmuşdur; - 21 avqust 2025-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CMnin 29,318.1 və 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının 25 sentyabr 2025-ci il və məhkəmə portret ekspertizasının 30 sentyabr 2025-ci il tarixli, 5/869 və 3/1109 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan U25687965 nömrəli Türkiyə Respublikasına məxsus pasport (1-ci səhifəsi və üz qabığının içindən başqa) xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (print, çoxaldıcı aparaq) vasitəsi ilə axılı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş sənədlərin, o cümlədən pasportun hazırlanmasında istifadə olunmur. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan **********2 nömrəli Kimlik kartı Türkiyə Respublikasına məxsus eyni adlı sənədlə eynilik təşkil edir. Həmçinin təqdim edilmiş, U25687965 nömrəli pasportdaki fotoşəkildə və şərti olaraq **********2 nömrəli Kimlik kartındaki fotoşəkildə eyni bir şəxs əks olunmuşdur; - 30 sentyabr 2025-ci il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, U25687965 nömrəli Türkiyə Respublikasına məxsus pasport 38 səhifədən ibarət olub tünd qırmızı rəngli üzlüklə cildlənərək, üzərində Türkiyə Respublikasına məxsus gerb əks olunmuşdur. Paspotun uzunluğu 12.5, eni 8.8 santimetrdir. Pasportun arxa cildlənmiş qapaq hissəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, soyad qrafasında “EREN”, ad qrafasında “CİHAT” sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «01 ŞUB/FEB 1989» «pasportun verilmə tarixi» qrafasında «10 MAR/MAR 2025», etibarlılıq qrafasında «10 MAR/MAR 2035» göstərilmişdir. - Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, U25687965 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan ReSpublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 520 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut kimi tanınan U25687965 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saat vaxta görə 99 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar