Məhkəmə qərarları › İş №1(003)-516/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-516/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-516/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan MR., Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR., Şahbuz rayonu, Nursu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, Yeni yaşayış massivi, fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə 2023-cü ilin may ayının 20-dən 2023-cü ilin iyun ayının ortalarına kimi olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya oğlu X12 həbsdən azad etdirəcəklərini vəd edib aldadaraq ona məxsus Ucar rayonu, Yuxarı Ciyni kəndində yerləşən evindı 12000 manat, Ucar rayonunda yerləşən “Ucar” restoranının həyətində 18000 manat və bank vasitəsilə köçürmə yolu ilə 3000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 cəmi 33000 manat, yəni xeyli miqdarda maddiz ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tanışları Şahid4 və Şahid1 ilə 2023cü ilin iyul ayının əvvəllərindən 2023-cü ilin avqust ayının ortalarına kimi olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək guya oğlu X10 həbsdən azad etdirəcəklərini vəd edib aldadaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Qala Bazar” restoranının qarşısında 5000 manat və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala yaşayış sahəsində yerləşən evində 10000 manat, 15000 manat və 5000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs2 cəmi 35000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2023-cü ilin may ayının ortalarında qonşusu Teymur adlı şəxs yaşadığı .ərazidə işlətdiyi kişi salonuna gələrək əmisi oğlunun narkotik vasitə ilə bağlı tutulduğunu bildirmişdir. Seymur salona gələndə ona qohumu Anara köməklik etməyin mümkün olubolmadığım soruşdu. O, isə Muxtər adlı tanışının olduğunu, sonuncunun yaxşı əlaqələrinin oldugunu bildirdi və Muxtara Seymurun yanında zəng vurdu. O, Muxtarı təxminən bır il müddətdir ki, tanıyırdı. O, Muxtər ilə hey bir iş görməsə do. Muxtər onun yanında çoxsaylı işlər həll etmimdir. O, Muxtəra zəng vuraraq ətralı məlumatları Seymurdan öyrənərək demişdi. Muxtər adım sonradan bildiyi Malik ilə danışmaq istədiyini bildirdi. Seymur həmin vaxt rayona Malikin yanına gedərək daha dəqiq danışmağı mümkün olacağım bildirdi. Təxminən iki gün sonra Seymur ona Malikin rayona çağırdığım, oraya getmək lazım olduğunu bildirdi. Bundan sonra o, Muxtəra zəng edərək, Ucar rayonuna getmək lazım olduğunu bildirmişdi. Muxtər isə ona işi olduğunu, gedə bilməyəcəyini, telefon vasitəsilə əlaqə yaradacağım bildirdi. Bundan sonra o, Seymura məxsus avtombil ilə sonuncu ilə birlikdə Ucar rayonuna Malikin yaşadığı ünvana getmişlər. Malik ilə görüşdükdən sonra sonuncu ona vəziyyəti izah etmiş və oğlunun buraxılmasını istədiyini bildirmişdi. O, həmin vaxt Muxtəra zəng etmiş və Muxtər ilə danışmışdır. Həmin vaxt Malikin özünü də Muxtər ilə danışdırmışdı. Muxtər həmin vaxt bütün işin 30000 manata həll olunacağım, ilkin olaraq 12000 manat pul verilməli olduğunu, 10 gün ərzində Anarm zaminliyə buraxılacağım, bundan sonra qalan pulun veriləcəyini bildirdi. Bundan sonra 20 may 2023-cü il tarixdə Malik evinin həyətində 12000 manat pulu ona verdi və videogörüntü ilə bunu qeydə aldı. Bundan sonra o, həmin pulu götürərək Seymur ilə birlikdə Bakı şəhərinə qayıtmışdı. Həmin vaxtlarda onun problemim ’var idi və həmin problemin həlli üçün Muxtara müraciət etmişdi. Muxtər həmin problemin həlli üçün həmin puldan 3000 manatının veriləcəyini, əlavə olaraq da, 100 manat yol xərci istədiyini bildirdi. Bundan sonra o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində terminal vasitəsilə 3100 manat pulu Muxtənn ona göndərdiyi karta atmışdı. Qalan 8900 manat pulu isə həmin gün axşam saatlarında Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Muxtər ilə görüşərək, Emil adlı dostunun yanında pulu ona vermişdi. Həmin vaxt Muxtər pulu saymamış və Emilə maşına qoyması üçün vermişdi, Muxtər sonradan ona zəng edərək, nə qədər pul olduğunu soruşmuş, o, isə Muxtəra orada 8900 manat pul olduğunu, 3100 manatı isə, əvvəldən kartına qoyduğunu bildirdi. Bundan təxminən 10 gün sonra Muxtər ona və Malik adlı şəxsə müxtəlif yalanlar deyərək işin yaxın müddətdə həll olunacağım bildirirdi. Muxtər ona yenidən 18000 manat pul lazım olduğunu, maddənin dəyişilməli olduğunu və bundan sonra Anan zaminliyə buraxmağın mümkün olacağını dedi. Muxtər bu barədə Malkin özü ilə də danışmışdı və onunla danışaraq Malikin yanına gedib pulu götürməyin lazım olduğunu demişdi. Bundan sonra o, tanımadığı taksi ilə Ucar rayonuna Malikin yanına getmişdi. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində «Ucar» adlı restoranın həyətində Maliklə görüşmüş və Malikin gəldiyi avtomobilə əyləşmişdi. Malik avtomobildə ona 18000 manat pulu vermişdi. Həmin vaxt Ramin adlı şəxsdə Malikin yanında idi və pulu verərkən onları videoçəkıliş vasitəsilə qeydə almışdı. Malik özü də pulu ona verdikdən sonra Muxtər ilə danışmışdı. Bundan sonra o, pulu götürərək Bakı şəhərinə qayıtmışdı. Həmin gün axşam saatlarında Muxtər ilə «Şanson» adlı restoranda görüşmüş və 18000 manat pulun hamısını sonuncuya vermişdi. Həmin ərəfələrdə onun problemləri var ıdı və həmin problemin həlli ilə bağlı Muxtərdən xahiş etmişdi. Muxtər həmin problemin həlli ilə bağlı 2000 manat lazım olduğunu demişdi və həmin puldan 2000 manatım götürərək problemin həlli ilə bağlı vermişdi. Muxtər həmin pulu verdikdən sonra ona bu barədə demişdi. Muxtər maddələrin dəyişiləcəyini və Anarı zaminliyə buraxılacağım deyirdi. Lakin müddət keçməsinə baxmayaraq Muxtər heç bir iş görməmişdi və müxtəlif bəhanələr ilə vaxtı uzadırdı. Muxtər bir dəfə ona zəng edərək 3000 manat pulun verilməli olduğunu demiş və ona Malik ilə danışmağı bildirmişdi. O, Malik ilə danışmamış dəqiq xatırlamadığı gündə Malikin qohum&MRamin ona zəng edərək, Muxtənn ondan pul istədiyini bildirmiş və pulu hissə hissə Muxtəra göndərəcəyim demişdi. Bundan sonra həmin 3000 manat pul da, Muxtəra göndərilmişdi. Həmin vaxtdan etibarən Muxtər müxtəlif bəhanələrlə işi yubatmışdı və heç bir iş görməmişdi, İş məhkəmə baxışında olarkən Ramin ilə Malik Bakı şəhərində görüşməyi bildirmişdi. Bundan sonra o, Malik, Ramın və Malikin qohumu olan bir nəfər digər tanımadığı şəxs birlikdə Bakı şəhərində Nərimanov rayonu ərazisində restoranlardajn'birində görüşmüşlər. Muxtər əlaqə saxlayarkən görüşə gələcəyini bildirsə də, həmin görüşə gəlməmişdk Həmin görüş zamanı onlar Muxtənn heç bir iş görmədiyini və Maliki aldatdığım bilmişlər. Bundan sonra Malik polisə müraciət etmişdi. Muxtənn atası Eyvaz dəfələrlə Ucar rayonuna gələrək Malikgil ilə pulun ödənilməsi ilə əlaqədar söhbətlər aparsa da, həmin pulun ödənilməsi həyata keçirilməmişdir. Qeyd etimşdir ki, onun atası Şahid5 dəfələrlə Ucar rayonuna getmişdir. Sonralar ona məlum olmuşdur ki, atası Muxtərin atası Eyvaza 12500 manat vermişdir ki, həmin pulun üstünü düzəltsin və Malikə dəymiş ziyanı ödəsin. Lakin, Eyvaz həmin 12500 manatdan cəmi 10000 manatı istintaq vasitəsi ilə Malikə ödəmiş, özündən isə Malikə heç bir məbləğdə pul ödəməmişdir. O, Muxtərin niyyətinin dələduzluq olduğunu bilsəydi ümumiyyətlə bu məsələdən uzaq durardı və Malikdən heç bir məbləğdə pul almazdı. O, Malikdən ümumilikdə 30000 manat pul almış və həmin pulları Muxtəra vermişdər. Həmin pullardan ona heç bir məbləğ qalmamışdır. Belə ki, Malik iş həll olunduqdan sonra sonda işi həll etməyin müqabilində 10000 manat mükafat verəcəyini bildirmişdi. Onun problemləri üçiin ödənilmiş 3000 manat və 2000 manatın Malikə məxsus olduğunu Muxtər həmin pulu öz payına düşən puldan verdiyini ona sonradan demişdi. Bu səbəbdən o, Muxtərin pulu ödəməsinə heç bir etiraz etməmişdi. O, Zərərçəkmiş şəxs1 aldığı puldan Şahid2 heç bir məbləğdə pul verməmiş və vermək fikrində deyildi. Sadəcə olaraq Seymur əmisi Malikin oğlu Anara komək etmək üçün onu Maliklə tanış etmişdir. Emi! Muxtərin tanışı idi və o, Emilin anket məlumatlarım bilmir. Bundan başqa 2023-cü itin iyul ayının əvvəllərində ona tanışı və Seymurun qayınatası olan Kənan zəng vurmuş və onunla işi olduğunu bildirərək evinə dəvət etmişdi. O, Kənan gilə gələrkən sonuncu ona bildirmişdi ki, qonşusu Kiyas kişinin oğlu Sabunçu rayonunda narkotiklə tutulub, ona kömək etmək lazımdır, polisdə sonuncunun maddəsini dəyişdirərək azadlığa buraxdırmaq lazımdır. Həmin vaxt onların yanlarına Kiyas özüdə gəlmiş və bildirmişdi ki, oğlu Zauru DTX-nin əməkdaşları tutub, hazırda Sabunçu RPİ-nin istintaq şöbəsində istintaq gedir və oğlu həbs olunub. O, onlara demişdi ki, öyrənib deyər. Sabahısı günü o, Muxtərin atası Eyvazla Zabrat-l-də görüşmüş və Kiyasın oğlunun anket məlumatlarını sonuncuya vermişdi. Eyvaz ona demişdi ki, öyrənib deyər. Yenə sabahısı günü o, Eyvazla Zabrat-İ qəsəbəsində görüşmüş və Eyvaz ona demişdi ki, Kiyasın oğlu Zaurun üzərindən 206-cı maddə götürülməsi və ondan aşkar edilmiş narkotiki istifadə üçün əldə edilməsinə çevirmək üçün 45000 manat pul lazımdır. O, Eyvaza demişdim ki, Kiyasa bu barədə məlumat verər və Kiyas onunla görüşüb fikrini deyər. Sonra o, Kiyasın evinə gəlmişdi. Həmin vaxt Kənanda oraya gəlmişdi, o, Kiyasa bildirmişdi ki, oğlunun işini görən adam Eyvazdır və ona zəng vurub özü ilə danışsın. Sonra o, öz mobil telefonundan Eyvazın mobil nömrəsini yığmış və mikrofona qoyaraq Eyvazla danışmışlar. Kiyas onun telefonu vasitəsi ilə Eyvazla oğlunun narkotiklə tutulması barədə və Sabunçu RPİ-nin İŞ-si tərəfindən həbs olunması barədə danışmışdı. Eyvaz Kiyasa bildirmişdi ki, oğlu Zaurun işində 206-cı maddəni götıizdürür və narkotiki istifadəçi kimi sənədləşdirirlər, Zauru həbsdən azad edirlər və bunların müqabilində 45000 manat pul lazımdır, çünki hamınınpulu verilməlidir. Kiyas Eyvaza bildirmişdi ki, o, məbləğdə pulu yoxdur. Belə olduqda Eyvaz birbaşa 35000 manata razılaşmışdı. X15 bildirmişdi ki, «fikirləşin, əgər razısınzsa, pulu verin, işi həll edim». Eyvazla Kiyas 35000 manat pulu iki dəfəyə ödənilməsi barədə danışdılar. Bu söhbətdən sonra 2023- cü ilin iyul ayının əvvəllərində o, Kiyas və onun Rasim adlı qohumu ilə Qala qəsəbəsində yerləşən «Qala bazar» restoranının yaxınlığında görüşmüşlər və həmin vaxt Kiyas ona 5000 manat pu! vermişdi. Eyvazın deməsinə görə həmin 5000 manat pulu DTX əməkdaşlarına verəcəkdir, çünki Zauru onlar tutmuşdular. O, Kiyasdan ayrıldıqdan sonra Eyvaza zəng vurub bildirmişdi ki, Kiyasdan 5000 manatı götürmüşdür. Eyvaz ona demişdi ki, «pulu iki dəfəyə verməlidir Kiyas və buna görə də, 15000 manat al, sonra mənə gətir». Sonra Kiyas ona zəng vurmuş və işin nə yerdə olması barədə soruşmuşdu. O, Kiyasa demişdi ki, narahat olmasın və pulun qalanımda düzəltsin. Bir neçə gündən sonra o, yenidən Kiyas gilə getmiş və onun həyətində olan qarajda görüşmüşlər. Həmin vaxt Kiyas Kənanla bir yerdə idi. Kiyas Kənanın yanında 10000 manat puluda sayıb ona vermişdi. O, həmin puluda götürüb getmişdi. Sabahı günü o, Eyvazla Zabrat-İ qəsəbəsində polis bölməsinin qarşısında olan çayxanada görüşüb 15000 manatı Eyvaza vermişdi. Eyvaz ona bildirmişdi, Polis bölməsinə gedib-gəlir, onu gözləsin Bir azdan sonra Eyvaz onun yalıma çayxanaya gəlib verdiyi 15000 manatın 13500 manatını ona qaytarmış və demişdiyi, pulun 150CT$fıanatını kiməsə verib, qalan 13500 manatı isə o, saxlasın. Sonra onlar ayrılmışlar.Bundan sonra o, Eyvazın oğlu Muxtərlə telefon əlaqəsi yaratmış və sonuncunu Qala qəsəbəisnə çağırmışdı. Qala qəsəbəsində onun yaşadığı yerin yaxınlığında olan kafedə görüşmüşlər və o, X2 etmək üçün atası Eyvaza müraciət etdiyini. Eyvaz Zaura köməklik etmək üçün Kiyadan 35000 manat alacağı haqda danışdığını, həmin puldan 15000 manatı o, Kiyasdan alıb gətirib Eyvaza verdiyini və Eyvaz həmin puldan 1500 manatını götürüb qalan 13500 manatını ona qaytardığını söyləmişdi. Sonra o. Muxtərdən sonuncunun atası Eyvaz bu işi düzəldib-duzəldə bilməyəcəyi barədə soruşmuşdur. Muxtər ona bildirmişdi ki, «atama niyə deyirdin, özümə deyərdim, mən düzəldərdim». Sabahısı günü o, Muxtərla yenidən Sabunçu RPİ-nin yanıda görüşmüş və onda olan 13500 manatı Muxtərə vermişdi. Sonra Muxtər ona Sabunçu RPİ-nın müstəntiqi Nicat Naibovun yanına getməyini demişdi və həmin 13500 manat puldan 7000 manatını ona verərək müstəntiqə verməyini tapşırmışdı. O, Sabunçu RPİ-nə daxil olmuş və burada müstəntiq Nicat Naibovun yanına gəlmişdi. Burada o, bildirmişdi ki, müstəntiqin icraatında olan Zaur Kiyasov barədə olan işlə əlaqədar gəlmiş və bu işdə Zaura necə köməklik etmək olar. Nicat Naibov bildirmişdi ki, o işdə heç bir köməklik etmək olmaz. Sonra o, Muxtərin yanına gəlmişdi. Muxtər ondan həmin 7000 manatı götürmüşdü. Muxtər ona demişdi ki, o, Kiyasdan qalan 15000 manatıda götürsün. Bir neçə gündən sonra o, Kiyasın evlərinə getmiş və həyətində ailə üzvlərinin yanında 15000 manatıda almışdı, Kiyas yenə işin gedişatı ilə maraqlananda o, Kiyasa demişdi ki, işi həll edən adam Eyvazın oğlu Muxtərdir və Kiyası telefon vasitəsi ilə Muxtərlə tanış edərək danışdırmışdı. Bundan sonra o, həmin 15000 manatı gətirib Qala qəsəbəsində yaşadığı məhlədə Muxtərə vermişdi. Bunun sabahısı günü o, Muxtərlə bir yerdə Kiyasın evinə gəlmişlər və burada Muxtər Kiyasa və ailə üzvlərinə bildirmişdi ki, oğlu Zaurun işini o, həll edir, narahat olmasınlar. Lakin, Zaurun zaminlik məsələsi uzanırdı. O, Muxtərlə görüşmüş və o iradını bildirmişdi. Muxtər bildirmişdi ki, Zauru zaminliyə buraxdırmaq məsələsini həll edə bilmir və buna görə də, Kiyasda qalan 5000 manatı götürsün və bu pulla Zaurun zaminlik məsələsini başqa yerdə həll edəcək. Buna görə də, o, sabahısı günü gəlmiş Kiyasın evinə və burada yenə Kiyasın ailə üzvlərinin yanında sonuncudan 5000 manat pul almış və həmin gün Muxtərlə görüşüb 5000 manatı sonuncuya vermişdi. Tarixi yadında qalmayan günü Kiyas müstəntiq Nicat Naibovun yanına gedərək bildirmişdir ki, ona oğlu Zaurun azad olunması üçün 35000 manat pul vermişdir. Buna görə Nicat Naibov onu Sabunçu RPİ-nə çağırmış və bu barədə ondan soruşanda o, müstəntiqə bildirmişdi ki, həqiqətən Kiyasdan ümumilikdə 35000 manat almış və həmin pulun 1500 manatını Eyvaza vermiş, 33500 manatını isə Müxtərə vermişdir. X18 zəng vurmuş, lakin Muxtər şəhərdən kənarda olmasını bildirmişdi. Müstəntiq Eyvaza zəng vurmuş və bir azdan sonra Eyvaz RPİ-yə müstəntiqin yanına gəlmişdi. Burada müstəntiq X20 bildirmişdi ki, onun vermiş olduğu 35000 manatı Eyvazla oğlu Muxtər qaytarmalıdırlar. Sonra onlar ayrılmışdı. Lakin, Eyvaz və Muxtər pulu gətirib vermədilər, Kiyas isə pulu bilavasitə o, aldığına görə pulu ondan tələb edirdi, onun isə pulu yox idi. Bir neçə gündən sonra Muxtərin həyat yoldaşı Samirə Eyvazın evində bildirmişdi ki, öz müdirindən ona failə borc pul götürüb verə bilər. O, yaranmış çətin vəziyyətdən çıxmaq üçün razılaşmış və sabahısı gün tezdən Samirə Muxtər vasitəsi ilə ona faizlə 8500 manat borc göndərmişdi və o, həmin pulu Muxtərdən Eyvazın həyətində almışdı. Həmin 8500 manat pulu o, Muxtərə vermişdi ki, Zaurun azadlığa buraxılması məsələsini tez bir zamanda həll etsin. İki gün sonra Kiyas onun mobil telefonuna zəng vuraraq yenə ondan pulunu tələb etmişdi. O, Muxtərin yanına gedib ondan Kiyasın pulunu tələb etmişdi. Muxtər gətirib ona 18000 manat vermişdi və qalan 17000 manatı sonra qaytaracağını bildirmişdi. O, həmin 18000 manatı aparıb Kiyasa vermişdi. Kiyas ona bildirmişdi ki, yerdə qalan 17000 manatın ona tezdir zamanda qaytarmasa polisə şikayət verəcək. Həmin dövrdə Samirə ona zəng edib qardaşını və atasını işdən çıxartdıracağı ilə, reketlə hədələyib faizlə verdiyi 8500 manatı istəməyə başlamışdı. O, qardaşı və atasının işdən çıxarılmaması üçün 4000 manat pulu Muxtərin vasitəsi ilə Samırəyə göndərmişdi. Sonra o, atası ilə Ucara getmiş və oradan Ucar RPŞnin əməkdaşları ilə Bakıya qayıtmışlar. Burada Muxtəri tutmuşlar və onlar bir yerdə Ucara qayıtmışlar. Ucarda onu və Muxtəri həbs etmişdilər. O, ümumilikdə Zərərçəkmiş şəxs1 33000 manat pul almış və həmin pulun 10000 manatını atası Şahid5 ödəmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs2 35000 manat almış və həmin pulun 18000 manatı ödənilmişdir. Kənan adlı şəxsə alımış olduğu 35000 manatdan heç bir məbləğdə pul verməmiş və nədə vermək fikrində olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ona ümumilikdə 33000 manat ziyan dəymişdir. Onu Vüqarla tanış edən qohumu Seymur olmuşdur. Oğlunun Ucar RPŞ-də narkotik vasitələrin satışı və becərilməsi ilə bağlı işi olmuşdur. Pul da həmin işin həlli ilə bağlı alınmışdır. Seymur ona bildimişdir ki, bu işləri həll edəcək şəxs vardır. Oğlu Anara köməklik etmək üçün Seymur onu Vüqarla tanış etmişdir. Vüqar Ucara gəlmiş görüşmüşlər, Vüqar ona oğlunun azadlığın məhdudlaşdırılması cəzası ilə həll olunacağını bildirmişdir. Bundan sonra Vüqar ilk öncə 12000 manat pulu almış, sonradan ondan 18000 manat pulu almış, daha sonra 2000 və 1000 manat da yenidən almışdır. Vüqar ümumilikdə ondan 33000 manat pul almışdır. Eyni zamanda qeyd etmişdir ki, dəymiş ziyandan 10000 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, oğlu Zaur haradasa 7-8 gün olardı tutulmuşdu. O əlini öz övladından üzmüşdür. Çünki oğlunu artıq Bakı İstintaq Təcridxanasına aparmışdılar və ittiham olunduğu maddə də kifayət qədər ağır maddə idi. Onu qurtarmaq qeyri-mümkün idi. O bunu başa düşə-düşə evində oturmuşdur. Kənan adlı şəxs var idi, sürücü işləyirmiş və onunla taksi yoldaşı imiş Kənan ona zəng edib demişdir ki, “dur gəl bizə, guya Vüqar onun oğlunu məsuliyyətdən qurtarmışdır. Gəl həmin oğlan bizdədir.” O Kənana bildirmişdir ki, oğlunun işi çətindir və iitham olunduğu maddəsi də ağır maddədir, narkotik vasitə də külli miqdardadır. O oğlunun məsuliyyətdən qurtarmağın mümkün olmadığını bilirmiş. Kənan ona bildirmişdir ki, həmin şəxs onun oğlunu 2 saata çıxarıb gətirib, oğlumun da işini həll edəcəkdir və bildirdi ki, “dur gedək, bizdə bir çay içək”. O Kənanla birlikdə Kənangilə getmiş və görmüşdür ki, Vüqar ordadır. Vüqar onunla danışmış, ona demişdir ki, “2 günə sənin oğlun evdədir. Sənin oğlunu ittihamını daha yüngül maddəyə keçiriləcək. Məhkəmədə də istifadəçi kimi daha yüngül maddə ilə cəza veriləcək.” O da düşünmüşdür ki, oğludur və içəridən tez çıxmağını istəmişdir. Vüqar isə ona bildirmişdir ki, “mənim adamım var, narahat olma problem yoxdur, mən sənin oğlunu içəridən çıxaracağam.” Sonradan səhərisi gün onlar yenidən görüşmüşlər. Vüqar bildirmişdi ki, “oğlunu DTX tutub deyə 5000 manat pul lazımdır ki, DTX-nın pulunu verək, dinməsinlər. Sonra da rahat şəkildə işimizi görə bilərik”. O da razılaşmışdır. Səhərisi gün o Vüqara 5000 manat pul vermişdir. Yenidən səhərisi gün Vüqar ona yaxınlaşaraq bildirmişdir ki, “mən səni indi bir nəfərlə danışdıracam. Bizim işimizi həmin adam həll edəcək”. O Vüqardan həmin şəxsin nə işlədiyini soruşduqda Vüqar ona prokuror işlədiyini bildirmişdir. Sonradan Vüqar ona telefonu vermişdir. Həmin telefonun arxasında olan şəxslə danışmışdır. Həmin şəxs bildirmişdir ki, “45000 manat pul verərsən, uşağın işini təmiz həll edərik”. O da həmin şəxsə bildirmişdir ki, onun 45000 manata gücü çatmır. Daha sonra həmin şəxslə danışmış və razılaşmışdır. 15000 manat pulu həmin dəqiqə sayıb Vüqara vermişdir. Bir neçə gün sonra Vüqar yenidən ona yaxınlaşaraq pulun qalan hissəsini istəmişdir. O da qaynına zəng edərək ona 10000 manat pul tapıb gətirməsini xahiş etmişdir. Qaynı da 10000 manat pul kredit götürüb gəlmişdir. Həmin axşam Vüqar gəlmiş və həmin pulu da sayıb Vüqara vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin kişi ilə 30000 manata danışıb razılaşmışdır. Vüqar gəlib ona bildirdi ki, həmin qiymətə danışmışıq, lakin əlavə 5000 manat pulu da DTX-ya verilməlidir. DTX-nın pulunun bu işə heç bir aidiyyatı yoxdur. Sonradan həmin deyilmiş 5000 manatı da Vüqara tapıb vermişdir.Ümumilikdə Vüqara 35000 manat pul vermişdir. Hətta göstəmişdir ki, oğlunun yanına getmək istəmiş, lakin Vüqar ona bildirmişdir ki, “oğlunun yanına getməyə ehtiyac yoxdur”. Müstəntiqin yanına getmək istəsə də, lakin onu müstəntiqin yanına getməyə də qoymamışdır. Hətta ona bildirmişdir ki, “müstəntiq ona deyib ki, kişi sənin mənə pul verdiyini bilməsin”. Sonradan müstəntiqin yanına getmiş və işi soruşaraq işlə maraqlanmışdır. Müstəntiq ona bildirmişdir ki, elə bir şey ola bilməz. Müstəntiq ona bildirmişdir ki, “mən sənə kömək edə bilərəm. Get pulu həmin şəxsdən al”. Sonradan aşağıya düşüb telefonu götürüb Vüqara zəng edib demişdir ki, 35000 manat pulu tez ona gətirsin. Sonradan müstəntiq ona zəng edib dedi ki, “tez bura qayıt gəl”. Sən demə müstəntiq Vüqarla qoca kişini tapıb idarəyə gətirmişdir. Sonradan həmin qoca kişi danışanda onun yadına düşmüşdür ki, onunla telefonda danışan özünü prokuror kimi təqdim edən şəxsin səsinə oxşayır. Həmin kişiyə demişdir ki, “sən mənimlə telefonda danışmısan?”. Kişi isə cavabında onunla danışmadığını bildirmişdir. Lakin ona bildirmişdir ki, “sənin səsin mənə tanış gəlir. Mən səninlə danışmışam”. Vüqardan soruşduqda “bu mənə özünü prokuror kimi təqdim edən şəxs deyil?” Vüqar da cavabında həmin şəxs olduğunu bildirmişdir. Həmin şəxs də Vüqara təhqiredici ifadələrlə onunla danışan şəxsin o olmadığını bildirmişdir. Həmin şəxs, yəni Eyvaz bildirdi ki, “zəng etmişəm, 10000 manat pulu gətirəcəklər”. Sonradan onlarla olan bu məsələdən sonra dəfələrlə pulunu tələb etmişdir. Lakin hər hansısa bir nəticə əldə edə bilməmişdir. Daha sonra ona qarşı olunmuş dələduzluğa görə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 35000 manat ziyandan 18000 manatı ödənilmişdir. Hal-hazırda yerdə qalan 17000 manat pul ona geri qaytarılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Vüqarın Muxtər və Eyvazla iş birliyini Kiyas kişi ona demişdir. Vüqar özü ona heç nə deməyib, ondan olan hadisələrlə bağlı məsələləri gizlədib. Dekabr ayının 6-da Vüqar həbs olunmuşdur. O, Vüqar həbs olunduğu üçün Ucara müstəntiqin yanına getmişdir. Həmin zaman ona aydın oldu ki, Vüqar 33000 manat Malik kişidən, 35000 manat isə Kiyas kişidən pul almışdır. Bu pullar isə həmin şəxslərin problemlərinin həlli məqsədilə alınan pullar olmuşdur. Bu problemlərin həllində öndə duran şəxs isə Eyvaz kişi olmuşdur. Yəni Eyvaz kişi öndə gedən şəxs olmuşdur. O pulları Vüqarın əli ilə almış və həmin pullar vasitəsilə Malik və Kiyas kişinin problemlərini həll etməli idi. Həmin gün ayın 8-i idi. Eyvazla telefonla danışsa da, Eyvaz gəlməmiş və Ucarda qalmışdır. Eyvazla danışan zaman Eyvaza əllərində və qohum-əqrəbada nə pul varsa tapıb həmin bu şəxslərin pulun qaytarmaq lazım olduğunu bildirmişdir. Həmin şəxslərlə, yəni Malik və Kiya kişi ilə borc müqaviləsi bağlayıb uşaqları zaminə buraxdırmaq istəmişdir. İki valideyn arasında bu danışıq olmuşdur. Eyvaz Muxtərin atası idi. Eyvaz da onun dedikləri ilə razılaşmış və o, dekabr ayının 8-ində Azərtürkbankdan 15000 manat kreditə pul götürmüşdür. Həmin gün o, Eyvaza 12500 manat pul vermişdir. Eyvaz da özü kimdənsə borc almışdır və ümumilikdə 16000 manatdan çox pul var imiş. Yəni həmin pulla zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın yarısını ödəyə bilirlərmiş. O, Eyvaza bildirmişdir ki, işlədiyi üçün götürdüyü pulu Eyvazın kartına köçürsün, Eyvaz da nəsə əlavə pul tapa bilsə, üzərinə əlavə edər. Sonradan istintaqın rəisi Bədirşah müəllimin otağında razılığa gəlmişlər ki, kartda olan pulu yavaş-yavaş çəkib zərərçəkmiş şəxslərə qaytarsınlar. Eyvaz da istintaqın rəisinin otağında onunla razılaşmışdır. Eyvaza qarşı inamı olduğu üçün o Eyvazın bu işi həll edəcəyinə inanmışdır. Onun da Ucarda başqa işi olmadığı üçün geri qayıtmışdır. Bir gün sonra Eyvazla əlaqə saxlamış və işin nə yerdə olduğunu, Malik kişinin pulunun ödənilib-ödənilməməsi barədə soruşmuşdur. Qeyd etmişdir ki, kartda olan pulla Malik kişiyə dəymiş ziyanın yarısını ödəyə bilirmişlər. Eyvaz isə ona bildirdi ki, 10000 manat pul ödəniş etmişdir. O Eyvazdan nəyə görə pulun tam şəkildə ödənilməməsini soruşan zaman Eyvaz bildirdi ki, işi çıxıb, Muxtərin Sabunçu RPİ-də başqa işləri də var. Onları həll etmək üçün qalan pulu ora vermişdir. Sonradan bir dəfə də Muxtərin yoldaşı, Eyvazı və Mutərin anasını görmüşdür. Onlara bu işlərlə bağlı nə düşündüklərini soruşmuşdur. Onlara bildirmişdir ki, zərərçəkmiş şəxslərin pullarını qaytarmaq lazımdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, bir nəfər tutulmuşdu. Vüqar Xəzər RPİ-nin 1-ci polis şöbəsində olan həmin şəxsin işini düzübqoşub zaminə çıxarmışdı. O da Vüqara bildirmişdir ki, onun da bir qohumu tutulub. Ona köməklik edə bilib-bilməcəyini soruşmuşdur. Vüqar da bildirdi ki, “biz köməklik edərik”. O qohumu Malik kişi ilə danışmış və sonradan Vüqarı da götürüb Ucara aparmışdır. Ucarda söhbət olundu ki, 2-3 həftəyə Malik kişinin oğlunun işi həll olunacaqmış. Malik kişinin oğlu zaminə buraxılacaqmış. Həmin vaxtı da Vüqar Malik kişidən 12000 manat pul almışdır. 2- 3 həftə sonra Vüqar yenidən 18000 manat pulu Malik kişidən almışdır. Həmin vaxtı o orada olmamışdır. Vüqar orda bildirmişdir ki, “iş düz gəlmir, əlavə 18000 manat da pul lazımdır”. Vüqar 18000 manat pulu almışdır. Sonradan isə 1000 manat və 2000 manat pul kartla göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 2023-cü ilin mayın ayının 15-də oğlu X5 tutmuşdular. Həmin günün sabahı, yəni ayın 16-sı Vüqar onlara gəlib demişdir ki, “sənin oğluna köməklik etmək istəyirəm”. Vüqar onun oğlunu tanıyırmış. Lakin o Vüqarı tanımırmış. O isə Vüqara bildirmişdir ki, oğlunu qurtarmaq üçün onun maddi imkanı yoxdur. Vüqar isə bildirdi ki, “bir şey fikirləşərik”. Vüqar ona bildirmişdir ki, “3000 manat pul ver, oğlunun sənədlərini şəhərdən Xəzərə gətizdirək. İşə Xəzər rayonunda baxılsın”. O da bildirmişdir ki, onun pulu yoxdur. Daha sonra şöbənin qabağında olan zaman Vüqar şöbəyə gedib gəlib dedi ki, “8400 manat pul istəyirlər,.verə bilərsən?”. O da Vüqara bildirmişdir ki, verə bilər. Sonradan Vüqar oğlumu çıxarıb gətirmiş və bildirmişdir ki, “uşağın məhkəməsi olacaq. 600-700 manat xərci olacaq. Məhkəmədə xərc çəkmək lazımdır”. O da demişdir ki, eybi yox o pulu da tapıb verə bilər. Oğlu da 6-7 ay çöldə qalmışdır. Sonradan məhkəmədən kağız gəlmiş və 1-2 nəfərə həmin kağızı göstərmişdir. Ona bildirmişdilər ki, oğluna 5 ildən 8 ilə qədər iş düşür. Həmin vaxtı isə Vüqar artıq tutulmuşdu. Bundan sonra o müstəntiqin yanına getmiş və ona bildirmişdir ki, “elə maddə ilə ittiham vermisən ki, burda 5 ildən 8 ilə qədər iş düşür. Müstəntiq də ona bildirmişdir ki, oğluma həmin maddə ilə ittiham elan edilib. O müstəntiqə bildirmişdir ki, bəs o Vüqara 8400 manat pul vermişdir. Daha sonra oğlunun məhkəməsi olmuş və oğlunun barəsində 5 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, onun Malik və Kiyasla heç bir işi olmamışdı. Vüqarı ayın 19-u 24-cü Polis Bölməsi tərəfindən oğurluqla bağlı tutmuşdur. O da gedib zamin dayanıb Vüqarı çıxarmışdır. Vüqar səhəri gün Malikdən pul alıb gətirib vermişdir. X16 pul almağından ümumiyyətlə xəbəri olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, Maliklə danışmamış və verilən pul da Vüqarın öz problemlərinə xərclənmişdir. Kiyasın epizodu ilə də bağlı bildirmişdir ki, “yarısın atdı atamın boynuna, yarısını da mənim boynuma”. Onunla atası Eyvazın işi birlikdə Sabunçu rayonuna göndəriblər. Atası Eyvazın da işinə Sabunçu rayonunda xitam edilmişdir. Əlavə olaraq bildirmişdir ki, digər hökmdə yüngülləşdirici hal kimi qeyd edilmişdir ki, o dəymiş ziyandan 27000 manat pul ödəmişdir, lakin digər prosesdə, yəni Sabunçu Rayon Məhkəməsində olan məhkəmədə də dəfələrlə qeyd etmişdir ki, 1 manat pul belə ödəməmişdir. Həmçinin bildirmişdir ki, Vüqara Kiyasın işi ilə bağlı 8500 manat pul vermiş və Vüqar da həmin puldan 3800 manat pul qaytarmış, qalan hissəsi üçün də vaxt istəmişdir. Hazırda həmin məsələ ilə bağlı şikayət edilmişdir və Bakı şəhəri Baş Polis İdarəsində cinayət işinin icraatı davam etdirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, onun iş üzrə heç bir şahidliyi olmamış və pul alınmışdır. Kiyas pulu kiməsə vermişdir. Həmin verilmiş puldan 18000 manat pul qaytarılmış, lakin yerdə qalan pul qalmışdır. O da böyük kimi gedib Kiyas kişidən işin bu yerə gəlib çıxmaması üçün xahiş etmişdir ki, məsələni öz arasında həll etsinlər. Lakin sonradan qalan məbləğ tapılmamışdır. O Kiyas kişidən vaxt verilməsini və pulun ödəniləcəyi barədə xahiş etmişdir. Pulun tapılmamağı isə işin gəlib buralara qədər çıxmağına səbəb olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il dövlət və yerli özünüidarə orqanlarına vəzifə tutmaqdan məhrum edilməklə barəsində 01 il 06 ay sınaq müddəti təyin edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 75.1.1ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilərək cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış materiallar əsasında AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid1 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata götürülərək istintaq aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Xəzər RPİnin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin icraata götürülərək digər cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, həmin iş ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrə altında istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 06 dekabr 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskə baxış keçirilmişdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Şahid4 üzləşdirilməsi həata keçirilmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş 33000 manat ziyanın 10000 manatı ödənilmişdir. İş materiallarında olan Qala qəsəbəsi inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4, uşaqları Şahid5 Vüqar oğlu, X9, valideynləri Şahid5 və X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Qala qəsəbəsi inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1992-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Nursu kəndində anadan olmuş Təqsirləndirilən şəxs barəsində Qala qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 29 aprel 2024-cü il tarixədək üzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsindən verilmiş AZ-İV №454091 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə Şahid5 Vüqar oğlu anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 08 iyun 2020-ci il tarixdə 2987 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsindən verilmiş AZ-İV №675459 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə X9 anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 19 noyabr 2021-ci il tarixdə 7105 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 Muxrət oğlunun üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 14 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə yüngülləşdirilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində qəti olaraq 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim olunmuş 01 ədəd video disk maddi sübut əhəmiyyəti daşıdığından həmin disk maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 29 aprel 2024-cü il tarixdən 19 may 2024-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 250601-21-1/3-10201-9 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Şahid4 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 09 avqust 2024-cü il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü 09 avqust 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən qəti olaraq 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığı üçün probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Hazırki cinayət işi üzrə cinayət əməli təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin may ayından etibarən törədilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin cəza üzrə məhkumluq ödənilmədən Təqsirləndirilən şəxs tərəfindən yenidən eyni xarakterli cinayət əməli törədilmişdir. Bu hal təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzadan nəticə çıxarmadığına və eyni xarakterli cinayət əməlləri törətməyə meyilli şəxs olmasına dəlalət edir. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işində saxlanılmalıdır. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat və Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saata görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar