Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-529/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Fioletov küçəsi ev 2 mənzil 20-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X4 nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-343/2023 saylı 19 iyul 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, hazırkı cinayət işi üzrə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,579 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerlşən “Kənd Bazarı” adlanan bazarda hərəkətdə olan zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,579 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,707 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında hərəkətdə olan zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,707 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 12 il olar ki, kakos kimi tanıdığı narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd bükülü halda kakosu alıb bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməyi üçün əynindəki qara rəngli cins şalvarın sağ cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerlşən “Kənd Bazarı” adlanan bazarda hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını deyərək narkotik vasitələrin qəbulunda şübhəli oluğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməsini bildirmiş, o da etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə getmidir. PŞ-də olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmişdir. Orada videoçəklişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdə üzərində saxladığı içərisində kakos kimi tanıdığı narkotik vasitə olan bir ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd bükülü halda kakosu almış, bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etməyi üçün əynindəki qara rəngli şalvarın sağ cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onunla söhbət etməyə başlamışlar və hiss etmişdir ki, polis əməkdaşları ondan şübhələniblər. Onlar ona özünü narkotik vasitənin istifadəsində şübhəli apardığını bildirmiş, o da etiraf edərək bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində narkotik vasitə var. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 3-cü PŞ-nə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə Polis şöbəsinə getmidir. PŞ-də olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq ona təqdim edilmişdir. Orada videoçəklişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli şalvarının sağ cibindən 01 ədəd şəffəf sellofana bükülmüş bükümdə üzərində saxladığı içərisində kakos kimi tanıdığı narkotik vasitə olan bir ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 10 mart 2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi X4 nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi və Xəzər RPİ-ni 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 və özü olan tərkibdən ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 10 mart 2023-cü il tarixdə, saat 17:40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerlşən “Kənd Bazarı” adlanan bazarda hərəkətdə olduğu zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs saxlanılaraq 3-cü PŞ-nə gətirilmiş və bu barədə tərtib edilmiş raportla şöbənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması təhqiqatçı X1 tapşırılmışdır. PŞ-nin inzibati binasında onun, təhqiqatçının, polis sahə rəisi Şahid2 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdə üzərində saxladığı içərisində kakos kimi tanıdığı narkotik vasitə olan bir ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Tərəflərindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra tərəflərindən həmin narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-ni 3-cü PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 göstərdi ki, 04 may 2023-cü il tarixdə saat 14 radələrində 3-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid4 ilə birlikdə inzibati ərazidə, yəni Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında xidmətdə olduqları zaman bir nəfər qeyri-adi hərəkətləri ilə diqqətlərini cəlb etmişdir. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onunla söhbət zamanı o, özünü narkotik vasitənin istifadəçisi kimi şübhəli aparmağa başlamış və etiraf etmişdir ki, üzərində barkotik vasitə var. Ona görə də araşdırılması üçün onu 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması təhqiqatçı Anar Hacıyevə tapşırılmışdır. PŞ-nin inzibati binasında onun, təhqiqatçının, polis sahə rəisi Şahid4 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynində olan əynində olan qara rəngli şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə üzərində saxladığı içərisində kakos kimi tanıdığı narkotik vasitə olan bir ədəd qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Tərəflərindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Sonra tərəflərindən həmin narkotik vasitə zərfə qoyularaq üzəri möhürlənmiş, bu barədə tərtib olunmuş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 3-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Rsapublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 244” möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən ...” və s. sözlər, imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,579 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Ümumi çəkisi 0,579 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,529 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2603 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ş... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözlər olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,707 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Ümumi çəkisi 0,707 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,657 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1987 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,579 qram və 0,707 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – müvafiq şəkildə 0,529 qram və 0,657 qram hissələri saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxışlar zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 343/2023 saylı 19 iyul 2023-cü il tarixli Qərarı ilə həbsetmənin əvvəli tutulduğu 17 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 29 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 29,317-1.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar2018-ci il tarixdə cəzasının sonu ilə azaqd edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə heroini əldə edib saxlayaraq daşıması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 06 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 10 mart 2023cü il tarixdən 11 mart 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün və 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün, cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 sentyabr 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-343/2023 saylı 19 iyul 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – müvafiq şəkildə 0,529 qram və 0,657 qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 191,00 (yüz doxsan bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2, X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 13 iş saatına görə 78,00 (yetmiş səkkiz) manat olmaqla ümumilikdə 198,00 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 10 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün və 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək saxlanıldığı 02 (iki) gün, cəmi 3 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-343/2023 saylı 19 iyul 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – müvafiq şəkildə 0,529 qram və 0,657 qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 2 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 191,00 (yüz doxsan bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 78,00 (yetmiş səkkiz) manat olmaqla ümumilikdə 198,00 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-529/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-529/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver