Məhkəmə qərarları › İş №1(003)-520/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-520/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-520/2022 19.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Elixan oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Astara rayonunun Şüvi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu Şüvi kəndində qeydiyyatda olan, Bakı şəhəri Əncillik küçəsi Yeni sahədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs Elixan oğlunun yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əncillik küçəsi 965 S nömrəli evin qarşısında qonşusu Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə zəminində sonuncu yerdən götürdüyü taxta parçası ilə onun sol ayaq nahiyəsindən qəsdən bir dəfə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadədə bildirmişdir ki, təxminən 3 il müddət olar ki, Zərərçəkmiş şəxs Elixan oğlunu tanıyır və onunla eyni küçədə yaşayır. xx.xx.2022-ci il tarix saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs Elixan oğlu özünə məxsus olan evin qarşısında olan zaman o, sonuncuya yaxınlaşaraq nəyə görə onun itinin ona məxsus olan evinin qarşısını zibillədiyini soruşmuşdur. Bu vaxt onlar arsında mübahisə düşmüş, qonşusu Zərərçəkmiş şəxs Elixan oğlu onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. O da bundan əsəbləşərək xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs Elixan oğlunun yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncillik küçəsində yerləşən evin qarşısında yerdən götürdüyü taxta parçası ilə sonuncunun sol ayaq nahiyəsindən qəsdən bir dəfə vuraraq xəsarət yetirmişdir. Sonra ona məlum olmuşdur ki, qonşusu Samir ondan polisə şikayət edib. O, Zərərçəkmiş şəxs Elixan oğlunu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evinin qarşısında yerdən götürdüyü taxta parçası ilə onun sol ayaq nahiyəsinə qəsdən vurub xəsarət yetirmişdir. Həmin vaxtı gecə saatları olduğu üçün ərtafda ikisindən başqa heç kim olmamışdır. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs Elixan oğlu ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs Elixan oğlu verdiyi ifadəsində bildirmişdir ki, təxminən 3 il olar ki, Təqsirləndirilən şəxs tanyır və onunla eyni küçədə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əncillik küçəsində yerləşən evin qarşısında özunə məxsus iti gəzdirən zaman onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun yanına gəlmiş və ondan nəyə görə ona məxsus olan itin evinin qarşısını çikləndirdiyini soruşmuşdur. Bu vaxt onlar arasında mübahisə yaranmış o, Təqsirləndirilən şəxs ünvanına nalyiq söyüşlər söyərək təhqır etmişdir. Təqsirləndirilən şəxs bundan əsəbləşərək yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncillik küçəsi ev 965 S nömrəli evin qarşısında yerdən goturduyü taxta parçası ilə onun sol ayaq nahiyəsindən bir dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Bundan sonra o polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Həmin halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 1202 saylı rəydə göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Elixan oğlunun məhkəmə-tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs bədəni üzərində sol budun hematoması (yumşaq toxumaların dərin əzilməsi) aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsirindən onun “X5” X4 müraciətindən bir qədər əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyanın dəyməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizələrdən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Elixan oğlu barışmışlar, Zərərçəkmiş şəxs Elixan oğluna dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Elixan oğlu iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar