Məhkəmə qərarları › İş №1(003)-52/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-52/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-52/2022 07.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Türkan qəsəbəsi yeni sahədə yerləşən hasarlanmış torpaq sahəsindəki yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla oradan 1 ədəd 100 manat dəyərində metal vannanı və hər birinin dəyəri 200 manat olan 2 ədəd su motorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 0,431 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımışdır. 12 sentyabr 2021-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,431 qram qəhvəyi rəngli toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası X1, atası X2, arvadı X4 və 3 yaşlı qızı Güldanə ilə birlikdə yaşayır. O, 4 il olar ki, narkotik vasitə heroini inyeksiya yolu qəbul edir. Pula ehtiyacı olduğundan 06 sentyabr 2021-ci il tarixdə, saat 10 radələrində özünə məxsus «Moskviç» markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobili ilə məhlədən tanışı X3 ilə birlikdə Türkan qəsəbəsi Yeni sahə adlanan ərazidən keçərkən qonşu Camalın hasara alınmış torpaq sahəsində çuqun vanna görmüşlər. O, Novruzla həmin vannanı həyətdən oğurlayıb avtomobilin üstünə yükləmişlər və Türkan qəsəbəsində metal qəbul edən Namiq adlı şəxsə 20 manata satmışlar. O, həmin vaxt Novuzla birlikdə su motorlarını oğurlamamışdır. Bundan başqa 12 sentyabr 2021-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadə üçün 10 manat pula bir büküm heroin almışdır. Həmin günü saat 13 radələrində Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər O, əynində olan gödəkçənin cibində olan 1 büküm heroini təqdim etmişdir. Sonra polis əməkdaşı üzərində axtarış aparmış, lakin qadağan olunmuş heç bir maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Bundan başqa 06 noyabr 2020-ci il tarixdə Mərdəkan qəsəbəsində Zaur adlı tanışından öz istifadəsi üçün 10 manat pula bir büküm narkotik vasitə heroin almışdır. Həmin gün saat 13 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsində olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, əynində olan 1 büküm heroini təqdim etmişdir. Sonra polis əməkdaşı üzərində axtarış aparmış, lakin qadağan olunmuş heç bir maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, bir azyaşlı uşağının, xəstə atasının, atasının və arvadının onun himayəsində olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xəzər rayonu, Türkan qəsəbəsi Yeni sahədə yerləşən mərhum atası Nurəddinin adına Neft Şirkətinin Nəqliyyat Departamenti tərəfindən verilmiş 25 sot torpaq sahəsi daş hasarla əhatə olunmuşdur. Orada tikintisi başa çatmayan ev vardır. Torpaq sahəsində 3 il olar ki, tərəvəz əkir. Həmin bağ sahəsində artezyan quyusu və motoru vardır. Digər su motoru isə həyətdəki hovuza suvarma məqsədi ilə quraşdırmışdır. 2021-ci ilin avqust ayının ortalarında bağ sahəsinə gəlib işlərini görüb getmişdir. 06 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində həmin bağ sahəsinə gəldikdə su quyusunun içində olan saxlanc yerində 01 ədəd su motorunun və hovuzun yanında olan cuqun vannanın yerində olmadığını görüb DİN-nin 102 xidmətinə zəng edib oğurluq olduğunu demişdir. Bir qədər sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə gedərək ərizə ilə müraciət edərək izahat vermişdir. Su motorlarının hər birinin dəyəri 200 manat, cuqun vannanın isə 100 manat olmuşdur. Oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Daha sonra metal qəbulu yerlərini gəzərkən özünə məxsus cuqun vannanı Namiq adlı Türkan qəsəbəsində metal qəbul edən şəxsin obyektində görüb tanımış və bu barədə 1-ci PŞ-nin əməkdaşlarına məlumat vermişdir. Həmin vaxt maraqlandıqda ona məlum olmuşdur ki, həmin cuqun vannanı Namiq adlı metal qəbul edən şəxsə Nizaməddin adlı Türkan qəsəbəsi sakini satmışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini, ona cəza verilməsini məhkəmənin mülahizəsinə verildiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Nizaməddin və Novruz adlı şəxsləri Türkan qəsəbə sakinləri kimi tanıyır. 2014-cü ildən Xəzər rayonu, Türkan qəsəbəsi yeni sahədə yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. 2021-ci ilin avqust ayının 5-də Nizaməddin və Novruz «Moskviç» markalı avtomobillə gələrək özlərinə məxsus bir ədəd çuqundan işlənmiş vanna satdıqlarını demişlər. Həmin vannanı tərəzidə çəkmiş və 100 kiloqram çəkisi olduğundan Nizaməddinə 30 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayının 12 tarixində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları gələrək həmin vanna ilə maraqlanarkən Nizaməddin və tanışı Novruzun ona oğurluq vanna satdıqlarını bilmişdir. O, da həmin vannanı polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq onu 12 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsində şübhəli şəxs qismində saxlayaraq 1-ci PŞ-nə dəvət etmişlər. Şöbədə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin qara kağızına bükülünü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarş həyata keçirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 12 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 12 sentyabr 2021-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Fikrət Yunuszadınin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Zaur Babayev tərəfindən müdafiəçisi kimi dəvət edilmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli diman şalvarının sağ yan cibindən 01 ədəd olan qara rəngli siqaret kağızı bükümündə olan toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək heroin olmasını, həmin narkotiki 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə təhqiqatçı Zaur Babayev tərəfindən zərfə qoyularaq üzəri Azərbaycan Respublikası DİN-in 157 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Zaur Babayev tərəfindən müdafiəçisi kimi dəvət edilmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd olan qara rəngli siqaret kağızı bükümündə olan toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək heroin olmasını, həmin narkotiki 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığışəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində saxlayaraq daşıdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə təhqiqatçı Zaur Babayev tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli, 6/4016 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” möhür əksi, üzərində “şübhəli şəxs:...Təqsirləndirilən şəxs... sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,431 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,381 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2020-ci il tarixli, 4352 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abtinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 ay islah işləri cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 4 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 ay 26 gün hissəsindən vaxtından əvvvəl şərti azad olunmuşdur, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlini etiraf etməsini, himayəsində bir azyaşlı uşağı və xəstə atasının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSYdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun 22 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,381 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. 01 ədəd vanna sübüt kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,381 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 01 ədəd vannanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,381 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd vannanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar