Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-52/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 sentyabr 1957-ci il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Əliabad ərazi dairəsi Əliabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu Xəqani Aslanov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-33/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanan və Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 16 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkiblərinə görə eynilik təşkil edən və ümumi təmiz çəkisi 57,055 qram olan 26 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvanda saxlamış, 15 ədəd bükümdə, təmiz çəkisi 7,005 qram qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı heç bir pul qarşılığı olmadan və hər hansı bir şəxsi maraq güdmədən sırf qohumu olduğu üçün şəxsi istifadəsindən ötrü X3 vermiş, 16 yanvar 2023-cü il tarixdə saat 18:00-da AR DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Döneritto” kafesinin yaxınlığında qohumu Anar Abdullayev ilə piyada hərəkətdə olan zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına gətirilmişlər və videoçəkiliş vasitəsilə hər iki şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,704 qram, 0,410 qram, 0,381 qram, 0,540 qram, 0,456 qram, 0,870 qram, 0,484 qram, 0,494 qram, 0,423 qram, 0,574 qram olmaqla 10 (on) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, Anar Abdullayevin əynində olan qara rəngli şalvarın sol yan cibindən isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qram, 0,406 qram, 0,556 qram, 0,164 qram, 0,556 qram, 0,553 qram, 0,441 qram, 0,471 qram, 0,257 qram, 0,383 qram, 0,407 qram, 0,618 qram, 0,348 qram, 0,360 qram, 0,631 qram olmaqla 15 (on beş) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, həmçinin əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu Xəqani Aslanov küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilərkən evin yataq otağında olan divanın içəri hissəsindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 44,714 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda əvvəlcə özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə, saat 18:00 dəqiqədə Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Döneritto” kafesinin yaxınlığında X5 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərib, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onları 3-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və Anar şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onların üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onlara üzərilərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 10 (on) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd içərisində 077 333-42-04 simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 9 (doqquz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə özünə geri qaytarılmışdır. X11 qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən X11 əynində olan qara rəngli şalvarın sol yan cibindən 15 (on beş) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Anarın üzərinə şəxsi axtarış keçirilmiş və Anar əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 077 721-81- 51 simkart nömrəsi olan “İtel” markalı mobil telefon, 1 (bir) ədəd xarici pasport aşkar edilərək götürülmüşdür. Daha sonra Anarın təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 12 (on iki) qram olmuşdur. Həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Anar, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “İtel” markalı mobil telefon və 1 (bir) ədəd xarici pasport götürülmüşdür. Sorğusual zamanı o, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 15 (on beş) gün bundan əvvəl Xəzər rayonu ərazisindən istifadə etmək məqsədi ilə 350 (üç yüz əlli) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, qohumu Anar Abdullayevə heç bir pul qarşılığı olmadan istifadəsi üçün narkotik vasitə verdiyini, həmçinin Xəzər rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Anar Abdullayev da verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, onun dediklərini təsdiq edərək həmin kütlələri özünə istifadəsi üçün onun verdiyini, heç kimə narkotik vasitə satmadığını, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və daha sonra onun yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə yataq otağında olan divanın içəri hissəsindən, 1(bir) ədəd bükümdə qurudulmuş marixuana təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 54 (əlli dörd) qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Sorğu-sual zamanı ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən 15 (on beş) gün bundan əvvəl Xəzər rayonu ərazisindən istifadə etmək məqsədi ilə 350 (üç yüz əlli) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, qohumu Anar Abdullayevə heç bir pul qarşılığı olmadan istifadəsi üçün narkotik vasitə verdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Anar Abdullayev da verilən suallara cavab olaraq onun dediklərini təsdiq edərək onun özünə istifadəsi üçün narkotik vasitə verdiyini, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. X1 da verilən suallara cavab olaraq yaşadıqları evdə narkotik vasitə olmasından məlumatı olmadığını, onun özünə yaşadıqları evdə narkotik vasitə saxlamağını demədiyimi bildirmişdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, 16 yanvar 2023cü il tarixdə günorta radələrində Binə qəsəbəsi X.Aslanov küçəsində yerləşən evlərinin yaxınlığında küçədə durub bacanağının oğlu ilə söhbətləşən zaman Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları ona yaxınlaşaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olduğunu ona bildirmişlər. O, etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə getmişdir. Həmin ərəfədə onun ayağı sındığından 6 ay müalicə almış, ayağında mil olmuşdur. Ayağında olan ağrılar səbəbilə bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Lakin heç zaman narkotik vasitə satışı həyata keçirməmişdir. PŞ-nə aparılarkən üzərində narkotik vasitə olmamış, orada adlarını bilmədiyi polis əməkdaşları ona bir az fiziki təzyiq göstərmiş, kobud davranmışlar. Onlar onu saxlayan zaman avtomobilə əyləşdirərkən ayğında olan mil dartılmış və o, ağrı hiss etmiş, polis əməkdaşlarından ona qarşı kobud rəftar etməmələrini xahiş etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə həmin vaxt heç bir yerə şikayət etməmiş, hətta barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Evlərində axtarış aparılan zaman isə Anar Abdullayev də onlarda olmuş, divanın arxasında saxladığı narkotik vasitə qurudulmuş marixuananı könüllü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, ilk dəfə törətdiyi bu əməlindən peşmandır, həyat yoldaşı X4 ağır xəstəliklərdən əziyyət çəkir, mütəmadi olaraq müayinə və müalicə olunur, yataq xəstəsi olduğuna görə ona yalnız özü baxır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 göstərdi ki, 16 yanvar 2023cü il tarixdə saat 18:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşları, əməliyyat müvəkkilləri, polis baş letenantı Şahid1 və polis baş leytenantı Şahid3 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Döneritto” kafesinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və X5 onlar tərəfindən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xəzər RPİnin 3-cü PŞ-nin inzibati binasına gətirilmiş və bu barədə onlar tərəfindən Baş idarənin rəisinin adına raport yazılmışdır. 3-cü PŞ-nə gətirməzdən əvvəl onlar artıq həmin şəxslərin anket məlumatlarını və yaşayış yerlərini müəyyən etmişlər. Hər iki şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçilər dəvət olunmuşlar. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin, onun və həmin iş yoldaşlarının iştirakı ilə təhqiqatçı, polis mayoru Yelmar Vahabov tərəfindən hər iki şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 10 (on) ədəd bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi götürülmüş, 1 (bir) ədəd açar isə şübhəli şəxsə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmiş və baxış zamanı bükümlərin içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 9 (doqquz) qram təşkil etmişdir. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı Anar Abdullayevə üzərində hər-hansı bir qeyriqanuni əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişdir. Bu təklifindən X11 əynində olan qara rəngli şalvarın sol yan cibindən 15 (on beş) ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “İtel” markalı mobil telefon və 1 (bir) ədəd xarici pasport aşkar edilərək götürülmüşdür. Anar Abdullayevin təqdim etdiyi bükümlərin içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümlərin içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “İtel” markalı mobil telefon və 1 (bir) ədəd xarici pasport götürülmüşdür. Anar Abdullayevin təqdim etdiyi qurudulmuş marixunaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi ümumilikdə 12 (on iki) qram təşkil etmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 15 (on beş) gün bundan əvvəl Xəzər rayonu ərazisindən özü istifadə etmək məqsədi ilə 350 (üç yüz əlli) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, qohumu Anar Abdullayevə heç bir pul qarşılığı olmadan istifadəsi üçün narkotik vasitə verdiyini, həmçinin Xəzər rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Öz növbəsində Anar Abdullayev da verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək həmin kütlələri özünə Təqsirləndirilən şəxs istifadəsi üçün verdiyini, heç kimə narkotik vasitə satmadığını, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti yekunlaşdıqdan sonra onlar, yəni şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak edən şəxslər növbəti istintaq hərəkətinin aparılması üçün Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi Südçülük sovxozu Xəqani Aslanov küçəsində yerləşən nömrəsiz fərdi evinə yollanmışlar. Evin qarşısında olan zaman təhqiqatçı Yelmar Vahabov evə baxış və götürmə istintaq hərəkətini keçirəcəyini elan edərək iştirakçıları təqdim etmiş və təhqiqatçının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edərək özü barəsində iştirakçılara məlumat vermişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi Südçülük sovxozu Xəqani Aslanov küçəsində yerləşən nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olub-olmamasını, əgər varsa könüllü surətdə təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs evdə yataq otağında olan divanın içəri hissəsindən, 1 (bir) ədəd bükümü çıxarıb təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmiş və baxış zamanı bükümün içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 54 (əlli dörd) qram təşkil etmişdir. Həmin kütlə qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxslər, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən 15 (on beş) gün bundan əvvəl Xəzər rayonu ərazisindən istifadə etmək məqsədi ilə 350 (üç yüz əlli) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, qohumu Anar Abdullayevə heç bir pul qarşılığı olmadan istifadəsi üçün narkotik vasitə verdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Öz növbəsində şübhəli şəxs Təqsirləndirilən şəxs X1 da verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə olmasından məlumatı olmadığını, əri Tələtin özünə yaşadıqları evdə narkotik vasitə saxlamasını demədiyini bildirmişdir. X9 da verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək özünə istifadəsi üçün Təqsirləndirilən şəxs narkotik vasitə verdiyini, verilən sualları tam başa düşdüyünü, özünə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı mənzildə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş letenantı Şahid1 elan edilmiş ifadəsi ilə onun da şahidlər Şahid2 və Şahid2 ifadələri ilə oxşar, eyni məzmunlu ifadələr verərək onların göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 17 yanvar 2023-cü il tarixli 7/55 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 44,714 qram, üzərində “Təqsirləndirilən şəxs....” yazısı və imzalar olan kağız paketdəki 10 (on) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,704 qram, 0,410 qram, 0,381 qram, 0,540 qram, 0,456 qram, 0,870 qram, 0,484 qram, 0,494 qram, 0,423 qram, 0,574 qram və üzərində “X2...” yazısı və imzalar olan kağız paketdəki 15 (on beş) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,854 qram, 0,406 qram, 0,556 qram, 0,164 qram, 0,556 qram, 0,553 qram, 0,441 qram, 0,471 qram, 0, 257 qram, 0,383 qram, 0,407 qram, 0,618 qram, 0,348 qram, 0,360 qram, 0,631 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 57,055 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkisi: 57,055 qram (1-26 №-li ob), tədqiqata sərf edildi: 1,3 qram (hər obyektdən 0,05 qram), qalıq: 55,755 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,00 (yetmiş səkkiz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 14 aprel 2023-cü il tarixli, 2182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlərdə ümumi təmiz çəkisi 57,055 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış – 55,765 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan müxtəlif tibb müəssisələri tərəfindən verilmiş müayinə və müalicə sənədlərindən görünür ki, X4 diabetik nefropatiya , xroniki böyrək xəstəliyi, nefrogen hipertoniya, renal anemiya, Hbs.Ağ-neqativ, Anti-HCV-neqativ diaqnozu ilə mütəmadi müayinə və stasionar müalicə olunur, xəstəyə həftədə 3 dəfə 4 saat olmaqla hemodializ müalicəsini davam etdirmək tövsiyə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 fevral 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşıması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəlində verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun məhkəmə istintaqının əvvəlində bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının əvvəlində ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə məhkəmə iclasının əvvəlində özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 3-cü PŞ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə sonradan da şikayət etməmiş, yalnız məhkəmə baxışı zamanı bu barədə ifadəsində bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Xəzər rayon prokurorluğuna ünvanlanmış 08 avqust 2023-cü il tarixli 1(003)-479/2023 saylı məktubdan görünür ki, 07 avqust 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək Xəzər RPİ-nin 3-cu PŞ-nin adlarını bilmədiyi əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərildiyini bildirməsi barədə məlumat verilərək qeyd edilən faktın araşdırılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan tərəfindən Xəzər rayon prokurorluğu tərəfindən ünvanlanmış 20 sentyabr 2023-cü il tarixli C-439/23 nömrəli məktubdan və ona əlavə olunmuş həmin tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, rayon prokurorluğunda aprılan araşdırma zamanı Təqsirləndirilən şəxs Əziağa oğlunun göstərdiyi xüsusatlar əsasında rayon prokurorluğunda toplanmış C-439/23 saylı materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə 20 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, himayəsində müxtəlif xəstəliklərdən əziyyət çəkən həyat yoldaşının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, 16 yanvar 2023-cü il tarixdə AR DİN-nin BNMİ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddə ilə ittiham elan edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-33/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 10 may 2023-cü il tarixdə cinayət işi üzrə əməl AR CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, 10 may 2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmiş, 10 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun 16 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində 16 yanvar 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək saxlanıldığı 4 (dörd) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 55,765 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 78,00 (yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X7 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 47 iş saatına görə 282,00 (iki yüz səksən iki) manat olmaqla ümumilikdə 402,00 (dörd yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində 16 yanvar 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək saxlanıldığı 4 (dörd) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 55,765 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78,00 (yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 282,00 (iki yüz səksən iki) manat olmaqla ümumilikdə 402,00 (dörd yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-52/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-52/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver