Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-516/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Soru kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-516/2023 saylı 20 iyul 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 22 avqust 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə səhər saatlarında satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda özü istifadə etmək üçün tanışı X3 01 ədəd bükümdə təmiz çəkisi 0,681 qram olan psixotrop maddə metamfetamini 10 manata qanunsuz olaraq almaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozuna daşıyaraq üzərində saxlamış və 15 fevral 2023-cü il tarixdə saat 14 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində o, qeyd olunan ünvanda psixotrop maddələrin dövriyyəsində, istifadəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən qeyd olunan bükümdə və çəkidə olan ağ kiristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 3 ay olar kı, psixotrop maddə metamfetamindən istifadə edir. Həmin psixortop maddə metamfetamini əksər hallarda tanımadığı şəxslərdən və son zamanlarda isə tanışı X3 alır. Səfalı Qasımovu o, Binə qəsəbəsindən tanıyır, onunla münasibəti yaxşı olmuşdur. 15 fevral 2023-cü il tarixdə səhər saatlarında Binə qəsəbəsində Səfalıdan özü istifadə etmək üçün 10 manata 01 ədəd bükümdə metamfetamin alıb üzərində saxlamışdır ki, sonra istifadə edər. 15 fevral 2023cü il tarixdə saat 14 radəsində Binə qəsəbəsi Hövsan südçülük sovxozunda olan zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan şəxsiyyəti barədə məlumat verməyini tələb etmişlər. Bundan sonra o, polis əməkdaşlarına öz şəxsiyyəti barədə məlumat vermiş və onlar onu narkotik vasitələrin, eləcə də psixotrop maddələri saxlamağında və daşımağında şübhəli olduğunu bildirib 3-cü PŞ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə oraya getmişdir. PŞ-də olan zaman polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış, baxış keçiriləcəyini bildirmiş, o, buna da etiraz etməmişdir. Hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Onun üzərinə şəxsi axtarış, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanuna zidd əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdəki, maddəni çıxardaraq təqdim etmiş, sorğusual zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamindir, özü istifadə etmək üçün saxlanılmamışdan öncə Binə qəsəbəsindən əvvəllər “Kamil” kimi tanıdığı, lakin əsl adı Səfalı olan şəxsdən 10 manata almış və üzərində saxlamışdır. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırlııb götürülmüş, bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, protokolu və zərfin üzərini iştirakçılar imzalamışlar. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində dörd azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili X2 göstərdi ki, Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən «Savalan» adlı şəxsin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmış, qrupda o və şöbənin sahə inspektoru Şahid1 iştirak etmişdir. Həmin şəxsin ifşa olunması ilə bağlı 15 fevral 2023-ci il tarixdə saat 14 radələrində əməliyyat qrupu ilə birgə əməliyyat məlumatı əsasında Binə qəsəbəsi Hövsan Südçülük sovxozunun yaxınlığında yerləşən “Fazil Palace” şadlıq sarayının yaxınlığında «Savalan» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi gördükdə ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar onu 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs PŞ-nə gətirildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, sorğu-sual zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamindir. Həmin maddəni saxlanılmamışdan öncə özü istifadə etmək üçün səhər saatlarında Binə qəsəbəsində yaşayan Səfalı adlı şəxsdən 10 manata almışdır. Həmin psixotrop maddə tərəflərindən qablaşdırılıb götürülmüş, bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, protokolu və zərfin üzərini iştirakçılar imzalamışlar. Bundan başqa, ona məlum olmuşdur ki, şöbənin digər əməkdaşları tərəfindən X9 müəyyən edilmiş və saxlanılaraq şöbəyə gətirilmiş və Səfalı Qasımov psixotrop maddə metamfetamini X4 30 manata almış və üzərindən də aşkar edilərək götürülmüşdür. Həmin tədbirin davamı olaraq Elnur Əsədovun tutulması istiqamətində tədbir həyata keçirilmiş və X10 rayonu Məhəmmədi kəndində olması müəyyən edilmişdir. Elnur Əsədovun saxlanılması istiqamətində o və şöbənin digər əməkdaşları 15 fevral 2023-cü il tarixdə təxminən saat 19 radəsində Abşeron rayonu Məhəmmədi kəndində “Mersedes” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Elnur Əsədovun əyləşməsini görmüşlər. Həmin zaman onlar Elnur Əsədova yaxınlaşarkən o, avtomobili yerindən sürətlə idarə edib qaçmaq istəmiş və orada olan digər avtomobilə çırpmış, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra onlar Elnur Əsədovu saxlayaraq avtomobildən düşürtmüşlər, ona narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli bilindiyini deyib onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət edib qəzalı olan vtomobili Abşeron RPİ-nin DYPŞ-nin duracağına təmin etmişlər. Onlar 3-cü PŞ-nə gəldikdən sonra Elnur Əsədova üzərinə videoçəkilişlə şəxsi axtarış, baxış keçirəcəklərini bildirib hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Elnur Əsədovun üzərinə şəxsi axtarış və baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və təklif edilmişdir ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Bu təkllifdən sonra Elnur Əsədov üzərində qanuna zidd əşya olmadığını bildirmiş, lakin üzərnə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən iki ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş qara rəngli “Redmi” markalı mobil telefonun ekranı açıldıqda ekranda elektron tərəzi və üzərində yaşıl rəngli kağıza bükülmüş narkotik vasitələrə bənzər bükülülər aşkar edilmişdir. Sorğu zamanı Elnur Əsədov bildirmişdir ki, idarə etdiyi “Mersedes” markalı avtomobildə narkotikk vasitə vardır. Bundan sonra tədbir iştirakçıları, Elnur Əsədov və onun hüquqlarını müdafiə edən vəkil Abşeron RPİ-nin DYPŞ-nin duracağında olan “Mersedes” markalı avtomobilə baxış keçirmək üçün getmişlər. Orda olan zaman Elnur Əsədova təklif edilmişdir ki, avtomobilində gizlətdiyi qanunla qadağan olmuş maddələri təqdim eləsin. Bu təklifdən sonra Elnur Əsədovun idarə etdiyi avtomobilə videoçəkilişlə baxış keçirilmiş və avtomobildə sükanın altından şəffaf rəngli sellofana bükülmüş bükülü içərisində 20-10, 13-2, 20, 8-2, 20-5, 8-2, 8-2, 20-2, 8-2, 5-10, 8-2 rəqəmləri yazılmış yaşıl rəngli kağız yapışdırılmış 11 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, bir ədəd şəffaf rəngli sellofna bükülmüş böyük ölçülü, üzərində yazısı olmayan büküm, 4 ədəd şəffaf rəngli sellofana bükülmüş kiçik həcmli büküm və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Elnur Əsədov aşkar edilmiş maddələrin bir qisminin “kakos” (narkotik vasitə heroin), bir qisminin isə “şüşə” (psixotrop maddə metamfetamin) olduğunu, İran İslam Respublikasının vətəndaşından əldə etdiyni, tərəzini isə narkotik maddələri ölçmək üçün istifadə etdiyini bildirmişdir. Elnur Əsədovdan aşkar olunaraq götürülmüş 16 ədəd büküm və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid1 elan edilmiş ifadəsi ilə onun da şahid X1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1057 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 244” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,681 qram ağ rəngli kristallardan ibarət maddə kimyəvi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 0,681 qram, tədqiqata sərf edildi: 0,050 qram. qalıq: 0,631 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2939 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aqsılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcduri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,681 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və qalıq 0,631 qram çəkidə metamfetamin saxlanılmasından ötrü Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, 27 may 2023-cü il tarixdə X5 və X6 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmış və ayrılmış cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Abşeron RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir . Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müZahirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 17 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-516/2023 saylı 20 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən məhkəməyə ünvanlanmış 22 avqust 2023-cü il tarixli 3-13-45-3/2-9328/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 fevral 2023cü il tarixdən 17 fevral 2023-cü il tarixə qədər 2 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 22 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,631 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 114,00 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 sat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixə qədər 2 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,631 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114,00 (yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-516/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-516/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver