Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-53/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qum məhəlləsi yeni tikilidə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi - 1,177 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi - 0,321 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində əldə edərək özündə saxladığı narkotik vasitə heroinin bir ədəd kağıza bükülmüş təmiz çəkisi 0,026 qram təşkil edən bir hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində “Nizami Gəncəvi” adına klubun yaxınlığında tanışı Şahid1 qanunsuz olaraq 10 manat müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında həmin gün saat 18:10 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 yaxalandıqdan sonra üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs aldığını bildirdiyi məlumat əsasında xx xxxxxxx 2020-ci il tarixdə saat 20:20 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, S.Yesenin küçəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş və həmin gün saat 21:10 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən qırmızı-qara rəngli plastik qutunun içərisindən 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,391 qram, 0,417 qram, 0,343 qram olmaqla ümumi təmiz çəkiləri - 1,151 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,039 qram, 0,070 qram, 0,025 qram, 0,157 qram olmaqla ümumi təmiz çəkisi - 0,321 qram ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, Şahid1 onunla birlikdə tutulmuşdur. Ramin onunla birlikdə getmiş və o, da özünə istifadə etməsi üçün 1 büküm narkotik vasitəni 10 manata almışdır. O, Şahid1 narkotik vasitə satmamışdır. 2 gün müvəqqəti saxlanma yerində saxlanıldıqdan sonra Şahid1 azadlığa buraxılmışdır. Çəkilişdə və ya üzərinə baxılan zaman onun əynində göy şalvar olmamışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq edilmiş, onu döymüşlər. Məcbur qalaraq ittihamda elan olunanları etiraf etmişdir. O, narkotik vasitə istifadəçisidir, amma nə Raminə, nə də ki, başqa şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs son sözündə narkotik vasitələrdən istifadə etdiyini, cinayət işi materiallarında göstərilən onun üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, lakin ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətmədiyini, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilmiş cinayət əməlini törətdiyini bildirərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, xx.xx.2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki “Ramin” adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Araşdırma zamanı məlum olmuşdur ki, “Ramin” adlı şəxs xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 17-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, yeni tikilidə yaşayan Şahid1dur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmişdir. Bundan sonra o və qrupun digər üzvləri Şahid1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə Mərdəkan qəsəbəsinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 18:15 radələrində Şahid1 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Şahid1 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid1 üzərində qeyri qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Şahid1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində saxladığı siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükülünü açıb içərisinə baxan zaman narkotik maddə heroinə bənzər spesifik iyə malik qəhvəyi rəngli toz şəkilli maddə olduğunu gördükdə Şahid1 həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşmuşlar. Şahid1 həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün bir neçə saat əvvəl Mərdəkan qəsəbə sakini “Elxan” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Elxan” adlı şəxs xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qum məhəlləsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmişdir. Bundan sonra o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə Mərdəkan qəsəbəsinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:20 radələrində Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs polis şöbəsinə getməmək üçün qaçmağa başlamış və qaçarkən yıxılaraq üzü üstə yerə dəymiş və sağ qaşından xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibində olan qırmızı-qara rəngli plastik qutunu içərisində 3 ədəd şəffəf sellofana bükülmüş spesifik iyə malik tünd qəhvəyi rəngli maddə, 04 ədəd siqaretin ağ rəngli kağızına və 01 ədəd şəffaf rəngli paketə yığılmış narkotik vasitəyə bənzər kristalik maddə ilə birlikdə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrə bənzər maddələrin kokos və şüşə olduğunu bildirmiş və həmin maddələri bir neçə gün əvvəl Suraxanı qəsəbəsindən üzdən şifahi tanıdığı lakin adını bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki “Ramin” adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Araşdırma zamanı məlum olmuşdur ki, “Ramin” adlı şəxs xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 17-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, yeni tikilidə yaşayan Şahid1dur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o, və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmişdir. Bundan sonra o və qrupun digər üzvləri Şahid1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə Mərdəkan qəsəbəsinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 18:15 radələrində Şahid1 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Şahid1 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid1 üzərində qeyri qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Şahid1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində saxladığı siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükülünü açıb içərisinə baxan zaman narkotik maddə heroinə bənzər spesifik iyə malik qəhvəyi rəngli toz şəkilli maddə olduğunu gördükdə Şahid1 həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşmuşlar. Şahid1 həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün bir neçə saat əvvəl Mərdəkan qəsəbə sakini “Elxan” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Elxan” adlı şəxs xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qum məhəlləsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o, və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirak etmişdir. Bundan sonra o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə Mərdəkan qəsəbəsinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:20 radələrində Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs polis şöbəsinə getməmək üçün qaçmağa başlamış və qaçarkən yıxılaraq üzü üstə yerə dəymiş və sağ qaşından xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibində olan qırmızı-qara rəngli plastik qutunu içərisində 3 ədəd şəffəf sellofana bükülmüş spesifik iyə malik tünd qəhvəyi rəngli maddə, 04 ədəd siqaretin ağ rəngli kağızına və 01 ədəd şəffaf rəngli paketə yığılmış narkotik vasitəyə bənzər kristalik maddə ilə birlikdə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrə bənzər maddələrin kokos və şüşə olduğunu bildirmiş və həmin maddələri bir neçə gün əvvəl Suraxanı qəsəbəsindən üzdən şifahi tanıdığı lakin adını bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki “Ramin” adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Araşdırma zamanı məlum olmuşdur ki, “Ramin” adlı şəxs xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran şəhəri, M.R.Vəssab küçəsi, ev 17-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, yeni tikilidə yaşayan Şahid1dur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirak etmişdir. Bundan sonra o və qrupun digər üzvləri Şahid1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Şahid1 ifşa etmək məqsədi ilə Mərdəkan qəsəbəsinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 18:15 radələrində Şahid1 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Şahid1 hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X5 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid1 üzərində qeyri qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Şahid1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində saxladığı siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükülünü açıb içərisinə baxan zaman narkotik maddə heroinə bənzər spesifik iyə malik qəhvəyi rəngli toz şəkilli maddə olduğunu gördükdə Şahid1 həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşmuşlar. Şahid1 həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni öz istifadəsi üçün bir neçə saat əvvəl Mərdəkan qəsəbə sakini “Elxan” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra aparılmış araşdırma zamanı məlum olmuşdur ki, “Elxan” adlı şəxs xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qum məhəlləsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur və onun ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirak etmişdir. Bundan sonra o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə Mərdəkan qəsəbəsinə getmişlər. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:20 radələrində Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində hərəkət etdiyini müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs polis şöbəsinə getməmək üçün qaçmağa başlamış və qaçarkən yıxılaraq üzü üstə yerə dəymiş və sağ qaşından xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı Şahin Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə ona hüquq vəzifələri izah olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibində olan qırmızı-qara rəngli plastik qutunu içərisində 3 ədəd şəffəf sellofana bükülmüş spesifik iyə malik tünd qəhvəyi rəngli maddə, 04 ədəd siqaretin ağ rəngli kağızına və 01 ədəd şəffaf rəngli paketə yığılmış narkotik vasitəyə bənzər kristalik maddə ilə birlikdə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrə bənzər maddələrin kokos və şüşə olduğunu bildirmiş və həmin maddələri bir neçə gün əvvəl Suraxanı qəsəbəsindən üzdən şifahi tanıdığı lakin adını bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən 2 aydır narkotik vasitələr qəbul edir. Bu səbəbdən də narkotikə olan tələbatını ödəmək üçün xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Mərdəkan qəsəbə sakini “Elxan” adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə olan heroini alaraq üzərində saxlayıb gəzdirmişdir. xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyini təklif etmişlər. O da etiraz etməyib onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişdir. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş əşya, narkotik vasitə və psixotrop maddələrin olubolmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması ona təklif edilmiş və o əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan ağ rəngli, üzərində “AZERİ” yazısı olan siqaret qutusunun içərisindəki 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o yalnız narkotik vasitə qəbul etsədə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Mərdəkan qəsəbə sakini “Elxan” adlı şəxsdən Xəzər rayonu Mərdəkan qəsəbəsində Nizami Gəncəvi adına klubun yaxınlığında şəxsi istifadəsı üçün 10 manata almışdır. O təxminən 2 aydır narkotik vasitələr qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2103 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Şahid1 aşkar edilərək götürülmüş maddi sübut” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,026 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 6/2104 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut” yazısı olan zərfdəki 8 (səkkiz) ədəd bükümdə, onlardan 3(üç) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,151 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,391 qram, 0,417 qram, 0,343 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 5(beş) bükümdə, ümumi təmiz çəkisi 0,321 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,030 qram, 0,039 qram, 0,070 qram, 0,025 qram, 0,157 qram) ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər iki hissəli plastik qabda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,431 qram ümumilikdə təmiz çəkisi 0,620 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxx 2020-ci il tarixli, 2860 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindn sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 19:30-19:45 radələrində Şahid1 üzərinə baxış keçirilərkən Şahid1 əynində olan gödəkçənin sağ cibindən bir ədəd üzərində “Azəri” göstəricisi olan siqaret qutusunun içərisindən bir ədəd bükümdə qəhvəyi rəngli maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitə olduğunu və həmin narkotik vasitələri Elxan adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:30-21:45 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən qırmızı-qara rəngli plastik qutunun içərisindən 3 ədəd bükümlərdə qəhvəyi rəngli maddəni və 5 ədəd bükümdə ağ rəngli kristallik şəkilli maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitələr olduğunu və həmin narkotik vasitələri Suraxanı qəsəbəsi ərazisindən aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə saat 15 radələrində 10 manat pul müqabilində Təqsirləndirilən şəxs bir büküm narkotik vasitə olan heroin almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirsiz hesab etməsinə baxmayaraq, araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxx 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,001 qram narkotik vasitə olan heroin və 0,271 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 1,001 qram narkotik vasitə olan heroin və 0,271 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-53/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-53/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver