Məhkəmə qərarları › İş №1(003)-524/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-524/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-524/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ N-226 A ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-268/2021 saylı 08 iyul 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə və 2) 22 avqust 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində kirayənişin yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-340/2021 saylı 16 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talamaqla oğurluq etmiş, habelə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 02 iyul 2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama niyyəti ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvan 5 ünvanında qonşusu X1 yaşadığı evin həyətyani sahəsinin qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra, hasardan həyətə keçməklə qanunsuz daxil olub həyətdə olan, evə çəkilmiş 30 (otuz) metr uzunluğunda 150 (yüz əlli) manat dəyərində kabelləri, eləcə də həyətin və evin fasadının işıqlandırılması üçün nəzərdə tutulmuş hər biri 60 (altmış) manat olmaqla 13 (on üç) ədəd, cəmi 780 (yeddi yüz səksən) manat dəyərində 30 (otuz) sm-lik, hər biri 97 (doxsan yeddi) manat olmaqla 3 (üç) ədəd, cəmi 291 (iki yüz doxsan bir) manat dəyərində 40 (qırx) sm-lik, hər biri 109 (yüz doqquz) manat olmaqla, 2 (iki) ədəd, cəmi 218 (iki yüz on səkkiz) manat dəyərində 80 (səksən) sm-lik led lampalar, bundan başqa, hər biri 10 (on) manat olmaqla, 12 (on iki) ədəd cəmi 120 (yüz iyirmi) manat dəyərində lampalar, hər biri 28 (iyirmi səkkiz) manat olmaqla, 3 (üç) ədəd cəmi 84 (səksən dörd) manat dəyərində projektorları, evin həyətində olan yardımçı tikilidən hər biri 5 (beş) manat olmaqla 4 (dörd) ədəd cəmi 20 (iyirmi) manat dəyərində spot lampaları, evin həyətindən 10 (on) manat dəyərində bir ədəd plafonu kəsib evin həyətində olan yardımçı tikilinin üzərinə qoymuş, daha sonra evin ikinci mərtəbəsində olan eyvana nərdivanla qalxaraq eyvandan evə giriş qapısının qarşısında olan dəmir barmaqlıqları açıb, evə plastik giriş qapısını sındırmaqla qanunsuz daxil olub, həmin mərtəbədə servantdan cəmi 1100 (min yüz) manat dəyərində olan qab dəstini, evin 3-cü mərtəbəsindən 220 (iki yüz iyirmi) manat dəyərində gümüşü qənd qabını, 200 (iki yüz) manat dəyərində qaşıq və çəngəl dəstini, hamamda olan 80 (səksən) manat dəyərində duş dəstini, hər biri 140 (yüz qırx) manat olmaqla 3 (üç) ədəd, cəmi 420 (dörd yüz iyirmi) manat dəsmal qurutmaq üçün nəzərdə tutulmuş hamam aksesuarını, evdə olan hər biri 280 (iki yüz səksən) manat dəyərində 2 (iki) ədəd, cəmi 560 (beş yüz altmış) manat dəyərində bürünc çilçırağı, hər biri 90 (doxsan) manat olmaqla 10 (on) ədəd, cəmi 900 (doqquz yüz) manat dəyərində divardan asmaq üçün nəzərdə tutulmuş şəkilləri, 1500 (min beş yüz) manat dəyərində bir ədəd palto, gödəkçə, kostyum dəstləri və digər geyim əşyalarını, ümumilikdə xeyli miqdarda, yəni 6653 (altı min altı yüz əlli üç) manat dəyərində əmlakı oğurlamaq niyyəti ilə evin həyətində olan yardımçı tikilinin üzərinə digər yığdığı əşyaların yanına qoymuş, sonra isə evdən götürdüyü bir ədəd 140 (yüz qırx) manat dəyərində “Şharp” markalı televizoru və evin üçüncü mərtəbəsindən sökdüyü bir ədəd kondisionerin 30 (otuz) manat dəyərində mis borusunu özü ilə götürüb küçəyə çıxmaqla zərərçəkmiş X1 170 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, küçəyə çıxdıqdan sonra isə küçədə qonşuluqda yaşayan digər şəxslərin oğurluqda iştirak edən hər ikisini birlikdə gördüyünü başa düşdükdən sonra oradan uzaqlaşdıqlarından, evin həyətində oğurlamaq niyyəti ilə kənara yığdıqları əşyaları özlərindən asılı olmayan səbəblərə görə oğurlaya bilməyərək zərərçəkmiş X1 6653 (altı min altı yüz əlli üç) manat dəyərində, yəni xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişlər. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgə əmlakını gizli yolla talamaqla oğurluq etmiş, habelə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 02 iyul 2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama niyyəti ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 5 ünvanında qonşusu X1 yaşadığı evin həyətyanı sahəsinin qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra, hasardan həyətə keçməklə qanunsuz daxil olub həyətdə olan, evə çəkilmiş 30 (otuz) metr uzunluğunda 150 (yüz əlli) manat dəyərində kabelləri, eləcə də həyətin və evin fasadının işıqlandırılması üçün nəzərdə tutulmuş hər biri 60 (altmış) manat olmaqla 13 (on üç) ədəd, cəmi 780 (yeddi yüz səksən) manat dəyərində 30 (otuz) sm-lik, hər biri 97 (doxsan yeddi) manat olmaqla 3 (üç) ədəd, cəmi 291 (iki yüz doxsan bir) manat dəyərində 40 (qırx) sm-lik, hər biri 109 (yüz doqquz) manat olmaqla, 2 (iki) ədəd, cəmi 218 (iki yüz on səkkiz) manat dəyərində 80 (səksən) sm-lik led lampalar, bundan başqa hər biri 10 (on) manat olmaqla, 12 (on iki) ədəd cəmi 120 (yüz iyirmi) manat dəyərində lampalar, hər biri 28 (iyirmi səkkiz) manat olmaqla, 3 (üç) ədəd cəmi 84 (səksən dörd) manat dəyərində projektorları, evin həyətində olan yardımçı tikilidən hər biri 5 (beş) manat olmaqla 4 (dörd) ədəd cəmi 20 (iyirmi) manat dəyərində spot lampaları, evin həyətindən 10 (on) manat dəyərində bir ədəd plafonu kəsib evin həyətində olan yardımçı tikilinin üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 evin ikinci mərtəbəsində olan eyvana nərdivanla qalxaraq eyvandan evə giriş qapısının qarşısında olan dəmir barmaqlıqları açıb, evə plastik giriş qapısını sındırmaqla qanunsuz daxil olub, həmin mərtəbədə servantdan cəmi 1100 (min yüz) manat dəyərində olan qab dəstini, evin 3-cü mərtəbəsindən 220 (iki yüz iyirmi) manat dəyərində gümüşü qənd qabını, 200 (iki yüz) manat dəyərində qaşıq və çəngəl dəstini, hamamda olan 80 (səksən) manat dəyərində duş dəstini, hər biri 140 (yüz qırx) manat olmaqla 3 (üç) ədəd, cəmi 420 (dörd yüz iyirmi) manat dəsmal qurutmaq üçün nəzərdə tutulmuş hamam aksesuarını, evdə olan hər biri 280 (iki yüz səksən) manat dəyərində 2 (iki) ədəd, cəmi 560(beş yüz altmış) manat dəyərində bürünc çilçırağı, hər biri 90 (doxsan) manat olmaqla 10 (on) ədəd, cəmi 900 (doqquz yüz) manat dəyərində divardan asmaq üçün nəzərdə tutulmuş şəkilləri, 1500 (min beş yüz) manat dəyərində bir ədəd palto, gödəkçə, kostyum dəstləri və digər geyim əşyalarını, ümumilikdə xeyli miqdarda, yəni 6653 (altı min altı yüz əlli üç) manat dəyərində əmlakı oğurlamaq niyyəti ilə onun köməkliyi ilə evin həyətində olan yardımçı tikilinin üzərinə digər yığdığı əşyaların yanına qoymuş, sonra isə Təqsirləndirilən şəxs1 evdən götürdüyü bir ədəd 140 (yüz qırx) manat dəyərində “Şharp” markalı televizoru və evin üçüncü mərtəbəsindən sökdüyü bir ədəd kondisionerin 30 (otuz) manat dəyərində mis borusunu özü ilə götürüb küçəyə çıxmaqla zərərçəkmiş X1 170 manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, küçəyə çıxdıqdan sonra isə küçədə qonşuluqda yaşayan digər şəxslərin oğurluqda iştirak edən hər ikisini birlikdə gördüyünü başa düşdükdən sonra oradan uzaqlaşdıqlarından, evin həyətində oğurlamaq niyyəti ilə kənara yığdıqları əşyaları özlərindən asılı olmayan səbəblərə görə oğurlaya bilməyərək zərərçəkmiş X1 6653 (altı min altı yüz əlli üç) manat dəyərində, yəni xeyli miqdarda əmlakını oğurlamağa cəhd etmişlər. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə saxladığına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 2011-ci ildə azadlığa buraxılmışdır. X3 onun bağ qonşusudur. Aralarında yaxşı münasibətləri olmuş, heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Həmin bağ evi əvvəllər Nailə Cahangirovanın rəhmətə getmiş atasının olmuş, hazırda isə Nailə Cahangirovaya məxsusdur. 02 iyul 2021-ci il tarixdə gecə saat 03 radələrində Nailəgilin bağ evindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, həmin vaxt onun yanına gələn tanışı, Mərdəkan qəsəbəsində kirayənişin yaşayan Təqsirləndirilən şəxs2 oğurluq barədə təklif etmişdir. Nailəgilin imkanlı olduğunu və evdə dəyərli əşyaların olduğunu bilmişdir. Buna görə də belə bir təklif etmiş və Zöhrab onunla razılaşmışdır. Belə qərarlaşıb və birlikdə gəlib Nailəgilin bağ evinin həyətinə hasardan atlanmaqla keçmişlər. Orada əvvəlcə evə gedən kabelləri, evin işıqlandırma avadanlıqlarını, projektorları kəsib səliqə ilə kənara qoymuşlar ki, onları gedən zaman oğurlayıb özləri ilə aparsınlar. Səhər təxminən saat 06 radələrinədək evin həyətində həmin işləri görmüşlər. Sonradan evin eyvanında olan dəmir barmaqlıqların mislə bağlandığını görüb evə daxil olmaq qərarına da gəlmişdir. Həyətdən nərdivan tapmış və evin qabaq tərəfinə qoyub pilləkənlə ikinci mərtəbənin eyvanına keçmişdir. Orada dəmir barmaqlıqların məftillə bağlandığını görüb məftildən açmış və plastik qapını qırıb evə daxil olmuşdur. Evdən şəkillər, televizor, tozsoran, bir ədəd vaza, divardan asılı taxtadan antikvar bir maska, bir ədəd samovar, gümüşü rəngli çaynik, kondisionerin misini səliqəli yığıb gətirib evin həyətinə qoymuşdur. Bundan başqa, evdən çilçıraqları da ayırıb evin içərisində döşəmə üzərinə qoymuşdur ki, gedərkən onları da özü ilə aparsın. Zöhrab isə həmin zaman evin həyətində qalmışdır. Zöhrab ona evə daxil olduğu yerdən pilləkənlə həmin əşyaları düşürtməyə kömək etmişdir. O, əlində televizor və öz əşyaları olan bir ədəd idman çantasını götürüb evin hasarından küçəyə çıxmışdır. Küçədə qonşuluqda işləyən Naib adlı şəxsi görüb ondan taksi avtomobilini soruşmuş, lakin Naib ona taksini görmədiyini demişdir. Daha sonra onun arxası ilə gələn Zöhrab həyətdən çıxdığı zaman isə Naib onun həyətdən çıxdığını görmüşdür. Zöhrab yenidən həyətə düşərək başqa yerdən küçəyə çıxmış və orada ona yaxınlaşmışdır. Artıq Naib başa düşmüşdür ki, o da Zöhrabla birlikdə həmin yerdən oğurluq etmişdir. Buna görə əlində olan televizoru və kondisionerin mis borusunu da yerə qoyub oradan getmiş, evdən götürdüyü əşyalar isə hamısı orada qalmışdır. O, evdə qızıl saat olduğunu görməmiş, ümumiyyətlə evi axtaran zaman da evdə qızıl saat olduğunu bilməmiş, kənara yığdığı əşyaları oğurlamaq fikrində olmuşdur. Törətdiyi əməllərdən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxsdən dəfələrlə üzr istəyərək barışmağa cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 03 il şərti cəza almışdır. X3 ilə yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. 02 iyul 2021-ci il tarixdə evdə olduğu zaman Təqsirləndirilən şəxs1 ona zəng etmiş və onun yaşadığı evin yaxınlığına dəvət etmişdir. Artıq gecə saatları olmasına baxmayaraq Ceyhunun Şüvəlan qəsəbəsində yaşadığı evin yaxınlığına getmişdir. Ora gəldikdən sonra Ceyhun qonşuluqda olan bağ evini göstərib oradan həyətdən oğurluq etməyi və oradakı dəmir tullantıları oğurlamağı təklif etmiş, o da onunla razılaşmışdır. Həmin evin həyətinə hasardan atlanmaqla keçmişlər. Həyətdə iki-üç mərtəbəli ev, böyük bir “besedka” və su hovuzu olmuşdur. Həyətə daxil olan zaman artıq gecə saat 03 radələri olmuşdur. Ceyhun özü elektrik olduğu üçün orada əvvəlcə evə gedən kabelləri, evin işıqlandırma avadanlıqlarını, projektorları kəsib səliqə ilə kənara qoymuşdur ki, onları gedən zaman oğurlasınlar. Buna bir neçə saat vaxtı getmişdir. Səhər təxminən saat 6-ya qədər həmin işləri görmüşlər. O isə Ceyhuna kömək etmişdir. Sonradan hava işıqlaşana yaxın evin ikinci mərtəbəsində olan eyvandan barmaqlıqda qıfıl olmadığını görmüşlər. Buna görə Ceyhun evin ikinci mərtəbəsinə qalxmışdır. O, həmin qapını açıb sonra evə keçmək üçün plastik qapını sıxmaqla açıb evə daxil olmuşdur. Həyətdə olan Ceyhunun sökdüyü işıqlandırma avadanlıqlarını və kabelləri kənara qoymuşdur. Ceyhun evdən şəkillər, televizor, tozsoran, bir ədəd vaza, divardan asılı taxtadan antikvar bir maska, bir ədəd samovar, gümüşü rəngli çaynik, kondisionerin misini eyvandan iplə uzatmış, o da həmin əşyaları götürüb oğurlamaq məqsədilə səliqə ilə kənara yığmışdır. Bunlardan başqa da oradan hamamda divara bərkidilən quruducu kimi istifadə edilən 3 ədəd cihazı Ceyhun vermişdir. Onları da o, kənara qoymuşdur. Daha sonra həyətdə səliqəli yığdıqları işıqlandırma avadanlıqlarını bir ədəd çemodana yığıb evin həyətində olan yardımçı təikilinin üzərinə evdən gedərkən aparmaq üçün qoymuşlar, həsir torbanın içərisinə evdən götürülmüş qab-qaşığı qaldırıb yuxarı qoymuşlar. Başqa da Ceyhun geyim əşyalarını yuxarıdan həyətə atmış, həmin gödəkçə və paltar əşyalarını da həyətdə saxlamışlar. Torbanın içərisində isə kondisionerin mis trubasını yığıb qoymuşlar. Daha sonra Ceyhun əlinə bir televizor və idman çantası götürüb həmin çanta ilə küçəyə çıxmışdır. Ceyhun həm də əlində bir ədəd torbada evdən açdığı kondinsionerlərin mis borusunu da götürmüşdür. Həyətdən çıxarkən küçədə bir qadın və bir kişi görmüşdür. Onları gördüyü üçün yenidən həyətə düşmüş və başqa tərəfdən küçəyə çıxmışdır. O, həyətdən çıxarkən heç bir əşya götürməmişdir. Çıxıb gedib oğurluq əşyaları daşımaq üçün taksi çağırmaq niyyətində olmuşdur. Küçədə Ceyhuna yaxınlaşmış, Ceyhuna kişinin onu gördüyün demişdir. Ceyhun isə kişinin onları birlikdə gördüyünü bildiyi üçün televizoru və kondisionerin mis borusunu qoymuş, əlində olan idman çantası ilə birlikdə getmişdir. Sonra Ceyhunun artıq həbs edildiyini eşitmişdir. Törətdiyi əməllərdən səmimi peşman olmuş və mənəvi sarsıntı keçirir. Zərərçəkmiş şəxsdən dəfələrlə üzr istəyərək barışmağa cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, ünvan 6 ünvanında yaşayır. Lakin ünvan 7r. Hazırda həmin bağ evi onun adınadır. Ora həftə sonları gedib qalıb yenidən şəhərə qayıdır. 02 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində əmisi oğlu Şahid2 ona zəng edib həmin evdə oğurluq olduğunu bildirmişdir. O, həmin vaxt şəhərdə olmuşdur. Dərhal çıxıb oradan bağ evinə gəlmişdir. Bağ evinə gəlib baxış keçirərkən ona məlum olmuşdur ki, evin birinci mərtəbəsinin zalından 3 ədəd vaza, bir ədəd yerüstü lampa, ikinci mərtəbədə yataq otağından yeni istifadə olunmamış yataq dəstləri, həmin otaqda bir ədəd “Movado” markalı 750 əyarlı qızıl kişi saatı, həmin mərtəbədən digər yataq otağından atasına məxsus 4 dəst “Palzileri” markalı kostyumlar, başqa 5 cüt bahalı markalı ayaqqabı, həmin otaqda servantdan anasına məxsus xrustal servis və qablar, daha sonra anasına aid bir ədəd dəyərli əl işi olan əl çantası, həmin mərtəbədən başqa otaqdan 4 ədəd yorğan, matras və yataq dəstləri oğurlanmışdır. Bundan başqa, evin 3-cü mərtəbəsində gümüşü qənd qabı, qaşıq və çəngəl dəsti, başqa çay servisi, hamamda olan duş dəsti oğurlanmışdır. Ata və anası rəhmətə getdikləri üçün onlara məxsus əşyaları özü yadigar saxlamışdır. Həmin bağ evi onun adına olduğu üçün onun hesab edilmişdir. Buna görə də ərizə ilə o müraciət etmişdir. Bundan başqa, evin bürünc çilçıraqlarını kəsib aparmaq üçün evin birinci mərtəbəsində qoymuşlar. Sonra evin kabelləri kəsilmiş, lakin aparılmamışdır. Bundan əlavə, evin kondisionerinin mis naqilini oğurlayıb aparmışlar, evin giriş qapısını sındırmışlar. Evin barmaqlığını kəsib və plastik qapını sındırıb evə daxil olmuşlar. Buna görə evə başqa ziyanlar da dəymişdir. Evin giriş qapısının dəyəri 2500 manatdır. Bundan başqa, evdən bir ədəd “Sharp” markalı televizor götürülüb, lakin onu küçədə atıb qaçıb getmişlər. Həm də evdən bir ədəd samovar da götürmüşlər, onu da küçədə tapmışlar. Oğrunu isə qonşu bağda bağban işləyən Naib görmüşdür. Belə ki, Naib bir şəxsi evin hasarından qalxan zaman görmüş, həmin şəxs isə hasardan düşüb qaçıb getmişdir. Sonra isə həmin şəxsi yenə də küçədə görüb orada nə gəzdiyini soruşmuş, həmin şəxs isə qonşuluqda yaşayan Ceyhunun yaşadığı evdən gəldiyini demişdir. Naib həmin gün Ceyhunu küçədə əlində televizor və bir ədəd böyük çanta olduğunu görmüşdür. Ceyhun Naibi görüb televizoru atıb qaçıb getmiş, lakin özü ilə bir idman çantası aparmışdır. Əvvəl bildirdiyi “Movado” markalı qızıl saatı və bir ədəd anasına məxsus bahalı həsir formalı qadın çantasını evdən tapmışdır. Həmin əşyalar evin həyətində olan seyfdə qalmışdır. Ona görə də həmin əşyalar oğurlanmamışdır. Heç həmin əşyaları oğurluğa daxil olan Ceyhun və digər tanımadığı şəxs də görə bilməzdilər. Çünki, onlar seyfin içərisində qalıb və o da evdə görə bilmədiyi zaman düşünmüşdür ki, həmin əşyalar oğurlanmış və ilk ifadəsində də həmin əşyaların oğurlandığını bildirmişdir. Onlar evə daxil olub oğurlamaq istədiyi əşyaların hamısı evin həyətində qalmışdır. Bir tək “Şharp” markalı televizoru küçədən tapmışlar. Həm də onlar kondisionerin mis borularını da oğurlayıb özləri ilə aparmışlar. Konkret olaraq yaşadığı evin həyətindən bir ədəd “Şharp” markalı televizoru küçədə tapmışlar. Həmin televizorun dəyəri 150 manatdır. Bir də kondisionerin 30 manat dəyərində mis borusu oğurlanmışdır. Həyətə yığılmış əşyalar evin çöl tərəfdən işıqlandırılması üçün nəzərdə tutulmuş plafonlar, həmin plafonlara gələn təxminən 30 metr uzunluğunda kabellər, bundan başqa evin həyətində olan yardımçı tikilinin içərisindən sökülmüş dörd ədəd lampa, bundan başqa, evin içərisindən hamam aksessuarı, bundan başqa 3 ədəd quruducu cihaz, evdə olan divardan asılan 10 ədəd şəkil, bundan başqa, evdə olan qadın gödəkçəsi, palto və digər geyim əşyaları, bahalı vaza, gümüşü rəngli qənd qabı və digər qab-qacaq kənara qoyulmuşdur. Qeyd olunan əşyaların dəyərləri barədə çıxarışları ifadəsinə əlavə etmişdir. Bundan başqa, evdən oğurlanmış geyim əşyalarının ümumi dəyəri isə 1500 manat təşkil etmişdir. O, bu oğurluğa görə böyük mənəvi sarsıntı keçirmişdir, buna görə də təqsirləndirilən şəxslərlə barışmamışdır və onlardan şikayətçidir. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxslərə törətdiyi əməllərinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Xanbaba oğlu göstərdi ki, o, Şüvəlan qəsəbəsində yaşayır, orada qalmayan qonşuların evlərinə nəzarət edir. 02 iyul 2021-ci il tarixdə səhər saatlarında küçədə olduğu zaman Ceyhunu Nailə xanımın yaşadığı evin qarşısında görmüşdür. Ceyhunun əlində bir ədəd televizor və bir ədəd idman çantası olmuşdur. O, Ceyhundan orada nə etdiyini soruşmuş, Ceyhun bildirmişdir ki, orada taksi gözləyir və ondan taksi gəlib-gəlmədiyini də soruşmuşdur. O isə taksi görmədiyini demişdir. Daha sonra açar olan qonşu qız Məhəbbəti çağırmışdır ki, gəlib qapını açsın. Lakin qapını açmış və görmüşdür ki, qapı həyətdən bağlıdır. Həmin zaman bir qədər həyətə boylanmış və oradan bir şəxsin hasarın üzərinə qalxdığını görmüşdür. Ondan kim olduğunu soruşmuş və o, Ceyhungilə gəldiyini deyib yenidən həyətə düşmüş və başqa bir yerdən küçəyə keçmişdir. Həmin şəxs onun yanından keçən zaman ondan hara getdiyini soruşmuş, o, ona Ceyhunla birgə olduğunu demişdir. O, həmin şəxsləri gözləmələrini desə də, Ceyhun televizoru küçəyə qoymuş və çantasını götürüb qaçıb getmişdir. Sonra o, həmin bağa tez-tez gələn və nəzarət edən İlqara zəng etmiş və bu hadisə barədə məlumat vermişdir. İlqar gələnə qədər qonşu qızla qapılarının qarşısında dayanıb gözləmişdir ki, İlqar gəlsin, sonra evin həyətinə keçsinlər. Təxminən bir saat sonra İlqar gəlmiş və onlar birlikdə həyətə keçmişlər. Ceyhungil həyətdə bir xeyli əşya yığıb saxlamaşlar ki, oğurlayıb aparsınlar. Lakin onu gördükləri üçün oğurlayıb apara bilməmişlər. Bundan başqa da küçə tərəfdən Nailə xanımın yaşadığı evin həyət hasarının qarşısına nərdivan qoyulmuşdur. Onlar həmin nərdivanla çıxıb düşmüşlər. Əşyaları da oradan daşımaq fikrində olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, X3 onun qohumudur. Nailəgilin işləri ilə əlaqədar olaraq Şüvəlan qəsəbəsi Ordubadi küçəsində Nailə xanıma məxsus bağ evinə gedib-gəlir və orada təmir işləri aparıldığı üçün ora nəzarət edir. Oğurluq olmamışdan qabaq sonuncu dəfə 30 iyun 2021-ci il tarixdə həmin bağ evinə gəlmişdir. O, gəldiyində evdən hər hansı bir oğurluq olmamışdır. 02 iyul 2021ci il tarixdə səhər saatlarında həmin küçədə yaşayan Naib ona zəng edib bağ evinin həyətində bir şəxsi gördüyünü bildirmiş və buna görə onun ora gəlməsini xahiş etmişdir. O, bağ evinə gəldiyi zaman Naib küçədə olmuş və evin həyətinə keçməyərək onun ora gəlməsini gözləmişdir. Küçədə evdən götürülmüş bir ədəd “Şharp” markalı televizoru görüb götürüb evə gətirmişdir. Evin həyətində isə bağın işıq avadanlıqlarının, kabellərin kəsildiyini görmüşdür. Evdən çıxan bütün əşyalar evin həyətində qalmışdır. Bundan başqa, ikinci mərtəbədə olan eyvanın barmaqlıqlarının və eyvanın qapısının açıq olduğunu görmüşdür. Evə girdikdə evdə də iki ədəd çılçırağın kəsilib yerə qoyulduğunu, daha sonra evin həyətində həmin əşyaları görmüşdür. Evin həyətinə işıq avadanlıqları, geyim əşyaları, hamam aksesuarı olan quruducu cihazlar, samovar, evdə olan divara asmaq üçün şəkillər, qab-qacaq əşyaları kənara yığılmışdır. Evə də keçdikdə evdə yataq otağında olan əşyaların dağıntı halında olduğunu görmüşdür. O, sonradan bu barədə Nailəyə zəng edib məlumat vermişdir. Nailə isə oğurluq olması barədə Azərbaycan Respublikası DİN “102” mərkəzi zəng məlumatına zəng edib məlumat vermişdir. Nailə evə gəlib baxış keçirdikdən sonra müəyyən edilmişdir ki, evdən bir ədəd qızıl saat və bir ədəd bahalı qadın çantası da oğurlanmışdır. Naib isə bildirmişdir ki, evin həyətindən çıxan şəxsin əlində hər hansı bir əşya olmamışdır. Aralıda Ceyhunun əlində televizor olduğunu görmüş, lakin Ceyhunun oradan oğurluq etdiyini əvvəlcə düşünməmişdir. Çünki Ceyhunun evdən çıxdığını görməmiş, həyətdən çıxan şəxs isə Ceyhuna yaxınlaşdıqda Ceyhunun da oradan oğurluq etdiyini başa düşmüşdür. Ceyhun isə sonradan televizoru həyətə qoyub çıxıb getmişdir. Ceyhunun əlində balaca bir idman çantası olmuş, başqa əşya olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 12 iyul 2021-ci il tarixli məktubundan görünür ki, zərərçəkmiş şəxs X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş əl-barmaq izləri ilə Təqsirləndirilən şəxs1 sol əlinin çəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2011-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən ona təyin olunmuş 03 (üç) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 (üç) il sınaq müddəti müəyyən edimiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qərarı ilə şərti məhkum etmə ləğv edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 06 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 14 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - zərərçəkmiş şəxs X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izləri hökm qanuni qüvvəyə minəndən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 240,00 (iki yüz qırx) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 06 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - zərərçəkmiş şəxs X2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izləri hökm qanuni qüvvəyə minəndən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar