Məhkəmə qərarları › İş №1(003)-525/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-525/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-525/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Cəlilabad rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 iyun 2022-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla, həmin həyətdə yerləşən evə isə plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olaraq evin birinci və ikinci mərtəbəsində olan elektrik qutularından hər birinin dəyəri 10 manat təşkil edən 200 manat dəyərində 20 ədəd elektrik qoruyucu avtomatları, hər birinin dəyəri 70 manat təşkil edən 210 manat dəyərində 03 ədəd kofe servisini, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd qazan dəstini, hər birinin dəyəri 50 manat təşkil edən 100 manat dəyərində 02 ədəd tava dəstini, hər birinin dəyəri 80 manat təşkil edən 560 manat dəyərində 07 ədəd süfrəni, dəyəri 50 manat təşkil edən 01 ədəd qaşıq dəstini, hər birinin dəyəri 90 manat təşkil edən 450 manat dəyərində 05 ədəd yataq örtüyü dəstini, dəyəri 60 manat təşkil edən 01 ədəd hamam dəstini, hər birinin dəyəri 75 manat təşkil edən 150 manat dəyərində 02 ədəd yataq üstü örtüyünü, hər birinin dəyəri 50 manat təşkil edən 250 manat dəyərində 05 ədəd xrustal meyvə qabını, hər birinin dəyəri 40 manat təşkil edən 200 manat dəyərində 05 ədəd xrustal şirniyyat qabını, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 ədəd çay dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2730 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla, həmin həyətdə yerləşən evə isə plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 250 manat təşkil edən 01 ədəd ətçəkən maşını, dəyəri 150 manat təşkil edən 01 ədəd ütünü, dəyəri 300 manat təşkil edən 01 ədəd şirəçəkən maşını, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd gödəkçəni, hər birinin dəyəri 300 manat təşkil edən 600 manat dəyərində 02 ədəd yemək servisi dəstini, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik tənzimləyicini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 iyul 2022-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq hasarın üzəri ilə çəkilmiş hər bir metrinin dəyəri 1,25 manat olan 250 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2-3 il əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Mayak» bağlarında yerləşən tikintilərdə beton tökmə işində fəhlə kimi işləmişdir. Ona görə də həmin ərazini tanıyır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi «Mayak» bağları ərazisində olarkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs məxsus evdə yaşayış olmadığını görüb orada heç kimin olmadığından əmin olduqdan sonra hasarı aşaraq həyətə düşmüş və evin qarşı tərəfində yerləşən plastik pəncərəni özündə olan vintaçanla açıb içəri daxil olmuşdur. Evin 1-ci və 2-ci mərtəbələrində divarda olan şitlərə quraşdırılmış təxminən 20 ədəd elektrik avtomatlarını açıb götürmüşdür. Eyni zamanda həmin evdən çay və kofeyni servisləri, qazan dəstlərini, tava dəstlərini, süfrələr, qaşıq dəstləri, yataq örtükləri, hamam dəsti, xrustal qabları götürüb özü ilə gətirdiyi kisələrə yığıb hissə-hissə daşıyaraq oradan bir qədər kənara yığmış və səhərin açılmasını gözləyib həmin yerə gətirdiyi taksi avtomobili ilə oğurladığı əşyaları Sabunçu qəsəbəsində yerləşən «rus» bazarına aparmışdır. Orada tanımadığı müxtəlif şəxslərə qeyd olunan əşyaları müxtəlif qiymətlərə satıb ümumilikdə təxminən 450 manat pul əldə etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə, təxminən saat 22:30 radələrində yenidən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi «Mayak» bağları ərazisində olarkən yenə də Zərərçəkmiş şəxs məxsus evin işıqlarının yanmadığını görüb orada heç kimin olmadığından əmin olduqdan sonra hasarı aşaraq həyətə düşmüşdür. Daha sonra evin qarşı tərəfində yerləşən plastik pəncərəni özündə olan vintaçanla açıb içəri daxil olmuş və həmin evi axtarıb oradan 01 ədəd ətçəkən maşın, 01 ədəd ütü, 01 ədəd sokçəkən maşın, 02 ədəd gödəkçə, yemək dəstlərini və bir ədəd stabilizatoru götürüb özü ilə gətirdiyi kisəyə yığıb oradan uzaqlaşmışdır. Stabilizator ağır olduğundan onu apara bilməmiş və içərisində olan misi çöllük ərazidə söküb özü ilə götürmüş, korpusunu isə tullamışdır. Oradan uzaqlaşıb avtobusla «Koroğlu» metrosunun yaxınlığına getmiş və metronun yaxınlığında olan körpünün altında şamlıqda oğurladığı əşyaları gizlədib Nizami rayonu ərazisində 2 manatlıq kirayə qaldığı evə getmişdir. Səhəri gün həmin əşyaları oradan götürüb Sabunçu qəsəbəsində yerləşən «rus» bazarına aparıb misi əlvan metal qəbul edən tanımadığı şəxsə, digər əşyaları isə tanımadığı müxtəlif şəxslərə satmış və təxminən 120 manat pul əldə etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə, təxminən saat 21 radələrində yenidən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Mayak» bağları adlanan əraziyə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs məxsus əvvəl oğurluq etdiyi evin yanından keçərkən pula ehtiyacı olduğundan oradan təkrar oğurluq etməyi düşünmüşdür. Ona görə də hasarı aşaraq həyətə düşmüş və həyətin hasarının üzəri ilə çəkilmiş elektrik naqilini özü ilə götürdüyü kəlbətin ilə kəsib naqilləri paketə qoyub həyətdən çıxaraq oradan uzaqlaşmışdır. Avtobus ilə «Koroğlu» metrosunun yaxınlığına getmiş və metronun yaxınlığında olan körpünün altındakı şamlıqda paketdə olan oğurladığı həmin elektrik naqillərini gizlətmişdir. Oradan Nizami rayonu ərazisində günü 2 manata olan kirayədə qaldığı evə getmişdir. Səhəri gün gedib həmin naqilləri götürüb Xocahəsən-Lökbatan yolunda zibillikdə yandıraraq izolyasiya qatını soymuşdur. Həmin naqilləri çəkisinə görə, 1 kiloqramını 8 manat 50 qəpik olmaqla ümumilikdə 39 manata səyyar metal alan tanımadığı şəxsə satmışdır. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 3 ünvanda yerləşən bağ evi var. Arabir həmin bağa gəlib istirahət edirlər. 10 may 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək olan müddət ərzində həmin bağ evində olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evə plastik pəncərəsini açmaqla daxil olub evin birinci və ikinci mərtəbəsində olan elektrik qutularından (şitlərdən) hər birinin dəyəri 10 manat təşkil edən 200 manat dəyərində 20 ədəd elektrik qoruyucu avtomatları, hər birinin dəyəri 70 manat təşkil edən 210 manat dəyərində 03 ədəd kofe servisini, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd qazan dəstini, hər birinin dəyəri 50 manat təşkil edən 100 manat dəyərində 02 ədəd tava dəstini, hər birinin dəyəri 80 manat təşkil edən 560 manat dəyərində 07 ədəd süfrəni, dəyəri 50 manat təşkil edən 01 ədəd qaşıq dəstini, hər birinin dəyəri 90 manat təşkil edən 450 manat dəyərində 05 ədəd yataq örtüyü dəstini, dəyəri 60 manat təşkil edən 01 ədəd hamam dəstini, hər birinin dəyəri 75 manat təşkil edən 150 manat dəyərində 02 ədəd yataq üstü örtüyünü, hər birinin dəyəri 50 manat təşkil edən 250 manat dəyərində 05 ədəd xrustal meyvə qabını, hər birinin dəyəri 40 manat təşkil edən 200 manat dəyərində 05 ədəd xrustal şirniyyat qabını, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 ədəd çay dəstini oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2730 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa 06 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanda yerləşən bağ evində olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evə plastik pəncərəsini açmaqla daxil olub evdən dəyəri 250 manat təşkil edən 01 ədəd ətçəkən maşını, dəyəri 150 manat təşkil edən 01 ədəd ütünü, dəyəri 300 manat təşkil edən 01 ədəd şirəçəkən maşını, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd gödəkçəni, hər birinin dəyəri 300 manat təşkil edən 600 manat dəyərində 02 ədəd yemək servisi dəstini, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik tənzimləyicini oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1750 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa 10 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixdə yenidən ünvan 3 ünvanda yerləşən bağ evinin həyətinə hasardan keçməklə daxil olan naməlum şəxs və ya şəxslər hasarın üzəri ilə çəkilmiş hər bir metrinin dəyəri 1,25 manat olan 250 manat dəyərində 200 metr uzunluğunda elektrik naqilini kəsib oğurlamışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 250 manat dəyərində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminilastik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 11 iyun 2022-ci il tarixli, 011-6619- 1222 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİnin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin xx.xx.1981-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarının əksləri ilə eyni olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Cəlilabad rayonunda doğulmuş Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 29,177.2.2, 29,177.2.3, 177.2.2, 177.2.3, 69.3 və 70-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 04 ay müddətində azadlıqdan məhrum etmə cəzası, şərti hesab edilməklə ona 02 il sınaq müddəti təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 03 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 16 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 2317/2022-30 saylı, 14 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(012)-375/16 saylı hökmü ilə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilənərək 4000 manat cərimə cəzasına məhkum olunmuşdur. AR CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 3000 manat cərimə cəzası saxlanılmışdır. “Cəzaların icrası” Məcəlləsinin tələbinə uyğun olaraq hökmün icrası təmin olunmuş Təqsirləndirilən şəxs ona təyin olunmuş 3000 manat cərimə cəzasını xx.xx.2017-ci il tarixdə ödədiyindən o, xx.xx.2017-cı il tarixdən məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. İş materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən verilmiş 056-17789 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq AR ƏN PX-nin 03 saylı İT-na təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 22 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar