Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-53/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Q.İsmayılov küçəsi döngə 1 ev 3-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Dəniz kənarı küçədə yerləşən Zərərçəkmiş şəxs1 evinin həyətyanı sahəsinə gedərək orada ucadan səs-küy salıb Zərərçəkmiş şəxs1 narahatlığına səbəb olmuş, Zərərçəkmiş şəxs1 ondan həyətini tərk etməsini tələb etdikdə həyəti tərk edərkən söyüş söymüş, evin qarşısındakı küçədə Zərərçəkmiş şəxs1 ondan nəyə görə söyüş söydüyünü soruşduqda onun sol qaşüstü nahiyəsindən yumruqla vurmuş, daha sonra yaxasından tutub itələyərək yerə yıxmaqla ona qəsdən sol qaşüstü nahiyənin, döş qəfəsinin, sağ və sol dirsəyin sıyrıqları xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirərək zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmtəsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində əsas yoldan 500 metr aralıda olan küçədə dayanmış qohumu Zərərçəkmiş şəxs2 yolda niyə durduğunu soruşmuş, Zərərçəkmiş şəxs2 evə getdiyini bildirdikdə ona söyüş söymüş və yumruqla əvvəlcə onun sağ üz nahiyəsindən daha sonra sol üz nahiyəsindən vuraraq ona qəsdən sağ göz almasının ağlı qişasının qansızması, sağ gözətrafı nahiyənin, sol almacıq nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olan xəsarətlər yetirərək zərərçəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmtəsizlik ifadə edən təkrar qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun vəfat etmiş qardaşının arvadıdır. Yusif kimi çağırdıqları Zərərçəkmiş şəxs1 isə Mehrinin qızının həyat yoldaşıdır. Onun onların heç biri ilə heç bir ədavəti yoxdur. 29 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində qardaşı Ağayar ilə birlikdə dəniz kənarına gedərkən Qalibin evinin yanından keçdikdə onun həyətinə daxil olmuşlar. Onlar sərxoş olduqları üçün səslərinin tonunu idarə edə bilmirmişlər, həmçinin, o, bir az ağır eşitdiyindən, Ağayar onunla ucadan danışırmış. Bu zaman Qalib evindən çıxıb onların yanına gələrək onlardan aşağı tonda danışmaqlarını və onun həyətini tərk etmələrini tələb etmiş, o, bundan əsəbiləşib ünvansız söyüşlər söymüş və Qalibin həyətini tərk etmişdir. Qalib ona söyüş söydüyünə görə irad bildirmiş, o isə bundan əsəbiləşib Qalibin üz nahiyəsindən yumruqla vurmuş və əlləri ilə onun yaxasından tutub itələmiş, nəticədə Qalib yerə yıxılmışdır. Bundan sonra onlar oranı tərk edərək getmişlər. Bir qədər sonra o, əsas yolun yaxınlığında Mehrinin tək dayandığını görüb ona yaxınlaşaraq gecə vaxtı burda nə etdiyini soruşmuş, Mehri evə getdiyini və bunun ona heç bir dəxli olmadığını bildirmişdir. O, bundan əsəbiləşib Mehrini söymüş və onun üz nahiyəsindən 3 dəfə yumruqla vurmuş, kənarda olan tanımadığı bir şəxs müdaxilə edərək onları ayırmışdır. Bundan sonra o, evə getmişdir. Törətdiyi əməllərdən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 29 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində evdə olarkən həyətində səsküy gəldiyini, kimlərinsə ucadan qışqır-bağır salıb onun oğlu Yaqubun adını çəkdiklərini eşitmiş, baxan zaman həmin şəxslərin İlqar və Ağayar Balayev qardaşları olduqlarını görmüşdür. O, onlara yaxınlaşaraq irad bildirib onun həyətində səs-küy salmamaqlarını və həyətini tərk etmələrini xahiş etmişdir. Onlar həyəti tərk edərkən İlqar söyüş söyməyə başlamış, o, ona yaxınlaşıb nəyə görə söyüş söydüyünü soruşduqda İlqar yumruqla onun sol qaşüstü nahiyəsindən vurmuş və əlləri ilə yaxasından tutub itələmişdir. Bu zaman o, yıxılmış, nəticədə sağ və sol dirsəyi sıyrılmışdır. Ağayar onu vurmamışdır. Bundan sonra İlqar və Ağayar uzaqlaşaraq getmişlər. O, bu barədə telefonla qaynanası Mehriyə məlumat vermiş, Mehri onlara gələrək onun xəsarətlərini gördükdə polisə məlumat vermişdir. Daha sonra bilmişdir ki, Mehri küçədə polisi gözləyərkən İlqar onu orada döymüşdür. İlqar ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq İlqara törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Ağayar və Təqsirləndirilən şəxs onun qayınlarıdır. 29 iyun 2021-ci il tarixdə saat 23 radələrində kürəkəni Qalib ona zəng edərək İlqar və Ağayarın onu döyməsini bildirmişdir. O, dərhal Qalibin evinə getmiş və onun bədəninin müxtəlif nahiyələrində xəsarətlər olduğunu görmüşdür. Qalib ona İlqar və Ağayarın sərxoş vəziyyətdə evinin həyətinə gələrək səs-küy saldıqlarını, buna görə də o, onlara sərxoş halda evinin həyətinə gəlib səs-küy salmalarına irad bildirdikdə, onu vurduqlarını bildirmişdir. O, DİN “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları onunla əlaqə yaradaraq gəldiklərini bildirmiş, o, polisləri qarşılamaq üçün əsas yoldan 500 metr aralıda yerləşən küçəyə çıxmış, burada İlqar onun qarşısına çıxmış və ondan hara getdiyini soruşmuşdur. İlqara evə getdiyini bildirmiş, bu zaman İlqar onu söyərək yumruqla onun sağ üz nahiyəsindən vurmuş, o, büdrəmiş, İlqar təkrar olaraq onun sol üz nahiyəsindən və burnundan yumruqla vurmuşdur. O, yerə yıxılmış, bu zaman tanımadığı bir şəxs onu İlqarın əlindən almış və İlqar uzaqlaşaraq getmişdir. İlqar ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq İlqara törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 iyul 2021-ci il tarixli 723 saylı rəyindən görünür ki, 1) Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaşüstü nahiyənin, döş qəfəsinin, sağ və sol dirsəyin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri 29 iyun 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; 2) Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 iyul 2021-ci il tarixli 724 saylı rəyindən görünür ki, 1) Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ göz almasının ağlı qişasının qansızması, sağ gözətrafı nahiyənin, sol almacıq nahiyəsinin qaçnırları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri 29 iyun 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər; 2) Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, 2008-ci ildə isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutları araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 18 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaqda 20 saat və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 18 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-53/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-53/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver