Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-528/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-30/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə cəzası çəkilmiş hesab edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,422 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 12 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.imanov küçəsində yerləşən "Favorit” marketin yaxınlığına daşımış, həmin gün orada saat 17:15 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər rayon Pİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər rayonu Zuğulba qəsəbəsi Zuğulba prospekti 100 ünvanda yerləşən 2-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 17:30 radələrində Xəzər rayon Pİ-nin 2-ci PŞ- nin Növbətçi Hissəsinə təhfıl verildiyi vaxt həmin otaqda növbətçi polis əməkdaşları tərəfindən üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,422 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, psixotrop maddələrə asılılığı olduğu üçün onlardan istifadə edir. 2025-ci il 12 iyun tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata 1 büküm “Patı” alaraq üzərində saxlamışdır. 12 iyun 2025-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsi, R. İmanov küçəsi, “Favorit” marketin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis əməkdaşları onu Xəzər RPİnin 2-ci PŞ-nə dəvət etdikdə etiraz etmədən birlikdə polis şöbəsinə getmişdir. Daha sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə Xəzər RPİ-nin 2-ci PŞ-də inzibati binasında həmin gün saat 17:30 radələrində növbətçi hissəyə təhvil verildiyi vaxt növbətçi hissə otağında üzərində baxış və yoxlanış keçirilməsi barədə məlumat vermişlər. Daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasmı soruşaraq, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibində olan 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ona həmin bükümün içərisində nə olduğunu və haradan, neçəyə əldə etdiyini soruşduqda bildirmişdir ki, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin var və həmin psixotrop maddə olan metamfetamini Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat ödəməklə aldığını demişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi baxış keçirmiş, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini zərfə qoyaraq təhqiqata təqdim etmişlər. Onun hüquqlarının müdafiəsi üçün Xəzər rayon ərazisində fəaliyyət göstərən vəkil dəvət edilmişdir. Vəkil dəvət edilməzdən əvvəl ona vəkil seçmək hüququ verilmiş və o, müdafiəçini seçmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. İnzibati binada təhqiqatçının xidməti otağında videoçəkiliş vasitəsilə təhqiqatçı ondan üzərindən aşkar edilərək götürülmüş və qablaşdırılmış kağız zərfə bükülmüş bükümün içərisində nə olması və haradan, neçəyə əldə etdiyi barədə soruşduqda bildirmişdir ki, həmin zərfin içərisində olan 1 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm ona məxsusdur və Sabunçu rayonu, Maştağa qəsəbəsindən tanımadığı şəxsdən 10 manat ödəməklə şəxsi istifadəsi üçün almışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola o və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarını etmişlər. Narkotik maddələrin satışı ilə məşğul olmur, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir, təhqir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışır xx.xx.2025-ci il tarixdə həmin şöbənin sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə xidmətdə olarkən Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, “Favorit market”in yaxınlığında, saat 17:15 radələrində bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim ediblər. Şifahi sorğusual zamanı həmin şəxsin qeyri-adekvat cavablar verməsi, narkotik maddələrin təsiri altında olması şübhəsi yarandığından onu Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət ediblər. Buna etiraz etmədikdə polis şöbəsində inzibati binada növbətçi hissəyə saat 17:30-da təqdim olunub. Həmin gün xidmətdə olan baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakı ilə videoçəkiliş aparmaqla vətəndaşa özünü təqdim etməsi bildirilib. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edib. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi barədə məlumat verilib. Ondan üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulub, varsa təqdim etməsi təklif edilib. Bu təklifdən sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edib. Həmin bükümün içərisində nə olduğu və haradan əldə etdiyi soruşulduqda, o bildirib ki, bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin var və Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını deyib. Üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə - metamfetamin təhqiqata təqdim olunmaq üçün kağız zərfə qoyularaq götürülüb. Daha sonra Təqsirləndirilən şəxs və zərfi təhqiqata təqdim ediblər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub, hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkil dəvət edilib. Vəkil gəlməzdən əvvəl ona vəkil seçmək hüququ izah olunub və o müdafiəçisini seçib. İnzibati binada xidməti otaqda videoçəkiliş aparmaqla təhqiqatçı ona xx.xx.2025-ci il tarixdə, saat 17:15 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi “Favorit markef’in yaxınlığında narkotik maddələrin istifadəsində şübhəli bilinərək polis şöbəsinə dəvət olunduğunu, növbətçi hissədə əynindəki göy rəngli şalvarın cibindən akşar olunan bükümün ona məxsus olub-olmamasını soruşub. Bükümün ona məxsus olduğunu təsdiqləyib. Təhqiqatçı bükümün içərisində nə olduğunu soruşduqda, o bildirib ki, bükümün içərisində psixotrop maddə - metamfetamin var və Sabunçu rayonu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını deyib. Daha sonra onun üzərinə şəxsi baxış və axtarış keçirilib, lakin qanunsuz heç bir əşya və predmet aşkar edilməyib. Üzərindən aşkar edilmiş 1 ədəd psixotrop maddə - metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb və iştirakçılar tərəfindən imzalanıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Qəhraman oğlu, eləcə də ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili X3 şahid X4 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 13 iyun 2025-ci il tarixli, 6/2179 rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Arayışlar üçün N° 193” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; /imza/Təqsirləndirilən şəxs; /imza/ (Ad oxunmur) Mustafayev; /imza/ Şahid1; /imza/ B.Səfərov; təhqiqatçı: /imza/Arzuman İsmayılov” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,422 qram olan ağ rəngli kristalşəlili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısna daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3603 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrinin və psixotrop maddələrin tibbi məqsədlərlə isdifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəsdəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə duçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomanyadan məcburi müalicə tətbiq edilməsi münkün deyildir. Ərazi narkoloji tibb müəssəsində dispanser qeydiyyata alınması məsləhət görülür. 0,422 qram çəkidə narkotik psixotrop maddə - metanfetamin, maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,372 qram saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-də təhvil verilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin məsul növbətçi polis kapitanı Ramin Əvəzzadənin tərtib etdiyi aktdan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş ə/m polis mayoru Şahid3, Xəzər RPİ-nin 2-ci P-nin sahə inisbektoru polis mayoru Şahid1 və Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inisbektoru polis mayoru Şahid2 iştirakları ilə ondan otru ki, Xəzər rayonu Buzovna qəsəbəsi, R.İmanov küçəsi "Favarit" marketin yaxınlığında saxlanılaraq özünü şübhəli apararaq bu gün yəni xx.xx.2025-ci il tarixdə saat 17:15-da xx.xx.1994-cü il Bakı şəhərində anadan olan, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Aydın Xələfov küçəsi, ev 4-də qeydiyatda olan və yaşayan azərbaycanlı, AR vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs saxlanmış, 17:30də növbətçi hissəyə təhvil verilmişdir. Növbətçi hissəyə təhvil verilən zaman növbətçi hissə otağında üzəri yoxlanılarkən əynindəki göy rəngli şalvarın sağ yan cibinden bir ədəd gümüşü rəngdə kazıza bükülmüş, bükülünün içərisində bərk formalı şəffaf rəngli kristall parçaları psixotrop maddə olan “Metamfetaminə” bənzər maddənin olması aşkar edilmişdir. Aşkar edilmiş həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün Maştağa qəsəbəsində tanımadığı şəxsi istifadəsi üçün 10 manata almış və üzərində saxlamışdır. Hazırda üzərində həmin bükümdən başqa qanunla qadağan edilmiş hər hansı əşya və predmet yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm tərəfimizdən götürüldü və qablaşdırılması üçün Xəzər RPİ-nin 2-ci PŞ-nin TQ-na təqdim edilmişdir. 12 iyun 2025-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması protokoluna əlavə edilmiş 01 ədəd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xəzər RPİ-nin 2-ci PŞnin növbətçi hissəsində inzibati binada, PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid3 özlərini təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir. Bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona polis əməkdaşları tərəfindən üzərində saxlanması və daşınması qadağan olunan hər hansı əşya və predimet olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vastə olduğunu bildirib əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edir. Polis əməkdaşları tərəfindən həmin bükümün içərisində nə olmasını, haradan və neçiyə əldə etdiyini soruşduqda, o, həmin bbükümün içərisində olan psixtrop maddə metamfetamini öz şəxsi isdifadəsi üçün Sabunçu rayonu, Maştağqa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq, təhqiqata təqdim edilməsi üçün götürülümüşdür. Bundan sonra həmin diskdə olan digər görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin bükümün özünə məxsus olmasını dedi. Təhqiqatçı həmin bükümün içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümün içərisində olan psixotrop maddə metamfetamindir. Sabunçu rayonu, Maştağa qəsəbəsindən, tanımadığı şəxsdən, öz şəxsi isdifadəsi üçün, 10 manata aldığını bildirdi. Daha sonra üzərinə şəxsi baxış və axtarış keçirildi və qanunsuz heç bir əşya və ya pridment akşar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd psixotrop maddə metamfetamini cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olunduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdı və iştirakçılar tərəfindən imzalanmışdır. 12 iyun 2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman raportla əlavə olunmuş 01 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 14 iyun 2025-ci il tarixdə Bakı şəhər Xəzər rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri sesilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmklə MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-30/2024 saylı hökmü ilə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə cəzası çəkilmiş hesab edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşıması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, Hemofiliya A-irsi ailəvi forma, sağ topuğun hematoması xəstəliyindən əziyyət çəkməsini, 3-cü dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi qeyd edilsə də, məhkəmə hesab edir ki, əvvəlki məhkumluğuna aid Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən Təqsirləndirilən şəxs hazırki əməli cinayətlərin residivini yaratmır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzanın yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzasının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, ərazi narkoloji tibb müəssəsində dispanser qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 0,422 qr metamfetaminin tədqiqata sərf edilmiş 0,050 qr çıxılmaqla qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,372 qr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 9 saata görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 21:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssəsində dispanser qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,372 qr qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 9 saata görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(003)-528/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-528/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver