Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-529/2025 17.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,452 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 19 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,Şirvani küçəsində yerləşən “Araz” marketin arxasına daşımış, həmin gün orada saat 18:58 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,452 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 avqust 2025-ci il tarixdə, saat 18:58 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsində, Araz marketin arxasında olan zaman 2 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O onların polis əməkdaşı olduqlarını eşidən zaman qaçmaq istəyib lakin bacarmamış, yaxalanmışdır. Yaxalandıqdan sonra polis əməkdaşları ona onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narktoik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o geyindiyi açıq rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə "metamfetamin" psixotrop maddəsinə bənzər bərk kristal maddəni polis əməkdaşlarına təhvil verərək ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan metamfetamini Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 27 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. Sonra həmin büküm qablaşdırılmış, o və polis tərəfindən imzalanaraq götürülmüşdür. O ona verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Xəzər RPİ-nin 2-cü PŞ-də əməliyyat müvəkkili işləyir. Mahiyyəti üzrə bildirir ki, 19 avqust 2025-ci il tarixdə saat 18:58 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə Xəzər Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsi,’’Araz” marketin arxasında Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görmüşlər. Onun yanında Şahid3 da olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib və Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etdərək ona saxlanılmasının səbəbini izah etmişlər. Həmin şəxs özünü itirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri verməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hardan və kimdən aldığını soruşduqda bildirmişdir ki, psixotrop maddəni Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Daha sonra həmin gün saat 19:20 radələrində onlar tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X3 otağında olan zaman videoçəkiliş vasitəsi ilə üstündə aşkar olunmuş əşyaya baxış keçirilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, 19 avqust 2025-ci il tarixdə saat 7-də əməliyyat məlumatı daxil olmuşdur. Şahid1la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Yanında Aynur adlı xanım da olmuşdur. İkisini də bölməyə dəvət etmişlər. Üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki narkotik vasitələrdən istifadə edir və daha əvvəl də narkotik vasitə istifadəçisi olduğu üçün iki il iki ay müddətinə şərti məhkum edilmişdir. O sevdiyi şəxs olan Təqsirləndirilən şəxs ilə 19 avqust 2025-ci il tarixdə, saat 18:58 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Buzobna qəsəbəsi, Şirvani küçəsində, Araz marketin arxasında olan zaman 2 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 avqust 2025-ci il tarixli 6/2822 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş obyektin üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri, imzalar, “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksləri olan bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi- 0,452 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Həmin siyahıya əsasən psixotrop maddə metamfetiminin xeyli miqdar daxil olmaqla, aşağı həddi 0,15 qram göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,452 qram olan psixotrop maddə metamfetaminin xeyli miqdar təşkil edir. Tədqiqata 0,100 qram sərf edilmiş, qalıq 0,352 qram təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5739 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2025-ci il tarixli tərtib edilmiş üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs bir birinə ünvanlanmış suallara cavab olaraq 19 avqust 2025-ci il tarixdə görüşdüklərini və Təqsirləndirilən şəxs üzərində olan Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən aldığı 01 ədəd bükümdə ağ rəngli kağıza bükülmüş metamfetamin psixotrop maddəsinin onun üzərində olmasından Şahid3 xəbəri olmaması ilə bağlı xüsusatları təsdiqləmişlər. Həmçinin, Şahid3 19 avqust 2025-ci il tarixdə saat 18:58 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsində yerləşən Araz Marketin arxasında hərəkətdə olarkən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqları ilə bağlı xüsusatı təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair raportdan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Əməliyyat müvəkkillərinin bu təklifindən sonra saxlanılan Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş “metamfetamin” psixotrop maddəsinə bənzər bərk kristal maddəni könüllü olaraq təqdim etmişdir. Ardınca aşkar olunmuş narkotik vasitəyə bənzər maddə qablaşdırılmış və saxlanılan şəxs və Şahid2 tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru X5 tərəfindən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq təqdim olunmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümə və bir ədəd DVD-yə baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş şəxsi axtarış, baxış və götürmə protokolundan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru X5 tərəfindən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Xəzər rayonu 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi və üzərində şəxsi axtarış, baxış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində şəxsi axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılan zaman geyindiyi açıq göy rəngli cins şalvarının sağ yan cibində olan ağ rəngli kağıza bükülmüş 01 ədəd büküm “metamfetamin” maddəsinə bənzər bərk kristal maddəni polis əməkdaşlarına təhvil verdiyini bildirərək hazırda üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 nömrəli CD diskin içərisində bir videogörüntü mövcuddur. İlk videogörüntünün müddəti 1 dəqiqə 25 saniyə olub, həmin videogörüntüdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları- əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Şirvani küçəsində yerlşən Araz marketin arxasında Təqsirləndirilən şəxs və yanındakı Şahid3 yaxınlaşaraq özlərini təqdim etmələri, şəxsin üzərində hər hansı qanunla qadağan olunmuş predmetin olub olmamasını soruşmaları, Təqsirləndirilən şəxs geyindiyi açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli kağıza bükülmüş "metamfetamin" psixotrop maddəsinə bənzər bərk kristal maddəni çıxararaq əməkdaşlara təqdim etməsi əks olunmuşdur. 02 nömrəli CD diskin içərisində bir ədəd videogörüntü mövcuddur. İlk videogörüntünün müddəti 1 dəqiqə 24 saniyə olub, həmin videogörüntüdə şübhəli şəxs Şahid3 üzərinə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X7, şübhəli şəxs qismində saxlanılmış Şahid3, onun müdafiəçisi Müdafiəçi, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, şübhəli şəxsin şəxsi axtarış və götürməsində iştirak edən X9, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə keçirilmiş, Şübhəli şəxs Şahid3 üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. 03 nömrəli CD diskin içərisində bir ədəd videogörüntü mövcuddur. İlk videogörüntünün müddəti 4 dəqiqə 36 saniyə olub, həmin videogörüntüdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X7, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə keçirilmiş, Şahid2 tərəfindən ağ rəngli zərf Sərxan Qarayevə təqdim edilmiş, Sərxan Qarayev tərəfmdən şübhəli şəxsin hüquq və vəzifələrinin əks olunduğu kağız Təqsirləndirilən şəxs təqdim olunmuş, Qarayev Sərxan 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli metamfetaminə bənzər kütləni zərfin içinə qoyaraq məhkəmə kimyəvi ekspertizasına göndərilməsi məqsədilə qablaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 22.11,2021-ci il tarixli 1(003)- 515/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin yuxanda qeyd olunmuş hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 19 avqust 2025-ci il tarixli tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Pnitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı ildə tutularaq xx.xx.2026-cı il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində bir uşağı vardır: xx.xx.2015-ci il təvəllüdlü X8. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının - xx.xx.2015-ci il təvəllüdlü X4 olmasını nəzərə alaraq, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,352 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 143 manat, məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,352 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut olan 03 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 143 manat, məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-529/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-529/2025
17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver