Məhkəmə qərarları › İş №1(003)-523/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-523/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-523/2025 04.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Liman oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 21 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Maştağa qəsəbəsi, “Çiləgər” yaşayış massivi, yeni tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinə qanunsuz daxil olub yaşayış sahəsi olan evin qonaq otağında olan saxlanc yeri hesab edilən şkafın içərisinə qanunsuz daxil olmaqla onun içərisindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 200 manat dəyərində ütünü, 01 ədəd 100 manat dəyərində kofe üyüdən aparatı, 300 manat dəyərində qazan dəstini, 1 ədəd 50 manat dəyərində saç fenini, 100 manat dəyərində bıçaq-balta dəstini, 150 manat qiymətində qab-qacaq dəstini və ümumi dəyəri 300 manat olan 10 metr uzunluğunda olmaqla 1 metri 30 manat olan parçanı götürüb apararaq dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulu şəxsi ehtiyacına sərf etməklə özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, usta-santexnik kimi işləyir, sifarişlər olanda günün istənilən vaxtı çağırışlara gedir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəl yaşadığı məhəllədən tanıyır, belə ki, İbrahimlə divar qonşusu olublar. Son üç ildir ki həmin ünvandan köçərək Maştağa qəsəbəsində yaşayır. 2025-ci il aprel ayının 12də polis əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PB-nə aparılıb orada qanunsuz üç gün saxlanılmışdır. Polis şöbəsində ona Bəxtiyar və Samir adlı polis əməkdaşları, eləcə də həmin bölmənin müavini Rafiq adlı şəxs tərəfindən işgəncələr verilib, aldığı xəsarətlərlə bağlı polis bölməsində olarkən Təcili-Tibbi Yardım çağırılıb. Polis tərəfindən edilən fiziki təsirlərə dözməyərək guya İbrahimin evindən oğurluq etməsi barədə həqiqətə uyğun olmayan ifadə vermişdir. Halbuki, Maştağa qəsəbəsinə köçdükdən sonra demək olar ki, köhnə məhəllələrinə gəlməmişdir. Polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qabırğası və sol əlinin ikinci barmağı sındırılmış, lakin həkimə müraciət etməmişdir, yalnız polisdə olanda TTY çağırılmışdır. Polisin qanunsuz əməlləri barədə prokuror qəbul edəndə prokurora bildirmiş, amma rəsmi yazılı müraciətləri olmamışdır. X5 gətiriləndə artıq xəsarətləri olmuşdur, lakin orada onu müayinə etməmişlər. Zərərçəkmiş şəxs evindən oğurluq etməyib, heç vaxt dəmir və ya alüminium qəbul məntəqəsinə hər hansı əşya aparmayıb, 2025-ci ilin mart-aprel aylarında texniki avadanlıqları icarəyə götürdüyü üçün şəxsiyyət vəsiqəsini Maştağadakı icarə verən məntəqəyə vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Xətai rayonunda yaşasa da, ünvan 4 ünvanında bağ evi də vardır. Həmin evə arada-bir gəlib nəzarət məqsədi ilə baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 17 radələrində həmin evdə olmuşdur. Evdə olarkən bütün əşyaların yerində olduğunu görmüş və həmin gün evin qapı pəncərəsini bağlayıb evi tərk etmişdir. xx.xx.2025-ci il tarixdə əmisi oğlu ona zəng edərək evinin həyət qapısının açıq olduğunu ona bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində həmin evə təkrar gələn zaman evin giriş qapısının açıq olduğunu görmüşdür. Evin içərisinə girib baxış keçirən zaman evin qonaq otağında olan şkafın içərisindən bir ədəd ütünün, bir ədəd kofeüyüdən aparatın, 300 manat qiymətində qazan dəstinin, saç feninin, bıçaq-balta dəstinin, 150 manat qiymətində qab-qacaq dəstinin və ümumi qiyməti 300 manat olan, 10 metr uzunluğunda olmaqla 1 metri 30 manat olan parçanın oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır, hər zaman onunla və ailəsi ilə yaxşı münasibətdə olmuşdur. Bildiyinə görə Ələsgər sonradan narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, ondan oğurlanan qazan və qab-qacaq dəsti övladının cehizi idi, yeni, işlənməyərək qablaşdırılmış vəziyyətdə olmuş, bıçaq-balta dəsti isə qədimi olmasa da, əl işi idi. Oğurluq olan evdə daimi deyil, mövsümü olaraq əsasən yay aylarında yaşayır. Gedəndə qapını kilidləsə də, oğrular qapıdan giriblər, lakin qapıda zədə olmayıb, qapı sındırılmayıb, köhnə taxta qapı olduğundan, bərk itələyəndə açıla bilərdi. Oğurluq edilən zaman müşahidə kameraları olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, əvvəllər “Fərid İnşaat” sexində metal qəbulu məntəqəsi işlətmişdir. Təxminən bir ildən çoxdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Buzovna yeni yol adlanan ərazidə yerləşən dəmir tullantıların qəbulu sexini işlədir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanımır. Ələsgər Əliyevi də əvvəllər tanımamış, yalnız bir dəfə ondan 1-2 dənə köhnə alüminium qazan almışdır. Həmin qazanları Ələsgərdən alıb onun şəxsiyyət vəsiqəsinin şəkilini telefonuna çəkmişdir. Hazırda həmin şəkil onda saxlanılmayıb. Aldığı köhnə alüminium qazanlara görə Ələsgərə 100 manat məbləğində pul vermişdir. Ələsgər tərəfindən gətirilən malların içində balta-bıçaq dəsti, eləcə də kofeüyüdən aparat olmayıb, yalnız köhnə, yarısınıq vəziyyətdə səhv etmirsə iki qazan olub. Ola bilsin ki, qazanlarla yanaşı tava da olub, lakin bunu xatırlamır. Gətirilən əşyalar köhnə olub, təzə dəst qab-qacaq və qazan-tavalar olmayıb. Köhnə alüminiumun bir kiloqramını 30 qəpikdən qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırki cinayət işinin obyektiv araşdırılması təmin olunmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyərək Təqsirləndirilən şəxs təqsirliyi məsələsində səhv nəticəyə gəlinmiş, iş üzrə ittiham tərəfinin təqdim etdiyi və istintaq orqanının əsaslandığı sübutlarla təqsirləndirilən şəxsə qarşı CMnin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham təsdiqini tapmır. Bunula bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstintaq orqanının gəldiyi nəticə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid ifadələri, eləcə də Təqsirləndirilən şəxs etirafedici ifadəsinə əsaslanmışdır. İttihamın əsasını bu şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələr təşkil etdiyindən məhkəmə həmin ifadələrin həm özlüyündə, həm bir-biri ilə, həm də digər sübutlarla əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini vacib sayır. Çünki həqiqətdə törədilməmiş əməli hər hansı səbəbə görə doğru olmayan ifadə kimi şəxs tərəfindən verə biləcəyi göz önünə alınaraq hər bir ifadə dəyərləndirilməlidir. Belə ki, özlüyündə ifadə - maddi faktlara dair qaynağı insan olan, bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür və həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Ələsgər Əliyev 2-ci polis bölməsində polis əməkdaşları tərəfindən fiziki təsirlərə məruz qaldığını, məhz polis əməkdaşları tərəfindən döyülmə nəticəsində həqiqətə uyğun olmayan ifadələr verməsini, Zərərçəkmiş şəxs evindən oğurluq etmədiyini, heç vaxt dəmir və ya alüminium qəbul məntəqəsinə hər hansı əşya aparmadığını, 2025-ci ilin mart-aprel aylarında texniki avadanlıqları icarəyə götürdüyü üçün şəxsiyyət vəsiqəsinin Maştağadakı icarə verən məntəqədə olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ondan oğurlanan qazan və qab-qacaq dəsti övladının cehizi idi, yeni, işlənməyərək qablaşdırılmış vəziyyətdə olmuş, bıçaq-balta dəsti isə qədimi deyil, əl işi olmuşdur. Zərər çəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də ondan oğurlanmış qazan-tavaların, eləcə də qab-qacaq dəstinin köhnə olmasını bildirməmişdir. Şahid da məhkəmə istintaqında ittihamın sübutlarına təsir edən fərqli ifadə verib müstəntiq tərəfindən tərtib edilmiş dindirmə potokoluna oxumadan imza etdiyini bildirib ibtidai istintaqdakı ifadəsindən fərqli olaraq qeyd etmişdir ki, qədimi bıçaq dəsti, kofeüyüdən aparat, bir neçə tava və qazan dəstləri deyil, yalnız bir-iki ədəd köhnə, yarısınıq alüminium qazanı Ələsgər Əliyevdən almışdır. Bir-iki köhnə alüminium qazan aldığı, alüminiumun bir kiloqramını isə 30 qəpikdən qəbul etdiyi halda Ələsgər Əliyevə 100 manat məbləğində pul verməsinin səbəbini isə heç cür izah edə bilməmişdir, çünki sadə məntiqə görə həmin məbləğdə pul verdiyi halda Ələsgər Əliyevdən qəbul edəcəyi alüminiumun çəkisi 330 kiloqramdan artıq təşkil etməli idi. Diqqət çəkən məqamlardan biri də odur ki, təhqiqatçı tərəfindən tərtib olunmuş izahatda, müstəntiq tərəfindən tərtib olunmuş dindirmə protokollarında Təqsirləndirilən şəxs oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən bazarda adını bilmədiyi şəxsə 50 manata satdığını qeyd etsə də, sonradan şahid qismində dindirilən Həsənov X4-Buzovna yeni yol adlanan ərazidə yerləşən dəmir tullantıların qəbulu sexində işləyən şəxs kimi özünü təqdim edib oğurlanmış əşyaları təqsirləndirilən şəxs tərəfindən məhz ona satılmasını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs və şahidin ifadələri həm özüözlüyündə, həm də bir-biri ilə müqayisədə ziddiyyət təşkil edir, təqsirləndirilən şəxsə verilən ittihamla uzlaşmır, Təqsirləndirilən şəxs təqsirini sübuta yetirən digər sübutlar isə mövcud deyil. Məhkəmə qeyd edir ki, hər bir halda sübutlar təqsirləndirilən şəxsin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalı, əksi isə təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cinayətə görə cəzalandırılması təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi halında mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilən şəxsin əleyhinə yozularaq onun ittihamının əsasını təşkil edə bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilib, digər qisminin isə göz ardı edilərək çatılan ehtimalı qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməli və bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Hazırkı işdə isə ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş sübutlar Ələsgər Əliyevə istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və açıq-aşkar şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyətlər ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə, iş üzrə bütün sübutlara həm ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, belə nəticəyə gəlir ki, hadisələrin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən ziddiyyətli ifadələrdən başqa iş üzrə digər sübutların mövcud olmaması, hazırkı cinayət işi üzrə şübhəli məqamların olması, bu məqamlara aydınlıq gətirən, aradan qaldıran mötəbər sübutların yoxluğu təqsirləndirilən şəxsin sözügedən oğurluq cinayətini törətməsi qənaətinə gəlinməsinə əsas vermir və məhkəmə bu qərardan fərqli qərar qəbul edilməsi üçün əsas görmür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin “hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməli” olmasına dair 28-ci maddəsinə əsasən məhkəmə işi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə və geniş şəkildə işıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu cür aşkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkişən tərəflərin ictimaiyyət, KİV, dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düşməməli, ictimaiyyətin narazılığına səbəb olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 138.2-ci maddəsi). İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-nin 145.3-ci maddəsi). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır (CPM-nin 349.5.1-ci maddəsi). Təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır (CPM-nin 42.1.4-cü maddəsi). Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan və aparılmış məhkəmə istintaqından, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməlinin törədilməsi sübuta yetirilməmişdir. Bu isə CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CMnin 177.2.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməli, ona CPM-in 42.1.4-cü maddəsinə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və CPM-nin 42.1.4, 344-350, 352-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilsin və ona CPM-nin 42.1.4-cü maddəsinə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə bəraət verilsin. Tutulması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar