Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-52/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, natamam orta təhsilli, fərdi əmək faliyyəti ilə məşqul olan, Zərdab rayonu, Zərdab şəhəri, B.Allahverdiyev küçəsi, ev 11 qeydiyyatda olan, Bakı şəhəri. Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 24 may 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən tikilinin içərisində olan otağda heç bir zor tətbiq etmədən əvvəlcə aşkar surətdə on dörd yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs könüllü olaraq dodaqlarından, boynundan öpmüş daha sonra isə Zərərçəkmiş şəxs çarpayının üzərinə uzadaraq öz cinsi ehtirasını təmin etmək məqsədi ilə cinsiyyət üzvünü on dörd yaşına çatmayan zərər çəkmiş Fatimə İsqovanın arxa keçəcək dəliyinə yeridərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2020-ci ildə 124 saylı tam orta məktəbin 9-cu sinifini bitirmiş, lakin sonrdan məktəbə getməmişdir. Zərərçəkmiş şəxs təxminən 2022-ci ilin may ayının 9-10 tarixindən tanımışdır. Zərərçəkmiş şəxs 124 saylı orta məktəbin 6-cı sinif şagirdi olmuşdur. O, Fatimə ilə istifadəsində olan ***-***-**-** mobil nömrədə «whatsapp» sosial şəbəkə vasitəsi ilə yazışmışdır. 23 may 2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs «whatsapp» vasitəsi ilə yazışarkən ona bildirmişdir ki, «gəl hardasa görüşək». Razılıq əsasında həmin günü Mərdəkan qəsəbəsində yerləşən Günel ticarət mərkəzinin yaxınlığındakı parkda görüşüb gəzişmişlər. Söhbət zamanı Fatimə ona bildirmişdir ki, Fatimə üçün bir günlük ev tapsın, Fatimə orada qalsın evə getməsin, daha sonrasını isə özü bildiyini demişdir. O, bu əməlin düzgün olmadığını, belə etməməsini nə qədər bildirsə də Fatimə, öz fikrindən çəkinməmiş, hətta bildirmişdir ki, evə getmiş olsa atası onu öldürəcək. O, dükandan su şirniyyat almış və onlar bir qədər birlikdə gəzdikdən sonra Fatiməni öz evlərinə aparmaq fikrinə düşmüşdür. O, bir neçə dəfə cəhd etmişdir ki, Fatiməni evlərinə yola salsın, lakin Fatimə hər dəfəsində məhəllələrinə çatar-çatmaz qışqırırmış ki, özünə nəsə edəcək. O, hətta Fatiməyə təklif etmişdir ki, «gəl gedək atanı mən başa salacam» yenədə razılıq verməmişdir. Fatiməyə onu öz evlərinə aparmağı onlarda anası Gülbənizin Fatimənin valideynləri ilə danışmasını istəsə də Fatimə razı olmamışdır. Bundan sonra o, məcbur olub Fatiməni Şağan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən köhnə tikiliyə aparmışdır ki, heç olmasa həmin tikilidə qalıb gecələsinlər. Orada o, yalnız Fatimənin boğaz və dodaq nahiyəsindən öpmüş, lakin o, Fatimə ilə hər hansı bir cinsi əlaqədə olmamışdır. Gecə, yəni 24 may 2022-ci il tarixdə saat 08 radələrinədək Fatimə ilə birlikdə həmin boş evdə biryerdə qalmışlar. Səhəri isə saat 08 radələrində o, yenə də məcburi halda Fatiməni yaşadığı evə aparmışdır. Daha sonra isə onları polis əməkdaşları Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hadisədən təxminən 1 ay müddət olar ki, Təqsirləndirilən şəxs tanımışdır, Şükranı Şükranın bacısı Cəbrayılova Aysunun vasitəsi ilə tanımışdır. Şükran ilə təxminən 23 may 2022-ci tarixdən 14-15 gün qabaq olar ki, telefonla «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə mesajlaşmışdır. 23 may 2022-ci il tarix saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs ona məxsus olan mobil telefona «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq onunla görüşmək istədiyini bildirmişdir. O, əvvəlcə razılıq verməsə də Şükran bacısının da yanında olduğunu dedikdən sonra o, Şükrana razılıq vermiş, 23 may 2022-ci il tarixdə saat 12 radələrində görüşmüşlər. Onlar, yəni o, Şükran və Şükranın bacısı Aysunla birlikdə bir neçə saat gəzişdikdən sonra o, evə qayıtmışdır. Bundan sonra Şükran təkrar görüşməyi və bacısının da orada olmasını ona bildirdikdən sonra həmin günü saat təxminən 18 radələrində Mərdəkan qəsəbəsində yerləşən Günel ticarət mərkəzinin yaxınlığında olan parkda onunla görüşmüşdür. Lakin, həmin zaman Şükran tək olmuş, bacısı Aysun yanında olmamışdır, Şükrana bacısı Aysunun nə üçün gəlmədiyini və harada olmasını sual verdikdə Şükran bildirmişdir ki, «narahat olma Aysun gələcək». Söhbət əsnasında Təqsirləndirilən şəxs ona təklif edərək gecəni birlikdə qalmasını bildirdikdə o, da Şükranla razılaşıb Şağan qəsəbəsində yerləşən boş evlərin birinə getmişlər. Artıq həmin vaxt, 24 may 2022-ci il tarixi saat təxminən 01 radələri olmuşdur, bu zaman o, təkrar olaraq Şükrandan Aysunu soruşmuş, Şükran isə təkrar olaraq inam yaratması üçün bacısının gələcəyini bildirmişdir. Həmin ev iki otaqlı olmaqla onlar olduğu otaqda çarpayı və yataq dəsti olmuşdur. Şükran çaprayının üzərində dodaqları ilə onun boyun nahiyəsindən bir neçə dəfə öpmüşdür. Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır, ondan başqa 2007-ci il təvəllüdlü Mələk adında bir qızı da vardır. Zərərçəkmiş şəxs Şağan qəsəbəsində yerləşən 124 saylı tam orta məktəbin 6-cı sinif şagirdi olmuşdur. O, müəyyən vaxtlarda, işi az olduqda qızı Fatiməni məktəbdən götürməyə getmişdir. 23 may 2022-ci il tarixdə günorta saatlarında Fatimənin məktəbdən çıxacağı vaxt məktəbə getsə də Fatiməni məktəbdə görməmişdir. Bir neçə saat məktəb ərazisində olduqdan sonra Fatimədən xəbər almaq üçün və evdə olub-olmadığını öyrənmək üçün evinə qayıtmışdır. O, həmin günü təxminən saat 18 radələrində evdə olsa da azyaşlı qızı Fatimə evə gəlməmiş, digər qızı Mələk ona bildirmişdir ki, Fatimə az öncə evə gələrkən onun evdə olmadığını görüb ona xəbər vermək üçün çıxdığını və məktəbə getdiyini demişdir. Bundan sonra həyat yoldaşı Zibeydə işdən gəlsə də Fatimənin evə gəlmədiyini görüb axtarmağa başlamışlar. Az yaşlı qızı Fatimənin başına nəsə hadisə gəldiyini düşünüb xəstəxanaları müəyyən yerləri axtarsalar da Fatiməni tapa bilməmişlər. Artıq qızı Fatimənin itkin düşdüyünü başa düşüb yoldaşı ilə birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Səhəri günü Fatimə evə gəlmiş və onlara məlum olmuşdur ki, Fatimə həmin gecəni Şükran adlı şəxslə hansısa evdə qalmışdır. Daha sonra onlara qızı Fatimənin deməsindən məlum olmuşdur ki, Şükran Fatiməni bacısı Aysunun da onların yanına gələcəyinə inandırıb Şağan qəsəbəsində bir evə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə1 bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Hadisənin isə şahidi olmamışdır. Əlavə olaraq bildirmişdir ki, oğlu ittihamda göstərilən əməli törətməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən canlı şəxsin ekspertizasının 24 may 2022-ci il tarixli 511 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 2059 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, yoxlanılan şəxs X5 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları anamnestik məlumatlar və hal- nazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər Dsixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir Dİunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, ıntellektual-mnestik imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. AR SN “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-dən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci ıl tarixli, 511 saylı rəyin nəticə hissəsində göstərilmişdir: “Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tajiılığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir.” İİ. Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik qeyd edilmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ekspertizadan təqsirləndirilən şəxs qismində keçmədiyindən sual ona şamil edilmir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək, əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji eskpertizasının xx.xx.2022-ci il tarixli, 2215 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi mateıiallannın və apanlmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs ünsiyyətçillik, adaptivlik, situativlik, özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafını nəzərə alınmaqla, o, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis-mayoru Anar Bəxtiyarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsindən həmin Məcəllənin 150.3.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-267/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-399/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti istintaqın sonunadək 25 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin materiallarının, əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən həmin Məcəllənin 152.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs qismində tanınaraq dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndələri Qanuni nümayəndə2 və Şahid1 tərəfindən Xəzər rayon Polis İdarəsinə ünvanlanmış 05 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onların təqirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayət, iddia və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 tərəfindən Xəzər rayon Məhkəməsinə ünvanlanmış 29 noyabr 2022ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş tərəf Təqsirləndirilən şəxs ilə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət, iddia və tələbləri yoxdur. Qeyd edilən halların Təqsirləndirilən şəxs cəza təyin edilərkən məhkəmə tərəfindən nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslə barışmasını, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən “Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittihamı qəbul etməmişdir. Lakin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin, şahidin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndiirlən şəxsin cinayət əməlini törədərkən yetkinlik yaşına çatmadığını, həmçinin şəxsin məsuliyyətini yüngülləşdirən digər halları habelə şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə həmçinin təqsirləndiirlən şəxsin törətdiyi cinayət əməlinin xarakterini, həmin əməlin yetkinlik yaşına çatmayan (12 yaşlı) şəxsə qarşı törədilməsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 06 (altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-52/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-52/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver