Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-522/2025 15.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X8 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X19, Təqsirləndirilən şəxs X6, X1 iştirakları ilə, 17 iyun 1975-ci ildə Rusiya Fedarasiyasl, Dağıstan Respublikası, Maxacqala şəhərində anadan olmuş, Rusiya Fedarasiyası vətəndaşı, məhkum olunmamış, ali təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olan, Maxacqala şəhəri, P.Petra küçəsi, ev 50 mənzil 97 ünvanında qeydiyyatda olan, barəsində xx.xx.2025-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X10 15 may 2025-ci il tarixdə saat 22:58 radələrində özünə məxsus olmaqla idarə etdiyi texniki cəhətdən saz və istismara yararlı olan «Volvo» markalı o267-KA- 05 RUS dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Aeroport şossesində Milli Aviasiya Akademiyasının qarşısından keçdiyi vaxt «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü kimi hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini yol və meteoroloji şəraiti, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükə yarandığını görldükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, yol hərəkəti qaydalarını pozub mövcud şəraitidə 67,4 - 136,1 metr aralıqda olduğu vaxt görmə məhdudlaşdırılmamış həmin hərəkət yolunda avtomobili faktiki 60-70 km/saat sürətlə idarə edərək yolu soldan sağa piyada keçməyə başlayan orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan X15 yolun hərəkət hissəsində 1-ci zolaqda olduğunu gördüyü vaxt avtomobili tam dayanma yolu 63,3-49.5 metr olduğu andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək və öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməyərək ehtiyatsızlıqdan piyada Sabir Hüseynovu atomobil yolunun həmin 3-cü zolaqdakı hərəkət hissəsində idarə etdiyi «Volvo» markalı avtomobilin ön qabaq sol hissəsi ilə vurub yerə yıxması nəticəsində ehtiyatsızlıqdan X24, sağ və sol qaşın, üst dodağın, qarının ön divarının əzilmiş yaraları: burun belinin, sağ əlin arxa səthinin, döş qəfəsinin orta üçdə birinin sağ yarısının, qarının ön divarının sağ yarısının sıyrıqları; alt dodağın qançırı; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; burun sümüklərinin qapalı sınıqları; üst çənədə solda ön kəsici dişləri travmatik sınıqları; alt çənə sümüyünün qapalı sınığı; sağ Vİİİ. İX, X qabırğaların orta körpücük xətt üzrə qapalı yerdəyişən sınıqları ilə nəticələnməklə Sabir Hüseynovun həyatı üçün təhlükəli olan sağlamlığına ehtiyatsızlıqdan ağır dərəcəli zərərvurma kimi onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməsinə və S.Hüseynovun hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X14 hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən bir gün əvvəl, yəni xx.xx.2025-ci il tarixində o, Yalama-Xudat sərhəd buraxılış məntəqəsindən 267 KA /05 RUS dövlət qeydiyyat nişanlı Volvo markalı yük maşını ilə Azərbaycan Respublikasına daxil olmuşdur. Həmin nəqliyyat vasitəsi ilə Binə Aqro istixanalarına içi boş yeşiklər aparmış, oradan isə pomidor yükləyərək geri - Rusiya Federasiyasına qayıtmağı planlaşdırmışdır. Hadisə baş verən xx.xx.2025-ci il tarixdə, saat təxminən 22:50 radələrində o. Aeroport yolunda Aviasiya Akademiyasının qarşısına çatarkən bir nəfər şəxsin qəfil yola qaçdığını görmüşdür. Şəxsin qəfil yola çıxmasını görərək nəqliyyat vasitəsini sağa doğru döndərməyə çalışmış, həmin anda avtomobilinə nəyinsə çırpıldığını eşitmişdir. Bu hadisədən sonra nəqliyyat vasitəsini yolun sağ tərəfində saxlamışdır. Bir müddət sonra digər nəqliyyat vasitələri də dayanmış və təcili tibbi yardımla yanaşı polis əməkdaşları da hadisə yerinə gələrək araşdırmalara başlamışdırlar. O bildirmişdir ki, yük maşınını idarə etdiyi zaman heç bir spirtli içki və ya narkotik vasitədən istifadə etməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş maddi ziyanı ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 1999-cu ildə X18 ilə ailə həyatı qurmuşdur. Həmin dövr ərzində Sabirin mütəmadi olaraq spirtli içkilər qəbul etdiyi bildirilmişdir. 14 may 2025-ci il tarixində yaxın qohumları onlara Sabir Hüseynovun yol- nəqliyyat hadisəsində həlak olduğunu bildirmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verməsini, vurulmuş maddi ziyanın ödənilməsini nəzərə alaraq Zərərçəkmiş şəxs X3 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Aeroport şossesinə Milli Aviasiya Akademiyasının qarşısında baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur; - «İfadənin yerində yoxlanılması haqqında» 14 may 2025-ci il tarixli protokoldan görünür ki, X11 xx.xx.2025-ci il tarixdə, saat təxminən 22:50 radələrində o. Aeroport yolunda Aviasiya Akademiyasının qarşısına çatarkən bir nəfər şəxsin qəfil yola qaçdığını görmüşdür. Onun sözlərinə görə, həmin şəxslə arasında təxminən 7-8 metr məsafə olmuş və özü təxminən 60-70 km/saat sürətlə hərəkət edirmiş. Şəxsin qəfil yola çıxmasını görərək nəqliyyat vasitəsini sağa doğru döndərməyə çalışmış, həmin anda avtomobilinə nəyinsə çırpıldığını eşitmişdir. Bu hadisədən sonra nəqliyyat vasitəsini yolun sağ tərəfində saxlamışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. İfadənin yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2025-ci il tarixli, 1/4581 saylı protokolundan görünür ki, sürücü X7 alkoqol sərxoşluğu müəyyən olunmamışdır; -şübhəli şəxsin tutulması haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. -şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə 15 may 2025-ci il tarixli qərardan görünür ki, X9 ittiham elan etmək mümkün olmadığından saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X18 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X14 hüquqi varisi qismində tanınmışdır; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 88 saylı rəyindən müəyyən edilir ki, , Mərhum S.B.Hüseynovun meyitində aşkar edilmiş xəsarətlər – Alnın, sağ və sol qaşın, üst dodağın, qarının ön divarının əzilmiş yaraları; burun belinin, sağ əlin arxa səthinin, döş qəfəsinin orta üçdə birinin sağ yarısının, qarının ön divarının sağ yarısının sıyrıqları; alt dodağın qançırı; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; burun sümüklərinin qapalı sınıqları; üst çənədə solda ön kəsici dişləri travmatik sınıqları; alt çənə sümüyünün qapalı sınığı; sağ Vİİİ, İX. X qabırğaların orta körpücük xətt üzrə qapalı yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2025-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanm əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum S.B.Hüseynovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum S.B.Hüseynovun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum S.B .Hüseynovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2,0%o etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən Orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinnə uyğundur. Narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə- kimyəvi müayinə aktı № 1824/K, xx.xx.2025). - DİN-nin Beynəlxalq Əməkdaşlıq İdarəsindən xx.xx.2025-ci il tarixli məktubdan məlum olur ki. Rusiya Fedarasiyası vətəndaşı X11 əvvələr məhkum edilməmiş və sonuncunun sürücülük hququna heç bir məhdudiyyət yoxdur. - «Diskə baxış keçirilməsi haqqında» 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki. Azərbaycan Respublikası DİN-in Təhlükəsiz şəhər xidmətinin « N-107-001 və Köməkçi yol-006/3 (N173) » kamerası tərəfindən xx.xx.2025-cü il tarixdə çəkilmiş videogörüntülər köçürülmüş 1 ədəd videodiskə Xəzər RPİ-nin istintaq otağında kompyuter vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə 2 ədəd videofayl vardır. Həmin videofayllar: 1 .«N107-001 -2025-05-13-22h30min 008000ms», 2.«Köməkçi yol-0063(N173) Xəzər -2025-0513_22h», nömrəlidirlər.
1. « N107-001-2025-05-13-22h30min 008000ms»-№li videofayl kompyuter vasitəsi ilə açılarkan müəyyən olmuşdur ki, görüntü 1 saat 02 saniyədir. Nəqliyyat vasitələri intensivdir. X13rşısını çəkir. 28:08 saniyəsində şəxs sağ tərəfdən yolun əks istiqamətinə yəni yolun sol hissəsinə keçməyə çalışır. Görüntünün 28:57 saniyəsinə yük maşını piaydanı vurur. Bundan sonra yük maşını yolun sağ kənarında dayanır. Bundan sonra yolda nəqliyyat vasitələrinin hərəkəti astalaşır. 2.«Köməkçi yol-0063(N 173) Xəzər -2025-0513_22h»-li videofayl kompyuter vasitəsi ilə açılarkan müəyyən olmuşdur ki, görüntü 1 saat 01 saniyədir. Nəqliyyat vasitələri intensivdir. X13rşısını çəkir. 27:45 saniyəsində şəxs sağ tərəfdən yolun əks istiqamətinə yəni yolun sol hissəsinə keçməyə çalışır. Görüntünün 28:41 saniyəsinə yük maşını piaydanı vurur. Bundan sonra yük maşını yolun sağ kənarında dayanır. Meyid yolun ortasında görünür. Bundan sonra uolda nəqliyyat vasitələrinin hərəkəti astalaşır. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2025-cü il tarixli, 8/1785 nömrəli rəyindən görünür ki: 1,2. Volvo markalı o267KA/05RUS dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X10 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Mirzəbala Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, X2 təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs X6 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), dəymiş maddi ziyanı ödəməsini (CM-59.1.13) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə X6 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 02 (bir) il 11 (on bir ) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X6 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti X5 tutularaq dövlət nəfinə keçirilsin (X17, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Ramilə Xəzri