Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-525/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Hümbət qızının, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 , təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Lerik rayonunun Lələdulan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Lələdulan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X3 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə və xx xxx 1991-ci il tarixdə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Lələdulan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X3 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən sağlamlığa yüngül zərərvurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 13 mart 2021-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu Binə qəsəbəsi X3 yaşadığı evdə olduğu zaman, bacısı X1 onların yaşadığı evinə zəng edərək keçmiş qaynı Zərərçəkmiş şəxs1 və keçmiş qaynanası Zərərçəkmiş şəxs2 Hümbət qızının onunla mübahisə yaratdıqlarını bildirdikdən sonra o, Xəzər rayonu X3 Ruhidə Şabiyevanın yaşadığı evin qarşısına gələrək, orada küçədə olan Zərərçəkmiş şəxs1la aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əlində olan istintaqa məlum olmayan dəmir parçası ilə sonuncunun baş nahiyəsindən qəsdən vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin sıyrıqları kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. X4 qəsdən sağlamlığa yüngül zərərvurma cinayətini törətmişdir. Belə ki, X4 13 mart 2021-ci il tarixdə saat 22 radələrində Xəzər rayonu Binə qəsəbəsi X3 yaşadığı evdə olarkən, onunla birgə evdə yaşayan, lakin giriş-çıxışı ayrı olan, keçmiş qaynanası Zərərçəkmiş şəxs2 Hümbət qızı onun yaşadığı evinə kənar şəxslərin gəldiyini bildikdən sonra oğlu Zərərçəkmiş şəxs1 ilə bir qrup şəxs halında onun yaşadığı evin qarşısına gəlib gəlib yaratdıqları mübahisə zamanı, o, yaşadığı evin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs2 saçından əli ilə yapışıb qəsdən yerə yıxmaqla ona alının, sağ qaşın, sağ saidin əzilmiş yaraları, sol dizin qançırı, burunun sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ bazu oynağının və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 13 mart 2021-ci il tarixdə saat 21-22 radələrində evdə olduğu zaman bacısı Ruhidə Şabiyeva evlərinə zəng edib üzərinə yenə basqın edildiyini və onunla dava etdiklərini bildirmişdir. O, bunu eşidən kimi dərhal bacısının yaşadığı evin qarşısına gəlmişdir. Evlərin arasında təxminən 100-150 metr məsafə vardır. Bacısının yaşadığı evin yaxınlığına çatdıqda orada bacısı Ruhidə ilə keçmiş qaynanası Nənəşin və qaynı Elçinin əlbəyaxa olduğunu, eləcə də orada bir mikroavtobusun dayandığını görmüşdür. O, oraya çatan zaman Elçin bacısının ünvanına söyüş söydüyü üçün aralarında mübahisə olmuş və orada qarşılıqlı dalaşmışlar. Elçin onun göz nahiyəsinə yumruqla vurmuş və o da Elçini vurmuşdur. Həmin vaxt orada Rüfət əlindəki dəmirlə onu vurmaq istəyən zaman başını çəkmiş və həmin dəmir Elçinin baş nahiyəsinə dəymişdir. Hadisə vaxtı orada çox adam, həmçinin Elçin, Rüfət, Elvin, Vüqar olmuşdur. Elçindən aralaşdıqdan sonra orada onların çox olduğunu görüb Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edib müraciət etmişdir. Sonradan polis əməkdaşları gəlmişlər və aralaşıb getmişlər. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X4 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X3 yaşayır. Əvvəllər Şahid3 ilə evli olmuşdur, birgə nikahlarıdan iki uşağı olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün 2018-ci ildə nikahları pozulmuş və boşanmışlar. Sonra məhkəmənin qərarı ilə onların yaşadığı evdə bir otaq ayrılmışdır. O, həmin evdə yaşayır, lakin onun evinin giriş qapısı ayrıdır. 13 mart 2021-ci il tarixdə rəfiqəsi Nabat 2 azyaşlı övladı ilə onun evinə qonaq gəlmişdir. Nabat onun yaşadığı evə “Novruz” bayramı ilə əlaqədar şirniyyat bişirmək üçün gəlmişdir. Onlar şirniyyat bişirdikdən sonra Nabat qardaşı Raminə zəng edib gəlib onu aparması üçün çağırmış, Ramin də iş yoldaşı Faiq adlı şəxsin mikroavtobusu ilə onun yaşadığı evin qarşısına gəlmişdir. Ramin sobanı götürmək üçün gəlib evə daxil olmuş, həmin zaman həyət hasarının üzərində işıq olduğunu görmüşdür. O, həyətə çıxıb keçmiş qaynı Elçinin hasarın üstündə dayandığını görmüş və Elçin ondan evə daxil olan şəxsin kim olduğunu soruşmuşdur. O isə Elçinə evdə qonağının olduğunu demişdir. Lakin həmin zaman Elçin onu söyüb təhqir etməyə başlamışdır. Sonradan isə keçmiş qaynanası Nənəş həyətə keçmiş və onun saçından yapışmışdır. Orada onlar əlbəyaxa olmuş və hər ikisi pilləkəndən yerə yıxılmışdır. Daha sonra isə keçmiş əri Rüfət mətbəxin damından özünü evin içərisinə atmış və evi axtarmağa başlamış, evdə heç kəsi görməyib çölə çıxmışdır. Sonradan o, Nənəşlə əlbəyaxa olduğu üçün Elçin gəlib onu təpiklə vurub Nənəşdən ayırmışdır. Onlar əlbəyaxa olduğu üçün rəfiqəsi Nabat gəlib onu ayırmışdır. O, sonradan ayrılıb atasigilin evinə zəng edib olanlar barədə məlumat vermişdir. Onlar hamısı isə küçədə olmuşlar, Rüfət, qardaşı Elçin, onun anası Nənəş, əmisi oğlu Elvin də ora gəlmişdir. O, atasıgilnən danışdıqdan sonra davanı eşidən qardaşı Namiq onun yaşadığı evin həyətinə gəlmişdir, onun evi ilə cəmi 150 metr məsafə olar. Namiq gəldikdən sonra Elçin qardaşını söyüb təhqir etdiyi üçün onlar əlbəyaxa olmuş, Elçin yumruqla qardaşı Namiqi vurmuşdur. Həmin vaxt Namiq Elçinlə əlbəyaxa olduğu üçün keçmiş əri Rüfət əlinə dəmir parçası götürüb Namiqi vurmaq istəmişdir. Lakin Namiq çəkildiyi üçün dəmir elə öz qardaşı Namiqin başına dəymişdir. Daha sonra ora gələn Kənan və Günel onları aralamışlar. Namiq isə hadisə barədə Azərbaycan Respublikası DİN “102” mərkəzi zəng xidmətinə zəng edib müraciət etmişdir. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Hümbət qızı göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğlu Rüfətin keçmiş qaynı, Sənubər Rüfətin baldızı, Zümrüd isə onun qaynanasıdır. Onun Binə qəsəbəsində həyət evi vardır. Evin yarısı Rüfətin keçmiş həyat yoldaşı Rühidədə, yarısı isə onlardadır. Rühidə həmin otaqda yetkinlik yaşına çatmayan iki uşağı ilə yaşayır. 13 mart 2021-ci il tarixdə saat 22:30 radələrində Ruhidənin qapısının qarşısında bir mikroavtobusun dayandığını, sürücünün oğlu Elçinlə mübahisə etdiyini görmüşdür. Elçin ondan “Sən kimsən” deyə soruşmuş, həmin şəxs isə evə adam gətirdiyini demişdir. Həmin vaxt Elçin ona bir nəfər şəxsin Ruhidənin otağına daxil olduğunu demişdir. O, Ruhidənin həyətinin qapısını açmaq istəmiş, lakin qapının bağlı olduğunu görmüşdür. Həmin vaxt Elçin qapını açmış, Ruhidənin otağının qabağında evə başqa kişi girdiyini soruşmüş, Ruhidə isə kişi olmadığını demişdir. Ruhidə içəridən Ramin adlı şəxsi çağırmış və tanımadığı bir 19-20 yaşlı cavan oğlan və bir nəfər tanımadığı qadın Ruhidənin otağından çıxmışlar. O, həmin şəxslərdən evinə niyə gəldiklərini soruşmuş, həmin vaxt Ruhidə onun qolundan tutub burmuş və o, yerə yıxılmışdır. Həmin vaxt Ruhidənin anası Zümrüd və bacısı Sənubər ora gəlib onu döyərək xəsarət yetirmişlər. Ora gələn Namiq əlində olan dəmir parçası ilə onun baş nahiyəsinə bir neçə dəfə vurmuşdur. Zümrüd isə Namiqə “bunu vur öldur, səni qurtaracağam” demişdir. Daha sonra o, huşunu itirmiş, ayılanda artıq xəstəxanada olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxslər onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişlər. Buna görə də onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslər barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşı Rüfətin keçmiş qaynı, Ruhidə Şabiyeva isə qardaşı Rüfətin keçmiş həyat yoldaşıdır. Rüfət Ruhidədən boşandığı üçün evləri tən ortadan yaşamaq üçün bölünmüşdür. Ruhidə yetkinlik yaşına çatmayan iki övladı ilə həmin evdə yaşayır. 13 mart 2021 -ci il tarixdə saat 22:00 radələrində Rüfətin evinin yanından keçəndə tanımadığı bir nəfər cavan oğlanın onu aldadaraq Ruhidənin yaşadığı evə daxil olduğunu görmüşdür. Bundan sonra başqa bir mikroavtobus onların qapısına gəlmişdir. Bu vaxt o, həmin avtobusun sürücüsündən nəyə görə ora gəldiyini soruşmuş, həmin şəxs isə həyat yoldaşını aparmağa gəldiyini bildirmişdir. Evin hasarına çıxmış, Ruhidənin yaşadığı evinin işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Ruhidə evin qapısını açmış, o Ruhidədən evə gələn oğlanın harada olduğunu soruşmuş, Ruhidə isə ona evində heç kəsin olmadığını bildirmişdir. O, həmin vaxt həyəti axtarmağa başlamış, həyətdə heç kimi görməmişdir. Ruhidə onun ünvanına nalayiq şöyüşlər söyərək heç kimin olmadığını demişdir. Həmin vaxt Ruhidənin evindən başqa bir qadın qapıya çıxaraq ora gələnin qardaşı olduğunu demişdir. O, tanımadığı həmin qadından “sənin qardaşın mənim azyaşlı uşaqlarımın yanında nə edir” deyə soruşmuşdur. Ruhidə isə “sənin burada uşağın yoxdur, evimə kimsə gətirmişəmsə, yaxşı etmişəm” demişdir. O, mobil telefonu ilə bunları çəkmiş, bu zaman cavan bir oğlan Ruhidənin evindən çölə çıxmış, o, həmin oğlandan “siz kimsiniz” soruşmuş, həmin oğlan “buradan soba aparmağa gəlmişəm” demişdir. Həmin oğlana “sizi burada niyə gizlədirlər, məhkəmədə görüşərik” deyib oradan çölə çıxmışdır. Küçədə dayanan avtobus sürücüsündən ora nə səbəbdən gəlməsini soruşmuş, sürücü təkrarən həyat yoldaşını aparmağa gəldiyini bildirmişdir. Həmin vaxt anası Nənəş də onun yanında olmuşdur. O, polisə zəng etmək üçün telefonu götürüb onlardan biz az aralaşmış, polislə danışan zaman Ruhidənin anası Zümrüd, bacısı Sənubər və qardaşı Namiq ora gələrək anası Nənəşlə mübahisəyə başlamış və mübahisə zamanı Nənəşi döymüşlər. Həmin vaxt onlara yaxınlaşmış, Namiq əlində olan dəmir parçası ilə üstünə gələrək başına bir neçə dəfə vurmuş, həmin vaxt o da özünü müdafiə etmək üçün əli ilə onu vurmuşdur. Səsə qonşuları ora gəlmiş, sonra nə baş verdiyini xatırlamır. Hazırda təqsirləndirilən şəxslər onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişlər. Buna görə də onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslər barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, fəhlə kimi işləyib əldə etdiyi gəlirlə ailəsini dolandırır. X2 tanıyır. 13 mart 2021-ci il tarixdə Binə qəsəbəsində məscidin yaxınlığında olduğu zaman qohumu Nabat ona zəng edib Ruhidəgildə şirniyyat bişirdiklərini və gəlib onu soba daşımağa köməklik etməsini xahiş etmişdir. O, olduğu yeri izah etmiş və Nabat həmin yerə iş yoldaşının idarə etdiyi göy rəngli mikroavtobusun gələcəyini və onu Ruhidəgilin evinə gətirəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin yerə göy rəngli mikroavtobus gəlmiş və o mikroavtobusa əyləşmışdır. Onlar birlikdə Ruhidənin yaşadığı evin qarşısına gəlmişlər. Evi dəqiq tanımadığı üçün Ruhidə evin qabağına çıxmışdır ki, onu qarşılasın. Küçə isə ensiz olduğu üçün mikroavtobus bir qədər irəli getmişdir ki, dönüb qayıda bilsin. O, evə qalxmış, sobanı götürmək istəyən zaman həyətə hasardan bir neçə nəfər atlanıb keçmişdir. Həmin şəxslərin kim olduğunu bilmir. Həmin şəxs onu söyüb təhqir etməyə başlamış, sonra isə onu vurmaq istəyən zaman Nabat buna imkan verməmişdir. Lakin ara sakitləşməmiş, həmin şəxslər səs-küy salmışlar. Bir qadın gəlib Ruhidənin saçından yapışmış və onlar yerə yıxılmışlar. Dava küçəyə keçmiş, səs-küyə çox adam toplaşmışdır. Lakin o, orada yaşamır deyə küçədə kimlərin olduğunu bilməmişdir. Daha sonra isə oraya Ruhidənin qardaşı gəlmiş, həmin şəxslər onun da üzərinə hücum çəkib döyməyə başlamış, söyüş söyüb təhqir etmişlər. Söyüşə görə o, yenə də davaya müdaxilə etmək istəmiş, lakin yenə də Nabat buna imkan verməmişdir. Orada Nabatın qızının qorxusundan ürəyi getmişdir. O, uşağa su vermiş, ancaq onunla məşğul olmuşdur. Daha sonra isə Nabat ona evə getməsini tapşırmış və o, evə getmişdir. Sonradan orada nə baş verdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, əvvəllər istixanalarda işləmiş, hal-hazırda işsizdir, Ruhidə ilə əvvəllər bir yerdə işləmiş, belə münasibətləri yaranmışdır. 13 mart 2021-ci il tarixdə Nabat ondan sobasını götürüb onun yaşadığı evə gəlməsini və orada birlikdə şirniyyat bişirmələrini xahiş etmişdir. O da iki az yaşlı övladını götürüb taksi ilə Ruhidəgilə getmişdir. Orada şirniyyat bişirmişlər və artıq gec olduğu üçün əvvəllər tanıdığı və iş yoldaşı olan Faiq Mollayevə zəng edib gəlib ona kömək edib evə aparmasını xahiş etmişdir. Həmin zaman soba və uşaqlar da olduğu üçün yükü ağır olmuşdur. Həm də qohumu Şahid1 də zəng etmişdir ki, o da gəlib əşyaları daşımaqda köməklik etsin. Faiq Ramini yoldan götürüb gələcəkdi. Bir qədər sonra onlar gəlmişlər. Faiq küçədə dayanmış, Ramin isə ona kömək etməsi üçün evə qalxmışdır. Həmin zaman isə Ruhidənin evinə keçmiş qaynı və qaynanası oraya gəlmişlər. Onlar Ruhidəyə evə kişi gətirdiyini demişlər. Lakin Ruhidə onlara izah etmək istəmişdir ki, gələn şəxslər qonaqlarıdır. Buna baxmayaraq, qaynanası Ruhidənin saçından yapışmış və onlar orada tutaşmış və pilləkəndən yerə yıxılmışlar. Sonradan əri Rüfət də oraya gəlmiş, orada ətraf qarışmışdır. Onlar söyüş söyüb təhqir etmiş, səs-küy salaraq Ruhidənin üzərinə hücüm çəkib onu döymüş, sakitləşmək bilməmiş və heç kəsdən qorxmadıqlarını demişlər. Daha sonra küçəyə çıxıb hərəkətlərini davam etdirmişlər. Əsas dava-dalaş salan Ruhidənin keçmiş qaynanası, qaynı, əri və onlarla bir şəxs olmuşdur. Onlar bir qrup kimi dava-dalaş salıb hamını söyüb təhqir etmişlər. Yanında az yaşlı uşaqlarının olamsına məhəl qoymadan, onları da qorxutmuşlar, qorxudan hətta qızının ürəyi də getmişdir. Ruhidə zəng edib evlərinə bu barədə demiş, Ruhidənin qardaşı Namiq gəldikdən sonra isə küçədə səs-küy başlamışdır. Ruhidənib qardaşının üzərinə hücüm çəkmişlər və onu döyüb xəsarət yetirmişlər. O, Ramindən evə getməsini xahiş etmiş, özü isə evdə qalmışdır. Onu vurub xəsarət yetirən olmasa da, söyüş söymüşlər. Əsas Ruhidəni və qardaşını döymüşlər. Onların hərəkətlərinə görə küçədə çoxlu adam toplaşmış, sonra ora polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, 3-cü qrup əlildir. Buna görə də hazırda təqaüd alır. X4 onun keçmiş arvadıdır. Ruhidə ilə rəsmi olaraq boşanmışdır. Təqsirləndirilən şəxs1 isə onun keçmiş qaynıdır. Boşandıqdan sonra onun evindən Ruhidəyə yaşama hüququ verilmişdir. Ruhidə hazırda həmin evdə yaşayır. Lakin onların giriş çıxışı ayrıdır. 13 mart 2021-ci il tarixdə Bakı şəhərindəki Respublika Xəstəxanasına getmişdir. Orada onun əmisi oğlu Sirac müalicə aldığı üçün, o, ona baş çəkməyə getmişdir. Saat təxminən 22:00 radələrində evə qayıdan zaman küçədə bir çox şəxsin dayandığını görmüşdür. Eləcə də Ruhidənin yaşadığı evin qarşısında dayanan mikroavtobus sürüb çıxıb getmişdir. Sonradan polis əməkdaşları oraya gəlmişlər. Həmin zaman artıq qardaşı Elçinin başı yarılmış vəziyyətdə olmuş, anası da xəsarət almışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 aprel 2021-ci il tarixli 250 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 Hümbət qızının bədənində aşkar edilmiş xəsarətlər – alının, sağ qaşın, sağ saidin əzilmiş yaraları, sol dizin qançırı, burunun sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ bazu oynağının və döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 13 mart 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan “MTE və PA Birliyinin” Xəzər rayon şöbəsinin 01 aprel 2021ci il tarixli 243 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin əzilmiş yarası, sağ gözaltı nahiyənin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 13 mart 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan sənədlərdən görünür ki, X1 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan və 19 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və 19 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs2 Hümbət qızı tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 20 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun onlardan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 20 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun onlardan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X1 ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki X1 əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hümbət qızının və Zərərçəkmiş şəxs1, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə təqsirləndirilən şəxs X1 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hümbət qızının və Zərərçəkmiş şəxs1, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Ruhidə Şabiyevanın ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Ruhidə Şabiyevanın barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və X1 CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs X1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hümbət qızı və Zərərçəkmiş şəxs1 ilə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs X4 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hümbət qızı və Zərərçəkmiş şəxs1 ilə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 120,00 (bir yüz iyirmi) manat, X1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120,00 (bir yüz iyirmi) manat, cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-525/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-525/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver