Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-52/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər X13 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs X13 müdafiəçisi- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natam orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-15/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 10 aprel 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şirvan şəhəri, Praxmor qəsəbəsi, Füzuli küçəsi ev 4-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, nömrəsiz fərdi evdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan X13 xx.xx.1966-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-490/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şirvan şəhəri, Praxmor qəsəbəsi, Füzuli küçəsi ev 4- də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi nömrəsiz fərdi evdə kirayə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, X30 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının əvvəllərində təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qəbələ Xanlar restoranının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evinə qanunsuz daxil olaraq qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə evin pəncərəsini güc tətbiq edib açmaqla içəri girib evin yaşayş sahəsi olan qonaq otağından 01 ədəd böyük ölçülü “Samsung” markalı 1000 manat qiymətində plazma televizoru və evin yataq otağında olan 01 ədəd kiçik ölçülü “Samsung” markalı 600 manat qiymətində plazma televizoru Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1.600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının ortalarında təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan bağ evinə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz daxil olaraq evin həyətində divarın kənarındakı 01 ədəd “2SP” markalı 500 manat qiymətində su nasosunu, həyətdəki hasardan 01 ədəd 300 manat qiymətində su nasosunu, saxlanc yeri olan əl damından 01 ədəd 220 manat qiymətində otbiçən maşını və 200 manat qiymətində təmir alətləri dəstini qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1220 (min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının sonlarında təxminən gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, dörd yol adlanan yerdə Yeni Qala yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq evin pəncərəsini qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə güc tətbiq edib açmaqla içəri girib oradan 01 ədəd 100 manat qiymətində preferator, 01 ədəd 100 manat qiymətində samovar, 1 metri 1 manat olmaqla ümumi uzunluğu 50 metr olan 50 manat qiymətində elektrik naqili, 1 ədəd 100 manat qiymətində elektron qızdırıcı, 01 ədəd 50 manat qiymətində çaynik, 01 ədəd 25 manat qiymətində balta, 01 ədəd 25 manat qiymətində çəkic, 150 manat qiymətində dəst avtomobil ehtiyyat hissələri, 01 ədəd 60 manat qiymətində plastmas su çəni və 01 ədəd 40 manat qiymətində musiqi mərkəzini qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X37 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5/2 saylı yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq oradan 1 ədəd 1200 manat qiymətində “Simens” markalı paltaryuyan maşını, 1 ədəd 1200 manat qiymətində “LG” markalı kondisioneri, 1 ədəd 700 manat qiymətində “Samsung” markalı televizoru, 1 ədəd 300 manat qiymətində "Samsung” markalı tozsoranı, 1 ədəd 50 manat qiymətində ütünü, 1 ədəd 300 manat qiymətində mikrodalğalı sobanı, 1 ədəd 40 manat qiymətində 2 gözlü sobanı, 1 ədəd 100 manat qiymətində qızdırıcı radiatoru, 1 ədəd 50 manat qiymətində “Panasonik" markalı telefonu, 1 ədəd 100 manat qiymətində "Maks” markalı su nasosunu, 150 metr uzunluğunda və 100 manat qiymətində elektrik kabelini, 1 ədəd 150 manat qiymətində tosteri, 1 ədəd 200 manat qiymətində hovuz matorunu, 1 ədədi 100 manat olmaqla ümumilikdə 200 manat qiymətində olan və 2x3 ölçülü 2 ədəd xalçaları, 1 ədəd 100 manat qiymətində 2x1 ölçülü xalçanı, 1 ədəd 200 manat qiymətində tikiş maşınını, 1 ədəd 200 manat qiymətində samovarı, 1 ədəd 100 manat qiymətində 40 litrlik qazanı, 1 ədədi 10 manat olmaqla 6 ədəd 60 manat qiymətində mürəbbə ləyənlərini, 1 ədədi 15 manat olmaqla ümumilikdə 150 manat qiymətində 15 ədəd qazanları, 1 ədəd 65 manat qiymətində çaydanı, 1 ədəd 100 manat qiymətində çadırı, 1 cütü 100 manat olmaqla ümumilikdə 200 manat qiymətində olan 2 cüt yay ayaqqabılarını, 1 dəsti 100 manat olmaqla ümumi qiyməti 500 manat olan 5 dəst kişi geyimlərini, 1 ədəd 100 manat qiymətində bağ arabasını, 1 ədəd 50 manat qiymətində dreli, 1 ədəd 60 manat qiymətində elektrik mişarını, 1 ədəd 20 manat qiymətində qaz açarını, 100 manat qiymətində təsərrüfat alətləri dəstini, 100 metr uzunluğunda olmaqla ümumilikdə 100 manat qiymətində elektrik kabellərini, 200 manat qiymətində santexnik ləvazimatları dəstini, 500 manat qiymətində qab-qacaq dəstini, 1 ədəd 200 manat qiymətində yataq dəstini, 1 ədədi 25 manat olmaq ümumi qiyməti 100 manat olan 4 ədəd süfrə örtüklərini, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 100 manat olan 5 ədəd hamam dəsmallarını, 1 ədədi 100 manat olmaqla ümumi qiyməti 500 manat olan 5 ədəd dekorativ pərdələri, 1 ədədi 100 manat olan və ümumi qiyməti 500 manat təşkil edən 5 ədəd döşək üzlərini, 1 ədədi 30 manat olmaqla ümumi qiyməti 150 manat olan 5 ədəd pəncərə karnizlərini, 1 ədəd 300 manat qiymətində dəmir qapını, 1 ədəd 100 manat qiymətində masanı, 1 ədədi 15 manat olmaqla ümumi qiyməti 150 manat olan 10 ədəd turşu bankalarını, 100 manat qiymətində yuyucu maddə dəstini, 1 ədəd 100 manat qiymətində ağır yumru böyük qazanı, 1 ədəd 300 manat qiymətində divar saatını, 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 2 ədəd adyalları, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 100 manat olan 5 ədəd qadın şərflərini tanışı X37 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 10495 (on min dörd yüz doxsan beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən əl damından 01 ədəd 2 manat qiymətində üzərində “Prune Saw” yazısı olan istifadədə olmuş əl mişarını, bir ədəd 150 manat qiymətində Rusiya istehsalı olan istifadədə olmuş 5 litrlik samovarı, 1 ədəd 10 manat qiymətində içərisində zoğal mürəbbəsi olan 530 qramlıq şüşə balonu, 1 ədədi 10 manat olmaqla ümumi qiyməti 20 manat olan 2 ədəd içərisində alma mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 10 manat qiymətində içərisində gilas mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 10 manat qiymətində içərisində əncir mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 10 manat qiymətində içərisində gavalı mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 2 manat qiymətində içərisində kompot olan 1 litrlik şüşə butulkanı, 1 ədədi 2 manat olmaqla ümumi qiyməti 4 manat olan 2 ədəd istifadədə olmuş (65x65 sm ölçülü) yastıq üzlərini, 1 ədəd 2 manat qiymətində üzərində “G3WER SİNCE 1980 4XL” yazıları olan qara rəngli, istifadədə olmuş koftanı, 1 ədəd 2 manat qiymətində üzərində “Eliza moda” yazısı olan, qara rəngli, istifadədə olmuş papaqlı koftanı, 1 ədəd 2 manat qiymətində qara rəngli istifadədə olmuş idman şalvarını, 1 ədəd 2 manat qiymətində üzərində “Beautiful" yazısı olan, istifadədə olmuş qara rəngli idman şalvarını, bir cüt 5 manat qiymətində istifadədə olmuş butsu, bir cütü 5 manat olmaqla ümumi qiyməti 10 manat olan istifadədə olmuş kişi idman ayaqqabısın və bir cüt 3 manat qiymətində yay rezin çəkələkləri qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 244 (iki yüz qırx dörd) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən əl damından 01 ədəd 10 litrik istifadə olunmuş 250 manat qiymətində samovarı, 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 12 manat olan 10 metr uzunluğunda 2x2,5 mm-lik elektrik naqilini və içərisində alça mürəbbəsi olan 700 qramlıq 01 ədəd 10 manat qiymətində şüşə balonunu və içərisində armud mürəbbəsi olan 900 qramlıq 10 manat qiymətində 01 ədəd şüşə balonunu qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 282 (iki yüz səksən iki) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən əl damından 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 60 manat olan 2x2,5 mm ölçüsündə 50 metrlik elektrik naqilini, istifadə olunmuş 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 84 manat olan 2x2,5 mm ölçüsündə 70 metrlik elektrik naqilini, istifadə olunmuş 1 metri 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 90 manat olan 2x4 mm ölçüsündə 50 metrlik elektrik naqilini, istifadə olunmuş 01 ədəd 20 manat qiymətində kiçik ölçülü dreli və 01 ədəd üzərində 230V, 350W, 35rnm yazıları olan 30 manat qiymətində “Hidroterm” markalı lobziki qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 284 (iki yüz səksən dörd) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla qrup üzvü Təqsirləndirilən şəxs2 pusquda dayandığı zaman özü saxlanc yeri hesab edilən zirzəmidən ümumi dəyəri 384 (üç yüz səksən dörd) manat təşkil etməklə bir ədədi 150 manat olan və cəmi 300 manat təşkil edən iki ədəd Rusiya istehsalı olan istifadədə olmuş samovarı və 1 metri 1 manat 20 qəpik olmaqla cəmi 84 manat olan 70 metr uzunluqda 2x2,5 mm ölçülü elektrik naqillərini götürməklə gizli olaraq talamaq istəmiş, lakin ev sahibi Zərərçəkmiş şəxs6 onu və qardaşı Təqsirləndirilən şəxs2 saxlaması səbəbindən öz iradələrindən asılı olmadan niyyətini başa çatdıra bilməyərək təkrarən oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5/2 saylı yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq oradan 100 metr uzunluğunda və 150 manat dəyərində elektrik kabelini qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 150 (yüz əlli ) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü İİ tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qoşa Qala restoranının arxasında yerləşən yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq həyətdə olan 01 ədəd 250 manat qiymətində 5 litrlik samovarı və evin içərisində olan 01 ədəd 600 manat qiymətində “Artel” markalı televizoru qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 850 (səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi - 0,230 qram olan kustar üsulla hazırlanmış narkotik vastə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 22 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən "Araz” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 14:30-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 15:15-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngdə olan şalvarının sağ yan cibində kağız kəsiyinə bükülmüş təmiz çəkisi - 0,230 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. İttiham aktında həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı X30 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının əvvəllərində təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qəbələ Xanlar restoranının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evinə qanunsuz daxil olaraq qardaşı X30 ilə birlikdə evin pəncərəsini güc tətbiq edib açmaqla içəri girib evin yaşayş sahəsi olan qonaq otağından 01 ədəd böyük ölçülü “Samsung” markalı 1000 manat qiymətində plazma televizoru və evin yataq otağında olan 01 ədəd kiçik ölçülü “Samsung” markalı 600 manat qiymətində plazma televizoru X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1600 (min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı X30 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının ortalarında təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan bağ evinə qardaşı X30 ilə birlikdə qanunsuz daxil olaraq evin həyətində divarın kənarındakı 01 ədəd “2SP” markalı 500 manat qiymətində su nasosunu, həyətdəki hasardan 01 ədəd 300 manat qiymətində su nasosunu, saxlanc yeri olan əl damından 01 ədəd 220 manat qiymətində otbiçən maşını və 200 manat qiymətində təmir alətləri dəstini qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1220 (min iki yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşı X30 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin sentyabr ayının sonlarında təxminən gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, dörd yol adlanan yerdə Yeni Qala yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsi oları bağ evinə qanunsuz daxil olaraq evin pəncərəsini qardaşı X30 ilə birlikdə güc tətbiq edib açmaqla içəri girib oradan 01 ədəd 100 manat qiymətində preferator, 01 ədəd 100 manat qiymətində samovar, 1 metri 1 manat olmaqla ümumi uzunluğu 50 metr olan 50 manat qiymətində elektrik naqili, 1 ədəd 100 manat qiymətində elektron qızdırıcı, 01 ədəd 50 manat qiymətində çaynik, 01 ədəd 25 manat qiymətində balta, 01 ədəd 25 manat qiymətində çəkic, 150 manat qiymətində dəst avtomobil ehtiyyat hissəsləri, 01 ədəd 60 manat qiymətində plastmas su çəni və 01 ədəd 40 manat qiymətində musiqi mərkəzini qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi-0,724 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 21 oktyabr 2023-cü il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində yolun kənarına kimi daşımış, həmin gün orada saat 20:40-da Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 21:15-də Sabirabad RPŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,128 qram, 0.313 qram, 0,283 qram olmaqla ümumi təmiz çəkisi-0,724 qram olan kütləsi kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli xeyli miqdar narkotik vasitə heroin 03 ədəd bükümlərdə Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X30 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən əl damından 01 ədəd 2 manat qiymətində üzərində “Prune Saw" yazısı olan istifadədə olmuş əl mişarını, bir ədəd 150 manat qiymətində Rusiya istehsalı olan istifadədə olmuş 5 litrlik samovarı, 1 ədəd 10 manat qiymətində içərisində zoğal mürəbbəsi olan 530 qramlıq şüşə balonu, lədədi 10 manat olmaqla ümumi qiyməti 20 manat olan 2 ədəd içərisində alma mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 10 manat qiymətində içərisində gilas mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 10 manat qiymətində içərisində əncir mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 10 manat qiymətində içərisində gavalı mürəbbəsi olan 700 qramlıq şüşə balonu, 1 ədəd 2 manat qiymətində içərisində kompot olan 1 litrlik şüşə butulkanı, 1 ədədi 2 manat olmaqla ümumi qiyməti 4 manat olan 2 ədəd istifadədə olmuş (65x65 sm ölçülü) yastıq üzlərini, 1 ədəd 2 manat qiymətində üzərində G3WER SİNCE 1980 4XL” yazıları olan qara rəngli, istifadədə olmuş koftanı, 1 ədəd 2 manat qiymətində üzərində "Eliza moda” yazısı olan, qara rəngli, istifadədə olmuş papaqlı koftanı, 01 ədəd 2 manat qiymətində qara rəngli istifadədəd olmuş idman şalvarını, 01 ədəd 2 manat qiymətində üzərində “Beautiful" yazısı olan, istifadədə olmuş qara rəngli idman şalvarını, bir cüt 5 manat qiymətində istifadədə olmuş butsu, 01 cütü 5 manat olmaqla ümumi qiyməti 10 manat olan istifadədə olmuş kişi idman ayaqqabısın və bir cüt 3 manat qiymətində yay rezin çəkələkləri qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 244 (iki yüz qırx dörd) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X30 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən əl damından 01 ədəd 10 litrik istifadə olunmuş 250 manat qiymətində samovarı, 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 12 manat olan 10 metr uzunluğunda 2x2,5 mrn-lik elektrik naqilini və içərisində alça mürəbbəsi olan 700 qramlıq 01 ədəd 10 manat qiymətində şüşə balonunu və içərisində armud mürəbbəsi olan 900 qramlıq 10 manat qiymətində 01 ədəd şüşə balonunu qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 282 (iki yüz səksən iki) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X30 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən əl damından 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 60 manat olan 2x2,5 mm ölçüsündə 50 metrlik elektrik naqilini, istifadə olunmuş 1 metri 1 manat 20 qəpik olmaqla ümumi qiyməti 84 manat olan 2x2,5 mm ölçüsündə 70 metrlik elektrik naqilini, istifadə olunmuş 1 metri 1 manat 80 qəpik olmaqla ümumi qiyməti 90 manat olan 2x4 mm ölçüsündə 50 metrlik elektrik naqilini, istifadə olunmuş 01 ədəd 20 manat qiymətində kiçik ölçülü dreli və 01 ədəd üzərində 230V, 350W, 35mm yazıları olan 30 manat qiymətində “Hidroterm” markalı lobziki qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 284 (iki yüz səksən dörd) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X30 ilə birlikdə 08 yanvar 2024-cü il tarixdə saat 05 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olmaqla özü pusquda dayandığı zaman qardaşı X2 yeri hesab edilən zirzəmidən ümumi dəyəri 384 ( üç yüz səksən dörd) manat təşkil etməklə bir ədədi 150 manat olan və cəmi 300 manat təşkil edən iki ədəd Rusiya istehsalı olan istifadədə olmuş samovarı və 1 metri 1 manat 20 qəpik olmaqla cəmi 84 manat olan 70 metr uzunluqda 2x2,5 mm ölçülü elektrik naqillərini götürməklə gizli olaraq talamaq istəmiş, lakin ev sahibi Zərərçəkmiş şəxs6 onu və qardaşı X1 səbəbindən öz iradələrindən asılı olmadan niyyətini başa çatdıra bilməyərək təkrarən oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X30 ilə birlikdə xx.xx.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5/2 saylı yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq daxil olub oradan 100 metr uzunluğunda və 150 manat dəyərində elektrik kabelini qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 150 (yüz əlli) manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı X30 ilə birlikdə 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qoşa Qala restoranının arxasında yerləşən yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq həyətdə olan 01 ədəd 250 manat qiymətində 5 litrlik samovarı və evin içərisində olan 01 ədəd 600 manat qiymətində “Artel” markalı televizoru qardaşı X30 ilə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 850 (səkkiz yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,253 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 22 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 12:50-də Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 13:30-da Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,253 qram olan kütləsi kustar üsulla hazırlanmış xeyli miqdar narkotik vasitə heroin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs X30 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, oğurluğa cəhd epizodları və narkotik vasitənin üzərindən çıxması üzrə özünü təqsirli bilir. Digər epizodlar üzrə qismən özünü təqsirli bilir. Zərərçəkmiş şəxs4 evindən oğurluq etməsə də, boynuna götürmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmişdir. Hadisə yerinə aparılmamış, ifadə yerində yoxlanılmamışdır. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 evində oğurluq edə bilməmişdirlər. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı veridiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs X13 ibtidai istinaqda verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. O Əli Bayramlı rayonu 14 saylı orta məktəbi Azərbaycan dili üzrə bitirmişdir. Hazırda qardaşıyla birlikdə küçədə tüfeyli həyat tərzi keçirdir. O 1997-ci il tarixdə X34 ilə ailə həyatı qurmuşdur. Onun bu nikahdan iki övladı var. O ailəsindən 2001-ci il tarixdə ayrılmış və onlar hazırda Gürcüstan Respublikasında yaşayırlar. O bu vaxta kimi müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Belə ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində təxminən gecə saat 02 radələrində qardaşı Təqsirləndirilən şəxs2 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qəbələ Xanlar restoranının yaxınlığında yerləşən tanımadıqları bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin pəncərəsini güc tətbiq edib açmaqla içəri girib evin qonaq otağından 01 ədəd böyük plazma televizoru və evin yataq otağında olan 01 ədəd kiçik plazma televizoru götürüb səhəri gün Sabunçu bazarında tanımadıqlatı şəxsə ümumilikdə 600 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının ortalarında təxminən gecə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxs2 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yerləşən tanımadıqları bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin həyətində divarın kənarındakı bir ədəd su nasosunu, həyətdəki hasardan bir ədəd su nasosunu, əl damından 01 ədəd otbiçən maşını və müxtəlif təmir alətləri dəstini götürüb səhəri gün Sabunçu bazarında tanımadıqları şəxsə ümumilikdə 200 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının sonlarında təxminən gecə saat 03 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, dörd yol adlanan yerdə Yeni Qala yaşayış massivində yerləşən tanımadıqları tikilməkdə olan bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin pəncərəsini güc tətbiq edib açmaqla içəri girib 01 ədəd preferator, 01 ədəd samovar, uzunluğu təxminən 50 metr olan elektrik naqili, 1 ədəd elektron qızdırıcı, 01 ədəd çaynik, 01 ədəd balta, 01 ədəd çəkic, müxtəlif avtomobil ehtiyyat hissəsləri, 01 ədəd plastmas su çəni və 01 ədəd musiqi mərkəzini götürüb səhəri gün Sabunçu bazarında tanımadıqları şəxsə ümumilikdə 800 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, təxminən 2 ay olar ki, Şamaxı şəhərindən Bakı şəhərinə gəlmişdir. Gələrkən həbsxana yoldaşı Tərlanla əlaqə saxlamış və Tərlanın Şüvəlandakı evinə gəlmişdir. Tərlanın evində Rəşadla tanış olmuşdur. Elə olmuşdur ki, Rəşad hazırda yaşadığı Mərdəkan qəsəbəsindəki evi kirayə tutmuş və o Rəşadla həmin evə köçmüşdür. O həmin evdə Rəşadla yaşayan zaman Rəşadın digər dostu və adaşı Rəşad da yanlarına gəlirmiş və həmin Rəşadla onlara gedib gəldiyi müddətdə tanış olmuşdur. Təxminən 2024-cü ilin yanvar ayının əvvəllərində onunla kirayə yaşayan Rəşad ona demişdir ki, Mərdəkan qəsəbəsində yaşadıqları evdən bir qədər aralıda qohumunun evi vardır və orada bir neçə əşya vardır. Həmin əşyaları daşımaqda kömək etməyini ondan xahiş etmişdir. Bunun müabilində ona istifadə etməyi üçün narkotik vasitə verəcəyini demişdir. O da razılaşmış və 2024-ü ilin yanvar ayının əvvəllərində Rəşadla o Rəşada məxsus “Vita” markalı avtomobillə dediyi qohumunun evinə gəlmişlər. Oraya gələn zaman Rəşad hasardan tullanıb içəri keçmiş və həyətin qapısını içəridən açıb onu evə dəvət etmişdir. Həyətdə adyalın içərisində paltaryuyan maşına bənzər əşya olmuşdur. O Rəşada kömək edib həmin əşyanı birlikdə maşına yükləmişlər. Daha sonra kirayə yaşadıqları evə gəlmişlər. Rəşad vədinə əməl edərək ona istifadəsi üçün narkotik vasitə vermişdir. Daha sonra əşyanı maşında saxlayaraq sürüb harasa aparmışdır. Bu hadisədən bir neçə gün sonra onunla birlikdə kirayə yaşayan dostu Rəşad digər adaşı olan Rəşadla birlikdə bir neçə dəfə həmin avtomobilə nəsə yükləyib gətirirmişlər. Daha sonra ikisi həmin əşyaları harasa aparırmışlar. Bir dəfəsində onu da özləri ilə aparmışlar və götürdükləri əşyanı narkotiklə dəyişəcəklərini bildirmişlər. Onlar birlikdə Şağan qəsəbəsi ərazisinə getmişlər və hər iki Rəşad tanımadığı bir nəfər şəxslə görüşüb həmin şəxsə müxtəlif məişət əşyaları verməklə əvəzində narkotik vasitə alırmışlar. Həmin aldıqları narkotik vasitədən şəxsi istifadəsi üçün ona da vermişlər. Daha sonra 2024-cü ilin yanvar ayının təxminən ortalarında Rəşad ona təklif etmişdir ki, yenə birinci dəfə getdikləri qohumunun evinə gedib əşyaları maşına yükləmək lazımdır. O da razılaşmış və hər iki Rəşad və o Vita markalı avtomobillə həmin ünvana yollanmışlar. Orada olarkən kirayə qalan dostu Rəşad maşında əyləşmişlər. Digər Rəşad isə evin həyətinə keçib qapını açmış və o da həyətə daxil olmuşdur. Həmin Rəşad evin pəncərəsindən içəri girmişdir. O həyətdə siqaret çəkib onu gözləməyə başlamışdır. Siqareti çəkib kötüyünü həyətdə yerə atmışdır. Bir neçə dəqiqədən sonra Rəşad evin pəncərəsindən bir neçə əşyanı bayıra çıxarmışdır. Bir ədəd istilik sistemi və 2 ədəd içərisi əşyalarla dolu çantanı bayıra çıxarmışdır. O istilik sistemini götürüb maşına aparmışdır. Rəşad da çantaları maşına gətirmişdir. Daha sonra evin həyətinin qapısını içəridən bağlayıb hasardan bayıra tullanıb yanına gəlmiş və onlar əşyaları yenidən kirayə qaldıqları evə gətirmişlər. Dostu və kirayə yaşadığı Rəşad kömək müqabilində mənə narkotik vasitə vermiş və o evdə qalmışdır. Onlar isə əşyaları hara isə aparmışlar. Bundan bir neçə gün sonra kirayə qaldığı Rəşad yenə evə əşyalarla birlikdə gəlmiş və qohumu Ələkbərə zəng edib onu evə dəvət etmişdir. Ələkbər də “Oka” markalı avtomobili ilə yaşadıqları evə gəlmişdir. Rəşad Ələkbər ilə birlikdə gətirdiyi əşyaları həmin Oka markalı avtomobilə yükləmişlər və harasa sürüb getmişlər. Sonrakı proseslərdən isə xəbəri olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman o öyrənmişdir ki, Rəşadın onu apardığı ev Ramiz adlı şəxsə məxsusdur və Rəşadın qohumu deyildir. Bundan başqa bildirmişdir ki, qardaşı Rövşən ilə birlikdə Şamaxı şəhərindən Bakı şəhərinə gəlmişlər. Şamaxıda meşədə odun doğrayıb satırmışlar. Orada işləri qurtardığı üçün qardaşıyla qərara gəlmişdir ki, Bakı şəhərinə gəlib burada işləsinlər. Bu səbəbdən onlar Sabunçu rayonu ərazisinə gəlmişlər. Qalmağa yerləri olmadığı üçün küçədə gecələyirmişlər. Onların pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bu səbəbdən Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərə daxil olmaq qərarına gəlmişlər. Onlar, 08 yanvar 2024-cü il tarixdə saat 05:00 radələrində yaşayış sahəsində evlərə baxırmışlar. ünvan 2 ünvanında yerləşən evlərdən birinin həyətindəki saxlanc yerindən 01 ədəd 10 litrik istifadə olunmuş samovarı, 10 metr uzunluğunda 2,5-lik elektrik naqilini və içərisində alça mürəbbəsi olan 01 ədəd mürəbbə balonunu və içərisində armud mürəbbəsi olan 01 ədəd şüşə balonunu oğurlayıb özləri ilə gətirdikləri çantaya yığmışlar. Daha sonra həmin evin qonşuluğunda olan digər evin həyətinə hasardan daxil olmuşlar. Evin həyətinə daxil olanda orada heç kimin olmamasına əmin olduqdan sonra evin həyətindəki saxlanc yerinin açıq qapısından içəri daxil olub orada olan 01 ədəd əl mişarını, bir ədəd 5 litrlik samovarı, 1 ədəd içərisində zoğal mürəbbəsi olan şüşə balonu, 2 ədəd içərisində alma mürəbbəsi olan şüşə balonu, 1 ədəd içərisində gilas mürəbbəsi olan şüşə balonu, 1 ədəd içərisində əncir mürəbbəsi olan şüşə balonu, 1 ədəd içərisində gavalı mürəbbəsi olan şüşə balonu, içərisində kompot olan 1 litrlik şüşə butulkanı, 2 ədəd yastıq üzünü, 2 ədəd qara rəngli qadın koftalarını, bir ədəd qara rəngli kişi idman şalvarını, bir ədəd qara rəngli qadın idman şalvarını, bir cüt idman ayaqqabısı olan butsu, iki cüt istifadə olunmuş kişi idman ayaqqabısını və bir cüt yay başmaqlarını götürüb çantalarına yığmışlar. Onlar daha sonra həmin evin qonşuluğunda olan digər evin həyətinə hasardan daxil olmuşlar. Həmin evin zirzəmisinə daxil olub içəridə olan 2 ədəd samovar və 1 topa elektrik naqillərini orada olan sellofana yığaraq zirzəmidən çıxıb evin həyətinə tərəf hərəkət etdikdə evin sahibi çıxaraq ona dayanmağını tələb etmiş, bu zaman o əlində sellofanı yerə ataraq hasara çıxıb qonşu həyətə atlanıb qaçmaq istədikdə evin sahibi onu saxlamış və polis əməkdaşı olduğunu ona bildirmişdir, bu zaman qardaşı Rövşən əlində taxta parçası ilə evin sahibini onlardan uzaqlaşdırmaq üçün onun üzərinə hücum çəkmişdir. Bundan sonra evin sahibi onu buraxaraq mobil telefon vasitəsilə DİN-in 102 xidmətinə zəng etməyindən istifadə edərək birlikdə qaçaraq oradan uzaqlaşmaq istəmişlər, lakin onlar bir qədər qaçsalar da həmin şəxsin arxalarınca gəldiyini görərək çıxış yolu kimi həmin ərazidən keçən su kanalına girərək o birsi tərəfə keçmişlər. Bu zaman həmin şəxs su kanalını atlanıb keçərək onları saxlamışdır. Bundan sonra köməyə gələn polis əmədakşları ilə biryerdə onları 12-ci PŞ-yə gətirmişlər. Bundan başqa bildirmişdir ki, 08 fevral 2024-cü il tarixdə təxminən gecə saat 23 radələrində qardaşı Təqsirləndirilən şəxs2 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən tanımadıqları bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin həyətində olan 01 ədəd 5 litrlik samovarı və evin içərisindən isə 01 ədəd “Artel” markalı televizoru götürüb səhəri gün Sabunçu bazarında tanımadıqları şəxsə ümumilikdə 400 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 03 mart 2024-cü il tarixdə təxminən gecə saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs2 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z. Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evə çəkilmiş 100 metr uzunluğunda elektrik kabelini götürüb səhəri gün yandırıb içindəki metalı tanımadıqları dəmiryığan şəxslərə ümumilikdə 50 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonundan tanımadığı şəxsdən cəmi 10 manat ödəməklə 01 ədəd büküm narkotik vastə heroini öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Elə həmin gün təxminən saat 14:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən “Araz” marketin yaxınlığında yolun kənarında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 1-ci PŞ-ə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 1-ci PŞ-nə gəlmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkiliylə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmişlər və sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddə “patı" kimi tanıdığı narkotik vastədir. Onu 22 aprel 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonundan tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Ondan aşkar edilmiş həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs X9 sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmişdir. Hadisə yerinə aparılmamış, ifadəsi yerində yoxlanılmamışdır. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 evində oğurluq edə bilməmişdirlər. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı veridiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istinaqda verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olsa da Bakı şəhəri, Sabunçu rayonu ərazisində küçədə yaşayır. O Əli Bayramlı rayonu 14 saylı orta məktəbi Azərbaycan dili üzrə bitirmişdir. Hazırda qardaşıyla birlikdə küçədə tüfeyli həyat tərzi keçirdir. O 1991-ci il tarixdə X38 ilə ailə həyatı qurmuşdur. Onun bu nikahdan bir oğlan övladı var. O ailəsindən 1999-cu il tarixdə ayrılmışdır və onlar hazırda Rusiya Federasiyasında yaşayırlar. O bu vaxta kimi müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2023-cü ilin oktyabr ayında Sabirabad rayon Polis Şöbəsi tərəfindən 234.1-ci maddəsi ilə məhkum olunsa da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində təxminən gecə saat 02 radələrində qardaşı X30 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qəbələ Xanlar restoranının yaxınlığında yerləşən tanımadıqları bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin pəncərəsini güc tətbiq edib açmaqla içəri girib evin qonaq otağından 01 ədəd böyük plazma televizoru və evin yataq otağında olan 01 ədəd kiçik plazma televizoru götürüb səhəri gün Sabunçu bazarında tanımadıqlatı şəxsə ümumilikdə 600 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının ortalarında təxminən gecə saat 01 radələrində qardaşı X30 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yerləşən tanımadıqları bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin həyətində divarın kənarındakı bir ədəd su nasosunu, həyətdəki hasardan bir ədəd su nasosunu, əl damından 01 ədəd otbiçən maşını və müxtəlif təmir alətləri dəstini götürüb səhəri gün Sabunçu bazarında tanımadıqları şəxsə ümumilikdə 200 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının sonlarında təxminən gecə saat 03 radələrində qardaşı X30 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, dörd yol adlanan yerdə Yeni Qala yaşayış massivində yerləşən tanımadıqları tikilməkdə olan bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin pəncərəsini güc tətbiq edib açmaqla içəri girib 01 ədəd preferator, 01 ədəd samovar, uzunluğu təxminən 50 metr olan elektrik naqili, 1 ədəd elektron qızdırıcı, 01 ədəd çaynik, 01 ədəd balta, 01 ədəd çəkic, müxtəlif avtomobil ehtiyyat hissəsləri, 01 ədəd plastmas su çəni və 01 ədəd musiqi mərkəzini götürüb səhəri gün Sabunçu bazarında tanımadıqları şəxsə ümumilikdə 800 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 3 ildir ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Sabirabad şəhəri ərazisində yerləşən H.Əliyev parkında piyada gəzərkən yerdə 01 ədəd sellofan büküm olduğunu görmüşdür. Həmin bükumu götürüb açaraq tullamış və içinə baxdıqda onun içində 3 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzəyən kütlələrin olduğunu görmüşdür. Həmin kütlələri əlinə götürüb baxdıqda heroin olduğunu bilmişdir. Həmin kütlələri istifadə etmək məqsədilə əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. O 21 oktyabr 2023-cü il tarixdə saat 20:40 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində yolun kənarında dayanan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən onu polis şöbəsinə dəvət etmişlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində o müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və huquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan cins şalvarın sağ yan cibindən 03 ədəd kağız bükümdə qəhvəyi rəngli narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən 01 ədəd "İnoi" markalı mobil telefon və 01 qutu ’'Prima" markalı siqaret aşkar edilmişdir. Bundan əlavə üzərindən heç bir əşya və pretlmet aşkar edilməmişdir. Müstəntiq onun təqdim etdiyi 03 ədəd kağız bükümə baxdıqdan sonra ondan həmin kütlələr barədə soruşduqda o həmin kütlələri xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sabirabad şəhəri ərazisində yerləşən H.Əliyev parkında piyada gəzərkən yerdən tapdığını bildirmişdir. Müstəntiq həmin kütlələri nə üçün üzərində saxladığını soruşduqda isə öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 03 ədəd kağız bükümdə heroin müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, "Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Aşkar edilmiş 01 ədəd “inoi” markalı mobil telefon və 01 qutu "Prima” markalı siqaret isə iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Bundan başqa bildirmişdir ki, qardaşı Elçin ilə birlikdə Şamaxı şəhərindən Bakı şəhərinə gəlmişlər. Şamaxıda meşədə odun doğrayıb satırmışlar. Orada işləri qurtardığı üçün qardaşıyla qərara gəlmişdir ki, Bakı şəhərinə gəlib burada işləsinlər. Bu səbəbdən onlar Sabunçu rayonu ərazisinə gəlmişlər. Qalmağa yerləri olmadığı üçün küçədə gecələyirmişlər. Onların pulları olmadığı üçün oğurluq etmək qərarına gəlmişlər. Bu səbəbdən Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərə daxil olmaq qərarına gəlmiş. Onlar 08 yanvar 2024-cü il tarixdə saat 05:00 radələrində yaşayış sahəsində evlərə baxırmışlar. ünvan 2 ünvanında yerləşən evlərdən birinin həyətindəki saxlanc yerindən 01 ədəd 10 litrik istifadə olunmuş samovarı, 10 metr uzunluğunda 2,5-lik elektrik naqilini və içərisində alça mürəbbəsi olan 01 ədəd mürəbbə balonunu və içərisində armud mürəbbəsi olan 01 ədəd şüşə balonunu oğurlayıb özləriylə gətirdikləri çantaya yığmışlar. Daha sonra həmin evin qonşuluğunda olan digər evin həyətinə hasardan daxil olmuşlar. Evin həyətinə daxil olanda orada heç kimin olmamasına əmin olduqdan sonra evin həyətindəki saxlanc yerinin açıq qapısından içəri daxil olub orada olan 01 ədəd əl mişarını, bir ədəd 5 litrlik samovarı, 1 ədəd içərisində zoğal mürəbbəsi olan şüşə balonu, 2 ədəd içərisində alma mürəbbəsi olan şüşə balonu, 1 ədəd içərisində gilas mürəbbəsi olan şüşə balonu, 1 ədəd içərisində əncir mürəbbəsi olan şüşə balonu, 1 ədəd içərisində gavalı mürəbbəsi olan şüşə balonu, içərisində kompot olan 1 litrlik şüşə butulkanı, 2 ədəd yastıq üzünü, 2 ədəd qara rəngli qadın koftalarını, bir ədəd qara rəngli kişi idman şalvarını, bir ədəd qara rəngli qadın idman şalvarını, bir cüt idman ayaqqabısı olan butsu, iki cüt istifadə olunmuş kişi idman ayaqqabısını və bir cüt yay başmaqlarını götürüb çantalarına yığmışlar. Onlar daha sonra həmin evin qonşuluğunda olan digər evin həyətinə hasardan daxil olmuşlar. O evin həyətində ətrafı müşahidə etmiş, qardaşı Elçin də havanın qaranlıq oduğundan, həmçinin ətrafda heç kimin olmadığından istifadə edərək evin zirzəmisinə daxil olmuşdur. Bir qədər keçdikdən sonra Elçin hasardan aşaraq ona tərəf qaçan zaman onun arxasınca başqa bir şəxsin dayanmasını tələb edərək qaçdığını görmüşdür, bu zaman o əlində olan taxta parçası ilə qardaşıyla oradan uzaqlaşmaqları üçün həmin şəxsin üzərinə hücum çəkmişdir. Həmin şəxs dayanaraq mobil telefon telefon vasitəsilə DİN-in 102 xidmətinə zəng etməyindən istifadə edərək birlikdə qaçaraq oradan uzaqlaşmaq istəmişlər, lakin onlar bir qədər qaçsalar da həmin şəxsin arxalarınca gəldiyini görərək çıxış yolu kimi həmin ərazidən keçən su kanalına girərək o birisi tərəfə keçmişlər. Bu zaman həmin şəxs su kanalını atlanıb keçərək onları saxlamışdır. Bundan sonra köməyə gələn poiis əmədakşları ilə biryerdə onları 12-ci PŞ-yə gətirmişlər. Bundan başqa bildirmişdir ki, 08 fevral 2024-cü il tarixdə təxminən gecə saat 23 radələrində qardaşı X30 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən tanımadıqları bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evin həyətində olan 01 ədəd 5 litrlik samovarı və evin içərisindən isə 01 ədəd “Artel” markalı televizoru götürüb səhəri gün Sabunçu bazarında tanımadıqları şəxsə ümumilikdə 400 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 03 mart 2024-cü il tarixdə təxminən gecə saat 22 radələrində qardaşı X30 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z. Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ evinə heç kimin olmamasından əmin olub içəri daxil olaraq evə çəkilmiş 100 metr uzunluğunda elektrik kabelini götürüb səhəri gün yandırıb içindəki metalı tanımadıqları dəmiryığan şəxslərə ümumilikdə 50 manata satmışlar. Əldə etdikləri gəliri isə öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Bundan başqa bildirmişdir ki, 22 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsinin yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər və o özünü təqdim etdikdən sonra onu Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətinə etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına gəlmişdir. Həmin zaman onun üzərində narkotik vasitə olan heroin olmuşdur. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona izah edilmişdir ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacaqdır. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağız bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik maddə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroini 21 aprel 2024-cü il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən almışdır. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən, içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli kağız bükümü içərisi boş olan kağız zərfə qoyulmuş, zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Adşirin oğlu bildirdi ki, təhqiqatçılar 5 dəfə gəlib baxış keçrmişlər. 1 dəfə matorunu oğurladılar, ancaq şikayət verməmişdir. Sonra fevral ayında bütün kabellərini kəsilib oğurlandığını görmüş və polisə məlumat vermişdir. Polislər baxış keçirib getdilər. Ayın 18də həyətə gəlmiş, lakin qapının açıq olduğunu görmüşdür. İçəri daxil olanda evindən əşyaların oğurlandığını görmüşdür. Təhqiqatçılar 15000 manata yaxın oğurluq hesablanmışdır. 10400 deyirlərsə, heç bir etirazı yoxdur. Rəşad olsaydı, ondan dəqiqləşdirmə aparardı. Təqsirləndirilən şəxslərdən şübhələnmir. Onları evinə baxış üçün gətirməmişdirlər. Tahqiqatçılar əl və qan izləri götürmüşdürlər. Oğurlanan əmlakından heç bir şey qaytarılmamışdır. Evindən oğurladıqları əşyalardan birini göstərsinlər. Bütün əşyaları onlara verməyə hazırdır. Hətta şikayəti belə olmayacaqdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, 2 ədəd su matoru, o biçən maşın, bağ alətləri və sair oğurlanmışdır. Çox xırda şeyləri qeyd etməmişdir. Evi Şüvəlan qəsəbəsində bağ evidir. Oğurluğu 1 həftə sonra aşkar etmişdir. Qeyd etdiyi əşyalar oğurlanmışdır. Təqsirləndirilən şəxsləri evinə gətirmişdilər. Evə necə daxil olduqlarını göstərmişdirlər. Biri yadına gəlir, başında papaq olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 06 radələrində yuxarıda qeyd olunan yaşadığı evdə yatan zaman evin zirzəmisindən gələn səsə yuxudan ayılaraq həyətə çıxan zaman 1 nəfər şəxsin əlində içərisində ona məxsus əlində oğurladıqları əşyalar ilə hasarı keçmək istəyərkən dayanmasını tələb etmiş, həmin şəxs əlində olan sellofanı yerə ataraq həyətin hasarına çıxıb qonşunun həyətinə keçmək istəyərkən araxadan tutub yerə yıxıb, əlini araxadan sıxmışdır. Digər şəxs onu ağac ilə vurmaq istəmişdir. Onunla mübahisələri başlamış, bu zaman digər tutuduğu şəxs qaçmağa başlamışdır. Məcbur olaraq DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat verərək ona kömək etmək üçün əlavə polis qüvvəsi gəlməsini xahiş etmişdir. Onların dalınca xeyli qaçdıqdan sonra həmin şəxslər onun onları saxlayacağını anladıqları üçün oradan keçən su kanalına girib digər tərəfə keçərək qaçmaq istəsələr də o su kanalını tullanıb keçərək onları saxladıqdan sonra Sabunçu RPİ-nin PPXB-nin polis əməkdaşları oraya gəlmişlər və birlikdə həmin şəxsləri 12-ci PŞ-nə təhvil vermişlər. Oğurlanan əşyaları polisə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 08 yanvar evdən çıxmış, 10 yanvarda evə qayıtmışdır. Evə daxil olan zaman evin plastik pəncərəsindən evə daxil olunaraq televizor, pultunun oğurlandığını görmüşdür. Polisə şikayət etmiş, təhqiqatçı digər polis əməkdaşları ilə gələrək əl izləri götürülmüşdür. Bağ evidir, ara-bir yaşayır. Pəncərə açıq vəziyyətdə qalmışdı. Təqsirləndirilən şəxsləri onun evinə gətirməmişdirlər. Şikayətçi deyildir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, evindən baş vermiş oğurluq hadisəsinə görə şikayətçi deyildir. Qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 teleqram ünvanlayaraq, verdiyi ifadəsini təsdiq etdiyini və şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun məhkəməyədə icraa dövründə verdyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. O, ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat 10:00 radələrində yaşadığı evi tərk edib uşaqları dərsə aparan zaman qonşuluqda yaşayan Ceyhun adlı şəxsin iki nəfəri evinin həyətinə oğurluq məqsədi ilə daxil olan zaman saxladığını görmüşdür. O, Ceyhundan hadisə barədə maraqlandıqda onların qonşuların həyətinə daxil olmasını öyrənib öz evinin birinci mərtəbəsində yerləşən saxlanc yerinə baxmışdır. Onun evinin birinci mərtəbəsi saxlanc yeri kimi istifadə olunur. Orada lazım olmayan və ya mütəmadi olaraq istifadə etdiyi əşyaları saxlayır. Evinin birinci mərtəbəsində yerləşən saxlanc yerinə baxan zaman naməlum şəxslərin evin açıq qalan qapısından saxlanc yerinə daxil olaraq oradan ona məxsus 01 ədəd əl mişarının, bir ədəd 5 litrlik samovarın, 1 ədəd içərisində zoğal mürəbbəsi olan şüşə balonun, 2 ədəd içərisində alma mürəbbəsi olan şüşə balonun, 1 ədəd içərisində gilas mürəbbəsi olan şüşə balonun, 1 ədəd içərisində əncir mürəbbəsi olan şüşə balonun, 1 ədəd içərisində gavalı mürəbbəsi olan şüşə balonun, içərisində kompot olan 1 litrlik şüşə butulkanın, 2 ədəd yastıq üzünün, 2 ədəd qara rəngli qadın koftalarının, bir ədəd qara rəngli kişi idman şalvarının, bir ədəd qara rəngli qadın idman şalvarının, bir cüt idman ayaqqabısı olan butsun, iki cüt istifadə olunmuş kişi idman ayaqqabısının və bir cüt yay başmaqlarının oğurlanmasını aşkar etmişdir. Həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizasında qeyd edilən 244 manat məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 teleqram ünvanlayaraq, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, vurulmuş maddi ziyanın ödənildiyindən, təqsirləndirilən şəxslər ilə barışdığını, şikayət və tələbi olmadığını, cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. O, ifadəsində bildirmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, dörd yol adlanan yerdə Yeni Qala yaşayış massivində nömrəsiz bağ evi var. Təmiri maddi imkansızlıq üzündən başa çatmadığı üçün hələlik yaşayış yoxdur. O, həmin bağ evində sonuncu dəfə 01 sentyabr 2023-cü il tarixdə olmuşdur və saat 18 radələrində evi tərk etmişdir. Evi tərk edən zaman bütün əşyalarının yerində olduğunu görmüşdür. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində həmin bağ evinə gələn zaman 2 otağın pəncərələrinin açıq olduğunu görmüşdür. Evə baxış keçirdikdə oğurluq edildiyini, naməlum şəxsin pəncərəni açma yolu ilə evə daxil olduğunu aşkar etmişdir. Evdən 01 ədəd 100 manat qiymətində preferator, 01 ədəd 100 manat qiymətində samovar, 1 metri 1 manat olmaqla ümumi uzunluğu 50 metr olan 50 manat qiymətində elektrik naqili, 1 ədəd 100 manat qiymətində elektron qızdırıcı, 01 ədəd 50 manat qiymətində çaynik, 01 ədəd 25 manat qiymətində balta, 01 ədəd 25 manat qiymətində çəkic, 150 manat qiymətində dəst avtomobil ehtiyyat hissəsləri, 01 ədəd 60 manat qiymətində plastmas su çəni, və 01 ədəd 40 manat qiymətində musiqi mərkəzinin oğurlandığını müəyyən etmişdir. Bundan sonra o DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Qəbələ Xanlar restoranının yaxınlığında bağ evi yerləşir. O həmin bağ evində sonuncu dəfə 30 avqust 2023-cü il tarixdə olmuşdur və saat 15 radələrində evi tərk etmişdir. Evi tərk edən zaman bütün əşyalarının yerində olduğunu görmüşdür. xx.xx.2023-cü il tarixdə həmin bağ evinə gələn zaman evdə müyyən əşyalarının oğurlandığını müəyyən etmişdir. Belə ki, naməlum şəxs və ya şəxslərin evin pəncərəsini açmaqla içəri girib evin qonaq otağından böyük ölçülü “Samsung” markalı 1000 manat qiymətində plazma televizoru və evin yataq otağında olan kiçik ölçülü “Samsung” markalı 600 manat qiymətində plazma televizoru oğurladığını müəyyən etmişdir. Bundan sonra o DİN-nin 102 mərkəzi zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 məhkəmə iclasında iştirak etmədiyi üçün onunməhkəməyədək icraat dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Zərərçəkmiş şəxs9 həmin ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olan zaman qonşuluqda yaşayan Ceyhun adlı şəxs evinin qapısını döyərək ondan evlərinə oğru daxil olubolmaması barədə maraqlanmışdır. O, Ceyhuna evə oğru girmədiyini dedikdə Ceyhun ona demişdir ki, iki nəfəri onun həyətinə daxil olanda görüb və onları tutub saxlayıb. O evin həyətində evə bitişik olan pilləkənin altında 5 kvadrat metr sahəsi olan saxlanc yerinin qapısının açıq olduğunu görmüş və içəri daxil olanda balonların sayının az olmasından bilmişdir ki, içəri daxil olan şəxs oradan oğurluq edib. O saxlanc yerinə baxanda orada saxladığı 01 ədəd 10 litrik samovarın, 10 metr uzunluğunda 2,5-lik elektrik naqilinin, içərisində alça mürəbbəsi olan 01 ədəd mürəbbə balonunun və içərisində armud mürəbbəsi olan 01 ədəd şüşə balonunun oğurlanmasını aşkar etmişdir. Həmçinin qeyd etmişdir ki, o hər zaman saxlanc yerinin qapısını qıfıl ilə bağlayır. Lakin bir gün əvvəl evində qonaq olduğundan o oradan kompot balonları götürmüşdür və qapını bağlasa da açarı üzərində saxlamış, lakin qapını kilidləməmişdir. Bu səbəbdən həmin şəxslər qapınının açıq olmasından istifadə edib oradan oğurluq etmişlər. Həmçinin məhkəməəmtəəşünaslıq ekspertizasında qeyd edilən 282 manat məbləğlə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 22 aprel 2024-cü il tarixdə “Rövşən” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Rəhbərlik tərəfindın əməliyyat qrupu yaradılmışdır. Şahid1 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas ildırım küçəsində saxlayaraq, şöbəyə gətmişdirlər. Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmiş, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2024-cü ilin aprel ayında daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Elçin Danelyanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas ildırım küçəsində yerləşən "Araz” marketin yaxınlığında saxlayıb şöbəyə gətirmişdirlər. Müdafiəçinin iştirakı ilə görüntü ilə könüllü şəkildə üzərindən narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat 07:00-da iş yoldaşı, Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid7 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində xidmətdə olan zaman Ceyhun adlı vətəndaş evində oğurluq edən şəxsləri saxlaması barədə məlumat vermiş və onlar dərhal həmin yerə yaxınlaşmış və 2 nəfər şəxsi saxlayaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, polis əməkdaşı Şahid5 əməliyyat məlumatı daxil olmuş, Sabirabad şəhəri H.Əliyev prospektində müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs2 da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuşdur və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində vıdeoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı könüllü olaraq əynindəki idman şalvarının sağ yan cibindən 03 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman, narkotik vasitə heroinə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kütləni Sabirabad şəhəri ərazisində H.Əliyev parkında gəzərkən yerdən tapdığını özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslərin həyətə girmələri və qaçmaları barədə məlumat daxil olmuşdur. Həmin əraziyə getmişlər. Onlar qaçmağa başlamışdırlar. Kanalın üstündə onları saxlamaq istəyən zaman tabesizlik göstərmişlər. Onları həmin əraziyə zərər çəkmiş şəxs, əvvəllər polis əməkdaşı işləmiş Zərərçəkmiş şəxs6 dəvət etmişdir. Oğruluq hadisəsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli 3-16-16/2- 6/2191 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №157” dairəvi möhrü əksi olan, “Vət.E.Ə.Danelyanın üzərindən...” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərf içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 manat təşkil edir.” -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 oktyabr 2023-cü il tarixli 1/1004 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 3 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri-0,128 qram, 0,313 qram, 0,283 qram, ümumi çəkisi-0,724 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, iş üzrə materialın materialların məhkəmə ekspertizasının dəyəri 49,74 manat təşkil edir.” -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli 9/828 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların (istifadədə olmuş malların istifadədəd olması nəzərə alınmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminn 1194,00 manat müəyyən olunur. O cümlədən: 1.Zərərçəkmiş şəxs5 məxsus mallar- 244,00 manat; 2.Zərərçəkmiş şəxs9 məxsus mallar-282,00 manat; 3.Zərərçəkmiş şəxs8 məxsus mallar- 284,00 manat; 4.Zərərçəkmiş şəxs6 məxsus mallar- 384,00 manat; Qeyd: “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir.” -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3-16-16/2- 6/2191 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs2...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, iş üzrə materialların məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir.” Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X60 Ambulator X6 xx.xx.2024-cü il tarixli 150 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X60 Ambulator X6 xx.xx.2024-cü il tarixli, 4469 nömrəli rəyindən görünür ki, X14 opioidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd: “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, iş üzrə materialın məhkəmə ekspertizasının dəyəri 81 manat təşkil edir.” -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəs. H.Z.Tağıyev küçəsi, Zərərçəkmiş şəxs1 məxsus bağ evindən oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 01 (bir) ədəd “PallMalİ” markalı siqaret kötüyü (Xəzər RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45/2- 1122/2024 №-li məktubu ilə KTİ-yə təqdim edilmiş), həmçinin xx.xx.2023-cü il tarixdə, Şirvan şəhəri, C.Cabbarlı küçəsində, X23 məxsus evdən oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 01 (bir) ədəd "Prima” markalı siqaret kötüyü, (Şirvan ŞPŞnin xx.xx.2023-cü il tarixli, 3-13-111/2-27036/2023 Ns-li məktubu ilə KTİ-yə təqdim edilmiş), eləcə də xx.xx.2023-cü il tarixdə, X24 məxsus, Sabirabad şəhəri, Fizuli küçəsi ev 29-dan oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 01 (bir) ədəd "Magna” markalı siqaret kötüyü (Sabirabad RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-103/2- 29426/2023 Nə-li məktubu ilə KTİ-yə təqdim edilmiş) üzərində olan bioloji mənşəli materiallar, X19 ((xx.xx.1971-ci il) Xəzər RPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45/2- 1473/2024 №-li məktubu ilə xx.xx.2024-cü ildə KTİ-yə təqdim edilmiş), məxsusdur. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X10 Bayramlı Şəhər Xalq Məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 215, 143 M 2 HİS, 38 AZ.SSR əsasən əmlakı müsadirə olunmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1991-ci ildə cəzasının sonu ilə azad edilmiş, Sabirabad Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1994-cü ildə cəzasının sonu ilə azad edilmiş, Ağstafa Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsinə əsasən əmlakı müsadirə olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 1.5-ci maddəsinə əsasən xx.xx.1999-ci il tarixdə azad edilmiş, Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 02 ay azaldımış və 03 il 04 ay 01 gün cəza saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən cəzası 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəza sonu başa çatdığından azad edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. -Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-15/2021 saylı hökmü ilə X30 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 10 aprel 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Cəfərov X28 Vilayət Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244-cu maddəsinin “B” bəndinin, 246-cı maddəsinin “V” bəndinin, 145-ci maddəsinin 2-ci hissəsi, 40 RF əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1989-cu ildə cəzasının sonu ilə azad edilmiş, Sabirabad Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsinə əsasən əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli Amnistiya qərarının 8-ci maddəsinin V bəndinə əsasən cəzası 1/3 qədər azaldılaraq 02 il 06 ay 21 gün cəza saxlanılmış, xx.xx.1994-cü ildə cəzasının sonu ilə azad edilmiş, Sabirabad Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci ildə cəzasının sonu ilə azad edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.4-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə 93.1-ci maddə ləğv edilmiş, xx.xx.2004-cü ildə cəzasının sonu ilə azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il hökmü ilə 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən 08 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il hökmü ilə 234.2, 67.14, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CPM-nin 159, 447, 452-ci maddələrini rəhbər tutaraq barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət təmin edilmədiyindən azad olunmuş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cl il tarixli qərarı ilə cəzası 02 ay azaldılmış, 04 il 04 ay 01 gün cəza saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar cəzası 01 ay 16 azaldılaraq, qəti 04 il 02 ay 15 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. -Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-490/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -43 saylı, xx.xx.1967-ci il tarixli doğum qeydlərinin bərpa aktının surətindən görünür ki, X30 xx.xx.1966-cı ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X13 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 08/1963/di saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Danelyan (Cəfərov) Rövşən Əlimusa oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Araşdırma nəticəsi barədə məlumat veriləcəkdir. İş materiallarında olan: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK 1-1122 saylı material üzrə ********** nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X8 rayon polis idarəsinin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X43 tərəfindən həmin tarixdə, saat 14:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış, baxış və maddi sübutların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X19 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs X30 əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə olan 01 ədəd ağ kağız kəsiyinə bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bu barədə X4 verilərkən sonuncu həmin içərisində narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra təhqiqatçı tərəfindən X13 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. X13 təqdim etdiyi və içərisində narkotik vasitə olan həmin büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq zərfin üzəri “DİN-nin Zərflər üçün” 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-167/2024 saylı qərarı ilə X30 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-167/2024 saylı qərarı ilə X30 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-290/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-168/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-289/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X8 RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən həmin tarixdə, saat 14:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X5 RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən həmin tarixdə, saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X5 RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən həmin tarixdə, saat 11:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X20 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X31 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünü ki, X30 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X31 tərəfindən X30 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X31 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünü ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Cəfərov X29 RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X44 tərəfindən həmin tarixdə, saat 21:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, X3 RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X44 tərəfindən həmin tarixdə, saat 21:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X44 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X13 Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X44 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. -“Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünü ki, X30 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -“Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünü ki, X44 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 01 saylı məktubundan görünür ki, Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəbin şagirdləri olmuş məktubda adları qeyd olunan şəxslər barədə müvafiq araşdırılma aparılmışdır. Araşdırmaya əsasən xx.xx.1966-cı il təvəllüdlü X26 1973-1974cü tədris ilində məktəbin Azərbaycan bölməsi üzrə 1-ci sinifinə qəbul olunmuş, 1979- 1980-ci tədris ilində 7-ci sinfi bitirmişdir. xx.xx.1971-ci il təvəllüdlü X30 isə 1978-1979-cu tədris ilində məktəbin Azərbaycan bölməsi üzrə 1-ci sinifinə qəbul olunmuş, 1979-1980-ci tədris ilində 2-ci sinfi bitirmişdir. Məktəbə aid olan daimi saxlanılan tədris-pedaqoji sənədlərdə yuxarıda adları qeyd olunan şəxslərin növbəti tədris ilində təhsillərini hansı ümumi təhsil məktəbində davam etdirmələri barədə məlumat qeyd olunmamışdır. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cəfərov X21 RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X39 tərəfindən həmin tarixdə, saat 21:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 03 ədəd ağ rəngli kağız bükümləri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Bu barədə Təqsirləndirilən şəxs2 sual verilərkən sonuncu həmin narkotik vasitəni Sabirabad rayonu ərazisində tapdığını və şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi və içərisində narkotik vasitə olan həmin bükümlər kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sabirabad RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X44 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. -“Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən həbsdən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cəfərov X16 RPŞ-nin CAB-ın AÜ baş əməliyyat müvəkkili, polis baş leytenantı Elgün Teymurzadə tərəfindən həmin tarixdə, saat 11:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Cəfərov X36 RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X40 tərəfindən həmin tarixdə, saat 13:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə olan 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi və içərisində narkotik vasitə olan həmin büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. -“Təqsirləndirilən şəxs elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan edilməsi haqqında” Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X15 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan yenidən ittihamın elan edilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxs elan olunmuş ittihamın dəyişdirilərək ona yenidən ittiham elan edilməsi haqqında” Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X15 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan yenidən ittihamın elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X17 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X17 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X13 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxs X13 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi təqsirləndirilən şəxslər, X13 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X30 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(010)-15/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 10 aprel 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən təqsirləndirilən şəxs X13 məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Cəfərov X22 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən təqsirləndirilən şəxs X13 məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin X30 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X19 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, X30 və Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa təqsirləndirilən şəxs X27 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(003)-490/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəzası ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli, onlara Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3-cü maddələri ilə və CM-in 234.1-ci maddəsi ilə ayrı-ayrılıqda cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara cəzası təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər X30 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materillarından görünür ki, X30 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı cəmi 05 (büş) gün müddət bir günə bir gün hesabı ilə onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,230 qram, 0,574 qram və 0,180 qram kustar üsulla hazırlanmış narkotik vasitələr-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 90 manat məbləğində pul vəsaiti X11, 155 manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X12, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X30 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzası, CM-in CM-in 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X19 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X19 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 03 (üç) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 1(003)-490/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı cəmi 05 (büş) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,230 qram, 0,574 qram və 0,180 qram kustar üsulla hazırlanmış narkotik vasitələr-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 90 manat məbləğində pul vəsaiti X11, 155 manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X12, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X13 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X35 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 23 saata görə 138 (bir yüz otuz səkkiz) manat, ümumilikdə 636 (altı yüz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİLBAZ2X, hesab AZ35AİLB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər X19 və Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-52/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-52/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver