Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-517/2024 06.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 tərəfindən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, təqsirləndirilən şəxs keçmiş bacanağı X13 yalan olduğunu bilə-bilə onun foto şəkilini öz “Tik-tok” səhifəsində paylaşaraq onu təhqir etmişdir. Təxminən bir il öncə baldızı X1 əri X6 rəsmi olaraq boşanmış və uşaqları atalarının yanında qaldığı üçün onlara rəsmi olaraq hər ay aliment ödəyir. Bir müddət öncə keçmiş bacanağı M.Kazımov "Whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayıb onu təhqir etsə də ona əhəmiyyət verməmiş, sonradan yəni 26, 27 və 28 dekabr 2023-cü il tarixlərində Müşviqin onun foto şəkillərini öz “tik-tok” səhifəsində paylaşaraq onu təhqir etdiyini görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Əlavə olaraq qeyd etmişdir ki, keçmiş bacanağı Kazımov Müşviq başqalarının foto şəkillərindən istifadə edərək saxta “tik-tok” səhifəsi açmış, kənar şəxslərin canlı yayımına daxil olub, onları söyüb təhqir etmiş, daha sonra onun mobil nömrəsini onlara vermişdir. Təsirləndirilən şəxs bu məlumatların yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları qeyd etdiyi internet platformalarında yaymaqla ona qarşı böhtan atmış və onu təhqir etmişdir. Bütün bunları təsdiqi kimi, xx.xx.2024-ciı il tarixli Yasamal RPİ-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarında öz əksini tapmışdır. Belə ki, onun nömrələrini o, "Tik-tok” səhifəsində saxta profillərdən istifadə edərək onun tanımadığı şəxslərin canlı yayına daxil olmuş və onları təhqir etmiş, əlavə olaraq "ae pıdırı sənə nömrə yazacam zeng elemıyen anasın senen isim var“ yazaraq, öz nömrəsi kimi onun nömrəsini onlara vermişdir. Həmin şəxslər ona zəng vuraraq onunla görüşmək istədiklərini və guya onları nə üçün təhqir etdiyini soruşmuşlar. O, belə bir halın olmadığını və onları təhqir etmədiyini bildirmiş və sonradan ona məlum olmuşdur ki, bunları edən keçmiş bacanağıdır. Yasamal RPİ-nin 28 -ci PŞ-nin təhqiqatçısı, polis mayoru, X9 onun müraciəti əsasında toplamış olduğu materiallardanda göründüyü kimi X13 qeyd edilənləri etiraf edərək bunu guya ailəsinin dağılmasında onu günahkar bildiyindən və guya onun keçmiş həyat yoldaşının uşaqları ilə görüşməyə maneə olduğundan etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X7 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X2 Rauf Güləhməd oğlunun şikayətin icraata qəbul edilməsinə etirazının olmadığını bildirdi. Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şikayət ərizəsindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur ki, qeyd olunan maddə Cinayət Məcəlləsində mövcud deyil. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-517/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-517/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver