Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-526/2025 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 2001 -ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 14, mənzil 22a-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1993-cü ildə Xanlar rayonu, Əzizbəyov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan və məhkumluğu ödənilməyən, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 22 “A”-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədil ilə tanışları Təqsirləndirilən şəxs2, X17, X4, X2, X9, X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs işlətdiyi və özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşməklə Şahid adına olan “ ED Lombard-2” lombarda gedib Zərərçəkmiş şəxs əvvəlcədən qrup üzvləri ilə öz aralarında danışıb ümumi razılığa gəldikləri kimi içərisinnə istifadəyə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarları, dəmir qırıntıları yerləşdirməklə “ İphone 14 pro”, “ İphone 15 pro” və “ İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını original qaydada qablaşdırılmış və ağzı açılmamış halda verib içərisində saz vəziyyətdə həmin qutularda işlənməmiş mobil telefonlar olmasını yalandan bildirib, bir ay müddlətində ağzını açmamaq şərti ilə verib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs xeyli məbləğdə pulunu ələ keçirtmək məqsədi ilə ondan müəyyən məbləğdə pul vəsaiti götürüb bir ay müddətində faizi ilə birlikdə geri qaytaracaqları və həmin telefonları lombarddan geri götürəcəklərinə dair hər bir qrup üzvü ayn-ayrılıqda 10 aprel 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində yalan vəd verib Zərərçəkmiş şəxs inandırmaqla aldadadıb razılaşdıqdan sonra, Xəzər rayonu, Binə qəsəbəsi , yeni yaşayış massivində yerləşməklə Zərərçəkmiş şəxs işlətdiyi “ ED Lombard-2” lombarda gələn qrup üzvü X17 09 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X5 deyib və iki mobil əlaqə telefon nömrəsini ona yazdıraraq qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676638 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1200 manat məbləğində pul almaqla, qrup üzvü X17 10 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X6 təqdim edən qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphoneW pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676645 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 600 manat məbləğində pul almaqla, qrup üzvü Təqsirləndirilən şəxs2 özünü yalandan X3 təqdim edərək 11 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676651 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X17 qrup üzvlərinin iştirakı ilə 14 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib, girov qoyub 676661 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X7 qrup üzvlərinin iştirakı ilə 15 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676667 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1450 manat məbləğində pul almaqla, qrup üzvü özü, X17 ilə 16 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 02 ədəd mobil telefon qutusunu birlikdə içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676670 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1600 manat məbləğində pul almaqla, qrup üzvü X9 qrup üzvü X7 ilə birlikdə 17 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 02 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib X12 və özü ilə qohumu olmasını bildirib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676678 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 2200 manat məbləğində pul almaqla, qrup üzvü Təqsirləndirilən şəxs2 qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676698 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1050 manat məbləğində pulu nağd olaraq və həmin gün saat 21:02 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evində olduğu vaxt öz istifadəsində olan ******** 2329 seriyalı kartın hesabından Təqsirləndirilən şəxs2 deməsi ilə onun tanışı Mehdi İ........ adına olan 4169 7388 0152 6934 seriyalı Bank“ kartın hesabına 200 manatı köçürtdürməklə ondan alıb Zərərçəkmiş şəxs cəmi 1250 manat məbləğində pul almaqla, qrup üzvü X4 özünün şəklini X14 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Əziz Məmmədov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib iki mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676690 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1100 manat məbləğində pul almaqla, qrup üzvü X17 qrup üzvlərinin iştirakı ilə 22 aprel 2025-ci il tarixdə 01 ədəd “iphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676720 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 700 manat məbləğində pul almaqla, qrup üzvü X17 qrup üzvlərinin iştirakı ilə 24 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676731 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X2 özünün şəklini X15 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Afşin Əzizov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 28 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676747 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 500 manat məbləğində pul almaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə aldıqları 13600 manat təşkil edən pul vəsaitini Təqsirləndirilən şəxs2 qrup üzvləri ilə öz aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 13600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədil ilə tanışları Təqsirləndirilən şəxs1, X17, X4, X2, X9, X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs işlətdiyi və özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşməklə Şahid adına olan “ ED Lombard-2” lombarda gedib Zərərçəkmiş şəxs əvvəlcədən qrup üzvləri ilə öz aralarında danışıb ümumi razılığa gəldikləri kimi içərisində istifadəyə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarları, dəmir qırıntıları yerləşdirməklə “İphone 14 pro”, “İphone 15 pro” və “İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını original qaydada qablaşdırılmış və ağzı açılmamış halda verib içərisində saz vəziyyətdə həmin qutularda işlənməmiş mobil telefonlar olmasını yalandan bildirib, bir ay müddlətində ağzını açmamaq şərti ilə verib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs xeyli məbləğdə pulunu ələ keçirtmək məqsədi ilə ondan müəyyən məbləğdə pul vəsaiti götürüb bir ay müddətində faizi ilə birlikdə geri qaytaracaqları və həmin telefonları lombarddan geri götürəcəklərinə dair hər bir qrup üzvü ayn-ayrılıqda 10 aprel 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində yalan vəd verib Zərərçəkmiş şəxs inandırmaqla aldadadıb razılaşdıqdan sonra, Xəzər rayonu, Binə qəsəbəsi , yeni yaşayış massivində yerləşməklə Zərərçəkmiş şəxs işlətdiyi “ED Lombard-2” lombarda gələn qrup üzvü X17 09 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X5 deyib və iki mobil əlaqə telefon nömrəsini ona yazdıraraq qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676638 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1200 manat məbləğində pul almaqla, qrup üzvü X17 10 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X6 təqdim edən qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 14 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676645 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 600 manat məbləğində pul almaqla, qrup üzvü Təqsirləndirilən şəxs2 özünü yalandan X3 təqdim edərək 11 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676651 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X17 qrup üzvlərinin iştirakı ilə 14 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib, girov qoyub 676661 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X7 qrup üzvlərinin iştirakı ilə 15 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676667 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1450 manat məbləğində pul almaqla, qrup üzvü Təqsirləndirilən şəxs1 X17 ilə 16 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 02 ədəd mobil telefon qutusunu birlikdə içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676670 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1600 manat məbləğində pul almaqla, qrup üzvü X9 qrup üzvü X7 ilə birlikdə 17 aprel 2025- ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 02 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib X12 və Təqsirləndirilən şəxs1 qohumu olmasını bildirib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676678 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 2200 manat məbləğində pul almaqla, qrup üzvü Təqsirləndirilən şəxs2 qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676698 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1050 manat məbləğində pulu nağd olaraq və həmin gün saat 21:02 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evində olduğu vaxt öz istifadəsində olan ******** 2329 seriyalı kartın hesabından Təqsirləndirilən şəxs2 deməsi ilə onun tanışı Mehdi İ..... adına olan 4169 7388 0152 6934 seriyalı Bank kartın hesabına 200 manatı köçürtdürməklə ondan alıb Zərərçəkmiş şəxs cəmi 1250 manat məbləğində pul almaqla, qrup üzvü X4 özünün şəklini X14 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Əziz Məmmədov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib iki mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676690 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1100 manat məbləğində pul almaqla, qrup üzvü X17 qrup üzvlərinin iştirakı ilə 22 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676720 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 700 manat məbləğində pul almaqla, qrup üzvü X17 qrup üzvlərinin iştirakı ilə 24 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676731 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X2 özünün şəklini X15 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Afşin Əzizov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 28 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676747 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 500 manat məbləğində pul almaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə aldıqları 13600 manat təşkil edən pul vəsaitini Təqsirləndirilən şəxs2 qrup üzvləri ilə öz aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 13600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Neftçilər metrosunun yanında olarkən Semur, Bəhruz və Toğrul sonradan oraya gələn Mehdi, Feyruz, Yalçın adlı şəxslər İphone 15 və İphone 16 markalı mobil telefona məxsus 12-13 ədəd qutunun olmasını, onların tanıdığı Binə qəsəbəsində yerləşən lombardı aldatmaq və oradan telefonlar qutusunu lombarda qoymaq adı ilə pul ələ keçirmək istəməsini demiş, onun da onlarla əlbir olmağını təklif etmiş, o da pula ehtiyacı olduğundan onlarla razılaşmışdır. Cəmi olaraq Əli adlı şəxsdən 13600 manat pul alınıb və aralarında bölüşdürüblər. Bu cinayət nəticəsində ona cəmi 2100 manat pul çatmışdır. Təqsirləndirilən şəxs1 etdiyi əməldən peşman olduğunu, onun tərəfindən dəymiş ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyanın 25 faizi miqdarında pul köçürdüyünü bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək qeyd etdi ki, maddi imkanı pis olduğundan bu əməli törətmişdir. Bu cinayət nəticəsində ona cəmi 2100 manat pul çatmışdır. Lakin zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün 2100 manatdan artıq pul ödəmişdir. Belə ki, zərərçəkmiş şəxslə razılığına əsasən digər təqsirləndirilən şəxslərin vurduğu ziyana görə də ödəniş etmiş və ümumilikdə 2100 manat özünün vurduğu ziyana görə, 1600 manat isə digər təqsirləndirilən şəxslərin vurduğu ziyana görə olmaqla, cəmi 3700 manat pul ödəmişdir. Etdiyi əməldən peşmandır, onun tərəfindən dəymiş ziyanı tam ödənmiş və dövlət nəfinə 25 faiz pul köçürmüşdür. Cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, “ED Lombard-2” atasının adınadır, Xəzər rayonu, Binə qəsəbəsində yerləşir, birlikdə 4 ildir ki, işlədirlər, başqa filialını atası, bunu özü işlədir. Müxtəlif zamanlarda əvvəllər tanımadığı bir neçə şəxs ona içərisinə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarlarını, dəmir qırıntıları yerləşdirməklə “İphone 14 pro”, “İphone 15 pro”, “İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını original qaydada qablaşdırılmış və ağzı açılmamış halda, işlənməmiş mobil telefonlar olmasını yalandan bildiriliblər. Bir ay müddətinə ağzı açmamaq şərti ilə verib, bir aydan sonra faizi ilə birlikdə ödəyəcəklərini deyiblər. Həmin şəxslərə inanaraq ümumi 13600 manat məbləğdə pulu onlara faizi ilə birlikdə qaytarmaq şərti ilə vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona 2100 manat maddi ziyan vurulmuşdur. Sonradan Cavanşir tərəfindən vurulmuş maddi ziyan tam ödənilmiş, onunla barışmış və sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Digər Təqsirləndirilən şəxs2 tərəfindən də ona 2100 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs2 iklə barışıq üçün sonuncudan artıq ödəniş etməsini tələb etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 ona 2100 manat maddi ziyan vurmuş olsa da, 3700 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi ziyan tam ödənilmiş, onunla barışmış və sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Mehdi İ.... adına olan **** 6934 seriyalı bank kartın hesabına 200 manatı köçürülmüşdür; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, içərisində mobil telefon hissələri və nasaz batereya olan 14 ədəd mobil telefon qutusu maddi sübut hesab edilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.3, 70-cu maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il şərti sınaq müddət ilə təyin edilmişdir. Bundan başqa barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 126.2.1, 126.2.2, 181.2.1, 181.2.5, 228.4, 66.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 3700 manat pul ödəmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; - 21 avqust 2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; - 24 sentyabr 2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - 24 sentyabr 2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 MSYdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli qəbzdən aydın olur ki, Təqsirləndirilən şəxs1 adından 1000 manat məbləğində pul Zərərçəkmiş şəxs ödənmişdir; - xx.xx.2025-ci il tarixli protokoldan məlum olur ki, 14 ədəd qutudan mobil telefon aşkar edilmədi, həmin qutularda yararsız markası bilinməyən mobil telefon hissəcikləri, dəmir qırıntıları aşkar edimişdir; - xx.xx.2025-ci il tarixli protokoldan aydındır ki, 12 ədəd tərtib edilmiş girov biletlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs tərəfindən müxtəlif məbləğlərdə pul vəsaitləri ödənmiş və əvəzində “İphone” markalı mobil telefonlar girov qoyulmuşdur; - xx.xx.2026-cı il tarixli məktubdan göürünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; - xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi və şikayəti yoxdur; - xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur; - xx.xx.2026-cı il tarixli “Birbank” ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş zərərlə bağlı dövlət nəfinə 525 manat ödəniş olunmuşdur; - xx.xx.2026-cı il tarixli “Birbank” ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş zərərlə bağlı dövlət nəfinə 525 manat ödəniş olunmuşdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; Azərbaycan Respublikası cinayət məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsinin 2ci bəndinin həmin məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət nəticəsində vurulmuş ümumi ziyanın 2100 manat hissəsi Təqsirləndirilən şəxs1, 2100 manat hissəsi isə Təqsirləndirilən şəxs2 üzərinə düşür və həmin məbləğ onlar tərəfindən zərərçəkmiş şəxsə tam olaraq ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurduqları ziyanın 25 %-ni təşkil edən 525 manat məbləğində pul dövlət nəfinə keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı (öz paylarına düşən) tamamilə ödəmişlər. Eyni zamanda onların hər biri cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında, yəni 525 manat dövlət büdcəsinə ödəniş etmiş və cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılıqlarını bildirmişlər. Qeyd olunanları nəzərə alaraq onlar, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış, içində nasaz batareya və mobil telefon olan 14 ədəd qutu maddi sübutlar ilə bağlı məsələnin həlli digər təqsirləndirilən şəxslər barəsində olan cinayət işləri üzrə yekun məhkəmə aktları ilə həll edilənədək Xəzər RPİ-də saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış içində nasaz batareya və mobil telefon olan 14 ədəd qutu maddi sübutlar ilə bağlı məsələnin həlli digər cinayət işləri üzrə yekun məhkəmə aktları ilə həll edilənədək Xəzər RPİ-də saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X22 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 154 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 154 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-526/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-526/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver